Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə56/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   52   53   54   55   56   57   58   59   ...   158

www.vivo-book.com 

 

222 



arvaddan daha çox, bacı-qardaĢı xatırladırdılar – onun ağlı, qadının isə 

gözəlliyi vardı, lakin onların arasında, bütün bunların altında yatan və 

qaçılması mümkün olmayan nəsə, irsi bir bənzərlik də sezilirdi. Sonra, 

mən  evə  qayıdanda,  onların  bir-birinə  qətiyyən  bənzəmədiyini 

anladım; onları bənzər göstərən isə bir zamanlar yaĢadıqları ortaq dərd 

və  bu  dərdin  hələ  də  acıyan  yarasının  izləri  olmalı  idi.  Necə  də 

qəribədir, ağrı-acılar bizim üzümüzdə izlər buraxır və bizi, elə bil, bir 

ailə imiĢik kimi, bir-birimizə bənzər edir.  

Qadın soruĢdu: 

– Soyuq bir Ģey içmək istəyirsinizmi, cənab... ? 

–  Eckum,  –  deyə  dilləndim.  –  Adım  Pol  Eckumdur.  Çox  sağ 

olun. Soyuq içki çox gözəl olardı, mem.  

Qadın  evə  qayıtdı.  Mən  əlimi  Hammersmitə  uzatdım,  o  da 

cavabında əlimi sıxdı. Bu əl sıxma boĢ və soyuq oldu. Onun baxıĢları 

hələ də həyətin baĢında oynayan uĢaqlara zillənmiĢdi.  

–  Cənab  Hammersmit,  mən  “Kold  Mauntin”  dövlət 

həbsxanasının “E” blokunda baĢ nəzarətçi iĢləyirəm. Bu... 

– Mən bunun nə olduğunu bilirəm, – deyərək o, sözümü kəsdi və 

bu dəfə mənə baxan gözlərində daha çox maraq sezilirdi. – Yəni YaĢıl 

Milin  baĢ  nəzarətçisi  Ģəxsən  gələrək  mənim  arxa  artırmamda  oturub. 

Sizi  əlli  mil  uzaqlıqdan  bura  yol  ölçməyə  və  yerli  qəzetin  tam  Ģtatda 

olan yeganə müxbiri ilə söhbət eləməyə vadar edən nədir? 

– Con Koffi, – deyə cavab verdim.  



www.vivo-book.com 

 

223 



Mən  bəlkə  də  kəskin  bir  reaksiya  gözləyirdim  (əkiz  uĢaqlar  ilə 

bağlı fikir hələ də mənim beynimdən çıxmamıĢdı... hə, bir də it damı; 

Detteriklərin də həyətində it vardı, lakin Hammersmit, sadəcə, əlindəki 

ĢüĢədən bir udum alıb, qaĢlarını qaldırmaqla kifayətləndi.  

–  Ġndi  Koffi  sizin  baĢağrınızdır,  elə  deyilmi?  –  Hammersmit 

soruĢdu.  

–  O,  bizə  elə  də  çox  baĢağrısı  vermir,  –  deyə  cavab  verdim.  – 

Onun  qaranlıqdan  xoĢu  gəlmir  və  bir  də  demək  olar  ki,  durmadan 

ağlayır.  Lakin  bu  dediklərim  bizim  iĢimiz  üçün  heç  bir  problem 

yaratmır. Biz bundan da pislərini görmüĢük.  

–  Çox  ağlayır  deyirsiniz,  hə?  –  Hammersmit  soruĢdu.  –  Hə, 

deyərdim  ki,  onun  göz  yaĢı  tökməsi  üçün  çoxlu  səbəbləri  olmalıdır  – 

əgər elədiklərini göz önünə alsaq. Siz nəyi öyrənmək istəyirsiniz? 

–  Mənə  danıĢa  biləcəyiniz  hər  Ģeyi.  Qəzetdəki  məqalələrinizi 

oxumuĢam, yəni demək istəyirəm ki, bu yazılara salmadığınız hər Ģeyi 

dinləməyə hazıram.  

O, bir anlıq kəskin və quru nəzərlərlə mənə baxdı.  

– Yəni, qızların görünüĢü necə idi, nə vəziyyətdə idilər? Yoxsa 

onun  körpə  qızların  baĢına  hansı  oyunları  açdığını?  Sizi  belə 

təfərrüatlar maraqlandırır, mister Eckum? 

–  Yox,  –  səsimdəki  mülayim  tonu  qorumağa  çalıĢaraq  cavab 

verdim.  –  Məni  maraqlandıran  Detteriklərin  körpə  qızları  deyil,  ser. 




www.vivo-book.com 

 

224 



Zavallı  qızcığazlar  artıq  bu  dünyada  yoxdurlar.  Koffi  isə  sağdır  – 

hələlik sağdır – və məni maraqlandıran odur.  

– YaxĢı, – Bört baĢını yırğaladı. – Özünüzə stul götürüb əyləĢin, 

mister Eckum. Əgər bir qədər sərt danıĢdımsa, məni bağıĢlayın. Ümid 

edirəm,  məni  baĢa  düĢərsiniz,  çünki  öz  iĢimdə  tez-tez  quzğunlarla 

qarĢılaĢmalı oluram. Aman Tanrım, mənim özümü tez-tez onlardan bir 

olmaqda ittiham  edirdilər. Mən, sadəcə, sizin  belə  birisi olmadığınıza 

əmin olmaq istəyirdim.  

– Hə, əmin oldunuzmu? 

– Ümid edirəm ki, oldum, – o, laqeyd tərzdə cavab verdi. Onun 

mənə  danıĢdıqları,  demək olar ki,  bu hekayəmin  əvvəlində sizə  təsvir 

etdiklərimlə  eyni  idi:  miss  Detterik  qapısının  bir  həncaməsi  qırılmıĢ 

eyvanda  heç  kimin  olmadığını,  adyalların  bir  küncə  atıldığını, 

pilləkənlərdəki  qan  izlərini  necə  aĢkar  etdi;  onun  əri  və  oğlu  qızları 

qaçıranın  arxasınca  gedərək,  onu  necə  təqib  etdilər;  silahlı  dəstə 

əvvəlcə onlara, bir az sonra isə Con Koffinin olduğu yerə necə çatdı; 

qızcığazları  öz  yoğun  qollarının  arasında  oyuncaq  gəlinciklər  kimi 

bərk-bərk  tutmuĢ  Koffi  çayın  kənarında  oturub  necə  fəryad  çəkirdi... 

Əyninə yaxalığının düymələri açıq ağ köynək və boz Ģalvar geyinmiĢ 

bu  arıq  müxbir  sakit  və  soyuq  bir  səslə  danıĢırdı...  lakin  nəzərləri 

bağçanın uzaq baĢındakı yamacda, kölgəlikdə bir-biri ilə gah dalaĢan, 

gah gülən, gah da növbə ilə yelləncəyə minən iki körpədən bir an belə 

yayınmadı.  Təxminən söhbətin ortalarında missis Hammersmit  əlində 



www.vivo-book.com 

 

225 



evdə  hazırlanmıĢ  soyuq,  tünd  və  dadlı pivə ĢüĢəsi ilə  bizə  yaxınlaĢdı. 

O,  bir  qədər  yanımızda  dayanıb  qulaq  asdı,  sonra  isə  uĢaqları  evə 

çağırmaq  üçün  diqqətini  bizdən  ayırıb  onların  yanına  getdi,  çünki 

sobadan  təzəcə  çıxmıĢ  kökələr  olduğunu  onlara  deməli  idi.  “Anacan, 

indi  gəlirik!”  –  deyən  cingiltili  bir  qız  səsi  eĢidildi  və  qadın  yenidən 

evə döndü.  

Hammersmit söhbətini bitirəndən sonra soruĢdu: 

– YaxĢı, deyin görüm, bütün bunları nə üçün bilmək istəyirsiniz? 

Bu günədək “Böyük Evdən” heç kim məni ziyarət etməyə gəlməmiĢdi, 

siz birinci adamsınız. 

– Sizə demiĢdim axı... 

– Hə, bilirəm demiĢdiniz – sadəcə, maraq. Ġnsanlara belə Ģeylər 

maraqlıdır, bilirəm.  Hətta buna görə Tanrıma Ģükür də edirəm, çünki 

belə olmasaydı, onda iĢimi itirər, yaĢamaq üçün həqiqətən düzgün bir 

iĢin qulpundan tutmalı olardım. Lakin əlli mil sadəcə marağınızı təmin 

etmək  üçün  çox  uzaq  məsafədir,  özü  də  yolun  son  iyirmi  milinin 

bərbad  vəziyyətdə  olduğunu  nəzərə  alsaq,  buna  görə  gəlməyinə 

qətiyyən dəyməz. Siz nə üçün mənə düzünü demək istəmirsiniz, cənab 

Eckum? Mən sizin marağınızı təmin etdim, indi də siz mənim sualıma 

cavab verin. 

Mən,  əlbəttə  ki,  ona  öz  sidik  yollarımın  infeksiyası  və  Con 

Koffinin qasığıma bir toxunuĢla onu necə sağaltması haqqında danıĢa 

bilərdim.  Bəli,  iki  körpə  qızcığazı  zorlayaraq  qətlə  yetirmiĢ  bir  adam 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə