167
Dişi özünə çəkməsəydi, yəqin ki, şimal cəngəlliyi onu əsl
canavar edəcəkdi. Allahlar ona tamam başqa bir dünya
bəxş etdilər. Canavar cinsindən olan Ağ Diş it olmuşdu.
Hər halda, o, canavar deyildi, it idi. Beləcə ətraf mühitin
təsiri ilə Ağ Dişin yarandığı elastiki material müəyyən bir
şəkil almışdı. Bu, mütləq belə olmalı idi. Ağ Diş get-gedə
daha sərt, zalım olur, öz həmcinslərindən gen qaçırdı. İtlər
bu qərara gəlmişdilər ki, Ağ Dişlə düşmənçilik etməsinlər,
Qrey Biver isə Ağ Dişi gündən-günə daha çox
qiymətləndirirdi. Lakin yetkinlik çağı Ağ Dişin zəif bir
cəhətini hələ də ört-basdır etməmişdi: ona məsxərə ilə
güləndə dözə bilmirdi. İnsanın kinayəli gülüşü Ağ Dişi
hiddətləndirirdi. Əlbəttə, adamlar öz aralarında gülüşə
bilərdilər. O, buna heç əhəmiyyət də verməzdi. Amma ona
lağ edib gülən adama nifrətlə, həqarətlə baxırdı. İtin
ləyaqəti, təmkini coşub həddini aşmışdı. Həqarətli gülüş
onu bərk acıq- landınrdı. Bu vaxt Ağ Diş xalis şeytana
dönürdü. Belə anlarda onun cənginə keçən küçüyün işi
bitməliydi. O, Qrey Biverin də acıqlı olmasına bələd idi.
Qrey Biverin cəzalan şiddətli olurdu. Onun cəza qanun-
lan Ağ Dişə bəlliydi. Qrey Biverə dəyənəklə ağlı kömək
edirdi. Amma itlərin boş çöllüyə cumub can qurtarmaqdan
savayı əlacı yox idi. Onlar hiddətlənmiş Ağ Dişi görəndə
tez aradan çıxırdılar...
downloaded from KitabYurdu.org
168
Ağ Dişin üç yaşı tamam olmuşdu. Bu vaxt Makkenzi
çayının sahilində yaşayan hindu düşərgəsinə aclıq düşdü.
Onlar yayda balıq tuta bilməmişdilər. Qışda isə marallar öz
həmişəki məskənlərindən qaçıb getmişdilər. Sığın
dəstələri nadir hallarda görünürdü. Dovşanlar isə, demək
olar ki, qeybə çəkilmişdilər. Meşənin vəhşi heyvanları
məhv olmuşdu. Vəhşilər aclıqdan zəifləyib əldən düşmüş,
bir-birlərini yeməyə başlamışdılar. Bu dəhşətli fəlakətdən
yalnız güclülər salamat çıxırdı.
Ağ Dişin allahları ovçuluqla məşğul olurdular. Aclıq
düşəndən sonra qocalar və zəiflər bir-bir ölməyə
başladılar. Düşərgədə vay-
şivən qopmuşdu. Qadınlar və uşaqlar öz paylarını, son
tikələrini arıq- layıb çöpə dönmüş ovçulara verirdilər.
Çünki ovçular bütün günü meşədə qurd-quş axtarırdılar.
Aclıq allahları pis günə salmışdı. Onlar maral
dərisindən
düzəltdikləri
mokasin
ayaqqabılarını,
əlcəklərini yeyirdilər. İtlər qoşqu qayışlarına, qamçılara
daraşıb aclıq ehtiraslarını söndürürdülər. Bu, hələ harası
idi? İtlər bir-birinin ətini yeyir, allahlar da itləri yeyirdilər.
Sağ qalan itlər bütün bunları görür, təşvişə düşürdülər.
Onları da belə bir acınacaqlı aqibət gözləyirdi. Ağıllı və
cəsarətli itlər insanın qaladığı tonqalı birdəfəlik tərk edib
qaçır, meşəyə pənah aparırdılar; burada isə onları ya ölüm,
downloaded from KitabYurdu.org
169
ya da yırtıcı canavar cəhəngi gözləyirdi.
Belə acınacaqlı günlərin birində Ağ Diş də meşəyə tərəf
qaçdı. O, başqa itlərə nisbətən həyatdan daha çox baş
çıxarırdı. Keçmiş həyat məktəbi ona yaxşı dərs vermişdi.
Xüsusilə xırda vəhşilərin izinə ustalıqla düşə bilirdi. Ağ
Diş ehtiyatla sincabların hər bir hərəkətini saatlarla izləyir,
onların ağacdan yerə düşəcəyi fürsəti əldən vermirdi. Belə
hallarda o, müstəsna dözüm nümayiş etdirirdi. Əlbəttə, bu
dözüm onu üzən, aclıqla heç cür uyuşmurdu. Ağ Diş isə
tələsmirdi. Bütün imkanlarını ölçüb-biçəndən sonra dəqiq
və düzgün hərəkət etməyə çalışırdı. Yoxsa sincab yenə
ağaca dırmaşıb əldən çıxa bilərdi. Sincab sürətlə qaçsa da,
pusquda duran Ağ Diş güllə kimi onun üstünə sıçrayıb
qamarlayırdı.
Adətən sincab ovu uğurla başa çatırdı. Amma Ağ Diş
doyunca yeyə bilmirdi. Çünki sincablar nadir hallarda
görünürdü. Buna görə də canavar daha xırda quşları
tutmağa məcbur olurdu. Aclıq onu üzürdü. O, siçovulları
yuvalarından qazıb çıxarır, özü kimi ac olan gəlinciklə də
döyüşə girməkdən çəkinmirdi.
Şiddətli aclıq Ağ Dişi amansız caynaqları ilə sıxmaq
istəyəndə o, yenidən, xəlvət-xəlvət allahların qaladığı
tonqala yaxınlaşdı. Ancaq lap yaxma getmədi. O, allahlarla
bir daha görüşməkdən qaçırdı. Meşədə hərlənir, cələyə
downloaded from KitabYurdu.org
170
düşmüş tək-tük quşları oğurlayırdı. Bir dəfə isə Qrey
Biverin qurduğu tələyə düşmüş dovşanı qamarladı. Sonra
ovunu götürüb ləhləyə-ləhləyə qaçdı. Bu vaxt Qrey Biver
meşədə gəzirdi. Zəiflikdən güclə özünü saxlamış hindu
dincini almaq üçün oturmuşdu. Birdən Ağ Diş yorulub
əldən düşmüş, ayaq üstə güclə tab gətirən cavan canavara
rast gəldi. Ağ diş ac olmasaydı, əlbəttə, ondan yan keçərdi.
Bəlkə də ona qoşulub qaçardı. Amma bu dəfə o, canavarı
qovub
öldürdü, sonra da onu yedi. Görünür, tale Ağ Dişin
tərəfində idi. Çünki hər dəfə aclıq şiddətlənəndə, o, təzə ov
qamarlayırdı. Hətta gücdən taqətdən düşdüyü günlərdə
belə, xoşbəxtlik ondan üz döndərmirdi. Bir dəfə Ağ Diş
vaşaq ətindən iki gün doyunca yedi. Sonra canavar
sürüsünə rast gəldi. Sonra uzun, amansız təqib başlandı.
Ağ Diş canavarlardan daha möhkəm və güclü idi.
Buna görə də onlardan canını qurtara bildi. O, nəinki
qaçırdı, böyük dövrə vururdu və geri qayıdanda yorulub
taqətdən düşmüş canavarlardan birinin üstünə şığıyırdı.
Tezliklə Ağ Diş bu yerlərlə vidalaşıb öz keçmiş
yurduna tərəf yola düşdü. O, doğma mağaranı axtarıb
tapdı. Kiççini burada gördü. Kiççi də allahların qonaq
sevməyən tonqallarını tərk edib gəlmişdi. Balalamaq vaxtı
o, mağaraya dönmüşdü. Ağ Diş mağaraya gələndə
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |