Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə24/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   20   21   22   23   24   25   26   27   ...   69

98 
 
Bəzən də o, bu “ətlərdən” qorxub aradan çıxmağa məcbur 
olurdu. İnsan kimi düşünsəydi, canavar balası, yəqin ki, bu 
nəticəyə gələrdi: həyat - doyunca yemək  üçün ehtirasdır, 
dünya isə səhnədir. Bu səhnədə doymağa can atan adamlar 
bir-biri ilə mübarizə aparır, vuruşur, bir-birini təqib edirlər. 
Onlar  bir-birləri  üçün  yemək  əldə  edir,  hətta  bir-birini 
yeyirlər.  Səhnədə  qanlar  tökülür,  orada  başdan-ayağadək 
amansızlıq  hökm  sürür.  Bir  sözlə,  həyat  meydanı 
qarmaqarışıqlıqla, təsadüflərlə doludur. 
Amma  canavar  balası  insan  kimi  düşünə  bilməzdi. 
Onun nəticə çıxarmaq qabiliyyəti də yox idi. O, yalnız bir 
məqsəd  haqqında  düşünür,  bu  məqsədə  də  nail  olurdu. 
Onun  həyatında  ov  qanunundan  başqa,  ikinci  dərəcəli 
qanunlar da vardı. Bu qanunları da bilmək lazım idi. Bu 
qanunları  öyrənmək,  onlara  tabe  olmaq  lazımdır.  Dünya 
gözlənilməz  şeylərlə  doluydu.  Canavar  balasının  içində 
qaynayan həyat, bütün vücudunu tərpədən qüvvələr onun 
üçün  əbədi  səadət  mənbəyi  idi.  Ov  təqib  etmək,  onu 
qamarlayıb  yeməkdən  ləzzətli  şey  ola  bilməzdi.  Şiddətli 
döyüşlər  ona  ilham  verirdi.  Belə  vaxtlarda,  hətta  o 
naməlum  hissin  bütün  dəhşətləri  və  sirləri  də  yaddan 
çıxırdı. 
Bütün  bunlardan  başqa,  onunçün  həyatda  çoxlu  xoş 
duyğular  da  vardı.  Məsələn,  tox  qarınla  günün  altında 
downloaded from KitabYurdu.org


99 
 
tənbəl-tənbəl mürgü döymək. Bu xoş duyğu ona cəsarətinə 
və  zəhmətinə  görə  verilən  mükafat  idi.  O,  məşəqqətli 
əməyinin  sevincini  dadırdı.  Beləcə,  canavar  balası  onu 
bürümüş  bu  ədavətli,  davakar  mühitlə  dostcasına 
yaşayırdı. O, güclü idi, xoşbəxt idi, özünə inanırdı... 
 
Uçüncü hissə 
 
VƏHŞİNİN ALLAHLARI 
OD YANDIRANLAR 
Canavar balası ona gözlənilmədən toxundu. Hər şey öz 
günahı ucbatından oldu. O, ehtiyatını əldən vermişdi. 
Mağaradan çıxıb çaya su içməyə yüyürdü. Yuxuluydu. 
Bütün  gecəni  çöldə-bayırda  gəzmiş,  ov  axtarmış,  sonra 
gəlib  yatmışdı.  Amma  yuxudan  doymamışdı.  Bəlkə  də 
buna görə sərvaxtlığmı itirdi. Axı, çaya gedən yolu yaxşı 
tanıyırdı.  Bu  yola  neçə  dəfə  qaçmış,  hər  dəfə  də  sağ-
salamat gedib-gəlmişdi. 
Balaca  vəhşi  quru  küknar  kolluğuna  tərəf  getdi, 
yamacdan keçib ağacların arası ilə yüyürdü. Elə bu vaxt 
nəsə  qəribə  bir  şey  gördü.  Heyrət  etdi.  İrəlidə  beş  canlı 
varlıq  çömbəlib  oturmuşdu.  O  heç  vaxt  belə  canlı 
görməmişdi. Bu, canavar balasının insanla ilk görüşü idi. 
Lakin adamlar nərə çəkmədilər, şığımadılar, dişlərini onun 
downloaded from KitabYurdu.org


100 
 
üstünə  şaqqıldatmadılar.  Onlar  çömbələrək  məşum  bir 
sükut içində nəsə edirdilər. 
Canavar balası da tərpənmədi. Əlbəttə, o, instinktə görə 
dərhal  bu  naməlum  canlılardan  qaçmalı  idi.  Amma 
ömründə  ilk  dəfə  içində  qəfil  bir  duyğu  oyandı;  canavar 
balasını  həyəcan  bürümüşdü.  Sanki  öz  cılız-  lığını, 
acizliyini  anlamışdı,  bu  hiss  onu  tərpənməyə  qoymurdu. 
İndiyə  qədər  görmədiyi,  tanımadığı  bir  qüvvə  onun 
qabağını kəsmişdi. 
Balaca  vəhşi  heç  vaxt  insan  görməmişdi.  Amma 
instinktlə  insanın  bütün  qüdrətini,  nəhəngliyini  hiss 
etmişdi.  Hardasa,  şüurunun  lap  dərinliklərində  inam 
işartısı  yarandı:  bu  canlı  varlıq  -  ikiayaqlı  insan  şimal 
çöllüyünün  bütün  sakinləri  arasındakı  döyüşlərdə  birinci 
yeri tutmuşdu. İndi elə bil bu adamlara bir cüt göz deyil, 
canavar  balasının  bütün  əcdadlarının  gözləri  zillənmişdi. 
Bu  gözlər  qaranlıq  zülmətdə  saysız-hesabsız  qış 
düşərgələri ətrafında hərlənir, gah uzaqdan baxır, gah da 
bu  qəribə  ikiayaqlı  canlını,  bütün  başqa  canlı  varlıqlara 
ağalıq  edən  insanı  qalın  cəngəlliklər  arasından  izləyirdi. 
Xəyal  qəflətən  canavar  balasını  öz  əcdadlarının  yanına 
apardı.  O,  uzun  əsrlərdən  bu  yana  mübarizədən, 
təcrübədən törəmiş qorxu toruna əsir düşdü. Yekə olsaydı, 
bəlkə də qaçıb canını qurtarardı. Amma indi yerə qısıldı, 
downloaded from KitabYurdu.org


101 
 
özünü qorxuya bürüyüb itaətkarlıq göstərməyə hazırlaşdı. 
Adamların  qaladığı  tonqalın  istisinə  qızınmaq  istəyirdi. 
Vaxtilə onun ulu əcdadı da insana beləcə yaxınlaşmışdı. 
Hindulardan  biri  durub  canavar  balasına  yaxınlaşdı, 
əyildi, vəhşi balası özünü bir az da yerə sıxdı. Naməlum 
şey axır ki, gözə görünmüşdü. O, canlı bir şəklə dönüb bu 
balaca  heyvanı  tutmaq  üçün  əlini  uzatmışdı.  Vəhşinin 
tükləri  dimdik  qalxdı,  çənəsi  əsdi,  dodaqları  dartıldı. 
Üstünə uzanmış əl ani olaraq dayandı, hindu gülərək dedi: 
-  Bura  baxın!  Bunun  nə  yaxşı  ağ  dişləri  var!  O  biri 
hindular  bərkdən  gülüşüb  dostlarını  canavar  balasını 
götürməyə təhrik etdilər. Əl yenə aşağı, lap aşağı uzandı, 
Amma  balaca  vəhşinin  içində  dərhal  iki  instinkt  oyandı: 
bunlardan  biri  təslim  olmağa,  itaətkarlıq  göstərməyə 
çağırırdı,  o  biri  isə  mübarizəyə  səsləyirdi.  Nəhayət, 
canavar  balası  özü  bilən  kimi  elədi.  Hər  iki  instinkti 
birləşdirdi. Nə qədər ki ona toxunmamışdılar, heyvan itaət 
edirdi. İnsan əlini ona vuran kimi mübarizəyə qalxdı. O, 
insan əlini dişləri ilə sıxdı. Həmin anda başına möhkəm bir 
zərbə  vurdular.  Döyüş  ehtirası  beləcə  söndü.  O,  itaətkar 
küçüyə  dönərək  dal  ayaqları  üstə  çömbəlib  dişlərini 
qıcırtdı.  Amma  əli  dişlənmiş  adam  qəzəblənmişdi.  Buna 
görə də balaca vəhşiyə daha bir zərbə vuruldu. O, yenə də 
dişlərini qıcırtdı. 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə