www.vivo-book.com
234
tamam kor olmadığına görə Allaha Ģükür etməliyik. Biz dizlərimizin
üstünə çöküb buna görə Allaha çox həmd-səna etmiĢik. Elə deyilmi,
Kaleb?
– Bəli, ser, – oğlan utancaq bir görkəmlə atasına cavab verdi.
Məktəbə gedəndə bu oğlanı həmyaĢıdları öz atmacaları, istehzaları və
uĢağa qoĢacaqları qəddar ayamaları ilə hələ çox incidəcəkdilər, onu
ĢüĢə fırlatma, ya da poçt oyununa heç kim dəvət etməyəcəkdi.
Yetkinlik yaĢına və ehtiyaclarına çatandan sonra yəqin ki, o, pulu
ödənməmiĢ bir qadınla seviĢmək üçün heç vaxt yatağa girməyəcəkdi.
Bu oğlan yəqin ki, heç vaxt öz həmyaĢıdlarının mehriban və Ģən
dairəsinə daxil ola bilməyəcək, öz həyatının növbəti əlli, altmıĢ, ya da
yetmiĢ ilini güzgüyə baxaraq düĢünəcəkdi: “Sən idbarsan, idbarsan,
idbarsan”.
– Hə, get, oğlum, get öz kökəni ye, – deyə atası onun əyilmiĢ
dodaqlarından öpdü.
– Bəli, ser, – deyə cavab verəndən sonra Kaleb yerindən
götürülərək mətbəxin qapısında gözdən itdi. Hammersmit Ģalvarının
arxa cibindən dəsmalını çıxarıb gözlərini sildi. Onun gözləri quru idi,
amma mənə elə gəldi ki, o, gözlərinin həmiĢə nəm olmasına artıq
vərdiĢ etmiĢdi.
– UĢaqlar dünyaya gələndə it artıq məhəlləmizdə idi. Sintiya
uĢaqlar ilə doğum evindən evimizə qayıdanda, onları iyləyib tanısın
deyə, iti evə gətirdim və Ser Qalahad da körpələrin əllərini yaladı.
www.vivo-book.com
235
Onların bapbalaca əllərini. – Sanki dediklərini təsdiq edirmiĢ kimi
Hammesmit baĢını yırğaladı. – Ġt həmiĢə onlarla oynayardı; Arden
gülüb özündən gedənə qədər onun üzünü yalamağa vərdiĢ eləmiĢdi.
Kaleb isə onun qulaqlarını dartıĢdırmağı xoĢlayardı və təzəcə gəzməyə
baĢlayanda bəzən Qalahadın quyruğundan tutub həyətdə dövrələr də
vurardı. Ġt bit dəfə olsun belə uĢaqlara mırıldanmamıĢdı. Onların heç
birinə.
Ġndi onun gözlərində həqiqətən yaĢ damcıları göründü. O, artıq
vərdiĢli bir hərəkətlə gözlərini qeyri-Ģüuri olaraq sildi.
– Heç bir səbəb yox idi, – deyə dilləndi. – Kaleb onu heç vaxt
incitmir, onun üstünə bağırmırdı, ümumiyyətlə, onu hirsləndirə biləcək
heç nə eləməmiĢdi. Dəqiq bilirəm. Mən özüm o vaxt onların yanında
idim. Əgər orda olmasaydım, yəqin bilirəm ki, it uĢağı öldürəcəkdi.
Ümumiyyətlə, iti təhrik edəcək heç nə olmamıĢdı, mister Eckum, heç
nə! UĢaq, sadəcə, öz üzünü düz itin burnunun önünə gətirmiĢdi. O
zaman Ser Qalahadın ağlına nə gəldisə – kim bilir itin ağlında nə var!
– o irəli atılıb uĢağı diĢlədi. Yəqin bilərim ki, imkanı olsaydı, uĢağı
diĢləri ilə dağıdaraq öldürərdi. UĢaq onun qarĢısında idi və it uĢağı
diĢlədi. Koffi də eyni Ģeyi eləyib. Koffi orda olub, uĢaqları artırmada
yatan görüb, onları qaçırıb, zorlayıb, sonra da qətlə yetirib. Dediniz ki,
belə cinayətləri onun əvvəllər də törətmiĢ olmasını göstərə biləcək
ipucları olmalıdır. Nə demək istədiyinizi yaxĢı baĢa düĢürəm, lakin o,
keçmiĢdə belə cinayətlər törətməmiĢ də ola bilər. Mənim itim də
www.vivo-book.com
236
əvvəllər heç kimi qapmamıĢdı; sadəcə bir dəfə! Bəlkə də Con Koffini
azadlığa buraxsalar, o, bir də heç kimə xətər yetirməz. Bəlkə elə
mənim itim də heç kimi bir də tutmayacaqdı. Lakin bu haqda düĢünüb
baĢımı heç yormadım. Sadəcə, tüfəngimi götürüb evdən çıxdım, onun
xaltasından tutdum və beynini havaya sovurdum.
O danıĢdıqca, həyəcandan az qala boğulurdu.
– Mən kifayət qədər savadlı adamam, elə hamı kimi, mister
Eckum. Kolleci Baulinq Qrində bitirmiĢəm, tarix, jurnalistika və bir az
da fəlsəfə öyrənmiĢəm, özümü ziyalı hesab edirəm – Ģimallıların ziyalı
olmağımla razılaĢmayacaqlarına baxmayaraq. Cindəki bütün çayları
mənə versəydilər belə, quldarlığın geri qayıtmasını istəməzdim.
Məncə, irqi problemləri həll etməyə səylər göstərərkən, biz humanist
və mərhəmətli olmalıyıq. Amma yaddan çıxarmamalıyıq ki, sizin
zənciniz imkan tapan anda qurbanını diĢləyəcək, lap elə ağlına kimisə
diĢləmək və bunun üçün əlinə fürsət düĢmüĢ mələz it kimi. Bilmək
istəyirsiniz ki, sizin ağlağan və bütün bədəni çapıqlarla örtülmüĢ
adamınız – mister Koffi – bu cinayəti törədib, ya yox, eləmi?
Mən razılıq əlamət olaraq dinməzcə baĢımı yırğaladım.
– Hə, edib, – deyə Hammersmit öz sualına cavab verdi. – O, bu
cinayəti törədib. Buna qətiyyən Ģübhəniz olmasın və heç vaxt arxanızı
ona çevirməyin. Onunla ehtiyatsız davranıĢla bir dəfə, ya da yüz dəfə
... hətta min dəfə... salamat qalmaq olar, lakin sonunda... – o, əlini
mənim gözlərimin önündə havaya qaldırıb, barmaqlarını kəskin
www.vivo-book.com
237
Ģəkildə bir neçə dəfə baĢ barmağına vuraraq, diĢləməyə hazır bir ağızı
təsvir etdi. – Nə demək istədiyimi anlayırsınızmı?
Yenə dinməzcə baĢımı yırğaladım.
– O qızları zorlayaraq öldürüb və sonra da etdiklərinə peĢman
olub... Amma bu peĢmançılığın nə faydası – qızlar zorlanmıĢ və ölü
olaraq qalırlar, – heç nəyi geri qaytarmaq olmaz. Siz ona layiq olduğu
cəzanı verəcəksiniz, elə deyilmi, Eckum? Bir neçə həftə sonra ona elə
bir cəza verəcəksiniz ki, o, bir də belə cinayətlər törədə bilməsin. – O,
sözünü bitirib yerindən qalxdı, artırmanın məhəccərinə yaxınlaĢdı və
tapdanmıĢ otluğun mərkəzində qoyulmuĢ, ətrafına köhnə nəcis
qırıntıları səpələnmiĢ it damına fikirli-fikirli baxdı. – Ġndi isə məni
bağıĢlayın, – deyərək Hammersmit mənə tərəf çevrildi. – Günortadan
sonra məhkəmə binasına getməli olmadığımdan düĢündüm ki, bu gün
vaxtımı öz ailəmlə birlikdə keçirim. Yəqin razılaĢarsınız ki, adamın
uĢaqları yalnız bir dəfə balaca olurlar.
– Hə, əlbəttə, – deyə razılaĢdım. Dodaqlarım keyləĢmiĢdi və elə
bil mənim deyildilər. – Mənə vaxt ayırıb görüĢdüyünüz üçün sizə
təĢəkkür edirəm.
– Dəyməz. Buyurun, xoĢdur, – deyə cavab verdi.
Hammersmitlərin evindən çıxandan sonra maĢınıma oturub,
birbaĢa həbsxananın yolunu tutdum. Yol uzun və yorucu idi, lakin bu
dəfə mən müxtəlif havacatlar oxuyaraq baĢımı qata bilmirdim. Elə bil,
bütün mahnılar xatirimdən tamam silinmiĢdi, ən azından, bir
Dostları ilə paylaş: |