Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə55/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   51   52   53   54   55   56   57   58   ...   158

www.vivo-book.com 

 

218 



Bəlkə də mənim evdə deyil, iĢdə olmağımın səbəbi o idi ki, əgər 

Azğın Billi Uorton baĢqa oyunlar çıxarmaq fikrinə düĢərsə, ya da Persi 

Uetmor  öz  axmaq  və  potensial  olaraq  dağıdıcı  hərəkətlərindən  birini 

etməyə  qalxarsa,  onların  bu  özbaĢınalıqlarının  qarĢısını  alım.  Hə,  nə 

deyirəm,  qoy  belə  olsun.  Onda  mən  ayıq  olaram  və  möcüzə  haqında 

heç kimə bir söz demərəm.  

Mənim  yaxĢı  görünməyimə  heç  kim  təəccüblənməyəcək,  çünki 

hamıya artıq demiĢdim ki, yavaĢ-yavaĢ sağalmağa doğru gedirəm, elə 

özüm də buna bu günə qədər ürəkdən inanırdım. Hətta rəis Mursa da 

sağalmağa  baĢladığım  haqqında  demiĢdim.  Bircə,  Delakrua  deyəsən 

nəsə  görüb,  amma  düĢündüm  ki,  elə  o  da  öz  ağzını  bağlı  saxlayacaq 

(əgər danıĢmağa baĢlasa, Con Koffinin ona cadu edəcəyindən qorxaraq 

susar,  yəqin).  Koffinin  özünə  gəlincə,  o,  yəqin  ki,  baĢ  verənləri  hətta 

unudub. Çünki o, əslində, sadəcə vasitəçi, ötürücü boru idi. Dünyadakı 

heç  bir  boru,  yağıĢ  dayandıqdan  sonra,  onun  içindən  nə  qədər  su 

axdığını  xatırlaya  bilməz.  Buna  görə  də  mən  bu  məsələ  haqqında 

susmaq  qərarını  verdim  və  bu  hekayəni  nə  vaxtsa,  özü  də  kiməsə 

danıĢa biləcəyimi heç cür ağlıma sığıĢdıra bilmirdim.  

Lakin  boynuma  almalıyam  ki,  bu  nəhəng  oğlan  məndə  böyük 

maraq  oyatmıĢdı.  Həm  də  deyim  ki,  onun  kamerasında  baĢıma 

gələnlərdən sonra ona olan marağım birə on artmıĢdı. 

 

 




www.vivo-book.com 

 

219 



 

 

4 

 

 

 



 

Həmin  axĢam  evə  getməzdən  əvvəl  Brutusla  danıĢdım  ki,  əgər 

sabah  geciksəm,  məni  əvəz  eləsin.  Səhərisi  gün  isə  yuxudan  oyanan 

kimi Trapinqus qraflığının Tefton Ģəhərinə yola düĢdüm.  

–  Bu,  Koffidir-nədir,  ona  görə  bu  qədər  narahatlıq  keçirməyin 

heç  xoĢuma  gəlmir,  –  deyə  səhər  yeməyi  qoyduğu  paketi  uzadan 

arvadım  məni  yola  salarkən  gileyləndi.  Cenis  yol  kənarındakı 

hamburger piĢtaxtalarına etibar eləmirdi; həmiĢə deyirdi ki, onların hər 

birində  qarın  ağrısı  pusquya  durub,  öz  qurbanını  gözləyir.  –  Əvvəllər 

sən belə Ģeylər eləməzdin, Pol. 

–  Ona  görə  narahat  deyiləm,  –  izah  etməyə  çalıĢdım.  –  Mənim 

üçün sadəcə maraqlıdır, vəssalam. 

– Öz təcrübəmdən bilirəm ki, bunların biri o birinə aparır, – deyə 

Cenis  fikrindən  dönməyərək  israr  etdi  və  sonra  bərk-bərk 

dodaqlarımdan öpdü. – Nəsə son vaxtlar gözümə yaxĢı dəyirsən. Son 

zamanlar  lap  narahat  olmağa  baĢlamıĢdım.  Deyəsən,  “su  boruların” 

tam düzəlib, hə? 



www.vivo-book.com 

 

220 



–  Hə,  tamam  sağalıb,  –  deyə  cavab  verəndən  sonra  arvadımla 

sağollaĢaraq  yola  düzəldim.  Bütün  yol  boyu  baĢımı  qatmaq  üçün, 

“Gəl,  səni  aeroplanımda  gəzdirim,  Cozefina”,  “Biz  varlandıq”  kimi 

mahnılar oxudum.  

Əvvəlcə,  Teftondakı  “Ġntellicenser”  qəzetinin  redaksiyasına 

getdim və orda mənə dedilər ki, axtardığım adam – Bört Hammersmit 

– yəqin, qraflıq məhkəməsindədir. Məhkəmə binasında isə dedilər ki, 

Hammersmit  burada  idi,  amma  su  boruları  partladığından,  məhkəmə 

iclası  təxirə  salındı  və  o  getdi.  Məhkəmədə  zorlama  ilə  bağlı  iĢə 

baxılırmıĢ  (“Ġntellicenser”  qəzetinin  səhifələrində  bu  cinayət  “qadına 

hücum”  kimi  qeyd  ediləcəkdi,  Riki  Leyk  ilə  Karni  Uilson  səhnəyə 

çıxana  qədər  belə  cinayətlər  məhz  bu  cür  adlandırılırdı).  Onların 

fikrincə, indi o, evdə olmalı idi. Evinin səmtini öyrənib, yola düĢdüm. 

Bu,  elə  çala-çuxurlu  və  dar  bir  yol  idi  ki,  mən  öz  “Ford”umu  ora 

salmağa  çox  böyük  çətinliklə  cürət  etdim.  Yolun  sonunda,  nəhayət, 

axtardığım  adamı  tapdım.  Con  Koffinin  məhkəməsi  haqqında  əksər 

yazıların  müəllifi  Hammersmit  idi  və  Koffinin  ələ  keçməsinə  gətirib 

çıxaran axtarıĢlar və təqiblər haqqında bir çox təfsilatları məhz ondan 

öyrənmiĢdim.  Əlbəttə  ki,  “Ġntellicenser”  qəzetinin  səhifələrində  çap 

olunmaq  üçün  həddən  artıq  dəhĢətli  hesab  edilən  təfsilatları  demək 

istəyirəm.  

Missis  Hammersmit  paltar  yumaqdan  əlləri  qızarmıĢ,  yorğun 

baxıĢlı,  amma  yenə  də  qəĢəng  və  gənc  bir  qadın  idi.  O,  nə  üçün 



www.vivo-book.com 

 

221 



gəldiyimi  soruĢmadan  məni  gözəl  yemək  ətri  gələn  evdən  keçirərək 

arxa  artırmaya  çıxardı.  Orada  onun  əri  əlində  bir  ĢüĢə  qazlı  içki, 

dizlərinin  üstündə  isə  hələ  qatı  açılmamıĢ  “Liberti”  jurnalı  ilə 

oturmuĢdu.  Evin  arxasındakı  bağça  balaca,  amma  qəĢəng  və  səliqəli 

idi, onun yamac kimi aĢağı meyillənən uzaq baĢında yelləncək üstündə 

gah dalaĢan, gah da barıĢıb gülən iki körpə uĢaq oynayırdı. Artırmadan 

onların  qız,  ya oğlan olduğunu demək çətin idi, lakin mənə elə  gəldi 

ki,  onlardan  biri  oğlan,  o  birisi  isə  qızdır.  Bəlkə  də  əkizdirlər.  Əgər 

belə  idisə,  onda  bu  fakt  onların  atasının  Koffinin  məhkəməsində 

iĢtirakına maraqlı bir çalar qatırdı. Yaxınlıqdakı tapdanmıĢ və üstündə 

peyin  izləri  olan  torpaq  sahəsində  balaca  bir  ada  kimi  duran  it  damı 

vardı, amma damın sahibi gözə dəymirdi. Həmin gün də mövsümünə 

görə  çox  isti  idi.  Ona  görə  də  düĢündüm  ki,  yəqin,  içəridə  mürgü 

vurur.  


– Bört, bax bu da sənə yoldaĢ, – missis Hammersmit dedi. 

–  YaxĢı,  –  deyə  o  cavab  verdi.  Əvvəlcə,  mənə,  sonra  arvadına 

baxdı,  yenə  nəzərlərini  bağçanın  o  biri  baĢında  oynayan  uĢaqlarını 

yönəltdi.  BaxıĢlarından  baĢa  düĢdüm  ki,  o,  uĢaqları  ilə  nəfəs  alır  və 

ürəyi uĢaqlarının yanındadır. O, çox arıq idi – elə arıq ki, elə bil, çox 

ağır bir xəstəlikdən yenicə sağalmıĢdı; saçları seyrəlməyə baĢlamıĢdı. 

Arvadı paltar yumaqdan qızararaq ĢiĢmiĢ əlini tərəddüdlə onun çiyninə 

toxundurdu. O, nə arvadına tərəf baxdı, nə də onun əlinə toxundu, bir 

neçə  an  sonra  qadın  dinməzcə  əlini  geri  çəkdi.  Ġlk  baxıĢda  onlar  ər-



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə