www.vivo-book.com
174
nəticə çıxarmaq iqtidarında deyil. Persinin edə biləcəyi yeganə Ģey
qaĢqabağını salladıb acıqlı-acıqlı bir küncdə oturmaqdır, çünki yenə
boğazadək zibilə düĢüb.
Azğın Billi Uortonu həbsxanaya gətirmək üçün Ġndianolaya
yeddi nəfər getmiĢdi: Harri, Din, Persi, arxada baĢqa iki nəzarətçi (indi
xatırlaya bilməsəm də, bir vaxtlar onların adlarını bildiyimə əminəm)
və daha iki nəfər öndə. Onlar bizim “Dilican” adlandırdığımız maĢınla
getmiĢdilər – gövdəsi poladla gücləndirilmiĢ və güllə keçirməyən
ĢüĢələrlə təchiz edilmiĢ “Furqon Ford”la. Avtomobil məhbus daĢıyan
polis maĢını ilə zirehli avtomobilin qarıĢığına bənzəyirdi.
Harri Tervilliger bu ekspedisiyanın rəhbəri idi. O özü ilə
gətirdiyi sənədləri qraflığın Ģerifinə verdi (Homer Körbisə yox, onun
kimi yontalanmamıĢ baĢqa bir əbləhə), o da öz növbəsində mister
Uilyam Uortonu, Delakruanın dili ilə desək, müstəsna qalmaqalçını,
fitnəkarı onlara təhvil verdi. Kold Mauntin həbsxanasının məhbuslar
üçün uniforması öncədən ora göndərilsə də, Ģerif və onun adamları
Uortona bu formanı geyindirmək haqqında düĢünmək əziyyətinə
qatlaĢmamıĢdılar; bu iĢi bizim uĢaqların öhdəsinə buraxmıĢdılar. Onlar
Uilyam Uortonu ilk dəfə Mərkəzi Xəstəxananın ikinci mərtəbəsində
görəndə, onun əynində pambıq parçadan xəstəxana pijaması,
ayaqlarında isə ucuz keçə Ģap-Ģuplar vardı. Onun arıq bədəni, dar
sızanaqlı üzü vardı: gur, sarıĢın, uzun və dolaĢıq saçları səliqəsiz
Ģəkildə çiyinlərinə tökülmüĢdü. Bir balaca aĢağı sürüĢmüĢ pijamasının
www.vivo-book.com
175
arxasında onun arıq və sızanaqlarla dolu sağrısı görünürdü. Harri və
baĢqalarının ilk gördükləri Ģey onun bu hissəsi oldu, çünki onlar
xəstəxanaya gələndə Uorton pəncərənin yanında dayanıb avtomobil
dayanacağına
baxırdı.
Uortona
həbsxana
paltarlarını
geyindirmədiklərinə görə Harri qraflığın Ģerifini danlayarkən və
qraflığın Ģerifi də – mənim tanıdığım bütün qraflıq rəsmiləri kimi –
Harriyə nəyin onun vəzifəsi olduğuna, nəyin isə onun vəzifəsi
olmadığına dair mühazirə oxuyarkən, Uorton geri belə çevrilmədi. O,
bir əli ilə pərdəni geri çəkib, pəncərənin yanında kukla kimi sakitcə
durmuĢdu.
Bütün bunlar Harrini təngə gətirəndən sonra (bunun üçün çox
vaxt lazım olduğunu düĢünmürəm), o, Uortona geri dönməsini əmr
etdi. O, Harrinin əmrinə itaət edərək döndü. Xırıltılı və it hürməsinə
bənzər boğuq səslə danıĢan Dinin dediyinə görə, bu oğlan bizim Kold
Mauntində iĢlədiyimiz müddət ərzində gördüyümüz minlərlə ucqar
kənd sakinindən biri idi və onlardan heç nə ilə fərqlənmirdi. Ona
diqqətlə baxanda qarĢındakının davakar və kütbeyin birisi olduğunu
görürsən. Bəzən onlarda ağciyərlik də olduğunu aĢkar edirsən,
xüsusilə də arxası divara durduqları zaman, lakin çox vaxt onların
içində ədavət və dalaĢqanlıqdan baĢqa heç nə olmur, – əgər olursa da:
daha çox ədavət və daha çox dalaĢqanlıq! Bəzi adamlar Billi Uorton
kimi insanlarda alicənablıq kimi keyfiyyətlərin olduğunu düĢünürlər,
amma mən belələrindən deyiləm. Küncə sıxıĢdırıldıqda siçovul da
www.vivo-book.com
176
vuruĢmağa baĢlayır. Bu adamın üzündəki Ģəxsiyyət ifadəsi onun
sızanaqlı sağrılarındakından daha artıq deyildi, Din bizə belə demiĢdi.
Onun çənəsi zəif, gözləri laqeyd və boĢ, çiyinləri aĢağı düĢmüĢdü,
əlləri isə əsirdi. Belə görünürdü ki, ona morfi vurmuĢdular... Tipik
narkoman və dəli – onlar belələrini çox görmüĢdülər.
Bu məqamda Persi yenə qaĢqabaqla baĢını yırğaladı.
– Al, bunu geyin, – deyə Harri çarpayının üstünə sərilmiĢ
həbsxana paltarını göstərərək əmr etdi. Paltarı bükülmüĢ olduğu
mixəyi rəngli kağızdan açıb çıxarsalar da, ona heç kim toxunmurdu. O,
həbsxana camaĢırxanasındakı kimi, bükülü vəziyyətdə çarpayının
üstünə səliqə ilə qoyulmuĢdu: onun bir qolundan ağ pambıq parçadan
qısa tuman, o bir qolundan isə bir cüt ağ corabın ucu görünürdü.
Uorton verilən əmrləri can-baĢla yerinə yetirməyə həvəsli
görünsə də, deyəsən, kənardan yardım olmadan bir Ģey edə
bilməyəcəkdi. O, əvvəlcə, birtəhər qısa tumanı geyindi, növbə Ģalvara
çatanda vəziyyət dəyiĢdi: nə qədər onu geyinməyə cəhd eləsə də, hər
dəfə bir balağa iki ayağını soxurdu. Nəhayət, hövsələsi daralan Din
ona ayaqlarını lazım olan yerlərə salmağa yardım edib Ģalvarı yuxarı
çəkdi, Ģalvarın qabağını və qayıĢını bağladı. Dinin hər Ģeyi onun
əvəzinə etdiyini görən Uorton tərpənmədən yerində duraraq, heç ona
kömək eləməyə cəhd belə göstərmirdi. O, yerində müqəvva kimi
durub, küt baxıĢlarını otaqdan bayıra zilləmiĢdi, heç kimin də ağlına
gəlmədi ki, bu adam riyakarlıq edir, yalandan özünü hər Ģeyə laqeyd
www.vivo-book.com
177
göstərir. Yox, yox, qaçmağa cəhd etmək deyil (ən azı, mən belə
olduğunu düĢünmürəm), əksinə müvafiq vaxt yetiĢəndə uĢaqlara
mümkün olduqca çox problem yaratmaq fikrində idi.
Bütün kağızlara imza atılmıĢdı. Həbs edilərkən qraflığın
mülkiyyətinə çevrilən Uilyam Uorton indi də Ģtatın mülkiyyətinə
keçmiĢdi. Onu xəstəxanadan mavi uniforma geyinmiĢ nəzarətçilərin
əhatəsində, mətbəxdən keçirərək arxa çıxıĢın pilləkənləri ilə çıxardılar.
O, baĢını aĢağı dikib addımlayırdı, bu zaman onun uzun barmaqlı
əlləri əsirdi. Kepka birinci dəfə onun baĢından düĢəndə, Din kepkanı
onun baĢına geyindirdi. Ġkinci dəfə isə Din kepkanı, sadəcə, götürüb
arxa cibinə basdı. Furqonun arxasında onun əlinə və ayağına buxov
vuranda nəzarətçilərə baĢağrısı yaratmaq üçün Uortonun ikinci Ģansı
oldu, amma o bundan istifadə etmədi. Əgər problem yaratmaq fikri
olmuĢ olsa belə (mən hələ indi də əmin deyiləm ki, onun belə bir fikri
vardımı? Əgər vardısa, o bunu etməkdə nə qədər qətiyyətli idi?), yəqin
ki, o özünü qane edəcək səs-küyü salmaq üçün orda məkanın həddən
artıq dar olduğunu, ətrafındakı adamların sayının isə çox olduğunu
düĢünüb. Beləliklə, o, əl-qoluna zəncir vurulmuĢ Ģəkildə yola davam
etməli oldu: bir dəst zəncir topuqlarında, ikinci dəst isə – bu dəstin
həddən artıq uzun olduğu sonradan bilindi – biləklərində.
Kold Mauntinə çatmaq üçün onlara bir saat vaxt lazım oldu.
Bütün yolu Uorton baĢını aĢağı dikmiĢ, zəncir vurulmuĢ əllərini
dizlərinin arasında sıxmıĢ vəziyyətdə avtomobilin sol skamyasında
Dostları ilə paylaş: |