Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə61/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   57   58   59   60   61   62   63   64   ...   158

www.vivo-book.com 

 

242 



tuĢlanmıĢ  yanğınsöndürmə  Ģlanqını  görəndə,  Uortonun  qıyılmıĢ 

gözləri bərələrək hədəqəsindən çıxmaq dərəcəsinə çatdı.  

– Yox, lazım deyil, – deyə bağırdı. – Yox, lazım deyil... 

–  Din, – qıĢqırdım. – Suyu qoĢ! Nə qədər yeri var, ver gəlsin! 

Uorton qəfildən irəli Ģığıdı və Brutus dəyənəyi ilə ona güclü bir 

zərbə endirdi – mən əminəm ki, belə bir zərbəni Persi yalnız arzulaya 

bilərdi,  –  düz  Uortonun  alnının  ortasından.  Bizə  baxınca,  yəqin,  heç 

bir  problem  olmadığını  düĢünən  Uorton  dizləri  üstə  çökdü,  gözləri 

açıq  olsa  da,  heç  görmədiyinə  əminəm.  ġlanqdan  su  gəlməyə 

baĢlayanda  təzyiqin  gücündən  Harri  bir-iki  addım  geri  çəkilməli  olsa 

da, bir an sonra müvazinətini bərpa edib, Ģlanqın ucunu əlləri ilə bərk-

bərk  tutaraq,  onu  silah  kimi  Uortona  tuĢladı.  Su  Ģırnağı  düz  onun 

sinəsinin  ortasından  tutdu  və  onu  yerə  yıxaraq  öz  oxu  ətrafında 

yarımdairə fırladaraq çarpayının altına soxdu. Dəhlizin o biri baĢında 

Delakrua  həyəcanla  bir  ayağından  o  birisinə  hoppanaraq  qaqqıldayır, 

dəli kimi bağıraraq Con Koffiyə lənətlər  yağdırır və nə baĢ verdiyini, 

kimin  üstün  gəldiyini,  çin  duĢunun  yeni  ipləmənin  xoĢuna  gəlib-

gəlmədiyini  ona  danıĢmasını  tələb  edirdi.  Əynində  qısa  Ģalvar, 

ayaqlarına isə həbsxana Ģap-Ģupları geyinmiĢ Con isə onun dediklərinə 

cavab  vermədən  öz  kamerasının  barmaqlığının  önündə  sakitcə 

dayanmıĢdı. Mən yalnız bir dəfə ona baxmağa macal tapdım və onun 

üzündə  yenə  də  həmiĢəki  laqeyd  və  aləmdən  təcrid  olunmuĢ  ifadəni 

görə bildim.  



www.vivo-book.com 

 

243 



– Suyu bağla! – Brutus çiyninin üstündən geriyə qıĢqırdı və cəld 

kameranın  içinə  Ģığıdı.  O,  əllərini  yarı  huĢsuz  halda  yerdə  uzanmıĢ 

Uortonun  qoltuqlarının  altına  salıb,  onu  çarpayının  altından  çıxardı. 

Uorton  öskürür,  öskürərkən  də  qur-qur  səsləri  çıxarırdı.  Alnındakı 

yaradan,  Brutusun  dəyənəyinin  dəydiyi  yerdən  onun  qaralmıĢ 

gözlərinə qan axırdı.  

Dəli  köynəyinin  geyindirilməsi  prosesini  Brutusla  mən  məĢqlər 

sayəsində, demək olar ki, bir sənət səviyyəsinə qaldırmıĢdıq. Biz bu iĢi 

yeni  bir  rəqsi  öyrənməyə  çalıĢan  peĢəkar  vodevil  rəqqasları  kimi 

saatlarla təkrar-təkrar icra etməkdən  yorulmurduq. Sizə  deyim ki,  hər 

dəfə köynəyi kiməsə geyindirmək lazım olanda, bir daha əmin olurduq 

ki, etdiyimiz məĢqlər əbəs deyilmiĢ. Məsələn, elə bu dəfə olduğu kimi. 

Brutus Uortonu dikəldərək oturtdu və onun qollarını irəliyə, balaca bir 

uĢağın  Əsgi  Andi  gəlinciyinin  qollarını  uzatdığı  kimi,  mənə  tərəf 

uzatdı. Uortonun Ģüuru, deyəsən, yavaĢ-yavaĢ özünə qayıdırdı və əgər 

savaĢa indi baĢlamasa, sonra çox gec olacağını anladığının iĢartıları də 

gözlərində görünürdü, lakin onun beyni ilə əzələləri arasındakı rabitə 

hələ  bərpa  olunmamıĢdı  və  nə  qədər  ki,  o,  bu  rabitəni  bərpa  etməyə 

macal  tapmayıb,  mən  köynəyin  qollarını  çevik  və  adətkar  hərəkətlə 

onun  qollarına  geyindirdim,  Brutus  isə  köynəyin  arxasındakı 

düymələri  bağlamaqla  məĢğul  idi.  O,  düymələri  bağlamaqla  məĢğul 

ikən,  mən  köynəyin  qolundakı  qayıĢları  çəkib  Uortonun  yanlarından 

çarpaz  doladım,  biləklərini  köynəyin  arxasındakı  brezent  qayıĢlara 



www.vivo-book.com 

 

244 



bağladım. ĠĢimizi baĢa çatdırandan sonra Uortona baxanda adama elə 

gəlirdi ki, o, özü-özünü qıcaqlayıb.   

– Səni görüm lənətə gələsən, yekəpər müqəvva. De görüm, onlar 

onun öhdəsindən gələ bildilərmi? – deyə Delakrua qıĢqırdı. Mən hətta 

Mister Cinqlzın ciyiltisini də eĢitdim. Deyəsən, baĢ verənlər onun üçün 

də maraqlı idi. 

Ventillə  əlləĢməkdən köynəyi  islanıb  bədəninə  yapıĢan Persi də 

gəlib  çıxdı,  onun  üzü  həyəcandan  alıĢıb  yanırdı,  arxasınca  isə 

boynunda  bənövĢəyi  qançırlardan  boyunbağı  olan  Din  gəlirdi. 

Persidən fərqli olaraq, o, elə də həyəcanlı görünmürdü.  

–  Hə,  di  tərpən,  Azğın  Billi,  –  deyə  onu  dartaraq  ayağa 

qaldırdım. – Gəl, indi səni oppalara aparacağıq.   

–  Məni  bu  adla  çağırma!  –  Uorton  bərkdən  bağırdı.  Məncə,  o, 

üzündəki  ağıllı  yırtıcı  maskasını  ilk  dəfə  bir  tərəfə  atıb,  həqiqi 

hisslərini büruzə vermiĢdi.  

–  Azğın  Billi  görünmək  istədiyi  kimi  sərt  birisi  deyil!  O,  heç 

vaxt  əlində  bıçaq  ayı  ovuna  getməyib!  O  da  Con  Lo  kimi  sadəcə 

avaradır! Lənətə gəlmiĢ əbləh belini qapıya söykəyib oturub və baĢqa 

bir sərxoĢ da onu öldürüb.  

–  Aman  Tanrım,  bu  lap  tarix  dərsinə  bənzədi  ki!  –  Brutus 

qıĢqırdı və Uortonu kameradan bayıra itələdi. – Bura düĢəndə, heç kim 

baĢına  nə  gələcəyini  bilmir,  sadəcə,  hər  Ģeyin  yaxĢı  olacağını  güman 

edir.  Lakin  sənin  kimi  adlı-sanlı  uĢaqlar  bura  gələndə,  məncə,  bu 



www.vivo-book.com 

 

245 



deyilənlər  həqiqətə  daha  yaxın  olur,  elə  deyilmi?  Bilirsənmi,  dostum, 

çox  keçməz,  sən  özün  də  tarixə  çevrilərsən.  Lakin  hələlik  dəhlizlə 

getməlisən. Sənin üçün rahat bir otaq hazırlamıĢıq – insanı rahatladan 

bir otaq!  

Uorton  nəsə  qəzəbli,  anlaĢılmaz  sözlər  qıĢqıraraq  özünü 

Brutusun  üstünə  atdı,  baxmayaraq  ki,  onu  dəli  köynəyinin  içinə 

salmıĢdılar və əllərini arxaya dolayaraq belinə bağlamıĢdılar. Ġndi isə 

Persi cəld öz dəyənəyini – həyatın bütün problemlərinə qarĢı reseptini 

– əlinə aldı və bunu görəndə Din sakitcə onun biləyindən tutdu. Persi 

təəccüblə  və  bir  az  da  hiddətlə  ona  baxdı,  sanki  demək  istəyirdi  ki, 

Uortonun Dinə etdiklərindən sonra, Din onu saxlamaq istəyən sonuncu 

adam olmalı idi.  

Brutus  Uortonu  geri  itələdi.  Mən  onu  yaxalayıb  Harriyə  tərəf 

itələdim. Harri isə onu tutub sevincindən vəcdə gəlmiĢ Delakruanın və 

hər  Ģeyə  qarĢı  laqeydliyini  pozmayan  Koffinin  önündən  keçirərək 

YaĢıl Mil  ilə irəli itələdi.  Üzü üstə  yerə  yıxılmaqdan özünü qorumaq 

üçün  Uorton  bildiyi  bütün  söyüĢləri  ətrafındakılara  yağdıra-yağdıra 

qaçmağa  məcbur  oldu.  Onun  ağzında  söyüĢlər  qaynaqçının 

elektrodundan çıxan qığılcımlar kimi ətrafa səpələnirdi. Din, Harri və 

Persi  (ilk  dəfə  idi  ki,  o,  ədalətsizcəsinə  çox  iĢlədildiyi  haqqında 

Ģikayətlənmirdi)  karser  kamerasındakı  zir-zibili  bayıra  daĢıdıqları 

əsnada  biz  Uortonu  itələyib  dəhlizin  baĢında  sağ  tərəfdəki  sonuncu 




Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə