Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə70/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   66   67   68   69   70   71   72   73   ...   158

www.vivo-book.com 

 

278 



arxasınca  Ģığıyır,  tapır  və  geriyə,  Delakruanın  ayaqlarının  yanına 

diyirlədirdi.  Nəhayət,  bütün  bunlar  sinirlərimə  təsir  etməyə  baĢladı: 

əvvəlcə,  makaranın  divara  çırpılaraq  çıxardığı  səs,  sonra  da  Mister 

Cinqlzın pəncələrini döĢəməyə sürtərək çıxardığı cığıltı – baxmayaraq 

ki, bu, çox maraqlı oyun idi, amma saat  yarım davam edəndən sonra 

adamı bezdirirdi. Mister Cinqlz isə yorulmaq bilmirdi. O, Delakruanın 

bu məqsəd üçün döĢəməyə qoyduğu qəhvə nəlbəkisindən bir udum su 

içərək sərinləmək, ya da nanəli nabatdan iti diĢləri ilə balaca bir parça 

qoparıb  çeynəyərək  qarnını  doydurmaq  üçün  vaxtaĢırı  dayanır,  sonra 

isə  hər  Ģey  yenidən  baĢlayırdı.  Bir  neçə  dəfə  Delakruya  bu  axmaq 

oyuna  son  qoyması  və  siçana  bir  az  istirahət  imkanı  verməsini 

söyləmək  üçün  kəlmələr  dilimin  ucuna  gəlsə  də,  Mister  Cinqlz  ilə 

oynaması  üçün  onun  ixtiyarında  yalnız  bu  gecənin  və  sabahı  günün 

qaldığı  birdən  yadıma  düĢür  və  boğazıma  dirənmiĢ  kəlmələri  udmalı 

olurdum.  Lakin  bu  oyun  uzandıqca,  özümü  saxlamaq  da  getdikcə 

çətinləĢirdi:  daim  təkrarlana  səs-küyün  sinirlərə  necə  təsir  etdiyini 

yəqin  siz  də  bilirsiniz.  Nəhayət,  sözə  baĢlamaq  istəyirdim  ki,  hansısa 

bir qüvvə məni çiynimin üstündən geri baxmağa məcbur etdi. Dəhlizin 

əks  tərəfində  Con  Koffi  öz  kamerasının  qapısının  yanında  dayanıb, 

dinməzcə mənə baxaraq baĢını bulayırdı: sağa, sola, sağa, sola. Elə bil, 

fikrimi oxumuĢdu və mənə bir də düĢünməyi məsləhət görürdü.  

Mən  Mister  Cinqlzı  Delakruanın  qarımıĢ  xalasına  –  böyük  bir 

torba nanəli nabat  göndərmiĢ xalasını deyirəm –  verməyi  təklif etdim 



www.vivo-book.com 

 

279 



və  söz  verdim  ki,  bunun  yerinə  yetirilməsinə  nəzarət  də  edərəm. 

Üstəlik,  dedim  ki,  onun  əlvan  rəngli  makarasını  və  hətta  siqar 

qutusundan  olan  “evini”  də  göndərərik  –  pul  yığıb  Tut-Tutu  da  razı 

salarıq  ki,  “Korona”  siqar  qutusuna  olan  iddiasından  əl  çəksin.  Bir 

qədər  düĢünəndən  sonra  Delakrua  etiraz  etdi  (düĢünərkən  Delakrua 

makaranı  ən  azı  beĢ  dəfə  divara  tərəf  atmağa  macal  tapdı  və  hər 

dəfəsində Mister Cinqlz onu ya burnu ilə itələyərək, ya da pəncələri ilə 

diyirlədərək  geri  gətirdi)  və  bunun  yaxĢı  fikir  olmadığını  dedi: 

“Hermione  xala  çox  qocadır  və  Mister  Cinqlzın  nə  qədər  istedadlı 

olduğunu  dərk  eləyə  bilməz,  bir  də  ki,  iĢdir,  Mister  Cinqlzın  ömrü 

onunkundan uzun olsa, onda necə olsun? Onda Mister Cinqlz nə edər? 

Yox, yox, Hermione xala çox qocadır, o bizim iĢimizə yaramaz”.  

–  YaxĢı,  bizlərdən  biri  siçanı  götürər,  buna  nə  deyirsən?  Yəni 

həbsxana  nəzarətçilərindən  biri  siçanı  götürsə,  razısanmı?  Biz  siçanı 

elə buradaca, “E” blokunda bəsləyə bilərik.  

Delakrua  bu  fikrə  görə  mənə  sidq-ürəkdən  təĢəkkür  edərək  bu 

təkliflə  də  razılaĢmadı  və  dedi  ki,  Mister  Cinqlz  bir  siçandır  və  azad 

həyat  yaĢamaq  üçün  can  atır.  O  –  Eduard  Delakrua  bunu  dəqiq  bilir, 

çünki Mister Cinqlz özü – yəqin siz də anladınız – bunu onun qulağına 

pıçıldayıb.  

–  YaxĢı,  qoy  sən  deyən  olsun,  –  deyə  onu  sakitləĢdirməyə 

çalıĢdım. – Onda, Del, bizlərdən biri onu evinə aparar. Məsələn, Din. 




www.vivo-book.com 

 

280 



Onun  balaca  oğlu  var  və  yəqin  bu  siçandan  onun  çox  xoĢu  gələcək, 

inan mənə.  

Bu təklifimi eĢidəndə Delakruanın qorxudan rəngi ağardı. Mister 

Cinqlz  kimi  dahi  bir  gəmiricinin  taleyini  balaca  bir  uĢağa  tapĢırmaq? 

Allah  xatirinə,  deyin  görüm,  balaca  bir  uĢağın  onun  məĢqləri  ilə 

məĢğul  ola  biləcəyini  necə  güman  etmək  olar,  mən  hələ  siçana  yeni 

fəndlərin  öyrədilməsini  demirəm.  Bir  düĢünün,  birdən  uĢaq  ona  olan 

marağını  itirdi  və  bir  neçə  gün  dalbadal  onu  yemləməyi  yaddan 

çıxardı,  onda  necə  olacaq?  Özünün  birinci  cinayətini  ört-basdır  edə 

bilmək  üçün  altı  nəfəri  məhv  etmiĢ  Delakrua,  indi  elmi  məqsəd  üçün 

heyvanların  yarılmasının  qızğın  əleyhdarı  kimi  eĢitdiklərinə  qarĢı 

nifrətlə əsim-əsim əsirdi. 

Nəhayət, onu rahatlatmaq üçün siçanı öz evimə aparacağıma söz 

verdim  (onlara  istədikləri  hər  Ģeyi  söz  vermək,  yadınızdadırmı? 

Həyatlarının son qırx səkkiz saatında onlara hər Ģeyi vəd etmək). Bəs 

bu təklif necə, xoĢuna gəlirmi?  

– Yox, gəlmir, ser, boss Eckum, – Del səsində üzrxahlıq tonu ilə 

cavab  verərək  bu  təklifi  də  rədd  etdi.  Və  makaranı  yenidən  atdı. 

Makara  divara  dəyib  geri  sıçrayaraq  yerdə  fırlandı;  Mister  Cinqlz 

düyünün üstündəki  ağ kimi bir göz qırpımında onu haqladı və burnu 

ilə  itələyərək  makaranı  Delakruanın  ayaqlarının  yanına  diyirlətdi.  – 

Təklifinizə  görə  çox  sağ  olun,  mersi  boku  (minnətdaram  –  fr.)  lakin 

sizin  eviniz  düz  meĢənin  içindədir,  Mister  Cinqlz  orada,  dans  la 



www.vivo-book.com 

 

281 



foretdə  (meĢədə  –  fr.)  yaĢamağa  qorxar.  Mən  bunu  dəqiq  bilirəm, 

çünki...  

– DüĢünürəm ki, mən özüm də bunu təxmin edə bilərəm, Del. 

Delakrua baĢını yırğalayaraq gülümsədi.  

– Lakin biz istənilən halda düĢünüb bir yol tapa bilərik. Mütləq 

taparıq.  –  O,  yenə  makaranı  atdı.  Mister  Cinqlz  dərhal  makaranın 

arxasınca Ģütüdü. Mən üz-gözümü turĢutmamağa çalıĢdım.  

Nəhayət,  bizi  bu  çətin  vəziyyətdən  qurtaran  Brutus  oldu.  O, 

həmin vaxt  növbətçi masasının  yanında durub Harri  ilə  Dinin  kribbic 

(kart  oyunu)  oynamasına  tamaĢa  edirdi.  Persi  də  orda  idi  və  Brutus 

onu  söhbətə  qatmaq  üçün  etdiyi  cəhdlərinin  cavabında,  sadəcə, 

qaĢqabaqlı  donqultudan  baĢqa  bir  Ģey  olmayacağını  baĢa  düĢərək 

Delakruanın kamerasının önündə stul qoyub oturduğum  yerə gəldi və 

əllərini qoynunda çarpazlayıb söhbətimizə qulaq asmağa baĢladı.  

–  Bəs  Mausvill  necə,  ona  nə  deyirsən?  –  deyə  Brutus 

Delakruanın evimin meĢədə olması səbəbilə təklifimi rədd etməsindən 

sonra yaranmıĢ sükutu pozaraq söhbətimizə müdaxilə etdi. O, bu sualı 

sakit bir tərzədə, elə belə, baĢqa bir təklif ortaya atırmıĢ kimi verdi.  

–  Mausvill?  –  Delakrua  Brutusa  həm  maraq,  həm  də  heyrətlə 

baxaraq sualı təkrar etdi. – Hansı Mausvill? 

–  Bu,  turistlər  üçün  Floridadakı  bir  attraksiondur,  –  deyə  izah 

etdi. – Məncə, Tallahassidə. Düz demirəmmi, Pol? Tallahassidə? 




Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə