Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə41/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   37   38   39   40   41   42   43   44   ...   158

www.vivo-book.com 

 

162 



Mən  indi  də  Delakruanın  necə  qıĢqırdığını  eĢidirəm:  “Ey, 

uşaqlar!  Bir  bura  gəlin!  Baxın  görün,  Mister  Cinqlz  nə  oyunlardan 

çıxır!”  Və  onlar  mavi  uniforma  geyinmiĢ  bir  qrup  Ģəklində  aĢağı 

enirlər  –  Brutus,  Harri,  Din  və  hətta  Bill  Doc. Onların  da  hamısı,  lap 

mənim kimi, gördüklərinə məəttəl qalırlar.  

Mister Cinqlz makara ilə bu hoqqanı eləməyə baĢlayandan üç, ya 

da  dörd  gün  sonra  Harri  Tervilliger  karser  otağında  saxladığımız 

lazımsız  əĢyaların  arasında  bir  xeyli  qurdalanıb  mum  karandaĢları 

tapdı  və  üzündə  xəcalət  çəkən  adama  xas  təbəssümlə  onları  gətirib 

Delakruaya verdi.  

–  DüĢündüm  ki,  bəlkə  sən  bu  makaranı  müxtəlif  rənglərlə 

bəzəmək istəyərsən, – Harri dedi. – Onda sənin balaca dostun əsil sirk 

siçanı olar.  

–  Sirk  siçanı!  –  deyə  Delakrua  bərkdən  qıĢqırdı.  Onun 

xoĢbəxtlikdən lap vəcdə gəldiyi aĢkar bəlli olurdu. Məncə, bu onun ən 

xoĢbəxt  anı  idi  və  o  özünün  bütün  miskin  həyatı  boyu  belə  xoĢbəxt 

anlar yaĢamamıĢdı.  

–  Əslində,  elədir  ki  var!  Sirk  siçanı!  Buradan  çıxanda,  o  məni 

çox varlı edəcək! Lap sirkdə olduğu kimi! Görərsiniz! 

Persi  Uetmor  olsaydı,  heç  Ģübhəsiz,  Delakruaya  deyərdi  ki,  o, 

Kold Mauntindən həyəcan siqnalını və iĢıqlarını yandırmasına heç bir 

ehtiyac olmayan təcili yardım maĢınında çıxacaq, lakin yaxĢısını Harri 

bilirdi. O, sadəcə, Delakruaya dedi ki, makaranı istədiyi rəngə boyaya 



www.vivo-book.com 

 

163 



bilər,  amma  bunu  mümkün  olduqca  tez  etməlidir,  çünki  nahardan 

sonra karandaĢları geri götürməli olacaq.  

Del  onu  rəngbərəng  boyalarla  bəzədi.  Boyama  iĢi  baĢa  çatanda 

makaranın  bir  ucu  sarı,  o  biri  ucu  yaĢıl,  ortadakı  baraban  isə 

yanğınsöndürmə  deposu  kimi  qırmızı  rəngdə  idi.  Biz  Delakruanın 

anlaĢılmaz nitqini eĢitməyə  vərdiĢ  etmiĢdik:  "Maintenant, m'sieurs et 



mesdames!  Le  cirque  presentement  le  mous'  amusant  et  amazeant! 

(Diqqət,  xanımlar  və  cənablar!  Sirkimiz  sizə  əyləncəli  və  möhtəşəm 

siçanı  təqdim  edir).  Əlbəttə,  bu  heç  də  belə  deyilmir,  lakin  onun 

danıĢdığı  fransız  dili  təxminən  belə  səslənirdi.  Sonra  o  öz  səsini 

getdikcə alçaldaraq boğazında udurdu – düĢünürəm ki, bunu yəqin ki, 

tez-tez  döyəclənən  baraban  səsini  eĢitdirmək  üçün  edirdi,  –  sonra  isə 

makaranı  yerə  atırdı.  Mister  Cinqlz  isə  bir  göz  qırpımında  onun 

dalınca düĢür, makara çatıb onu ya burnu, ya da ön pəncələri ilə geri 

diyirlədirdi.  Məncə,  ikinci  üsula  baxmaq  üçün  lap  sirkdə  pul  da 

ödəmək  olardı.  Con  Koffi  bizim  mühafizəmiz  və  qayğımız  altına 

keçənədək,  Delakrua,  onun  balaca  siçanı  və  əlvan  rənglərə  boyanmıĢ 

makara əsas əyləncə vasitəmizə çevrilmiĢdi və hər Ģey bir müddət elə 

belə  də  davam  etdi.  Sonra  bir  müddət  sakitləĢmiĢ  sidik  yolunun 

infeksiyası  yeni  qüvvə  ilə  geri  qayıtdı,  ondan  sonra  isə  blokumuza 

Uliyam Uorton gəldi və cəhənnəm həyatı yenidən baĢladı.  

 

 




www.vivo-book.com 

 

164 



 

10 

 

 



 

Tarixlərin  hamısı,  demək  olar  ki,  xatirimdən  silinib.  Köhnə 

qəzetlərə  baxaraq  bəzi  tarixləri  tapması  üçün,  yəqin,  nəvəm 

Danielladan xahiĢ etməli olacam, amma heç bilmirəm buna dəyərmi? 

Delakruanın  kamerasına  gəldiyimiz  və  siçanın  onun  çiynində 

oturduğunu gördüyümüz gün, ya da Uliyam Uortonun bloka gəldiyi və 

az qala Din Stantonu öldürəcəyi gün kimi ən vacib tarixlər qəzetlərdə 

onsuz da olmayacaqdı. Bəlkə də ən yaxĢısı, indiyə qədər etdiyim kimi, 

elə  belə  də  davam  etməkdir.  Əslində,  düĢünürəm  ki,  əgər  hadisələrin 

hansı  ardıcıllıqla  baĢ  verdiyini  xatırlayırsansa,  tarixlərin  o  qədər  də 

böyük əhəmiyyəti yoxdur.  

BaĢa düĢürəm ki, bəzən hadisələr sıxılaraq bir-birinin içinə girir. 

Delakruanın  edam  tarixi  ilə  bağlı  sənədlər,  nəhayət  ki,  Körtis 

Andersonun  kabinetindən  mənə  gəldi.  Sənədlərə  baxanda  çox 

təəccübləndim,  çünki  bizim  fransızı  dostumuzun  Qoca  Qığılcımla 

görüĢəcəyi  tarix  gözlədiyimiz  gündən  irəli  çəkilmiĢdi.  Bu, 

görünməmiĢ hadisə  idi, özü də o zamanlar ki,  bir nəfəri edam  etmək 

üçün  cənnətin  yarısını  və  yerdəkilərin  hamısını  hərəkətə  gətirməyə 

ehtiyac  yox  idi.  DəyiĢiklik  cəmi  iki  gündən  ibarət  idi.  Səhv 



www.vivo-book.com 

 

165 



eləmirəmsə,  edamın  tarixi  oktyabr  ayının  iyirmi  yeddisindən  iyirmi 

beĢinə çəkilmiĢdi. Dediyim tarixlərin dəqiqliyinə əmin deyiləm, amma 

təxminən  o  günlərdə  idi,  çünki  hələ  o  zaman  Tut-Tutun  öz  siqar 

qutusunu  gözlədiyindən  də  tez  geri  alacağını  düĢündüyümü 

xatırlayıram.  

Uorton  isə  əksinə,  blokumuza  gözlədiyimizdən  daha  gec  gəldi. 

Ona  görə  ki,  məhkəmə  Andersonun  etibarlı  mənbələrinin  güman 

etdiyindən daha uzun çəkmiĢdi (söhbət Azğın Billidən gedəndə, heç nə 

etibarlı  olmur  və  biz  tezliklə  bunun  Ģahidi  olacağıq  –  zamanın 

sınağından  çıxmıĢ  və  ehtiyatsız  davranıĢlardan  qorunduğunu  güman 

etdiyimiz  nəzarət  metodlarımızın  olmasına  baxmayaraq).  Günahkar 

olduğu  sübuta  yetiriləndən  sonra  onu  müayinə  edilməsi  üçün 

Ġndianoladakı  xəstəxanaya  köçürdülər.  Sənədlərdə  deyildiyinə  görə, 

məhkəmə zamanı onun bir neçə dəfə ürəkkeçməsi olub, özü də iki dəfə 

kifayət qədər ciddi. Bu tutmalar zamanı o, döĢəməyə  yıxılıb və  yerdə 

uzanaraq  tir-tir  əsib,  ayaqları  ilə  döĢəməni  döyəcləyib.  Onu  müdafiə 

etmək  üçün  məhkəmə  tərəfindən  təyin  edilmiĢ  vəkilin  dediyinə  görə, 

Uorton  epilepsiya  xəstəliyindən  əziyyət  çəkirmiĢ  və  bu  cinayətləri  də 

epileptik  tutmaların  təsiri  altında  olarkən,  yəni  ağlı  baĢında  olmayan 

vəziyyətdə törədib. Ġttihamçı isə vəkilin sözlərinə etiraz edərək bildirib 

ki,  bu  tutmalar  qabaqcadan  düĢünülmüĢ  oyundur  və  qorxaq,  həm  də 

ümidini  itirmiĢ  bir  adamın  fırıldaq  yolu  ilə  canını  xilas  etmək 

cəhdindən  baĢqa  bir  Ģey  deyil.  Güman  edilən  tutmaları  öz  gözləri  ilə 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə