Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə38/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   34   35   36   37   38   39   40   41   ...   158

www.vivo-book.com 

 

150 



Harrinin  mənə  təəccüblə  baxdığını...  yox,  əslində,  görmədim,  hiss 

etdim. – Bu barədə nə düĢünürsən? 

–  DüĢünürəm  ki,  siçan  gecələrin  birində,  yəqin  ki,  Delakrua 

yatanda, onun burnunun içini murdarlayacaq və sonra qaçacaq, – deyə 

Persi  sakitcə  cavab  verdi.  –  Lakin  o,  fransızın  yeni  nəzarətçisi  də  ola 

bilər.  Mən  bu  yaxınlarda,  Tut-Tutun  arabasında  çox  gözəl  bir  siqar 

qutusu  görmüĢəm.  Amma  bilmirəm  onu  kiməsə  satıb  ya  yox.  Bəlkə 

qutunu iyirmi ya da on sentə satmağa razılaĢar.  

Mən  oğrun-oğrun  Harriyə  nəzər  saldım  və  gördüm  ki,  o,  ağzını 

ayırıb  bizə  baxır.  Bu,  həyulalar  Ġbnizar  Skrucun  baĢına  açdıqları 

oyunlardan  sonrakı  milad  səhəri  onda  baĢ  verən  dəyiĢikliklərin 

tamamilə eynisi olmasa da, ona həddən artıq yaxın idi.  

Persi  üzünü  dəmir  barmaqlıqların  arasına  soxaraq  Delakruaya 

tərəf  əyildi.  Delakrua  küncə  bir  az  da  bərk  qısıldı.  Allaha  and  içirəm 

ki, əgər imkanı olsaydı, əriyib divarın içinə girərdi.  

– Siqar qutusunu almaq üçün sənin iyirmi, ya da on sentin varmı, 

əbləh? – Persi soruĢdu. 

– Mənim dörd sentim var. Onları qutuya ödəməyə hazıram, əgər 

qutu gözəldirsə, s’il est bon (bu yaxĢıdır– fr.).  

–  Bilirsənmi  nə  var!  –  Persi  dedi.  –  Əgər  o  diĢsiz  qoca  oğraĢ 

“Korona” siqar qutusunu sənə dörd sentə satsa, mən əczaxanadan bir 

balaca pambıq oğurlayıb qutunun içinə döĢəyərəm və nə qədər ki sən 

buradasan,  özümüz  üçün  “Siçan  Hilton”  açarıq,  –  deyəndən  sonra 



www.vivo-book.com 

 

151 



Persi nəzərlərini mənə yönəltdi və, – Bitterbakın edamı zamanı aparat 

otağında  yerinə  yetirdiyim  iĢ  haqqında  raport  yazmalıyam,  Pol,  – 

deyib bir anlıq susdu və yenə davam etdi. – Sənin kabinetində qələm 

varmı? 


– Əlbəttə var! – cavab verdim. – BoĢ blanklar da var. Sol yuxarı 

siyirtmədə. 

–  Bu,  əla  oldu,  –  deyə  cavab  verəndən  sonra  o,  təkəbbürlü 

görkəmlə uzaqlaĢdı. 

Harri ilə baxıĢdıq. 

–  O  xəstələnməyib  ki?  –  Harri  təəccüblə  soruĢdu.  –  Bəlkə  öz 

həkiminə gedib və orada ona deyiblər ki, yalnız üç aylıq ömrü qalıb? 

Mən  ona  nə  baĢ  verdiyi  haqqında  heç  bir  fikrimin  olmadığını 

dedim.  O  vaxt,  elə  bir  qədər  sonra  da  dediklərim  həqiqət  idi,  amma 

zaman keçdikcə hər Ģeyi öyrəndim. Həmin hadisədən bir neçə il sonra 

Ģam  yeməyi  süfrəsinin  arxasında  mənim  Hal  Mursla  çox  maraqlı 

söhbətim  oldu.  O  vaxt  biz  artıq  sərbəst  söhbət  edə  bilirdik:  o,  artıq 

təqaüdə  çıxmıĢdı,  mən  isə  oğlan  uĢaqları  üçün  islah-əmək 

koloniyasında  iĢləyirdim.  Həmin  Ģam  yeməyində  biz  çox  içib  az 

yediyimizdən, dilimiz yaman açılmıĢdı. Söhbət zamanı Hal mənə dedi 

ki,  Persi  onun  yanına  gəlib  məndən  və  ümumiyyətlə,  YaĢıl  Mildəki 

həyatından  Ģikayət  edibmiĢ.  Bu  Ģikayəti  o,  məhz  Delakruanın  bizim 

blokumuza  gəliĢindən  və  onun  yeni  məhbusu  ölənəcən  döyməsinə 

mənimlə  Brutusun  münasibətindən  sonra  edibmiĢ.  Söhbətdən  məlum 



www.vivo-book.com 

 

152 



oldu  ki,  Persinin  ən  çox  xətrinə  dəyən  Ģey  mənim  ona  “gözümün 

önündən rədd ol” deməm olub. Onun düĢüncəsinə görə, qubernatorun 

qohumu olan adamla bu tərzdə danıĢmaq olmazmıĢ.  

Murs  onu  da  dedi  ki,  Persini  Ģikayət  etməkdən,  mümkün 

olduqca,  saxlamağa  çalıĢıb;  lakin  Persinin  məndən  Ģikayət  etməyə 

hazırlaĢdığını,  cəzalandırılmağıma  və  ən  azından,  həbsxananın  baĢqa 

hissəsinə  köçürülməyimə  nail  olmaq  fikrinə  düĢdüyünü  öyrənəndə, 

Persini  öz  kabinetinə  çağırmıĢ  və  ona  deyibmiĢ  ki,  əgər  o,  aranı 

qarıĢdırmaqdan  əl  çəksə,  elə  edəcək  ki,  Delakruanın  edamında  Persi 

öndə  duracaq  və  əmrlər  verəcək.  Yəni,  Persi  düz  elektrik  stulunun 

yanında  duracaqdı.  Hər  Ģeyə,  əlbəttə,  həmiĢə  olduğu  kimi,  mən 

rəhbərlik  edəcəkdim,  amma  müĢahidəçilər  bunu  bilməyəcəkdilər. 

Onlara  elə  gələcəkdi  ki,  edam  prosesinə  əsas  rəhbərliyi  məhz  cənab 

Persi  Uetmor  edir.  Murs  ona  bizim  süfrə  baĢında  müzakirə 

etdiyimizdən və mənim razı olacağımdan artığını vəd etməmiĢdi, lakin 

Persinin  bütün  bunlardan  xəbəri  yoxdur.  O,  mənim  baĢqa  yerə 

köçürülməyimlə  bağlı  etdiyi  təhdidlərə  son  qoymağa  razılaĢıb. 

Beləliklə, “E” blokundakı iĢçi atmosfer yenidən qaydasına düĢmüĢdü. 

Persi hətta özünün köhnə düĢməninin Delakrua ilə qalmasına da etiraz 

etmədi.  Çox  qəribədir,  düzgün  stimul  verildikdə,  bəzi  insanların 

davranıĢları  necə  də  dəyiĢirmiĢ!  Bu  kontekstdə  Mursun  təklifi  yalnız 

balaca, dazbaĢ fransızın həyatını almaq imkanını vəd etməkdən ibarət 

idi. 



www.vivo-book.com 

 

153 



 

 

9 

 

 

Tut-Tuta elə  gəldi ki, əla “Korona” siqar qutusu üçün dörd sent 



çox  azdır  və  belə  düĢünməkdə  bəlkə  də  o,  haqlı  idi  –  siqar  qutuları 

həbsxanalarda  çox  yüksək  qiymətləndirilirdi.  Belə  qutularda  min  cür 

xırda-xuruĢ  Ģeylər  saxlamaq  olardı,  onlardan  xoĢ  ətir  gəlirdi  və  bu 

qutularda  bizim  sakinlərimizə  azadlığı  xatırladan  nəsə  müəmmalı  bir 

Ģey  vardı.  Həbsxanalarda  siqaretə  icazə  verilsə  də,  siqara  icazə 

verilmirdi,  mənə  elə  gəlir  ki,  məhbuslara  azadlığı  xatırladan  da  elə 

budur. 

O vaxt artıq blokumuza yenidən qayıtmıĢ Din Stanton məbləğə 



bir sent əlavə etdi, mən özüm də bir sent verdim. Tut yenə də qutunu 

belə  ucuz  satmaq  istəməyərək  israr  edəndə,  iĢə  Brutus  qarıĢdı.  O, 

əvvəlcə  qocaya  belə  xəsis  olduğuna  görə  utanmalı  olduğunu  dedi, 

sonra isə vəd etdi ki, Delakruanın edamının ertəsi günü Ģəxsən özü bu 

qutunu ona qaytaracaq.  

–  Əgər  qutunun  satıĢından  danıĢırıqsa,  bəlkə  də  altı  sent, 

həqiqətən,  ucuz  qiymətdir,  biz  bu  haqda  uzun-uzadı  mübahisələr  edə 

bilərik, – Brutus dedi. – Amma razılaĢ ki, təklif etdiyimiz pul belə bir 

qutunun icarə haqqı üçün yaxĢı qiymətdir. Cəmi bir aydan, lap deyək 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə