Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə46/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   42   43   44   45   46   47   48   49   ...   158

www.vivo-book.com 

 

182 



Mən  əlimdəki  kağızları  yerə  atıb  38  kalibrli  tapançamı  çəkərək 

cəld  Uortonun  kamerasından  bayıra  atıldım.  Qarnımın  alt  hissəsinin 

yandırıb-yaxan  infeksiyanı  bu  gün  ikinci  dəfə  idi  ki,  unutmuĢdum. 

Uortonun  laqeyd  üzü  və  boĢ  gözləri  haqqında  baĢqalarının  dediyi 

sözlərə  Ģübhə  ilə  yanaĢmırdım,  lakin  həmin  gün  qarĢıma  çıxan  adam 

onların təsvir etdikləri Uorton deyildi. Mən gördüyüm üz heyvan üzü 

idi – özü də ağıllı heyvanın yox, içi hiylə... qəzəb... və dəli bir sevinclə 

dolub-daĢan  bir  heyvanın!  Bəli,  o  nə  üçün  yaradılmıĢdısa,  onu  da 

edirdi. Onun üçün yer və ya Ģəraitin heç bir əhəmiyyəti yox idi.  

Mən  bir  də  Din  Stantonun  qızarmıĢ  ĢiĢkin  üzünü  gördüm.  O, 

gözlərimin önündə can verirdi. Uorton əlimdəki tapançanı görən anda 

Dini mənə tərəf çevrildi. Ġndi onu vurmaq istəsəydim, gülləm Dinə tuĢ 

gələ  bilərdi.  Dinin  çiyninin  arxasında  parıldayan  mavi  bir  göz  məni 

atəĢ açmağa çağırdı.  

 

 

 



Üçüncü Hissə  

 

 

Koffinin Əlləri 

 

 


www.vivo-book.com 

 

183 



1 

 

 



 

Yazdıqlarımı  gözdən  keçirərkən,  gördüm  ki,  indi  yaĢadığım 

Corciya Pyanzı mən “qocalar evi” adlandırmıĢam. Belə bir ad, əlbəttə, 

bu  yeri  iĢlədənlərin  heç  xoĢuna  gəlməyəcək!  Vestibüldə  saxlanan  və 

potensial müĢtərilərə göndərilən broĢüralara görə bura “təqaüdə çıxmıĢ 

yaĢlı  insanlar  üçün  ən  yeni  avadanlıqlarla  təchiz  edilmiĢ  bir 

kompleksdir”.  Burada  hətta  əyləncə  mərkəzi  də  mövcuddur  – 

bukletlərdə  belə  deyilir.  Burada  yaĢamaq  məcburiyyətində  olan 

insanlar  isə  (bukletdə  bizi  məhbus  adlandırmasalar  da,  mən  bəzən 

özümüzü belə adlandırıram) oraya, sadəcə, “televizor otağı” deyirlər.  

Buranın sakinləri məni adamayovuĢmaz hesab edirlər. Ona görə 

ki,  gün  ərzində  çox  nadir  hallarda  televizor  otağına  enirəm.  Əslində, 

bunun 

səbəbi 


insanlar  deyil,  xoĢuma  gəlməyən  televiziya 

proqramlarıdır.  Uzun-uzadı  seriallar,  Riki  Leyk,  Karni  Uilson, 

Rolanda  –  dünya  bizim  qulaqlarımızın  ətrafında  dağılır  və  bu 

insanların bütün qayğıları bu qısa yubkalı qadınların və köynəklərinin 

yaxası  açıq  kiĢilərin kimlərlə  yatıb-qalxması haqqındakı söhbətlərdən 

ibarətdir.  Hə,  əlbəttə,  Bibliyada  da  deyilir:  “Mühakimə  etmə  ki,  səni 

də mühakimə etməsinlər”, ona görə də mən ümumi kütlədən ayrılıram. 

Bunun səbəbi çox sadədir – əgər mən zibillikdə eĢələnmək istəsəydim, 




www.vivo-book.com 

 

184 



onda bizdən iki mil aralıdakı “Həppi Uilz” motelinə  gedərdim. Cümə 

və  Ģənbə  günlərində,  axĢamlar  orada  həmiĢə  polis  maĢınları 

sirenalarını və iĢıqlarını yandırıb ora-bura Ģütüyürlər. Ən yaxın dostum 

Eleyn  Konnelli  də  eynilə  mənim  kimi  düĢünür.  Eleynin  səksən  yaĢı 

var. Hündür, arıq və hələ də mütənasib olan gözəl qaməti var. O, çox 

ağıllı  və  zərif  qadındır.  Çox  asta  yeriyir,  çünki  ombalarında  nəsə 

problemi  var  və  bilirəm  ki,  əllərindəki  artrit  –  oynaqların  xəstəliyi  – 

ona  əziyyət  verir;  lakin  gözəl  və  uzun  –  lap  Qu  quĢu  kimi  –  boynu, 

saçlarını açandı çiyninədək tökülən uzun, gözəl saçları var.  

Ən  xoĢuma  gələn  də  odur  ki,  o  məni  qəribə,  ya  da 

adamayovuĢmaz saymır. Eleyn ilə vaxtımızın böyük hissəsini birlikdə 

keçiririk. Əgər mənim yaĢım belə yöndəmsiz, gülünc olmasaydı, onun 

haqqında  öz  sevgilimmiĢ  kimi  danıĢa  bilərdim.  Amma  o,  mənim  ən 

yaxın  sirdaĢımdır  –  nə  az,  nə  çox  –  və  bu,  heç  də  pis  deyil,  əksinə, 

müəyyən  mənada  elə  yaxĢısı  budur.  Çünki  sevgililər  arasında  baĢ 

verən problemlər, ürək ağrıları bizə  yaddır,  yəni  artıq bunları  yaĢayıb 

bitirmiĢik, bərkə-boĢa düĢərək bərkimiĢik. Baxmayaraq ki, yaĢı əllidən 

az olanlar indi deyəcəklərimə inanmayacaqlar, qoy olsun, amma yenə 

də  deyəcəyəm:  bəzən  hələ  sönməmiĢ  köz  gur  alovla  yanan  tonqaldan 

yaxĢı olur. Nə qədər qəribə səslənsə də, bu həqiqətdir.  

Beləliklə,  gündüz  vaxtı  televizora  baxmıram.  Bəzən  gəzirəm, 

bəzən kitab oxuyuram, lakin son bir ay ərzində çox vaxt solyariumdakı 

bitkilərin  arasında  oturub  öz  xatiratlarımı  yazmaqla  məĢğul  oluram. 



www.vivo-book.com 

 

185 



Mənə  elə  gəlir  ki,  bu  otaqda  oksigen  daha  çoxdur  və  bu  da  köhnə 

xatirələrimi  yada  salmağıma  kömək  edir.  Sizə  deyim  ki,  bu,  hansısa 

Ceraldo Riveradan qat-qat yaxĢıdır. 

Lakin  gecələr  yuxuya  gedə  bilmədiyim  vaxtlarda  bəzən  səs-

səmir çıxarmadan pilləkənlə aĢağı enib televizoru yandırıram. Corciya 

Paynzda HBO ya da baĢqa belə bir teleĢirkətin kanalı yoxdur – mənə 

elə  gəlir  ki,  belə  kanallar  bizim  Əyləncə  Mərkəzimiz  üçün  bir  balaca 

bahalıdır, – lakin əsas kabel kanalları varımızdır. Bu isə o deməkdir ki, 

biz amerikan film kanalına baxa bilərik. Bu o kanaldır ki, (əgər sizin 

kabel  televiziya  kanalınız  yoxdursa,  deyirəm  ki,  biləsiniz)  orada 

verilən  filmlərin  əksəriyyəti  ağ-qaradır  və  bu  filmlərdə  qadınlar  öz 

paltarlarını  soyunmurlar.  Mənim  kimi  qoca  kaftar  üçün  bu,  bir  növ, 

sakitləĢdirici kimi təsir edir. Mən elə televizorun önündəki köhnə yaĢıl 

divanın  üstündəcə  uzanıb  yuxuya  getmək  üçün  xumarlanaraq  çox 

gözəl  gecələr  keçirmiĢəm,  ekranda  isə  həmin  vaxt  ya  Frensis  – 

DanıĢan  Qatır  –  yenə  Donald  O'Konorun  tavasını  alovun  içindən 

çıxarır,  ya  Con  Ueyn  “Docu”  səliqə-sahmana  salır,  ya  da  Cimmi 

kimisə  iyrənc  siçovul  adlandırır  və  sonra  da  tətiyi  çəkirdi.  Bu 

filmlərdən  bəzilərinə  arvadım  Cenislə  (o,  sadəcə,  mənim  sevdiyim 

qadın  deyildi,  həm  də  ən  yaxın  dostumdu)  birlikdə  baxmıĢdıq  və  bu 

filmlər  mənə  rahatlıq  gətirirdi.  Personajların  əyinlərindəki  paltarlar, 

onların yeriĢi, duruĢu, söhbətləri və hətta bu filmlərdəki musiqilər belə 

məni sakitləĢdirirdi. Bəlkə də bu filmlər mənə sakinlərinin bir çoxunun 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə