Stiven Kinq Yaşıl Mil



Yüklə 3,44 Mb.
Pdf görüntüsü
səhifə11/158
tarix26.10.2017
ölçüsü3,44 Mb.
#6711
1   ...   7   8   9   10   11   12   13   14   ...   158

www.vivo-book.com 

 

42 



oxĢayaraq ağı deyir və çayın o biri tayına baxırdı. Mən xəyalımda onu 

özünü  meĢədə  təcrid  etmiĢ  əllibaĢılı  vaizə,  vəd  edilmiĢ  torpaqlara 

baxan  mömin  Ġsa  tərəfdarına  bənzədərdim...  bircə  bu  meyitlər 

olmasaydı. 

Qəzəbdən  ağlını  itirmiĢ  fermeri  Con  Koffidən  ayırmaq  üçün 

dörd  nəfərin  müdaxilə  etməsi  lazım  gəldi.  Onlar  bunu  edənədək 

fermerin  Koffiyə  neçə  güclü  zərbə  endirməyə  imkan  tapdığını 

bilmirəm.  Lakin  bütün  bunlar  Koffinin  heç  vecinə  də  deyildi;  o,  elə 

hey  çayın  o  biri  tayına  baxır  və  meyitləri  oxĢayaraq  ağı  deyirdi. 

Detterikə gəlincə, onu qırağa çəkən kimi bütün gücü birdən harasa yox 

oldu  –  sanki  bu  nəhəngin  bədənindən  qəribə  bir  elektrolit  cərəyanı 

keçirmiĢ  (Mən  hələ  də  elektrik  təĢbihləri  ilə  danıĢmağa  meyilliyəm, 

yəqin  buna  görə  məni  qınamazsınız)  və  Detteriki  bu  enerji 

mənbəyindən  ayırandan  sonra  onun  bədəni,  elektrik  cərəyanı  çarpmıĢ 

adam  kimi,  boĢalaraq  halsızlaĢdı.  O,  çayın  kənarında  dizləri  üstə 

çökdü, əlləri ilə üzünü qapayıb hönkür-hönkür ağlamağa baĢladı. Hovi 

də ona qoĢuldu. Onlar alınlarını bir-birinə söykəyərək qucaqlaĢdılar.   

Adamlardan  ikisi  onları  müĢahidə  edərkən,  qalanlar  əllərindəki 

silahların  lüləsini  yırğalana-yırğalana  inildəyən  qaradəriliyə  tuĢlayıb, 

onun  ətrafında  dairə  qurdular.  Elə  təsəvvür  yaranırdı  ki,  o,  orada 

olanların  fərqində  deyil.  Makgi  irəli  çıxıb  bir  qədər  tərəddüdlə  bir 

ayağını götürüb, o birisini qoyaraq yerində qurcalanandan sonra aĢağı 

çökdü.  



www.vivo-book.com 

 

43 



–  Cənab,  –  o,  alçaq  səslə  dedi  və  Koffi  o  dəqiqə  səsini  kəsdi. 

Makgi  onun  ağlamaqdan  qızarmıĢ  gözlərinə  baxdı.  Zəncinin 

yanaqlarında hələ də göz yaĢları axırdı, sanki kimsə onun içindəki su 

kranını açıq qoymuĢdu. Onun gözlərindən yaĢlar axsa da, baxıĢlarında 

qəribə bir etinasızlıq da sezilirdi... – hər Ģeydən uzaq və sakit. Mən bu 

gözlərə  baxanda,  onların  həyatımda  gördüyüm  ən  qəribə  gözlər 

olduğunu  düĢünmüĢdüm,  elə  Makgi  də  eyni  hissələri  keçirmiĢdi. 

“Onun  gözləri  heç  vaxt  insan  görməmiĢ  yırtıcı  heyvanın  gözlərinə 

bənzəyirdi”, – sonralar Makgi bu sözləri məhkəmə baĢlamazdan əvvəl 

Hammersmit adlı bir jurnalistə demiĢdi.  

– Cənab, siz məni eĢidirsinizmi? – Makgi soruĢdu.  

Koffi  ağır-ağır  baĢını  yırğaladı.  O,  hələ  də  öz  vəsfəgəlməz 

gəlinciklərini  qollarının  arasında  tuturdu.  Qızların  çənələri  sinələrinə 

tərəf meyilləndiyindən, onların üzlərini aydın  görmək olmurdu, bu da 

həmin gün onlara Allahın bəxĢ etdiyi azsaylı rəhmətlərdən biri idi.  

– Sənin adın varmı? – Makgi bir də sual etdi. 

–  Con  Koffi,  –  göz  yaĢlarında  boğula-boğula  zənci  qalın  səslə 

cavab verdi. – Ġçki adı kimi, lakin baĢqa cür yazılır.  

Makgi  baĢını  yırğaladı,  sonra  barmağı  ilə  onun  köynəyinin 

qabarmıĢ  döĢ  cibini  göstərdi.  Ona  elə  gəldi  ki,  o  cibdə  tapança  ola 

bilər, – baxmayaq ki, Koffi kimi nəhəng ölçüləri olan bir adam xəsarət 

yetirmək, ya da qaçmaq istəsəydi, heç bir silaha ehtiyacı olmazdı. 

– Cibində nə var, Con Koffi? Bəlkə odlu silah? Tapança? 



www.vivo-book.com 

 

44 



–  Yox,  ser,  –  deyə  Koffi  öz  qalın  səsi  ilə  cavab  verdi.  Onun 

durmadan yaĢ axıdan qəribə gözləri üzdə əzabkeĢ görünsə də, haradasa 

dərinlikdə  etinasız və  laqeyd idi. Sanki  əsl  Con  Koffi haradasa baĢqa 

yerdə idi və baĢqa bir mənzərəyə tamaĢa edirdi. Elə bil, bu mənzərədə 

qətlə  yetirilmiĢ  qızlar  üçün  kədərlənməyinə  dəyməzdi;  bu  gözlər 

nəzərlərini  qaçırmadan  Makginin  gözlərinin  düz  içinə  baxırdı.  – 

Burada sadəcə mənim səhər yeməyim var.  

–  Səhər  yeməyi  deyirsən,  eləmi?  –  Makgi  soruĢdu  və  Koffi 

baĢını yırğalayaraq – “Bəli ser” – deyə təsdiq etdi. Onun gözlərindən 

axan yaĢlar aram vermir və damcılar burnunun ucunda iriləĢərək aĢağı 

diyirlənirdi.  

–  Bəs,  de  görüm,  sənin  kimiləri  öz  səhər  yeməklərini  haradan 

götürürlər? – Makgi soyuqqanlılığını qorumağa çalıĢırdı, baxmayaraq 

ki,  qızlardan  gələn  iyi  burnu  hiss  edə  və  onların  bədənlərinin  nəm 

yerlərinə qonan milçək buludunu görə bilirdi. “Ən pisi də onları saçları 

idi”  –  sonralar  o  demiĢdi...  Lakin  bu  deyilənlər  heç  bir  qəzetdə  öz 

əksini  tapmamıĢdı,  çünki  belə  təfərrüatları  ailəvi  qiraətlər  üçün  çox 

qorxunc  hesab  etmiĢdilər.  Mən  bu  hadisə  haqqında  onu  qələmə  alan 

jurnalistdən, cənab Hammersmitdən eĢitmiĢdim. Məqalənin müəllifini 

sonralar, Con Koffi mənim üçün bir növ mübtəlalığa çevriləndən sonra 

tapdım.  Makgi  Hammersmitə  deyibmiĢ  ki,  qızların  sarıĢın  saçları  o 

vaxt  daha  sarıĢın  deyilmiĢ,  tünd  qırmızı  rəngdə  imiĢ.  Onların 

saçlarından  süzülən  qan  yanaqlarından  axırmıĢ,  sanki  saçlar  pis  boya 



www.vivo-book.com 

 

45 



ilə rənglənmiĢdi. Onların kövrək qafa taslarının o qüdrətli əllərin gücü 

ilə  bir-birinə çırpılaraq parça-parça edildiyini dərk etmək üçün həkim 

olmağa gərək yoxdur. Ola bilsin ki, onlar ağlayırlarmıĢ; ola bilsin ki, o 

onları  susdurmaq  istəyibmiĢ.  Əgər  qızların  bəxti  gətiribsə,  bu  hadisə 

onların zorlanmasından öncə baĢ verib.  

Belə  bir  mənzərənin  Ģahidi  olarkən  soyuqqanlılıqla  düĢünmək 

çox  çətindir,  hətta  öz  iĢini  görməkdə  çox  qətiyyətli  olan  ġerif 

köməkçisi  Makgi  kimi  bir  adam  üçün  də.  Qeyri-sağlam  düĢüncə 

səhvlərə  yol  verilməsi  və  hətta  daha  çox  qan  tökülməsi  ilə  nəticələnə 

bilər.  Makgi  dərindən  nəfəs  alıb  özünü  toplamaq  istədi,  ən  azından, 

bunu etməyə çalıĢdı. 

– Ser, mən dəqiq xatırlamıram, əgər yalan deyirəmsə, əclafam, – 

Koffi göz yaĢları ilə boğula-boğula dedi. – Bu həqiqətən mənim səhər 

yeməyimdir,  orada  buterbrod  və  səhv  eləmirəmsə,  duzlu  xiyar 

olmalıdır.  

– Mən özüm baxaram, sənin üçün bir fərqi olmamalıdır, – Makgi 

dedi.  –  Ġndi,  Con  Koffi,  məbadə  tərpənəsən.  Bunu  etmə,  dostum,  heç 

ağlına belə  gətirmə. Əgər barmağını belə tərpətsən, bədəninin beldən 

yuxarısını yox etmək üçün sənə tuĢlanmıĢ kifayət qədər silahımız var.  

Koffi yenə çayın o biri sahilinə baxırdı və Makgi səliqə ilə onun 

köynəyinin  döĢ  cibinə  girib  qəzetə  bükülmüĢ  və  üstündən  də  iplə 

sarınmıĢ  bir  bağlamanı  çıxaranda  heç  qımıldanmadı.  Makgi  ipi  qırıb 

qəzet  bağlamasını  açdı,  baxmayaraq  ki,  orada,  Koffinin  dediyi  kimi, 



Yüklə 3,44 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə