Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə47/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   43   44   45   46   47   48   49   50   ...   158

www.vivo-book.com 

 

186 



uĢaq  əskiləri  və  rezin  tuman  geyindiyi  qocalar  evində  son  günlərini 

yaĢayan  güvə  yemiĢ  bir  insan  qalığını  deyil,  ayaqlarımın  üstündə 

möhkəm durduğum vaxtları xatırladırdı.  

Lakin  bu  səhər  gördüklərimdə  məni  sakitləĢdirəcək  heç  nə  yox 

idi. Əsla yox idi.  

Eleyn  bəzən  mənimlə  birlikdə  AFK  kanalının  yuxudan  tez 

duranlar  üçün  saat  4:00-da  baĢlayan  “Səhər  veriliĢləri  seansı”  adlı 

proqramına  baxardı  –  bu  haqda  çox  danıĢmasa  da,  bilirəm  ki,  artriti 

ona  çox  əziyyət  verir  və  qəbul  elədiyi  dərmanlar  da  artıq  kömək 

eləmir.  

Bu gün səhər o, əynində saçaqlı hamam xalatı ilə xəyallar kimi 

süzərək  gələndə  mən  bir  vaxt  “ayaqlar”  olmuĢ  sınıq-salxaq  ağacların 

üstündə  əyri  duran  kələ-kötür  divanda  oturmuĢdum.  Əsməmək  üçün 

dizlərimi var gücümlə sıxsam da, üĢütmə, bərk əsən soyuq külək kimi, 

canıma  iĢləyirdi.  1932-ci  ilin  payızında  –  Con  Koffinin,  Persi 

Uetmorun və Mister Cinqlzın payızında – həyatımı cəhənnəmə çevirən 

həmin  sidik  yollarının  infeksiyasının  kabusu  kimi  alıĢıb-yanan 

qasığımdan baĢqa, hər yerim üĢüyürdü.  

Həmin payız həm də Uilyam Uortonun payızı idi.  

–  Pol,  –  deyə  Eleyn  qıĢqıraraq  mənə  tərəf  tələsdi;  “tələsdi” 

deyəndə, yəni onun paslı mismarları və ombalarındakı donuq ĢüĢələrin 

imkan verdiyi qədər tələsdi. – Pol, sənə nə olub? 




www.vivo-book.com 

 

187 



–  Hər  Ģey  qaydasında  olacaq,  narahat  olma,  –  deyə  onu 

sakitləĢdirməyə  çalıĢdım,  lakin  sözlərim  o  qədər  də  inandırıcı 

səslənmirdi. Mənim əsərək bir-birinə dəyən və çaqqıldayan diĢlərimin 

arasından çıxan sözlər aydın tələffüz edilmirdi. – Bir-iki dəqiqə möhlət 

ver, görərsən, yenə top kimi olacağam. 

Eleyn yanımda oturdu və qolunu çiynimə doladı  

– YaxĢılaĢacağına əminəm, – cavab verdi. – Amma de görüm, nə 

olub  axı?  Allah  xatirinə,  Pol!  Sənin  görkəminə  baxanda  adama  elə 

gəlir, elə bil, kabus görmüsən! 

“Hə,  kabus  görmüşəm”,  –  deyə  düĢündüm,  amma  onun 

təəccübdən  bərəlmiĢ  gözlərini  görənədək  heç  ağlıma  gəlmədi  ki, 

fikrimdən keçirdiklərimi bərkdən demiĢəm.  

–  Əslində,  görməmiĢəm,  –  dedim  və  əlimi  astadan  onun  əlinə 

toxundurdum (elə astadan, elə incəliklə!); sadəcə bir anlığına. Eleyn – 

aman Tanrım! 

– Gördüyün kabus həbsxanada nəzarətçi iĢlədiyin vaxtdanmı idi? 

– deyə soruĢdu. – Solariumda oturub haqqında yazdığın dövrdənmi? 

BaĢımı yırğaladım. 

–  Mən,  bir  növ,  ölümə  məhkum  edilmiĢlər  korpusunda 

iĢləyirdim... 

– Hə, bilirəm... 

–  Biz  həmin  yeri  YaĢıl  Mil  adlandırırdıq.  Ona  görə  ki,  oranın 

döĢəməsinə çəkilmiĢ linoliumun rəngi yaĢıl idi. 1932-ci ilin payızında 




www.vivo-book.com 

 

188 



həbsxanaya  bu  oğlanı  gətirdilər  –  adı  Uilyam  Uorton  olan  həmin 

azğını  deyirəm.  Özünü  “Körpə  Billi”  adlandırmaqdan  xoĢu  gəlirdi, 

hətta  bir  qoluna  bu  sözü  döymə  də  elətdirmiĢdi.  Lap  cavan  uĢaq  idi, 

amma  təhlükəli  uĢaq.  Körtis  Andersonun  –  həmin  vaxt  o,  həbsxana 

rəisinin  müavini  idi  –  onun  haqqında  yazdıqları  indiki  kimi 

yadımdadır:  “Azğın  və  dəlisovdur,  bununla  da  fəxr  edir.  Uortonun 

cəmi  on  doqquz  yaĢı  var  və  heç  nəyi  vecə  almır”.  Yazının  bu  son 

cümləsinin altından xətt də çəkmiĢdi.  

Mənim  çiynimi  qucaqlayan  əl  indi  kürəyimi  ovuĢdururdu. 

YavaĢ-yavaĢ  sakitləĢməyə  baĢladım.  Həmin  anda  mən  Eleyn 

Konnellini  sevirdim  və  ona  dediyim  kimi,  üzünü  öpüĢlərə  qərq  edə 

bilərdim.  Bəlkə  də  bunu  etməli  idim.  Ġstənilən  yaĢda  tək  və  qorxaq 

olmaq  dəhĢətlidir,  amma  məncə,  ən  dəhĢətlisi  ahıl  yaĢında  tək 

qalmaqdır. Bununla belə, indi ağlım tamamilə baĢqa Ģeylə məĢğul idi – 

köhnə və hələ də bitirilməmiĢ bu iĢin yükü məni rahat buraxmırdı.  

–  Hə  elədir,  –  dedim.  –  Sən  haqlısan,  mən  burada  oturub 

Uortonun  bizim  blokumuza  necə  gəldiyini  və  Din  Stantonu  –  Azğın 

Billi  həbsxanaya  gələndə  mənimlə  birlikdə  iĢləyən  uĢaqlardan  biri  – 

öldürməyə necə cəhd etdiyini xatırlayaraq qeydlər edirdim. 

–  O, bunu necə edə bilərdi? – Eleyn soruĢdu.  

–  Məkrlilik  və  ehtiyatsızlıq,  –  deyə  hüznlə  cavab  verdim.  – 

Uorton  məkrliydi,  onu  gətirən  gözətçilər  isə  ehtiyatsız.  Əsl  səhv 

Uortonun  biləklərinə  vurulan  zəncirin  həddən  artıq  uzun  olması  idi. 



www.vivo-book.com 

 

189 



Din  “E”  blokunun  qapısının  kilidini  açanda  Uorton  onun  arxasında 

dayanmıĢdı. Onun hər iki yanında isə gözətçilər vardı, lakin Anderson 

haqlı  idi  –  Belə  Ģeylər  Azğın  Billinin  heç  vecinə  də  deyildi.  O, 

biləklərinə  vurulmuĢ  zənciri  Dinin  boynuna  keçirib,  onu  boğmağa 

baĢladı.  

Eleyn birdən titrədi. 

–  Bütün  gecəni  bunlar  haqqında  düĢündüyümdən  yuxuya  gedə 

bilmədim  və  ona  görə  də  buraya  gəldim.  Fikrimdə  sənin  bura  gələ 

biləcəyini  və  bizim  burada  balaca  bir  görüĢümüzün  olacağını 

düĢünərək AFK kanalını açdım.  

Dediklərimi  eĢidəndə,  o,  gülərək  alnımdan,  düz  qaĢımın 

üstündən  öpdü.  Ceniz  məni  qaĢımın  üstündən  öpəndə  bütün 

bədənimdən üĢütmə keçər, tüklərim biz-biz olardı. Həmin səhər Eleyn 

də  məni  oradan  öpəndə,  yenə  tüklərim  biz-biz  oldu.  Yəqin  həyatda 

dəyiĢməz qalan Ģeylər də var.  

Ekranda  isə  qanqsterlərə  aid  qırxıncı  illərin  ağ-qara  bir  filmi 

gedirdi. Filmin adı “Ölüm ÖpüĢü” idi.  

Bədənimin  yenə  əsməyə  baĢlayacağını  hiss  edib,  o  hissi 

boğmağa çalıĢdım.  

–  Bu  filmdə  Riçard  Uidmark  da  oynayır,  –  deyərək  söhbəti 

dəyiĢdim. – Məncə, bu onun kinoda ilk böyük roludur. Mən bu filmə 

heç  vaxt  Cenislə  birlikdə  baxmamıĢdım  –  biz  adətən  polislər  və 

oğrular  haqqında  olan  filmlərə  getmirdik,  –  lakin  yadımdadır  ki, 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə