www.vivo-book.com
238
müddətlik. Hammersmitin oğlunun eybəcər hala salınmıĢ üzünün əksi,
bir də Hammersmitin diĢləməyə hazırlaĢan ağızı təsvir edən
barmaqları gözlərimin önündən heç cür çəkilmək istəmirdi.
5
Azğın Billi Uorton karser kamerasına ilk səfərinə elə növbəti
gün çıxmalı oldu. Bütün səhəri və demək olar ki, günortanı o, Merinin
quzusu kimi sakit və üsulluca davrandı, ancaq bir az keçəndən sonra
anladıq ki, bu vəziyyət onun üçün normal deyilmiĢ və bu sakitliyin
sonrasında bizi problemlər gözləyirmiĢ. AxĢam təxminən saat yeddi
otuz radələrində Harri həmin gün ilk dəfə geyindiyi təmiz
uniformasının Ģalvarının manjetinə isti su damcılarının atıldığını hiss
etdi. Bu, sidik idi. Öz kamerasının barmaqlığının önündə dayanmıĢ
Uilyam Uorton qaralmıĢ diĢlərini göstərə-göstərə Harri Tervilligerin
Ģalvarına və ayaqqabılarına iĢəyirdi.
www.vivo-book.com
239
– Bu it oğlu it yəqin bütün günü dözərək sidiyini yığırmıĢ, –
Harri hadisədən bir qədər sonra dedi və bunu danıĢarkən hələ də
hirsindən və acığından az qalırdı partlasın.
Hə, bax bu məhz elə belə də olmuĢdu. “E” blokunda kimin ağa
olduğunu Uilyam Uortona göstərməyin vaxtı gəlib çatmıĢdı. Harri
Brutusla məni çağırdı, mən isə həmin gün bizimlə növbədə olan Persi
ilə Dinə xəbər yolladım. Əgər yadınızdadırsa, həmin vaxt bizim
blokda üç məhbus vardı və gücləndirilmiĢ iĢ rejimində iĢləyirdik.
Mənim qrupum axĢam saat yeddidən səhər saat üçə qədər – bu,
sutkanın elə vaxtı idi ki, istənilən problem, ya da gözlənilməz vəziyyət
yarana bilərdi – və iki baĢqa qrup isə günün qalan hissəsində növbəyə
çıxırdı. Həmin iki qrup əsasən müvəqqəti iĢçilərdən təĢkil olunmuĢdu
və onlara rəhbərliyi Bill Doc edirdi. Ġstənilən halda, iĢləri idarə etmək
üçün bu, heç də pis üsul deyildi. Hiss edirdim ki, əgər Persini gündüz
növbəsinə keçirə bilsəm, hər Ģey daha da yaxĢı olar. Bu haqda çox
düĢünsəm də, edə bilmədim. Hələ indi də bəzən özün-özümə sual
edirəm ki, əgər onu gündüz növbəsinə keçirə bilsəydim, görəsən
vəziyyət dəyiĢərdimi?
Anbar otağında, Qoca Qığılcımdan bir qədər aralı böyük su kranı
vardı. Din ilə Persi ona uzun yanğınsöndürən Ģlanqı burub
bağlayandan sonra lazım olan anda suyu açmaq üçün ventilin yanında
dayanmıĢdılar.
www.vivo-book.com
240
Brutusla mən Uortonun kamerasına tərəf tələsdik. O, hələ də
barmaqlığın önündə dayanıb çürük diĢlərini ağardırdı, onun aləti isə
hələ də Ģalvarının önündən bayıra sallanırdı. Man karser
kamerasındakı dəli köynəyini özümlə götürmüĢ və dünən axĢam evə
getməzdən əvvəl onu kabinetimdəki rəfin üstünə atmıĢdım. Çünki hələ
dünən axĢam ağlıma gəlmiĢdi ki, bu dəli köynəyi bizin yeni “çətin
uĢağımızı” sakitləĢdirməmiz üçün lazım ola bilər. Ġndi Ģəhadət
barmağımı brezent paltarın halqalarından birinə keçirib onu bir əlimdə
tutmuĢdum. Bizim arxamızca əlində Ģlanqın ucunu tutmuĢ Harri
gəlirdi. Onun əlindəki Ģlanq mənim kabinetimdən keçərək anbar
otağına, oradan isə pillələrdən aĢağı Din ilə Persinin mümkün olduqca
cəld açmağa çalıĢdıqları makaraya birləĢirdi.
– Hə, necədir, əbləh, xoĢuna gəlir? – Azğın Billi özündən razı
halda soruĢdu. O karnavalda ürəyincə əylənən uĢaq kimi gülürdü; elə
ürəkdən gülürdü ki, nəfəsini tutub bir söz belə deyə bilmirdi;
gözlərindən axan iri yaĢ damlaları onun yanaqlarından aĢağı
süzülürdü. – Siz, lap mənim güman etdiyim kimi, çox tez gəldiniz.
Ġndi görün sizin üçün nə hazırlayıram... Çox yumĢaq isti nəcis. Sabaha
qədər yəqin hazır olar. Sabah gəlsəniz, sizə verərəm...
Onun kamerasının qapısını açdığımı görəndə Billinin gözləri
qıyıldı; Brutusun bir əlində tapança, o biri əlində isə polis dəyənəyini
görəndə, onun gözləri bir az da qıyıldı.
www.vivo-book.com
241
– Bircə bura girin... Siz bura öz ayaqlarınızla girə bilərsiniz,
amma buradan sizi baĢqaları çıxarmalı olacaqlar. Buna Körpə Billi
zəmanət verir, – deyərək o, həyəcanlı Ģəkildə qıĢqırdı. Onun nəzərləri
yenə mənə tuĢlandı. – Əgər mənə o dəli köynəyini geyindirməyi
düĢünürsənsə, yaxĢısı budur fikrini dəyiĢəsən, yoxsa özündən küs,
qoca zırrama.
– Burada əmrləri sən vermirsən, məni baĢa düĢdünmü? – deyə
sakit tərzdə ona dedim. – Əgər dediklərimi anlamaq üçün həddən artıq
kütbeyinsənsə, onda sənə bir balaca dərs verməli olacağıq.
Mən ikinci kilidi də açıb qapını yana itələdim. Uorton
çarpayısına tərəf geri çəkildi, onun aləti hələ də Ģalvarından bayıra
sallanırdı. O, əlini uzadaraq barmağı ilə məni çağırdı:
– Hə, gəl, gəl görüm, anası fahiĢə, gəl, – deyə vəcdlə qıĢqırdı. –
Bunlar mənim dərsimi verəcəklər, qoy versinlər, bu qoca yabı da
deyəsən baĢ müəllim olmaq iddiasındadır. – Uorton bu dəfə nəzərlərini
Brutusa çevirdi və çürük diĢlərini ona göstərərək gülümsədi. – Hə,
yekəpər, gəl, sən birincisən. Bu dəfə oğru piĢik kimi gizlincə
arxamdan gələ bilməzsən. Silahı da yerə qoy, axmaqlıq eləmə, onsuz
da atəĢ açan deyilsən. Gəl kiĢi kimi üz-üzə çıxaq – sən və mən, görək
kim daha güclüdür...
Brutus kameranın içinə daxil oldu, amma Uortoma tərəf
getmədi. Qapıdan içəri girən kimi sol tərəfə hərəkət etdi. Ona
Dostları ilə paylaş: |