Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə46/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   42   43   44   45   46   47   48   49   ...   69

187 
 
Nə  isə,  bütün  bunlar  bir  yana,  fortun  sakinləri  gəlmə 
adamlara pis baxırdılar və hər dəfə onların başına pis bir iş 
gələndə,  buna  sevinirdilər.  Xüsusilə  onlar  Ağ  Dişin  və 
bütün  azğın  xıiın,  qərib  itlərin  başına  min  oyun 
açdıqlarından xoşhallanırdılar. Gəmi sahilə yan alan kimi 
yerli  sakinlər  sahilə  tələsirdilər  ki,  qiyamətə  tamaşa 
etsinlər. Onlar da hindu itləri kimi bundan həzz alır və Ağ 
Dişin döyüşlərdəki rolunu qiymətləndirirdilər. 
Ancaq  yerli  sakinlər  arasında  lap  çox  ləzzət  alan  bir 
adam  da  vardı.  O,  sahilə  yan  alan  gəminin  fitini  eşidən 
kimi,  sahilə  götürüldü.  Döyüş  qurtarandan  sonra  it  xılı 
dağılardı.  Bu  adam  da  təəssüflənə-təəssüflənə  körpüdən 
uzaqlaşırdı.  Bu  adam  didilmiş  cənub  itinin  ölümqabağı 
zingiltisini  eşidəndə,  xıl  onu  tikə-tikə  edəndə  sevincdən 
qışqırır, tullanırdı. Və hər dəfə o, Ağ Dişə həsədlə baxırdı. 
Yerli  sakinlər  bu  adama  “Biyuti”  (yəni  “Göyçək”) 
deyirdilər. Və indiyə kimi heç kim onun əsl adını bilmirdi. 
Bu  yerlərdə  o,  Göyçək  Smit  kimi  tanınırdı.  Düzü,  onda 
gözəllikdən  əsər-əlamət  yox  idi.  Elə  buna  görə  də, 
istehzayla “Göyçək Smit” çağırırdılar. O, həddindən anıq 
kifır  idi.  Təbiət  onu  yaradanda  xəsislik  etmişdi. 
Gödəkboylu  bu  adamın  ölüvay  bədənindən  uzunsov  başı 
sallanırdı. Uşaqlıqda yaşıdlan onu “İynəbaş” çağırardılar. 
Smitin  peysəri  tamamilə 
yastıydı,  ensiz  alnı 
downloaded from KitabYurdu.org


188 
 
yöndəmsizdi.  Sonradan  təbiət,  yəqin,  səxavətli  olmuş  və 
Göyçək  Smitə  bərəlmiş  gözlər  bəxş  etmişdi.  Və  onun 
gözləri elə aralı qoyulmuşdu ki, onların arasına  əlavə bir 
cüt  göz  də  yerləşə  bilərdi.  Qalan  boş  sahəni  doldurmaq 
üçün isə təbiət ona ağır alt çənəsi bəxş etmişdi. Alt çənəsi 
az  qala  sinəsinə  sallanmışdı.  Ola  bilsin  ki,  bu,  belə 
görünürdü.  Ya  da  belə  ağır  yükü  üstündə  daşımaq  üçün 
Göyçək  Smitin  boynu  həddindən  artıq  nazik  idi.  O,  hər 
cəhətdən  mənfur  və  yazıq  bir  qorxaq  təsiri  bağışlayırdı. 
Təsvir daha tam və canlı olsun deyə, onu da əlavə etmək 
lazımdır ki, onun uzun, san dişləri vardı və nazik dodaqları 
arasından dişləri çölə çıxmışdı. Tüklər onun başında topa-
topa yellənirdi, yanaqlarına sallananda isə dağılmış küləş 
topasını xatırladırdı. 
Sözün  qısası,  Göyçək  Smit  kifir  idi,  amma  bunda  onun 
özünü  günahlandırmaq  olmazdı.  Dünyaya  belə  gəlmişdi. 
O, fortun camaatı 
üçün  xörək  bişirir,  qab-qacaq  yuyurdu  və  hər  cür  işin 
qulpundan  yapışırdı.  Fortda  ona  pis  üz  göstərmirdilər. 
Hətta ona, həyatda bəxti gətirməyən adam kimi yazıqları 
da  gəlirdi.  Bundan  başqa,  Göyçək  Smitdən  qorxurdular. 
Bu  amansız  qorxağın  əlindən  nə  desən  gələrdi,  arxadan 
atılan güllə, zəhər qatılmış qəhvə də gözləmək olardı. Axı 
kiməsə biş- düşlə məşğul olan adam lazım idi və Göyçək 
downloaded from KitabYurdu.org


189 
 
Smit də, bütün bu kəm- kəsirlərinə baxmayaraq, öz işinin 
öhdəsindən asanlıqla gəlirdi. 
Ağ Dişin qoçaqlığına məftun olan bu adam belə idi. O, 
Ağ Dişə sahib olmağı arzulayırdı. Göyçək Smit Ağ Dişlə 
oynamağa başladı. İtona məhəl qoymadı. Smit daha inadla 
itə  girişmək  istəyəndə  Ağ  Diş  dişlərini  ona  qıcırtdı, 
tüklərini  pırpızlaşdırıb  qaçdı.  Bu  adam  onun  xoşuna 
gəlmirdi. Ağ Diş bu adamda nəsə bir qəddarlıq duyur və 
onu görmək belə istəmirdi. İt Smitin uzalı əlindən və qılıqlı 
səsindən qorxurdu. 
Adi bir varlıq xeyirxahlığı və qəddarlığı sadə bir yolla 
qəbul  edir.  Xeyirxahlıq  odur  ki,  iztirab  vermir,  özüylə 
azadlıq və həzz gətirir. 
Xeyirxahlıq  yaxşı  şeydir.  Pislik  müsibətdir  o, 
narahatlıq  gətirir,  iztirab  verir,  təhlükə  törədir.  Şüursuz, 
altıncı hiss üzvünün köməyilə Ağ Diş hiss etmişdi ki, bu 
adamın  içində nəsə  bir  yamanlıq  gizlənib,  adamı  ölümlə 
hədələyir və ona nifrət etmək lazımdır. 
Göyçək  Smit  Qrey  Biverin  komasına  gələndə  Ağ  Diş 
evdəydi.  Addım  səslərindən  Ağ  Diş  başa  düşmüşdü  ki, 
kimsə gəlir və tüklərini qabartmışdı. Ona uzanmaq ləzzət 
versə  də,  Smit  yaxına  gələn  kimi  dərhal  durdı:.  canavar 
kimi  səssizcə  kənara  çəkildi.  Ağ  Diş  bu  adamın  Qrey 
Biverlə  nə  barədə  söhbət  etdiyini  bilmirdi.  Yalnız 
downloaded from KitabYurdu.org


190 
 
sahibinin  həmin  adamla  danışdığını  görürdü.  Söhbət 
zamanı Göyçək Smit barma- ğıyla Ağ Dişi göstərdi və Ağ 
Diş  bu  əlin  lap  yaxınında  olduğunu  bilib  mırıldandı. 
Göyçək Smit şaqqanaq çəkdi, Ağ Diş isə tez-tez çevrilib 
dala baxa-baxa qaçaraq meşədə gözdən itdi. 
Qrey Biver iti satmağa razı olmadı. O varlanmışdı, hər 
şeyi  vardı.  Bundan  başqa,  axı,  belə  gözəl  qoşqu  itini  və 
başçını haradan tapa bilərdi!? Ağ Dişdən nə Makenzidə, nə 
də  Yukonda  var  idi.  Ağ  Diş  boğuşmanın  ustasıydı.  İt 
parçalamaq onunçun nə idi ki!.. İnsan milçəyi necə basıb 
öldürürsə, Ağ  Diş də  iti  eləcə  əzə  bilirdi (Bu  sözləri  eşi-
dəndə  Göyçək  Smitin  gözləri  parıldadı  və  o,  acgözlüklə 
nazik dodaqlarım yaladı). Yox, Qrey Biverə nə qədər pul 
versələr də. Ağ Dişi satan deyil. 
Lakin Göyçək Smit hinduları yaxşı tanıyırdı. O, tez-tez 
Qrey Biverə baş çəkməyə başladı və hər dəfə də gələndə 
qoltuğunda  bir  şüşə  gətirirdi.  Viskinin  çox  böyük 
xüsusiyyəti var — o, ehtirası oyadır. Məhz Qrey Biverdə 
belə  bir  ehtiras  oyandı.  Onun  könlü  bu  acı,  lakin  təsirli 
mayeni  gündən-günə  daha  çox  istəyirdi.  Və  viskini 
içəndən sonra özünü idarə edə bilməyən Qrey Biver həmin 
mayeni  əldə  etmək  üçün  hər  şeyə  hazır  idi.  Əlcək  və 
mokasinlərdən  qazandığı  pullar  yavaş-yavaş  xərclənib 
qurtarırdı. Pul kisəsi nə qədər boşalırdısa, Qrey Biver də 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə