Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə57/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   53   54   55   56   57   58   59   60   ...   158

www.vivo-book.com 

 

226 



məni  sağaltmıĢdı.  Ona  görə  də  onun  haqqında  maraqlanırdım,  yəqin, 

mənim yerində olan hər kəs belə edərdi. Hətta düĢünmüĢdüm ki, bəlkə, 

Homer  Kribus  və  onun  köməkçisi  Rob  Marci  əsl  qatili  əldən 

buraxaraq, onu tutmuĢlar. Ona qarĢı olan bütün dəlillərə baxmayaraq, 

belə düĢünürdüm. Çünki əllərində belə gücə sahib olan birisi haqqında, 

adətən, uĢaqları zorlayan və sonra da öldürən adam kimi düĢünmürsən.  

Yox, məncə, bunları ona danıĢmaq olmaz. 

–  Mənə  maraqlı  olan  iki  məqam  var,  –  deyə  cavab  verdim.  – 

Birincisi,  görəsən  o,  əvvəllər  də  buna  bənzər  cinayətlər  törədib,  ya 

yox? 


Dediklərimi  eĢidəndə  Hammersmit  dərhal  mənə  tərəf  baxdı, 

onun  kəskin  baxıĢlarında  maraq  qığılcımlarını  açıq-aĢkar  sezmək 

olurdu və baĢa düĢdüm ki, o, çox ağıllı adamdır. Bəlkə də onun parlaq 

zəkası var, amma diqqət çəkmədən yaĢamağa üstünlük verir.  

– Nə üçün bu sizi belə maraqlandırır? – deyə soruĢdu. – Siz nəsə 

bilirsiniz, Eckum? O sizə nəsə danıĢıb? 

–  Heç  bir  Ģey  danıĢmayıb.  Lakin  əgər  insan  belə  bir  cinayət 

törədirsə,  adətən  onun  keçmiĢində  də  buna  bənzər  cinayət  əməlləri 

olur.  Belə  canilər  zaman  keçdikcə  öz  cinayətlərindən  zövq  almağa 

baĢlayırlar.  

– Hə, sizinlə razıyam, – deyə cavab verdi. – Belə olur, həqiqətən 

belə olur. 




www.vivo-book.com 

 

227 



– DüĢünürəm ki, onun kimi nəhəng birisinin – özü də qaradərili 

– keçmiĢini araĢdırmaq çətin olmamalıdır.  

– Belə düĢünürsünüz, amma sizi inandırıram ki, səhv edirsiniz, – 

o  dedi.  –  Ən  azından,  Koffi  haqqında  düĢüncələrinizdə  yanılırsınız. 

Mən bunu dəqiq bilirəm.  

– Bunu öyrənməyə çalıĢmısınız? 

–  Hə,  amma  bütün  səylərim  boĢa  çıxdı.  Detteriklərin  qızlarının 

qətlindən  iki  gün  əvvəl  onu  Noksvill  Yardsda  gördüklərini  güman 

edən  iki  nəfər  dəmiryolçu  vardı.  Burada  təəccüblü  heç  nə  yoxdur, 

çünki onu çayın sahilində, Böyük Cənub dəmiryolu xətlərindən bu biri 

tayda  yaxalayıblar  və  bəlkə  də  Tennessidən  bura  elə  həmin  yolla 

gəlirmiĢ. Mən bir nəfərdən məktub almıĢdım, o yazırdı ki, bu il yazın 

əvvəllərində taxta yeĢikləri daĢımaq üçün yekəpər, baĢı daz, qaradərili 

bir adamı iĢə götürübmüĢ – məktub Kentukkidən göndərilmiĢdi. Mən 

Con  Koffinin  fotoĢəkilini  ona  göndərdim  və  həmin  adam  onu  tanıdı. 

Lakin bundan baĢqa... – Hammersmit çiyinlərini çəkərək baĢını buladı.  

 – Bu sizə bir az qəribə görünmədi?  

–  Çox  qəribə  gəldi,  mister  Eckum.  Belə  çıxırdı  ki,  o,  elə  bil, 

göydən düĢmüĢdü. Ondan heç nə öyrənmək mümkün  deyil;  bir həftə 

baĢlayanda, ondan əvvəlki həftəni qətiyyən xatırlamır.  

– Hə, düz deyirsiniz. O, heç nəyi xatırlamır, – deyə razılaĢdım. – 

Bəs bunu necə izah edirsiniz? 




www.vivo-book.com 

 

228 



– Biz indi Depressiya dövründə yaĢayırıq, – cavab verdi. – Bax, 

mən bunu belə izah edirəm. Ġnsanlar küçələrə tökülüblər, hamı harasa 

gedir:  oklahomalılar  Ģaftalı  toplamaq  üçün  Kaliforniyaya  getmək 

istəyirlər,  əyləclərdən  yaxĢı  baĢ  çıxaran  zavallı  ağdərililər  Detroytda 

avtomobil  qayırmaq  istəyirlər,  Missisipidən  olan  zəncilər  isə  Yeni 

Ġngiltərəyə  getmək  və  orada  ayaqqabı,  ya  da  toxuculuq  fabrikində 

iĢləmək istəyirlər.  Bütün insanlar  – istər qara, istərsə də  ağdərililər – 

elə düĢünürlər ki, yeni torpaqlara getsələr, onların vəziyyəti düzələcək. 

Bax, bu da sizin üçün lənətə gəlmiĢ amerikan həyat tərzi. Hətta Koffi 

kimi nəhəng bir insan getdiyi yerlərdə heç kimin diqqətini özünə cəlb 

etməyib... – yəni, iki balaca qızcığazı öldürmək qərarına gələnə qədər. 

Balaca ağdərili qızcığazları.  

– Siz buna inanırsınız? – deyə soruĢdum. 

O, arıq üzündə nəvaziĢə bənzər bir ifadə ilə mənə baxaraq dedi:  

– Hə, bəzən inanıram. 

Onun  arvadı  lokomotivin  kabinəsindən  baxan  maĢinist  kimi 

mətbəxin pəncərəsindən boylandı və qıĢqırdı:  

– UĢaqlar, kökələr hazırdır! – Sonra mənə sarı dönüb əlavə etdi: 

– Yulaf unundan kiĢmiĢli kökə istəyirsinizmi, mister Eckum?  

–  Əminəm  ki,  sizin  kökələriniz  çox  dadlıdır,  mem,  amma  bu 

dəfə imtina etməli olacağam.  

– Ġxtiyar sahibisiniz, – deyərək cavab verəndən sonra pəncərədən 

çəkildi.    Onun  bədənindəki  çapıqları  görmüsünüz?  –  deyə 



www.vivo-book.com 

 

229 



Hammersmit  birdən  soruĢdu.  O,  hələ  də  gözlərini  hətta  Ģirin  kiĢmiĢli 

yulaf  kökələri  üçün  belə  yelləncəkdən  qopa  bilməyən  uĢaqlardan 

çəkmədən, onları müĢahidə edirdi.  

–  Hə,  görmüĢəm,  –  dedim,  lakin  onun  da  bu  çapıqları  görməsi 

məni  çox  təəccübləndirdi.  O,  üzümdəki  təəccüb  ifadəsini  görəndə 

güldü.  


–  Müdafiə  vəkilinin  ən  böyük  qələbələrindən  biri  Con  Koffini 

köynəyini  çıxarmağa  və  öz  çapıqlarını  andlılara  göstərməyə  məcbur 

etməyə müvəffəq olması idi. Ġttihamçı Corc Peterson buna var gücü ilə 

etiraz  etsə  də,  hakim  icazə  verdi.  Qoca  Corc  öz  nəfəsini  boĢ-boĢuna 

tükətməyə  bilərdi,  çünki  buradakı  andlılar  insanlarla  pis  rəftar 

olunduğundan,  onların  özlərini  idarə  etməkdə  çətinlik  çəkdiyi 

haqqında  psixoloji  boĢboğazlığa  elə  bir  əhəmiyyət  vermirdilər.  Onlar 

inanırlar ki, insanlar öz davranıĢlarına və hərəkətlərinə görə hər zaman 

məsuliyyət  daĢımalıdırlar.  Mən  özüm  də  əksər  məqamlarda  bu  fikrə 

Ģərikəm...  Bununla  belə,  o  çapıqlara  baxanda  insanın  içinə  üĢütmə 

düĢürdü. O çapıqları görmüsünüzmü, Eckum? 

Mən  Koffinin  çılpaq  bədənini  duĢda  görmüĢdüm  və  əlbəttə  ki, 

müsahibimin dediyi çapıqları  görməyə bilməzdim. Ona görə də onun 

nə haqqında danıĢdığı mənə gün kimi aydın idi.   

– Onun beli çat-çatdır, çalın-çarpaz.  

– Bunun nə demək olduğunu baĢa düĢürsünüzmü? 




Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə