www.vivo-book.com
230
– Hə, bilirəm. O, uĢaq olanda kimsə onu yarımcan olana,
içindəki Ģeytan çıxana qədər yaxĢıca kötəkləyib, – deyə cavab verdim.
– Demək istəyirəm ki, o, hələ balaca olanda.
– Belə görünür ki, Koffini döyənə onun içindəki Ģeytanı
çıxarmaq müyəssər olmayıb, elə deyilmi, Eckum? Həmin çubuğu
kənara qoyub, özlərini əziyyətə salmadan onu azmıĢ piĢik balası kimi
çayda batırsaydılar, daha yaxĢı olardı. Elə deyilmi?
DüĢündüm ki, yəqin onunla razılaĢıb buradan getmək daha yaxĢı
olar, amma bunu edə bilmədim. Mən onu görmüĢdüm, həm də hiss
etmiĢdim: – onun əllərinin toxunuĢunu hiss etmiĢdim.
– O... qəribədir, – dilləndim. – Ġçində zorakılığa meyilli olduğu
qətiyyən hiss olunmur. Onun necə tapıldığını bilirəm və hər gün
Blokda gördüklərimlə həmin mənzərəni bir yerə sığıĢdırmaq mənim
üçün çox çətindir. Mən aqressiv insanlara yaxĢı bələdəm, mister
Hammersmit. – Əlbəttə ki, Uorton haqqında düĢündüm. O Uorton ki,
biləyinə vurulmuĢ zənciri Din Stantonun boğazına keçirib, onu boğa-
boğa qıĢqırırdı: “Həəə, uĢaqlar! ġənliyimiz necədi, xoĢunuza gəlir?
YaxĢı Ģənlənirik, ya yox?”
Ġndi o, üzündə söylədiklərimə inanmırmıĢ kimi bir ifadə ilə
gülümsəyərək, diqqətlə mənə baxırdı, lakin mən onun üzündəki bu
ifadəyə bir elə əhəmiyyət vermədim.
– Siz onun baĢqa yerdə baĢqa qız uĢaqlarını öldürüb
öldürmədiyini öyrənmək üçün gəlməmisiniz, – deyə dilləndi. –
www.vivo-book.com
231
Gəlmisiniz ki, onun ümumiyyətlə bu cinayəti törədib törətmədiyi
haqqında nə düĢündüyümü öyrənəsiniz. Düz tapmıĢam, elə deyilmi,
mister Eckum? Boynunuza alın ki, düz deyirəm.
Mən öz soyuq pivəmdən sonuncu udumu da alandan sonra
ĢüĢəni masanın üstünə qoyub dedim:
– Hə, elədir. Siz nə düĢünürsünüz?
– UĢaqlar! – deyə o irəli əyilərək həyətin baĢ tərəfindəki yamaca
tərəf səsləndi. – Tez bura gəlin və kökələrinizi götürün! – Sonra o,
yenə öz stuluna söykənərək, mənə baxdı. Yenə o güclə sezilən
təbəssüm – mənim əhəmiyyət vermədiyim – onun üzündə göründü. –
Gəlin, sizə bir hekayə danıĢım – deyə dilləndi. – Diqqətlə qulaq asın,
çünki indi söyləyəcəklərim, ola bilsin ki, elə sizin eĢitmək istədiyiniz
sözlər olsun.
– Buyurun, diqqətlə qulaq asıram.
– Bizim Ser Qalahad adında bir itimiz vardı, – o, barmağı ilə it
damını göstərdi. – YaxĢı it idi. Cins olmasa da, çox mehribandı. Sakit:
əlinizi yalamağa, ya da atdığınız çubuğu geri gətirməyə hər zaman
hazır olan bir it. Bizim itimiz kimi düdəmələr həddən artıq çoxdur,
mənimlə razısınızmı?
Çiyinlərimi çəkərək baĢımı yırğaladım.
– Cins olmayan yaxĢı it, müəyyən mənada, sizin zəncinizi
xatırladır. – deyə davam etdi. – Siz onu tanıdıqca sevməyə
baĢlayırsınız. Onlardan nəsə xüsusi bir məqsəd üçün istifadə etmək
www.vivo-book.com
232
mümkün olmasa da, onu saxlayırsınız, çünki sizə elə gəlir ki, guya it
sizi sevir. Əgər bəxtiniz gətirsə, mister Eckum, bunun belə olmadığını
öyrənmək sizə heç vaxt nəsib olmayacaq. Lakin Sintiya ilə mənim
bəxtim heç gətirmədi.
O, nəfəsini dərərək dərindən kədərli bir səslə elə ah çəkdi ki,
sanki tökülmüĢ yarpaqların arasından keçən külək onları xıĢıldatdı.
Yenə əli ilə it damını göstərəndə, onun boĢ olduğunu, ya da ətrafa
səpələnmiĢ it nəcisinin artıq köhnələrək ağardığını və ovulmağa
baĢladığını lap əvvəldən necə sezə bilmədiyimə təəccübləndim.
– HəmiĢə onun altını təmizləyərdim, – Hammersmit dedi, –
yağıĢda islanmasın deyə yuvasının damını təmir edərdim. Bu mənada
Ser Qalahad sizin cənublu zəncinizə bənzəyir. Qalahad da bütün
bunları özü üçün etməzdi. Ġndi mən ona toxunmuram, bədbəxt
hadisədən sonra – əgər baĢımıza gələni bədbəxt hadisə adlandırmaq
olarsa... Mən hətta ora bir dəfə də yaxınlaĢmamıĢam. Mən tüfəngi
götürüb dama tərəf getdim və atəĢ açaraq iti öldürdüm, lakin ondan
sonra ora yaxınlaĢmamıĢam. Özümü buna məcbur edə bilmirəm. Bəlkə
də zamanla bunu bacararam... Onda bütün bu zibilliyi təmizləyər, damı
da söküb dağıdaram.
Bu məqamda uĢaqlar gəlib çıxdı və birdən içimdə nəyəsə
uĢaqların bizə yaxınlaĢmamasını arzuladım, həmin an dünyadan istəyə
biləcəyim ən böyük arzu bəlkə də bu idi. Qız normal görünürdü, amma
oğlan...
www.vivo-book.com
233
Onlar oğrun-oğrun nəzərlərini mənə zilləyib qıqqıldaĢa-
qıqqıldaĢa artırmanın pillələrini qalxıb mətbəxin qapısına tərəf
yönəldilər.
– Kaleb, – deyə Hammersmit öz oğlunu yanımıza çağırdı. – Bir
saniyəlik bura gəl, oğlum.
Qızcığaz – Ģübhəsiz, qardaĢı ilə əkiz olmalı idi, çünki eyni yaĢda
olardılar – mətbəxə girdi, oğlan isə geri qayıdaraq atasına yaxınlaĢdı
və baĢını aĢağı dikib yerə baxaraq dayandı. O öz görünüĢünün idbar
olduğunun fərqində idi. Məncə, onun cəmi dörd yaĢı olardı, lakin dörd
yaĢında olan birisi artıq özünün kifir olduğunu dərk edə bilər. Ata iki
barmağını oğlunun çənəsinin altına qoyub, onun baĢını qaldırmağa
çalıĢdı. Əvvəlcə oğlan ona müqavimət göstərdi, lakin atası ondan sevgi
və mərhəmətlə: “Lütfən, oğlum”, – deyə xahiĢ edəndə, o, təslim olaraq
baĢını qaldırdı.
Onun saçlarından baĢlayan qövsĢəkilli qorxunc bir çapıq
alnından, sonra isə kor olaraq laqeyd bir Ģəkildə qıyılmıĢ gözündən
keçərək – üzünə qumarbazın, ya da dəyyusun üzündə olduğu kimi
çoxbilmiĢ, hiyləgər bir ifadə verərək – ağzının küncünədək uzanırdı.
UĢağın bir yanağı təmiz, sığallı və gözəl, o biri yanağı isə ağac kötüyü
kimi kələ-kötür idi. Məncə, onun üzünün həmin yerində dəlik olub,
lakin indi artıq sağalıb.
– Onun bir gözü salamat qalıb, – oğlunun idbar hala düĢmüĢ
yanağını barmağı ilə sığallayan Hammersmit dedi. – Məncə, onun
Dostları ilə paylaş: |