www.vivo-book.com
206
“Dur, – öz-özümə deyirdim, – nə qədər ki, gec deyil,
dayanmalısan, Pol”. Lakin öz məsləhətimə qulaq asmadım. Əvvəlcə
açarla üstdəki kilidi, sonra isə aĢağıdakını açdım, ondan sonra isə
qapını öz novu ilə yana sürüĢdürdüm.
– Ey, rəis, məncə, bu yaxĢı fikir olmaya bilər, – Delakrua səsi
gərginlikdən əsə-əsə öz kamerasından mənə səsləndi. Bəlkə də baĢqa
bir Ģəraitdə bu səs məni gülməyə vadar edərdi.
– Sən öz iĢinlə məĢğul ol, mən də öz iĢimlə! – geri dönmədən
dedim. Gözlərim Con Koffinin gözlərinə kilidlənmiĢdi, özü də elə
möhkəm kilidlənmiĢdi ki, elə bil, mıxlanmıĢdılar. Bu hipnoz altında
olan adamın halına bənzəyirdi. Öz səsim öz qulağıma əks-səda
verərək, elə bil çox uzaq bir vadidən gəlirdi.
“Lənət olsun, deyəsən, mən hipnoz edilmiĢəm”.
– Sən beləcə uzan və istirahət elə.
– Aman Tanrım, bura lap əsl dəlixana imiĢ ki! – Delakruanın
titrək səsi eĢidildi. – Mister Cinqlz, az qalıram arzulayım ki, kaĢ məni
qızardaydılar və bütün bunları görməyəydim!
Mən Koffinin kamerasına daxil oldum. Ġçəri girəndə, o, kənara
çəkilərək mənə yol verdi. Çarpayısının yanında durdu – çarpayı onun
baldırlarına ancaq çatırdı, yəni, görün o necə ucaboy idi – sonra
çarpayıya oturdu. Bayaqdan gözlərini gözlərimdən bir an olsun belə
ayırmayan Koffi əlini döĢəyin üstünə vuraraq yanında mənə yer
göstərdi. Onun yanında oturdum və o, qolunu çiynimə qoyaraq məni
www.vivo-book.com
207
qucaqladı: sanki kinoteatrda oturmuĢduq və mən də onun sevgilisi
idim.
– Sən nə istəyirsən, Con Koffi? – hələ də onun kədərli və
təmkinli gözlərinin içinə baxa-baxa soruĢdum.
– Sadəcə, kömək eləmək, – deyə cavab verdi. Sonra qarĢısında
duran iĢi yerinə yetirməyə o qədər də həvəsli olmayan adam kimi
dərindən bir ah çəkdi və ovcunu göbəyimdən təxminən bir qarıĢ
aĢağıya, qasıq nahiyəmin üstünə qoydu.
– Ey! – deyə bağırdım. – Lənətə gəlmiĢ əllərini çək...
Birdən içimdən elektrik cərəyanına bənzər bir Ģey keçdi, onun
zərbəsi çox güclü, amma ağrısız oldu. Bu zərbə məni çarpayının
üstündə ora-bura dartınmağa və irəli əyilməyə, bir də qoca Tut-Tutun,
“yanıram, yanıram, mən qızardılmıĢ hind xoruzuyam” – deyə
qıĢqırmasını xatırlamağa məcbur etdi. Nə istilik, nə də elektrik
cərəyanı hiss etdim, lakin bir anlıq hər Ģey öz rəngini itirdi, sanki
dünyanı necəsə sıxıb suyunu çıxarmıĢdılar. Mən Con Koffinin
üzündəki bütün məsamələri görə bilirdim; mən onun qızarmıĢ
gözlərindəki hər bir qançırlı damarı görə bilirdim; mən onun çənəsində
artıq sağalmaq üzrə olan balaca cızığı belə görə bilirdim; mən
barmaqlarımın necə əyildiyini və caynaqlara çevrilərək havanı
cırmaqladığını, ayaqlarımın isə Con Koffinin kamerasının döĢəməsini
necə döyəclədiyini hiss edə bilirdim.
www.vivo-book.com
208
Sonra qəfildən hər Ģey keçdi. Mənə əzab-əziyyət verən sidik
yollarının infeksiyası da keçmiĢdi. Qasığımdakı od-alov və ürək kimi
döyünən mənfur ağrı da bütün bədənimi lərzəyə salan titrətmə ilə
bilikdə harasa yox olmuĢdu. Mən hələ də onun bədənimdən çıxardığı
tərin buxarlanmasını hiss edirdim, onun iyini hiss edirdim, lakin bir an
sonra onlar da harasa yox oldular.
– Orda nə olub? – Delakrua var-gücü ilə bağırdı. Onun səsi
qulağıma hələ də haradansa çox uzaqdan gəlirdi, lakin Con Koffi,
nəhayət, gözlərini məndən çəkib irəli əyiləndə, balaca fransızın səsi
aydınlaĢdı. Elə bil, kimsə mənim qulaqlarıma tıxanmıĢ pambıq
parçalarını və ya niĢançıların qulaq tıxaclarını çıxarmıĢdı. – O sənə nə
edir?
Mən Delakruaya cavab vermədim. Koffi dizlərinin üstündə irəli
əyilmiĢdi; gərginlikdən üzü əyilmiĢ, boğazındakı damarlar isə
ĢiĢmiĢdi, gözləri az qalırdı hədəqəsindən çıxsın. O, boğazında toyuq
sümüyü qalmıĢ adamı xatırladırdı.
– Con, – deyə əlimlə onun belinə vurdum; ağlıma baĢqa heç nə
gəlmədi. – Con, sənə nə oldu?
Onun bədəni əlimin altında titrədi və birdən o, dərin və
xoĢagəlməz bir səs çıxararaq gəyirdi, elə bil, qusmağa hazırlaĢırdı. O,
bəzən atların etdiyi kimi – əlacsız təbəssümlə dodaqlar geri çəkilərək
diĢlər ağarır – ağzını açdı. Sonra diĢlərini aralayıb nəfəsini verəndə
havaya xırda qara mığmığa və ya ağcaqanada bənzər həĢəratlar
www.vivo-book.com
209
dumanı buraxdı. Onlar, əvvəlcə, Ģiddətlə onun dizlərinin arasında ora-
bura uçuĢdular, sonra rəngləri ağardı və yox oldular.
Birdən qarnımın alt hissəsində bütün gücümün qeyb olduğunu
hiss etdim, elə bil, oradakı əzələlərim suya çevrilmiĢdi. Mən
müvazinətimi itirdim və kürəyimlə Koffinin kamerasının daĢ divarına
çırpıldım. Bircə o yadımdadır ki, durmadan içimdə Xilaskarın adını
zikr edirdim – təkrar-təkrar, bax beləcə: Ġsa Məsih, Ġsa Məsih, Ġsa
Məsih... Bir də, yəqin qızdırmadan sayıqlamağa baĢlamıĢam deyə
düĢündüyümü xatırlayıram. Vəssalam.
Sonra eĢitdim ki, Delakrua var gücü ilə bağıraraq köməyə adam
çağırır; o, bütün dünyaya hayqırırdı ki, Con Koffi məni öldürür və bu
zaman ağ ciyərlərinin bütün gücündən istifadə edərək çığırırdı. Con
Koffi həqiqətən də mənim üzərimə əyilmiĢdi, lakin onun yeganə qəsdi
mənim özümü yaxĢı hiss etdiyimə əmin olmaq idi.
– Səsini kəs, Del, – deyə qıĢqırdım və ayağa qalxdım. Elə
düĢünürdüm ki, indi bütün içalatımı kəsib-doğrayan bir ağrı hiss
edəcəyəm, lakin heç bir ağrı hiss etmədim. Mən daha özümü yaxĢı hiss
edirəm. Həqiqətən, hər Ģey əla idi. Bir anlıq baĢım gicəlləndi, lakin öz
müvazinətimi qorumaq üçün Koffinin kamerasının qapısına əlimi
uzadıb ondan yapıĢmağa macal tapmamıĢ baĢgicəllənməsi də keçib
getdi. – Mən, həqiqətən, özümü yaxĢı hiss edirəm.
– Tez oradan çıxın, – Delakrua elə sinirli bir tərzdə dedi ki, sanki
yaĢlı qadın balaca uĢağa “O alma ağacından tez aĢağı en!” deyə əmr
Dostları ilə paylaş: |