Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə37/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   33   34   35   36   37   38   39   40   ...   69

151 
 
Kirşə  tərpənən  kimi  bütün  qoşqu  Lip-lipin  dalınca 
yüyürürdü. Beləcə itlər bütün günü qaçırdılar. Bəzən təhqir 
olunan  lip-lip  öz  təqibçilərinə  hucum  etmək  üçün 
dayanırdı. Amma hər dəfə Mit-sahm otuz funtluq qamçıs, 
onun  başına  dəyirdi.  Quru  maral  bağırsaqlarından 
düzəldilmiş burməlı qamçı Lip-lipi irəli qaçmağa məcbur 
edirdi. Lip-lip qoşqu ilə boğuşmaqdan qorxmazdı. Amma 
Mit-sahın qamçısının ağnsı dəhşətli idi. Buna görə də Lip-
lipin kəndiri dartmaqdan başqa çarəsi yox idi. 
Hindu  ağlı  bitib-tükənməz  fəndlərlə  doludur. 
Qoşqunun Lip-lipə qarşı ədavətini qızışdırmaq üçün Mit-
sah  ayrı-seçkilik  yaratmağa  başladı,  bununla  da,  bütün 
xılda Lip-lipə qarşı nifrət oyatdı. Mit-sah xılın qarşısında 
təkcə Lip-lipə ət verirdi. O biri itlər ağızlarım açıb baxırdı-
lar.  Hiddətlənmiş  itlər  Lip-lipin  başına  hərlənir,  amma 
yaxm  gəlməyə  cürət  etmirdilər.  Mit-sah  əlində  qamçı 
yemək  yeyən  Lip-lipin  yanında  durmuşdu.  Bəzən  ət 
olmurdu.  Mit-sah  hiyləyə  əl  atırdı.  O,  bütün  qoşqunu 
özündən uzaqlaşdırıb qovurdu ki, guya Lip-lipi yedizdirir. 
İlk gündən Ağ Diş qoşquya həvəslə girişdi. Allahlara 
itaət  edən  Ağ  Diş  vaxtilə  daha  uzun  yol  qət  etmişdi.  O, 
böyük bir həyat yolu keçmişdi. Allahların hökmü əleyhinə 
çıxmağın  mənasız  olduğunu  da  bilirdi.  İtlərin  ona  qarşı 
nifrəti  öz  əhəmiyyətini  itirmişdi.  Onun  üçün  ən 
downloaded from KitabYurdu.org


152 
 
əhəmiyyətli  varlıq  insan  idi.  Onun  öz  həmcinslərinin 
cəmiyyətinə  olan  ehtiyac  hissi  sönmüşdü.  Kiççi  tamam 
yaddan çıxmışdı. Allahların hökmünü qəbul edən Ağ Diş 
onlara  sədaqət  göstərməyə  çalışır  və  bu  öz  hisslərinin 
ifadəsində ona kömək edirdi. O, bütün əmrlərə qulaq asır, 
intizama  tabe  olur,  səylə  işləyirdi.  Vicdanlı  əmək 
əhliləşmiş  bütün  canavarlara  xasdır.  Ağ  diş  bu 
keyfiyyətləri tamamilə mənimsəmişdi. 
Az  vaxta  Ağ  Diş  itlərlə  qaynayıb-qarışdı.  Amma  bu 
ünsiyyət  hər  şeydən  əvvəl  düşmənçilik  və  ədavətlə  ifadə 
olunurdu.  O,  heç  vaxt  itlərlə  oynamırdı.  Canavar  balası 
dalaşmağı  bacarırdı,  dalaşırdı  da.  Lip-lipin  dəstə  başçısı 
olduğu günlərdə aldığı yaraların əvəzini onqat çıxırdı. Lip-
lip indi də öz həmcinslərindən qabaqda qaçırdı. O, bütün 
qoşqunun başçısı idi. Düşərgələrdə Lip-lip Qrey Biverdən, 
onun  oğlu  və  arvadından  ayrılmırdı.  O,  allahlardan  ayrı 
dura  bilməzdi.  Çünki  bütün  itlər  onu  parçalamağa  fürsət 
gözləyirdi;  ədavətin  bütün  ağrılarını,  əzablarını  dadmağa 
məcbur  olurdu.  Əvvəllər  isə  bu  əzablar  Ağ  Dişin  payına 
düşərdi. 
Lip-lip hörmətdən düşmüşdü. Ağ Diş dəstə başçısı ola 
bilərdi.  Amma  o,  həddindən  artıq  qaraqabaq  idi.  Qoşqu 
itlərini  dişləyir,  onlara  olmazın  yaralar  vururdu.  Başqa 
vaxtlar  heç  onlara  əhəmiyyət  də  verməzdi.  Canavar 
downloaded from KitabYurdu.org


153 
 
balasına  rast  gələndə  itlər  dönüb  qaçır.  Hətta  ən  güclü 
qoşqu  iti  belə  Ağ  Dişin  ət  payını  almağa  cürət  etmirdi. 
Əksinə,  itlər  öz  ət  paylarını  mümkün  qədər  tez  yeməyə 
çalışırdılar. Yoxsa Ağ Diş onların da payını ala bilərdi. Ağ 
Diş üçün bir qanun bəlli idi; zəifləri sıxışdır, güclüyə tabe 
ol! O, Qrey Biverin ona tulladığı ət tikəsini tələm-tələsik 
üyüdürdü. İtlərdən biri yeməyini vaxtında qurtarmayanda 
qiyamət başlayırdı. Ağ Diş onun da payının axırına çıxardı. 
Ət  payı  yeyilən  it  isə  hiddətlə  mırıldanır,  dişlərini 
şaqqıldadır, öz narazılığını yalnız göydə sayrışan ulduzlara 
bildirirdi. 
Günlər  ötdükcə  qoşqu  itləri  bir-bir  Ağ  Dişə  qarşı 
çıxmağa  başlayırdılar.  Buna  baxmayaraq,  Ağ  Diş  onları 
asanlıqla  ram  edirdi.  O,  xıl-  dakı  xüsusi  rolunu  inadla 
mühafizə edib qoruyurdu. İtlərlə boğuşmalar çox da davam 
etmirdi. Qoşqu itlərinin ona gücü çatmırdı. Ağ Diş rəqibinə 
qəfil, gözlənilməz zərbələr endirir, onu yaralayırdı. İtlərin 
bədəni qanayırdı. Bu zaman it özünü itirir və boğuşmağa 
macal tapmırdı. 
Ağ  Diş  öz  həmcinsləri  arasında  möhkəm  intizama 
riayət  edir,  allahlar  kimi  o,  itlərə  azca  da  olsa,  güzəştə 
getmirdi.  Onlardan  özünə  qarşı  sonsuz  hörmət  və  itaət 
tələb  edirdi.  Əlbəttə,  itlər  öz  aralarında  hər  şey  edə 
bilərdilər.  Bunun  canavar  balasına  dəxli  yox  idi.  Amma 
downloaded from KitabYurdu.org


154 
 
ləyaqətinin tapdanmasına yol verməzdi. Çalışırdı ki, xılda 
itlər  həmişə  ona  yol  versinlər. Onu özlərinin  Allahı  kimi 
tanısınlar.  Hünəri  var,  bir  it  döyüş  mövqeyində  dursun, 
tüklərini  pırpızlaşdırsın,  yaxud  da  dişlərini  şaqqıldatsın! 
Bu  vaxt  Ağ  Diş  onun  üstünə  cumar,  amansızlıqla,  rəhm 
etmədən ona əməllərinin yanlış olduğunu sübut edərdi. 
O,  yırtıcıya  dönmüşdü.  Qoşqunu  dəmir  dəyanəti 
gücünə  idarə  edirdi.  Zəiflərə  aman  verməzdi.  Yaşamaq 
naminə,  həyatda  mövcud  olmaq  naminə  hələ  uşaqlıqda 
anası  ilə  birlikdə  heç  bir  köməksiz-fi-  lansız  şimal 
cəngəlliklərinin  sərtliyinə  qalib  gələrək  mübarizə  apar-
mışdılar və bu çəkişmələr onu bərkitmişdi. Güclü rəqibə 
rast gələndə, Ağ Diş farağat dururdu. Sakit-sakit baxırdı. 
Zəifləri  əzirdi,  istismar  edirdi,  amma  güclülərə  itaət 
göstərirdi. Qrey Biver uzun səyahəti zamanı yolüstü başqa 
adamların düşərgələrinə düşürdü. Bu vaxt Ağ Diş qərib və 
zırpı  itlər  arasında  ehtiyatla,  sakit-sakit  gəzməyi  üstün 
tutardı. 
Bir neçə ay keçdi. Qrey Biverin səyahəti hələ də davam 
edirdi.  Uzun  yol  və  qoşqudakı  əzablı  zəhmət  Ağ  Dişi 
möhkəmlətmişdi.  Görünür,  onun  əqli  inkişafı  da  son 
həddinə çatmışdı. Ətraf aləm başdan- başa qavranılıb süfrə 
kimi onun qarşısında açılmışdı. Bu aləm amansız və sərt 
idi. Onun istiliyi, nəvazişi, mərhəməti yox idi. 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə