Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə62/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   58   59   60   61   62   63   64   65   ...   158

www.vivo-book.com 

 

246 



kameraya  saldıq.  Onlar  bu  iĢlə  məĢğul  olduqları  vaxt  mən  Uortonla 

qısa bir söhbət etməyə macal tapdım.  

– Hə, nədir, düĢünürsən ki, sən sərt birisən? – dedim. – Bəlkə də 

elədir,  oğlum,  lakin  nə  qədər  sərt  olursan  ol,  burada  bunun  heç  bir 

əhəmiyyəti yoxdur. Sənin sayılı günlərin qalıb. Əgər sən bizi əziyyətə 

salmasan,  biz  də  səni  əziyyətə  salmarıq.  Yox  əgər  bizə  problemlər 

artırmaq fikrinə düĢsən, nəhayətdə, onsuz da öləcəksən, amma ölümə 

getməzdən əvvəl səni karandaĢ kimi yonub itiləməli olacağıq.  

–  Mənim  ölümümü  görməkdən  yəqin  hamınız  məmnun 

qalacaqsınız, – Uorton xırıltılı səslə dedi. Bunun heç bir əhəmiyyətinin 

olmadığını  bildiyi  halda,  Uorton  dəli  köynəyin  içində  var  gücü  ilə 

dartınıb  qollarını  azad  etməyə  çalıĢırdı,  sərf  etdiyi  qüvvə  və 

gərginlikdən üzü pomidor kimi qızarmıĢdı. – Lakin nə qədər ki sağam, 

dünyanı  baĢınıza  dar  edəcəyəm.  –  O  yenə  acıqlı  əntər  kimi  diĢlərini 

ağardaraq gülümsədi.  

–  Əgər  istədiyin,  sadəcə,  bizim  həyatımızı  çətinləĢdirmək, 

qanımızı  qaraltmaqdırsa,  dayana  bilərsən,  çünki  istədiyinə  artıq  nail 

olmusan,  –  deyə  Brutus  söhbətə  qoĢuldu.  –  Lakin  nə  qədər  ki,  YaĢıl 

Mildəsən,  Uorton,  bizim  üçün  heç  fərqi  yoxdur  –  vaxtını  yumĢaq 

divarlı  otaqda  keçirib-keçirməyəcəyin  qətiyyən  vecimizə  deyil. 

Qollarına qan iĢləmədiyindən qanqren – toxumaların çürüməsi – olub, 

onları itirənə qədər bu lənətə gəlmiĢ dəli köynəyini də geyinə bilərsən. 

– Brutus susub nəfəsini dərdi. – Bir də, yəqin bilirsən ki, bura elə də 



www.vivo-book.com 

 

247 



tez-tez  müsafir  gəlmir.  Əgər  düĢünürsənsə  ki,  sənin  baĢına  burada 

nələr gəldiyi haqqında düĢünənlər var, səhv eləyirsən. Ġnan ki, bu heç 

kimin  vecinə deyil. Bütün dünya üçün sən artıq  ölmüĢ  canidən baĢqa 

bir Ģey deyilsən.  

Uorton  nəzərlərini  Brutusa  zilləyib  diqqətlə  qulaq  asırdı,  onun 

üzündəki qəzəb ifadəsi yavaĢ-yavaĢ silinib gedirdi.  

–  Məni  bu  köynəkdən  çıxarın,  –  Uorton  taleyi  ilə  barıĢmıĢ  bir 

səslə  –  ona  inanmaq  üçün  həddən  artıq  ağlı  baĢında  və  mülayim  bir 

səslə, – dedi. – Daha özümü yaxĢı aparacağam. Düz sözümdür.  

Kameraının qapısında Harri göründü. Dəhlizin baĢ tərəfi köhnə-

kürüĢ satılan bit bazarına dönmüĢdü. Lakin biz çevik Ģəkildə hər Ģeyi 

səliqə-sahmana salmağa vərdiĢ eləmiĢdik, bunun üçün bizə, sadəcə, iĢə 

baĢlamaq  lazım  idi.  Əvvəllər  də  bunu  etmiĢdik  və  bunu  necə  etmək 

lazım olduğunu yaxĢı bilirdik.  

–  Hər  Ģey  hazırdır,  –  Harri  dedi.  Brutus  brezent  köynəyin 

Uortonun  sağ  dirsəyinin  olduğu  hissəsindən  yapıĢıb  onu  ayağa 

qaldırdı.  

– Tərpən görüm, Azğın Billi. Hə, bir də hər Ģeyə yaxĢı tərəfdən 

baxmağa  çalıĢ.  Ġndi  sənin  düĢünüb-daĢınmağın  üçün,  ən  azından, 

iyirmi  dörd  saat  vaxtın  olacaq.  Bu  vaxt  ərzində  qapıya  arxanı 

çevirməməli  və  bir  də  heç  kimlə  belə  zarafatlar  etməməli  olduğunu 

yaxĢı-yaxĢı düĢün ki, yadından çıxmasın.  




www.vivo-book.com 

 

248 



–  Buraxın  məni,  –  Uorton  yalvarıĢ  dolu  səslə  dedi.  O,  imdad 

axtaran  nəzərlərini  gah  Brutusa,  gah  Harriyə,  gah  da  mənə  tərəf 

yönəldirdi.  Onun  yanaqlarında  yenə  yavaĢ-yavaĢ  qızartı  əlamətləri 

görünməyə  baĢlamıĢdı.  –  Mən  özümü  yaxĢı  aparacağam.  Sizə  söz 

verirəm, inanın, mən dərsimi aldım. Mən... mən... aaa-aaxxx-heeyyy... 

O  qəfildən  kəsilmiĢ  ağac  kimi  yerə  yıxıldı,  onun  yarısı 

kameranın  içində,  yarısı  isə  YaĢıl  Milin  köhnəlmiĢ  linoliumunun 

üstündə  idi.  Yerdə  tir-tap  uzanmıĢ  Uortonun  ayaqları  əsir,  bütün 

bədəni ilan kimi qıvrılırdı.  

– Aman Tanrım, o, deyəsən, qıc olub, – Persi pıçıldadı.  

–  Əlbəttə,  mənim  bacım  da  Babil  fahiĢəsidir,  –  Brutus  onun 

sözünü  kəsdi.  –  O,  əyninə  ağ  duvaq  geyinib  Ģənbə  axĢamları 

ombalarını  yırğalaya-yırğalaya Musa üçün Ģəhvət dolu rəqslər edir. – 

Brutus əyilərək bir əli ilə Uortonun qoltuğunun altından yapıĢdı, mən 

isə  onun  o  biri  qoltuğundan  tutdum.  Uorton  qarmağa  düĢmüĢ  balıq 

kimi  bizim  aramızda  durmadan  çırpınırdı.  Onun  tir-tir  əsən  bədənini 

daĢımaq, xorultusuna və qaz buraxaraq çıxardığı səslərə qulaq asmaq 

həyatımdakı ən xoĢagəlməz təcrübələrimdən biri idi.  

Mən  nəzərlərimi  qaldırdım  və  bir  anlıq  Con  Koffi  ilə 

baxıĢlarımız bir-birinə kilidləndi. Onun gözləri qırmızı, qara yanaqları 

isə  nəm  idi.  O,  yenə  də  ağlamıĢdı.  Mən  Hammersmitin  diĢləyən  əl 

iĢarəsini  xatırladım  və  içimdə  yüngül  əsməcə  hiss  etdim.  Sonra  yenə 

bütün diqqətim Uortona döndü.  



www.vivo-book.com 

 

249 



Onu  içi  dolu  çuval  kimi  karser  kamerasına  fırıldatdıq  və  onun 

“E” Blokuna “Billi Paroxod” adı ilə təĢrif gətirən siçanı bir zamanlar 

axtardığımız  novun  yaxınlığında  uzanaraq  qıvrılmasına  xeyli  tamaĢa 

etdik.  


– Əgər o, birdən dilini, ya da baĢqa bir  yerini udarsa,  ya da ki, 

ölərsə, mənim heç vecimə olmaz, – deyə Din xırıltılı və qulaq incidən 

cırıltılı səsi ilə dilləndi. – Amma bir düĢünün, uĢaqlar, belə olan halda 

nə qədər kağız, sənəd-sünəd iĢi yaranacaq! Heç vaxt o kağızları yazıb 

bitirə bilmərik.  

–  Sənəd-sünəd  iĢini  boĢ  ver,  sən  hələ  yayılacaq  dedi-qoduları 

düĢün! – Harri qaĢqabaqla dedi. – Biz bu lənətə gəlmiĢ iĢimizi itirəcək 

və  həyatımızın  sonu  Missisipidə  noxud  yığmaq  olacaq.  “Missisipi” 

sözünün mənasını bilən varmı, hə? Bu, hindu dilində “sağrı” mənasını 

verir.  


–  Budur  sizə  deyirəm:  o  nə  öləcək,  nə  də  dilini  udacaq, 

görərsiniz,  –  Brutus  dilləndi.  –  Sabah  səhər  biz  bu  qapını  açanda,  o, 

turp kimi olacaq. Sizə söz verirəm.  

Hər Ģey elə Brutusun dediyi kimi oldu. Növbəti gün, axĢam saat 

təxminən  doqquz  radələrində  karserdən  çıxarıb  öz  kamerasına 

gətirəndə  o,  çox  sakit,  rəngi  avazımıĢ  və  deyəsən,  taleyi  ilə  barıĢmıĢ 

kimi  görünürdü;  baĢını  aĢağı  dikib  gedirdi. Əynindəki  dəli köynəyini 

çıxaranda  da  heç  kimə  hücum  etməyə  səy  göstərmədi.  Növbəti  dəfə 

karser  kamerasında  günlərlə  qalaraq  Ģalvarına  batırmaq,  baĢqasının 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə