Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə43/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   39   40   41   42   43   44   45   46   ...   69

175 
 
başlayırdı.  Düşərgədə  hərlənib  gəzəndə  ulayır,  dişlərini 
şaqqıldadır, zingildəyirdi. Onun nəfəs aldığı hava da sanki 
nifrət  və  qəzəblə  doluydu  vo  bu,  yalnız  onun  içindəki 
hiddət və qəzəbi gücləndirirdi. 
Mit-sah  qoşquya  “dayan!”  əmri  verəndə  Ağ  Diş  ona 
qulaq  asırdı.  İlk  vaxtlarda  bu  dayanma  itlərin 
qarmaqarışıqlığına  səbəb  olur,  onlar  nifrət  etdikləri 
başçının  üstünə  hücum  çəkirdilər.  Amma  elə  buradaca 
mənzərə dəyişirdi: Mit-sah qırmancını yellədərək Ağ Dişin 
dadma çatırdı. Və nəhayət, itlər anladılar ki, əgər kirşələr 
Mit-sahın  əmrinə  görə  dayanıbsa,  demək,  xılın  başçısına 
toxunmaq olmaz. Ağ Diş özbaşına dayanırsa, demək, onun 
dərsini vermək olardı. 
Tezliklə Ağ Diş daha  əmrsiz dayanmadı. Belə dərslər 
tez  mənimsənilir.  Ağ  Diş  onları  mənimsəməyə  bilməzdi. 
Əks  təqdirdə  o,  həyatın  onunçün  hazırladığı  belə 
məşəqqətli mühitdən sağ çıxmazdı. 
Amma  bu  dərslər  itlərin  vecinə  deyildi.  Onlar 
düşərgələrdə  Ağ  Dişə  gün  verib,  işıq  vermirdilər.  Bütün 
qoşqunun  xıl  başçısına  olan  nifrəti  gündüz  təqiblərində, 
qəzəbli  hürüşmələrdə  özünü  göstərir  və  qoşqunu  ötən 
gecənin  hadisələrini  unutdurmağa  məcbur  edirdi:  o  biri 
gecə dərs təkrar olurdu və səhərə yaxın ondan əsər-əlamət 
qalmırdı.  Bundan  başqa,  dəstənin  Ağ  Dişə  olan 
downloaded from KitabYurdu.org


176 
 
düşmənçilik  hissi  bir  vacib  şəraitlə  də  bağlıydı:  itlər  Ağ 
Dişi yad cins kimi qəbul edirdilər, bu isə onların bir-birinə 
əks durmalarına tamamilə kifayət idi. 
Onlar Ağ Diş kimi əhliləşdirilmiş canavarlar idi. Amma 
onların kökü bir neçə əhliləşdirilmiş nəsillə bağlıydı. Şimal 
cəngəlliyinin  canavara  bəxş  etdiyi  çox  vərdiş  artıq 
itirilmişdi  və  itlər  üçün  şimal  cəngəlliyində  yalnız 
naməlum  bir  şey  gizlənmişdi;  əbədi  təhlükə  və  əbədi 
düşmənçilik.  Lakin  Ağ  Dişin  xarici  görkəmi,  vərdiş  və 
xüsusiyyəti,  instinktləri  onun  şimal  cəngəllikləri  ilə 
möhkəm  əlaqəsindən  xəbər  verirdi:  o,  şimalın  rəmzi  və 
təcəssümü  idi.  Buna  görə  də  itlər  onun  üstünə  dişlərini 
qıcırdanda belə, öz ölümlərindən, meşənin alatoranlığında 
və insan  tonqalları  ilə  hər tərəfdən  əhatə olunmuş  qaran-
lıqda gizlənən ölümlərindən özlərini qoruyurdular. 
Beləliklə,  itlər  bir  dərsi  möhkəm  öyrənmişdilər: 
birlikdə olmaq! Ağ Diş ən təhlükəli rəqib idi və heç bir it 
onunla  təkbətək  qarşılaşmağa  cürət  etmirdi.  İtlər  ona 
xılnan hücum edirdilər, əks təqdirdə, o, bir gecədə təkbətək 
onların işini bitirərdi. Ağ Diş hələ öz düşmənlərindən heç 
birinin işini bitirməmişdi.  O,  rəqibin  ayağından  vururdu. 
Dava  ki  başlandı,  bütün  qoşqu  öz  başçısının  üstünə 
qalxırdı.  İtlər  həmişə  bir-biriylə  mırıldanırdılar,  vay  o 
gündən  ki,  onlardan  biri  Ağ  Dişlə  tutaşaydı,  onda  itlərin 
downloaded from KitabYurdu.org


177 
 
əvvəlki  çəkişmələri,  biri-biriylə  tutaşmaları  yaddan 
çıxardı. 
Buna baxmayaraq, itlər var gücləriylə çalışsalar da, Ağ 
Dişi  parçalaya  bilmirdilər.  O,  çox  çevik idi, təhlükəli və 
ağıllıydı: araya düşməkdən qaçır və həmişə onu dövrəyə 
alan itlərin arasından məharətlə çıxırdı. Ağ Dişin ayağını 
sındırmaq  heç  bir  itin  ağlına  gəlmirdi.  Özü  həyata 
bağlanan  kimi  onun  ayaqları  da  torpağa  möhkəm 
bağlanmışdı.  Buna  görə  də  bütün  xılnan  apardığı 
mübarizədə 
yaşamaq,  həyatını  qorumaq  onunçün 
birmənalıydı.  Bu  mənanı  heç  kəs  onun  kimi  yaxşı  başa 
düşə bilməzdi. 
Beləliklə, Ağ Diş öz həmcinslərinin — insanın qaladığı 
tonqalın  ətrafında  qızınan  canavarların,  insan  qüdrətinin 
müdafiəsinə  sığınmış  bu  canavarların  ən  qatı  düşməninə 
çevrilmişdi.  Onu  həyat  belə  etmişdi.  O,  bütün  itlərə  qan 
davası elan etmişdi və elə amansızcasına intiqam alırdı' 
ki,  hətta  Qrey  Biver  də  Ağ  Dişin  qəzəbinin  qarşısını  ala 
bilmirdi. O deyirdi: “Dünyada Ağ Diş kimi it yoxdur!” Və 
özgə düşərgələrindən gələn hindular da bunu təsdiq edir, 
Ağ  Dişin  onların  itləri  ilə  necə  haqq-hesab  çəkdiyini 
xatırlayırdılar. 
Ağ  Dişin  artıq  beş  yaşı  vardı.  Qrey  Biver  onu  yenə 
özüylə uzun bir səyahətə apardı və qayalı dağların ətəyində 
downloaded from KitabYurdu.org


178 
 
Makkenzi çayının sahilləri boyunca yerləşən düşərgələrdə 
Ağ Dişin itlərlə boğuşmasını uzun müddət xatırladılar. O, 
intiqamdan  ləzzət  alırdı.  Özgə  düşərgələrdən  olan  itlər 
hirslə Ağ Dişə yaxınlaşanda, o, vaxtı itirmədən güllə kimi 
onların üstünə şığıyır, boğazından tutub rəqibini öldürür, 
ona göz açmağa aman vermirdi. 
Ağ  Diş  təcrübəli  döyüşçü  olmuşdu.  O,  məharətlə 
dalaşırdı, heç vaxt döyüşü uzatmazdı. O şığıyırdı və dişi 
boşa çıxanda, o dəqiqə geri sıçrayırdı. 
Bütün canavarlar kimi Ağ Diş də rəqibiylə münasibətdə 
olmaqdan qaçırdı. O, buna dözə bilmirdi. Belə münasibətin 
içində təhlükə gizlənirdi və bu, onu öz yolundan çıxarardı. 
O,  azadlıq  istəyirdi.  Şimal  cəngəlliyi  öz  zəncirli 
qucağından  Ağ  Dişi  buraxmırdı.  Ona  xas  olan  cə-
miyyətdən,  mühitdən  ayrılması,  uzaq  düşməsi  onun 
azadlığa  çıxmaq  cəhdlərini  gücləndirmişdi.  Rəqiblə 
səmimi  yaxınlıqda  nəsə  bir  təhlükə  gizlənmişdi.  Ağ  Diş 
belədə tələdən şübhələnirdi və bu tələnin qorxusu onu tərk 
etmirdi. 
Özgə  itlər  onunla  bacara  bilmirdilər.  Ağ  Diş  onların 
cənginə  keçməkdən  qorunurdu.  O,  itlərlə  haqq-hesab 
çəkib, döyüşdən qalib çıxırdı. Düzdür, müstəsnasız qayda 
yoxdur. Elə gün olurdu ki, Ağ Dişin üstünə birdən bir neçə 
rəqib hücum çəkirdi və o, qaçıb qurtara bilmir, boğuşurdu. 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə