Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə40/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   36   37   38   39   40   41   42   43   ...   158

www.vivo-book.com 

 

158 



haqqında heç bir anlayıĢı yox idi. Ona görə də biz ona bir dəfəyə altı 

nabat verirdik, özü də yalnız onun yadına düĢüb istəyəndə. 

Biz onun kamerasına yetiĢəndə Mister Cinqlz çarpayının üstündə 

Delakrua  ilə  yanaĢı  oturaraq  pəncələrində  tutduğu  həmin  çəhrayı 

nabatlardan  birini  məmnunluqla  gəmirirdi.  Delakrua,  sadəcə, 

fərəhindən  az  qalırdı  çatlasın  –  o,  beĢ  yaĢlı  oğlunun  ilk  qırıq-qırıq, 

dolaĢıq  ifasına  qıraqdan  tamaĢa  edən  klassik  pianoçuya  bənzəyirdi. 

Amma  məni  yanlıĢ  baĢa  düĢməyin;  gördüyümüz  mənzərə  həqiqətən 

çox gülməli idi. Nabat az qala Mister Cinqlzın bədəninin yarısı boyda 

idi və onun ağ tüklü qarnı artıq əməlli-baĢlı ĢiĢmiĢdi.  

– Eddi, nabatı ondan al, – deyə Brutus həm gülə-gülə, həm də bir 

az narahatlıqla qıĢqırdı. – Aman Tanrım, o partlayana qədər yeyəcək. 

Mən  nanənin  iyini  elə  buradanca  hiss  edə  bilirəm.  Ona  neçəsini 

yedizdirmisən? 

– Bu ikincisidir, – Delakrua cavab verdi və bir qədər narahatlıqla 

Mister Cinqlzın dombalmıĢ qarnına baxdı. – Sən həqiqətən düĢünürsən 

ki, onun... demək istəyirsən... qarnı doğrudan partlaya bilər? 

– Əlbəttə! – Brutus cavab verdi.  

Brutusun  nüfuzu  Delakrua  üçün  kifayət  idi.  O,  əlini  yarısı 

yeyilmiĢ  çəhrayı  nabata  tərəf  uzatdı.  Mənə  elə  gəldi  ki,  siçan  onun 

əlini  diĢləyəcək,  lakin  Mister  Cinqlz  itaətkarcasına  nabatdan,  daha 

doğrusu,  onun  qalıqlarından  imtina  edərək  onu  verdi.  Mən  Brutusa 

tərəf baxdım. Brutus da Ģübhə ilə baĢını yırğaladı – sanki, “yox bu ola 



www.vivo-book.com 

 

159 



bilməz”  deyirdi;  o  da  bir  Ģey  baĢa  düĢməmiĢdi.  Sonra  Mister  Cinqlz 

özünü  Ģappıltı  ilə  siqar  qutusunun  içinə  atdı  və  elə  yorğun  bir 

görkəmlə  böyrü  üstə  uzandı  ki,  onun  bu  hərəkətinə  üçümüz  də 

qəhqəhə çəkərək güldük. Bundan sonra biz tez-tez siçanı Delakruanın 

yanında  oturaraq  pəncələrinin  arasında  tutduğu  nabatları  gəmirən 

görürdük.  O,  bu  nabatları  elə  səliqə  ilə  yeyirdi  ki,  lap  elə  bil  axĢam 

vaxtı  çay  süfrəsində  oturmuĢ  yaĢlı  xanım  idi.  Onların  hər  ikisindən 

sonralar həmin dirəyin dəliyindən burnuma dəyən bir az acı, bir az da 

Ģirin nanəli nabat iyi gəlirdi.  

“E”  blokuna  əsil  qasırğa  kimi  çökən  Uilyam  Uortonun 

həbsxanamızda  peyda  olması  ilə  bağlı  hekayəyə  keçməzdən  əvvəl 

Mister  Cinqlz  haqqında  demək  istədiyim  bir  Ģey  də  var.  Nanəli 

nabatlarla  bağlı  hadisədən  təxminən  bir  həftə,  yəni  Delakruanın  öz 

dostunu  ölənədək  yedirtməyəcəyinə  tam  əmin  olandan  sonra  balaca 

fransız məni öz kamerasına çağırdı. Brutus bəzi məsələləri həll etmək 

üçün  intendantlığa  getmiĢdi,  mən  isə  blokda  təkbaĢına  qalmıĢdım  və 

belə  vəziyyətlərdə,  qaydalara  görə,  məhbusa  yaxınlaĢa  bilməzdim. 

Lakin  Delakruanı,  lazım  olarsa,  kürə  atırmıĢ  kimi,  bir  əlimlə  iyirmi 

metr  kənara  tullaya  biləcəyimdən  əmin  olduğuma  görə  qaydaları 

pozaraq onun nə istədiyini öyrənmək qərarına gəldim.  

– Bir tamaĢa  elə, boss Ekcum,  – deyə o dilləndi.  –  Ġndi  Mister 

Cinqlzın nələrə qadir olduğunu görəcəksən! – O, əlini siqar qutusunun 

arxasına uzadıb oradan balaca bir taxta makara çıxardı. 



www.vivo-book.com 

 

160 



–  Sən  bunu  haradan  götürmüsən?  –  deyə  ondan  soruĢsam  da, 

deyəsən,  verdiyim  sualın  cavabını  bilirdim.  Delakruaya  bunu  verə 

biləcək yeganə bir adam vardı.  

– Qoca Tut-Tutdan, – o cavab verdi. – Hə, bir bura bax! 

Mən  artıq  baxırdım  və  Mister  Cinqlzın  öz  qutusunun  içində 

ayağa  qalxaraq  ön  pəncələrini  qutunun  kənarlarına  söykədiyini  və 

muncuk kimi parıldayan qara gözlərini Delakruanın sağ əlinin baĢ və 

Ģəhadət  barmaqlarının  arasında  tutduğu  makaraya  zillədiyini 

görürdüm.  Mənzərəyə  tamaĢa  edəndə  kürəyimlə  üzüyuxarı  qalxan 

soyuq vicvicə hiss etdim. Həyatımda heç vaxt bir siçanın nəyəsə belə 

diqqətlə,  belə  dərrakə  ilə  baxdığını  görməmiĢdim.  Mən  Mister 

Cinqlzın  fövqəltəbii  bir  varlıq  olduğuna  inanmıram  və  əgər  siçan 

haqqında söylədiklərim sizi belə düĢünməyə vadar edibsə, lütfən məni 

bağıĢlayın;  lakin  onun,  öz  həmcinsləri  ilə  müqayisədə,  bir  növ  dahi 

olduğuna heç vaxt Ģübhəm olmayıb.  

Delakrua  əyilib  tırtılsız  makaranı  kameranın  döĢəməsi  ilə 

diyirlətdi.  O,  bir-birinə  ox  ilə  bərkidilmiĢ  iki  təkər  kimi  çox  rəvan 

hərəkət edirdi. Siçan bir göz qırpımında qutunun içindən çıxıb, it ağac 

qırığının  arxasınca  qaçdığı  kimi,  döĢəmə  ilə  onu  ardınca  Ģığıdı.  Mən 

təəccübdən qıĢqırdım və Delakrua məmnunluqla gülümsədi.  

Makara  divara  çırpılaraq  kənara  səkdi.  Mister  Cinqlz  onun 

ətrafına  dolanıb  arxasına  keçdi  və  makaranı  geriyə,  çarpayıya  tərəf 

diyirlətməyə  baĢladı.  Makaranı  geri  diyirlədərkən  hərəkət  səmtinin 



www.vivo-book.com 

 

161 



dəyiĢdiyini  hiss  etdiyi  an  siçan  onun  gah  bir  baĢına,  gah  da  o  biri 

baĢına  keçirdi.  Makara  Delakruanın  ayağına  dəyənədək  siçan  onu 

diyirlətdi.  Sonra  baĢını  qaldırıb  bir  anlıq  Delakruanın  üzünə  baxdı, 

sanki ona baĢqa bir tapĢırığın olub-olmadığını bilmək istəyirdi (bəlkə 

həll etməsi  üçün bir neçə riyazi  tapĢırıq;  ya da qrammatik təhlil  üçün 

latın  dilində  bir  neçə  cümlə).  Öz  əməlinin  nəticəsindən  böyük 

ehtimalla razı qalmıĢ Mister Cinqlz siqar qutusuna qayıtdı və orada öz 

yerini rahatladı. 

– Bunu ona sənmi öyrətmisən? – soruĢdum.  

–  Bəli,  ser,  boss  Ekcum,  –  təbəssümünü  gizlətməyə  çalıĢan 

Delakrua  cavab  verdi.  –  O,  hər  dəfə  makaranı  geri  gətirir.  Cin  kimi 

ağıllıdır, elə deyilmi? 

– Bəs makara? – deyə soruĢdum. – Eddi, bəs sən haradan bildin 

ki, onun üçün makara tapmaq lazımdır? 

– Makara istədiyini o özü mənim qulağıma pıçıldadı, – Delakrua 

sakit  tərzdə  cavab  verdi.  –  Bir  vaxt  öz  adını  mənim  qulağıma 

pıçıldadığı kimi. 

Delakrua  öz  siçanının  bu  məharətini  baĢqa  uĢaqlara  da 

göstərirdi...  hamıya,  bircə  Persidən  baĢqa.  Persinin  ona  siqar  qutusu 

təklif  etməsinin  və  sonra  da  onun  içini  döĢəmək  üçün  pambıq  tapıb 

gətirməsinin  Delakrua  üçün  heç  bir  əhəmiyyəti  yox  idi.  Delakrua  bu 

xasiyyəti ilə bəzi itləri xatırladırdı: onları bir dəfə vur və sonra onlara 

nə qədər yaxĢılıq eləyirsən elə, sənə bir də heç vaxt etibar eləməzlər.  



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə