Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə20/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   16   17   18   19   20   21   22   23   ...   69

82 
 
balası inamla  yoluna davam etdi. Balaca vəhşinin içində 
elə  güclü  inam  oyanmışdı  ki!..  Birdən  o,  pınldayıb  uçan 
hansı bir quşcuğazasa rastlaşdı. Onunla oynamağa başladı. 
Hətta  pəncəsini  quşcuğaza  uzatdı.  Əlbəttə,  quş  da  onu 
cavabsız  qoymadı,  bumunu  dimdikləyib  incitdi.  Balaca 
vəhşi  tamamilə  qısıldı,  ziyildədi.  Quş  da  onun  səsindən 
qorxub qığıltı ilə uçdu. 
Canavar  balası  öyrənirdi,  onun  xırda,  zəif  beyni 
düşüncəsiz olsa da, artıq bir neçə qənaətə gəlmişdi: şeylər 
canlı və cansız olur. Canlı- 
lardan gərək qorunasan. Cansızlar həmişə bir yerdə durur. 
Canlılar hərəkət edir. Onların nə edəcəklərini qabaqcadan 
bilmək olmur. Canlılardan nə desən gözləmək olar, onlarla 
ehtiyatlı olmaq lazımdır. 
Canavar  balası  ağır-ağır  yeriyirdi.  Ayaqları  tez-tez 
nəyəsə ilişirdi. Ağac budaqları gah bumuna dəyir, gah da 
böyrünə ilişirdi. Yer kələ- kötür idi və o, büdrəyib yıxılırdı, 
bumu, pəncəsi əzilirdi. Ayağının altında qalan xırda daşlar 
sürüşür,  diyirlənirdi.  Nəhayət,  ona  aydın  oldu  ki,  cansız 
şeylər heç də bir yerdə durmur. Tez-tez diyirlənən, çevrilən 
xırda cansız şeylər də var. Balaca vəhşi hər dəfə səhv edə-
edə  daha  çox  şey  öyrənirdi.  Yeridikcə  addımları  da 
bərkiyir, möhkəmlənirdi. 
Naşıların bəxti həmişə gətirir. Yemək üçün doğulmuş 
downloaded from KitabYurdu.org


83 
 
canavar  balası  aləmə  göz  açdığı  gündə  öz  mağarasının 
yanında bir quşa rast gəldi. O heç özü də bilmədən kəklik 
yuvasının üstünə çıxmışdı. Canavar balası yıxılmış küknar 
gövdələri arasından keçməyə çalışırdı. Ayaqlarının altına 
çürümüş ağac qabığı düşdü, o, hirslə zingildədi, sürüşüb 
yumba- landı, kolluğun üstünə yıxıldı. Sonra yarpaqların, 
budaqların arası ilə fırlanıb kəklik yuvasının üstünə düşdü. 
Burda  yeddi  kəklik  balası  vardı.  Balaca  quşcuğazlar 
civildəşdilər,  canavar  balası  əvvəlcə  qorxdu,  sonra 
quşcuğazların  lap  xırda  olduqlarını  görüb  cürətləndi.  O, 
quşlardan birini pəncəsi ilə qapdı. Quşcuğaz daha bərkdən 
civildəməyə  başladı. Bu,  canavar  balasının  xoşuna  gəldi, 
sonra quşcuğazı iyləyib ağzma aldı. Quşcuğaz çırpınaraq 
onun  dilini  qıdıqlayırdı.  Canavar  işta-  halandı.  Çənəsi 
qalxıb endi.  Quşcuğazın sümükləri xırçıldadı və canavar 
balasının  dilinə  isti  qan  dəydi.  Qan  çox  dadlı  idi.  Onun 
ağzındakı  quşcuğaz  anasının  gətirdiyi  quşlardan  idi. 
Amma bu quş daha ləzzət- liydi. Çünki diriydi. Canavar 
balası  quşcuğazların  hamısını  yedi.  Sonra  anası  kimi 
dodaqlarını yaladı və kolluğun arasından çıxdı. 
Birdən  onun  qabağına  kəklik  çıxdı.  Ana  kəklik  güllə 
kimi şığıyıb qanadlan ilə canavara şiddətli zərbələr endirdi. 
Bu, canavar balasını çaşdırmışdı. Başını pəncələri arasında 
gizlədərək  zingildəyirdi.  Zərbələr  yağış  kimi  yağırdı. 
downloaded from KitabYurdu.org


84 
 
Nəhayət,  canavar  balası  da  hirsləndi,  nərə  çəkib  hücuma 
keçdi.  Sonra  pəncələri  ilə  özünü  müdafiə  etdi.  Xırda 
dişlərini  qanadlarına  batırmağa  çalışdı,  onu  o  tərəf,  bu 
tərəfə sürüdü. Amma ana kəklik ondan əl çekmirdi. Qanadı 
ile zərbələr vururdu. Bu, canavar balasının ilk döyüşü idi. 
O  sevinirdi.  Balaca  vəhşi  naməlum  şeylərin  zəhmini 
unutmuş, artıq heç nədən çəkinmirdi. Hücuma keçib ona 
qanadlarını ilişdirən canlı varlığı vururdu. Axı, bu canlı - 
ət idi. 
Canavar balasını qan yanğısı bürümüşdü. Az əvvəl yeddi 
quşcuğazı  qamarlayıb  yemişdi.  İndi  də  daha  böyük  bir 
canlı varlığı öldürəcəkdi. Bu döyüş onun canına yatırdı. O, 
ömründə ilk dəfə duyduğu bu həyəcanlı hissdən titrəməyə 
başladı. 
Kəkliyin  bir  qanadı  bala  canavarın  ağzındaydı,  o, 
sıxılmış dişləri arasından var gücü ilə nərildəyirdi. Kəklik 
onu  kolluğun  arasından  çıxarmışdı.  Canavarı  geriyə 
kolluğa dartmaq  istəyəndə,  o da kəkliyi  açıqlığa  çəkirdi. 
Quş  civilti  qoparır,  o  biri  qanadı  ilə  canavarı  vururdu. 
Kəkliyin  lələkləri  qar  dənəcikləri  kimi  havada  uçurdu. 
Canavar  balası  isə  özündən  çıxmışdı.  Onun  içində 
əcdadlarının  yırtıcı  qanı  coşmuşdu  və  bu  qan  vəhşini 
lərzəyə  gətirirdi.  Heç  özü  də  hiss  etmədən  bu  anlarda 
canavar balasının içində əsl həyat qaynayırdı. 
downloaded from KitabYurdu.org


85 
 
O öz canavar vəzifəsini yerinə yetirirdi. Elə bunun üçün 
də  doğulmuşdu.  Axıra  qədər  döyüşdü.  Həyatın  ali 
məqsədini  yerinə  yetirərək  öz  varlığını  da  təsdiq  etdi. 
Çünki  həyat  o  vaxt  zirvəyə  qalxır  ki,  bütün  qüvvələr 
qarşıya  qoyulan  məqsədin  həyata  keçirilməsinə 
yönəldilsin. Yalnız bu anlarda həyat həyatlığında qalır. 
Nəhayət,  ana  kəklik  mübarizəni  dayandırdı.  Canavar 
balası  hələ  də  onun  qanadından  tutmuşdu.  Onlar  yerə 
uzanıb  bir-birinə  baxırdılar.  Canavar  balası  hiddətlə 
mırıldanmağa  başladı.  Kəklik  canavarın  onsuz  da 
yaralanmış  bumunu  dimdiklədi.  Canavar  balası  ürpəşdi, 
amma  qanadı  buraxmadı.  Quş  onu  yenə  dimdiklədi. 
Canavar  balası  dala  çəkilib  zingildədi.  Onun  yaralı 
bumuna  zərbələr  yağırdı.  Çünki  o, qanadla  birlikdə  quşu 
da özüylə dartırdı. Canavar balasının cəngavər coşqunluğu 
söndü. O, şikarı buraxıb yamacın başqa tərəfinə üz qoydu, 
kolluğun  yanında  uzandı.  Dilini  çıxarıb  ağır-ağır  nəfəs 
aldı. Sonra qəmgin- qəmgin zingildəməyə başladı. Birdən 
ürəyinə  nəsə  damdı.  Naməlum  hiss  bütün  dəhşətiylə 
canavar balasını çulğadı. O, müdafiə olunmaq üçün qeyri-
ixtiyari özünü kolluğun içinə atdı. Böyük, qanadlı bircəm- 
dək səssizcə onun yanından yel kimi vıyıltı ilə, məşum bir 
sükutla uçdu. Qartaldı. O, göydən canavar balasına hücum 
etmək istəmişdi. Amma hədəfi boşa çıxdı. 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə