Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə28/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   24   25   26   27   28   29   30   31   ...   69

115 
 
itən  adamlara  göz  qoyurdu.  İnsan  öz  Allahına  necə 
baxırdısa, o da insana beləcə baxırdı. Adamlar onun üçün 
ən  ali,  müqəddəs  varlıq  idilər.  Ağ  Diş  insanın  bütün 
hərəkətlərində,  əməllərində  tanrının  bəxş  etdiyi  ecazkar 
gücü  görürdü.  Onlar  hər  şeyə  qadir  idilər,  ağlasığmaz 
qüdrət sahibi idilər. İnsan bütün canlı və cansız həyatı idarə 
edirdi. Hərəkət edən nə varsa hamısını diz çökdürmüşdü. 
İnsan  hərəkətsiz  əşyaları  hərəkətə  gətirmişdi.  İnsan  quru 
mamır  və  odundan həyat  qaynadırdı: bu həyatın  işığı və 
rəngi günəşə bənzəyirdi. Bu həyatın acı-acı yanğısı vardı. 
İnsan od qalamışdı, ocaq alışdırmışdı. Qadir Allahın özü 
idi insan! 
 
KÖLƏLİK 
Hər təzə gün özü ilə təzə bir şey gətirirdi. Ana canavar 
hələ də bağlı idi. Ağ Diş isə bütün düşərgəni gəzib dolaşır, 
yoxlayır, öyrənir, təcrübə toplayırdı. O, insanın əməlləri ilə 
tanış  olurdu.  Adamlan  daha  yaxından  tanıdıqca,  onların 
əzəmətinə, qüdrətinə də bir o qədər inanırdı. 
İnsan  öz  əlinin  zəhmətilə  düzəltdiyi  komanın  uçulub 
dağıldığını görəndə əzab çəkir, ürək ağnsı ilə kədərlənir. 
Amma  bu,  canavarların  və  vəhşi  itlərin  heç  vecinə  də 
gəlməz. İnsan öz Allahına gözə görünməyən xəyali varlıq 
kimi  baxır,  Allahlar  onun  arzu,  ümid  səcdəgahıdır.  Bu 
downloaded from KitabYurdu.org


116 
 
xəyali  varlıqlar  xeyirxah,  mərhəmətlidirlər,  hər  şeyə 
qadirdirlər. 
Canavarın da, itlərin də öz Allahları olur. Amma onların 
Allahı gözə görünəndir, tonqal qalayır və bu odun istisinə 
heyvanlar qızınır. Allahlar boş səhralıqda ev qurur, ov edir, 
öz  məqsədlərinə  çatmağa  çalışırlar.  Onların  hər  birinin 
həyatda  öz  mövqeyi  var.  Onlar  tutduqları  mövqeləri 
möhkəmlətməyə  çalışırlar,  öz  qanun-qaydalarına  əməl 
edirlər. Belə allahların köləsi olmaq asandır. Hünərin var, 
onlara tabe olma! Bu allahlardan yaxanı qurtara bilməzsən. 
Budur, həmin allahlardan biri dayanıb, ucaboydur, əlində 
də  dəyənək  tutub;  əzəmətlidir,  qəzəblidir,  mərhəmətlidir. 
Sanki  onun  içində  sirr  var,  qüdrət  gizlənib,  onun  bədəni 
ətdəndir və bu əti parçalayıb didəndə qan axır. Bu ət dadma 
görə başqa ətlərdən heç də pis deyil. 
Ağ Diş hər şeyi beləcə anlamışdı. O, insanı Allah hesab 
etmişdi:  hər  şeyə  qadir  Allah!  Canavar  balası  qadir 
allahlara tabe olmuşdu, onların köləsi idi. Onun anası da, 
Ağ  Diş  də  insana  əyilmişdi  və  adamlar  onu  haylayanda 
dərhal  gedir,  qovanda  qaçırdı.  Adamlar  onu  hədələyib 
vurmaq istəyəndə isə yerə qısılırdı. Çünki insan zorlu idi, 
hər əməlinin arxasında zorakılıq vardı. İnsanın zoru daşlı, 
dəyənəkliydi, yumruq- luydu. Bu zorun zərbələri dəhşətli 
ağrılar verirdi. 
downloaded from KitabYurdu.org


117 
 
Bütün itlər kimi Ağ Diş də adamlarınkı oldu. Canavar 
balası insanın hökmü altında yaşamalıydı. İndən belə insan 
onun canını da ala bilərdi, onu ayaqları altına salıb əzə də 
bilərdi. Ancaq insan həm də rəhmli idi. Ağ Diş bütün bu 
dərsləri unutmadı. Qıılaqlarında sırğa edib yadda saxladı. 
Bu dərslər ona baha başa gəlmişdi. Çünki addımbaşı rast 
gəldiyi  hər  şeyə  etiraz  etmişdi.  Öz  təbiətinə  yad  olan 
əmrlərə müqavimət göstərmişdi. Bununla belə o, xəbərsiz-
ətərsiz bu cansıxıcı və xoşagəlməz təzə həyatın ləzzətini də 
dadmağa başlamışdı. 
Onun taleyi yad əllərdə idi və indi özünün sağ qalması 
üçün  məsuliyyət  daşımırdı.  Canavar  balasına  cavabdeh 
insan  idi.  Bu,  Ağ  Dişin  yeganə  təsəllisiydi.  Axı,  özgəyə 
arxalanmaq tənha qalmaqdan asandır. 
Lakin  bütün bunlar birdən-birə  mümkün deyildi. Axı, 
bir  günün  içində  bütün  qəlbini,  canını  insana  tabe  etmək 
olmazdı!  Ağ  Diş  öz  əcdadlarının  ona  miras  qoyduqları 
vərdişlərdən  əl  çəkmək  istəmir,  şimal  çöllərini  unuda 
bilmirdi.  Bəzən  o,  meşə  kənarına  çıxıb  dayanır,  uzaqdan 
onu  səsləyən  hansı  harayasa  qulaq  verirdi.  Adətən  belə 
“səyahətdən” qayıdanda dilxor olur, həyəcanlanır, kədərli-
kədərli  astaca  zingildəyirdi.  Sonra  Kiççinin  yanında 
uzanıb  yumşaq,  sulanmış  dili  ilə  anasının  çənəsini 
yalayırdı. 
downloaded from KitabYurdu.org


118 
 
Ağ  Diş  düşərgədə  hindu  həyatına  alışdı.  Ət,  balıq 
paylanan  zaman  böyük  itlərin  özlərini  ədalətsiz  və  xəsis 
apardığını  da  gördü.  O,  bir  çox  şeyləri  də  özü  üçün 
aydınlaşdırdı:  kişilər  ədalətlidir,  uşaqlar  amansızdırlar, 
qadınlar  isə xeyirxah  məxluqlardır; qadınlar  heç olmasa, 
bir tikə ət və ya sümük atırlar. 
Küçüklərin anaları ilə bir-iki dəfə tutaşandan sonra Ağ 
Dişə bu da aydın oldu ki, davakar itlərə baş qoşmaq lazım 
deyil.  Onlardan  nə  qədər  uzaq  olsan,  o  qədər  yaxşıdır. 
Amma onun həyatını göy əskiyə bükən hamıdan çox Lip-
lip  idi.  Lip-lip  Ağ  Dişdən  böyük  idi,  güclü  idi.  Ağ  Diş 
onunla davaya girməkdən çəkinməsə də, hər dəfə məğlub 
olurdu. Belə rəqib onun xörəyi deyildi. Ağ Diş anasından 
bir  balaca  aralanan  kimi,  davakar  Lip-lip  də  o  saat  onun 
başının üstünü kəsirdi. O, canavar balasını addımbaaddım 
izləyirdi.  Gah  ona  hürür,  gah  da  sataşırdı.  Adamlar  bir 
balaca aralananda, yaxud başları qarışanda Lip- lip dərhal 
onunla boğuşmağa başlayırdı. Lip-lip bu boğuşmadan həzz 
alırdı. Çünki həmişə qalib çıxırdı. Amma it küçüyünə həzz 
verən şeylər canavar balasına iztirab gətirirdi. 
Bununla  belə,  Ağ  Dişi  qorxutmaq  asan  iş  deyildi. 
Dəfələrlə  məğlub  olsa  da,  dinc  durmur,  boyun  əymirdi. 
Axır ki, ədavət hissi özünü göstərdi. Lip-liplə olan daimi 
çəkişmələr  Ağ  Dişi  sərt  və  qəddar  etdi.  Daim  təqib 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə