Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə31/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   27   28   29   30   31   32   33   34   ...   69

127 
 
mindiyini  gördü,  onun  dalınca  cummaq  istədi.  Bu  vaxt 
hindu  Ağ  Dişə  möhkəm  bir  yumruq  ilişdirdi.  Canavar 
balası geri çəkildi. Qayıq sahildən aralandı. Ağ Diş Qrey 
Biverə  məhəl  qoymayaraq  suya  tullanıb  qayığın  dalınca 
üzdü. O, insanın harayına hay vermədi. Anadan ayrılmaq 
çətin olur. 
Lakin  allahlar  tabe  olmayanları  diz  çökdürürlər. 
Qəzəblənmiş  Qrey  Biver  qayığı  suya  salıb  Ağ  Dişin 
dalınca üzdü, onun peysərindən yapışıb sudan çıxartdı. O, 
Ağ Dişi sol əlində tutub möhkəmcə kötək- lədi. Hindunun 
əli ağır idi. Zərbələr bir-birinin ardınca güllə kimi yağırdı. 
Bu  zərbə  yağışları  altında  Ağ  Diş  saat  kəfgiri  kimi  o 
yan-bu  yana  yellənirdi.  Qorxu,  təəccüb  hissi  onu 
çulğamışdı.  O,  vəngildəməyə  başladı.  Sonra  acıqlandı. 
Onun  təbiəti  azadlıq  sevirdi.  Buna  görə  də  dişlərini 
şaqqıldadıb  cəsarətlə  Allahın  qəzəblənmiş  üzünə 
mırıldandı. Bunu görən Allah daha da vəhşiləşdi. Zərbələr 
çoxaldı və ağırlaşdı. Qrey Biver Ağ Dişi döyür, canavar 
balası isə nərə çəkirdi. Lakin bu çox davam edə bilməzdi. 
Kimsə  güzəştə  getməli,  tabe  olmalıydı.  Ağ  Diş  qorxuya 
düşüb boyun əydi. İnsan ilk dəfə idi ki, onu döyürdü. İndiki 
zərbələr  təsadüfən  ona  vurulan  daşlardan,  dəyənəklərdən 
tərqlo-  nirdi.  Beləliklə,  Ağ  Diş  təslim  olub  ulamağa 
başladı. Zərbələr dəydikcə Ağ Diş zingildəyirdi. Tezliklə 
downloaded from KitabYurdu.org


128 
 
içindəki  təşviş  hissi  dəhşətə  döndü.  O,  yanıqlı-yanıqlı 
ulamağa başladı. Qrey Biver əl saxladı. Canavar balasını 
əski  kimi  havada  yellədib  qayığın  içinə  tulladı,  sonra 
qayığı sahilə sürdü. Qrey Biver avar çəkə-çəkə əl-ayağına 
dolaşan  canavar  balasını  hirslə  təpikləyir,  geri  itələyirdi. 
Ağ  Diş  azğınlaşmışdı.  Birdən  o,  dişlərini  hindunun 
mokasin  ayaqqabılarına  batırdı.  Qrey  Biverin  qəzəbi 
coşub-daşdı.  Ağ  Diş  əvvəlkindən  daha  çox  kötək  yedi. 
Canavar balasının canına vəlvələ düşmüşdü. Bu dəfə Qrey 
onu  avarla  döyürdü.  Ağ  Dişin  xırda  bədəni  şil-küt 
olmuşdu. Sahibi onu o ki var kötəklədi. Canavar balasının 
taqəti qalmamışdı. Ona yaman dərs oldu; sahibi, hökmdarı 
-  Allahı  dişləmək  olmaz!  Heç  vaxt,  heç  zaman!  Tanrı 
müqəddəsdir,  toxunulmazdır.  Canavar  balası  onun 
quludur, qul Allahı didib-parçalaya bilməz! Görünür, Ağ 
Diş  böyük  günah  işlətmişdi  və  bu  günaha  görə  onu 
bağışlamırdılar. 
Qayıq  sahilə  yan  aldı.  Ağ  Diş  hərəkətsiz  uzanıb 
zingildəyir,  Allahın  hökmünü  gözləyirdi.  Qrey  Biver 
canavar balasını götürüb sahilə tulladı. Ağ Diş böyrü üstə 
yerə  dəydi.  Onun  bütün  bədəni  əsim-əsim  əsirdi.  Sonra 
durub dişlərini qıcırtdı. Bu mənzərəni kənardan seyr edən 
Lip-lip  onun  üstünə  şığıdı,  Ağ  Dişin  ayağından  dartıb 
dişlədi.  Canavar  balasının  heyi  qalmamışdı,  özünü 
downloaded from KitabYurdu.org


129 
 
müdafiə  edə  bilmirdi.  Qrey  Biver  Lip-lipi  təpiklə  vurub 
yerə  sərməsəydi,  yəqin  ki,  Ağ  Diş  o  dünyalıq  olacaqdı. 
Bəli,  insan  ədalətli  də  olur.  Ağ  Diş  şiddətli  ağrıdan 
qovrulsa  da,  insana  olan  minnətdarlıq  hissini  gizlədə 
bilmədi.  O,  itaətlə  Qrey  Biverin  dalınca  düşüb  komaya 
tərəf getdi. 
Həmin  gündən  etibarən  Ağ  Dişə  məlum  oldu  ki, 
allahların  cəza  vermək  səlahiyyəti  vardır.  Onların  köləsi 
olan heyvanlar isə bu səlahiyyətdən məhrumdurlar. 
Həmin  gecə  qəsəbə  uyuyandan  sonra  Ağ  Diş  kədərlə 
anasını xatırladı. Özündən ixtiyarsız uladığından Qrey Bi 
veri də yuxudan oyatdı və Allah yenə onu döydü. 
Bu  hadisədən  sonra  Ağ  Diş  öz  kədərli  ulartısını 
allahlardan  gizlətdi.  O,  tənha  bir  küçəyə  çəkilib,  meşə 
kənarına  çıxaraq  qüssəli-  qüssəli,  ucadan  ulayırdı.  Belə 
vaxtlarda  Ağ  Diş  onu  mağaraya,  çayların  kənarına 
haylayan  ötən  keçmişin  səsini  dinləyirdi.  Onu  çıxıb 
getməyə  yalnız  anasının  xatirəsi  qoymurdu.  Bəlkə  Kiççi 
ova  gedən  adamlarla  birlikdə  qəsəbəyə  qayıdacaqdı? 
Kiççinin intizarını çəkən Ağ Diş əsarətdə qalmağa məcbur 
olmuşdu. 
Bununla  belə  köləlik  həyatı  Ağ  Dişi  o  qədər  də 
bezikdirməmişdi. Bu həyatın çox şeyi onun üçün maraqlı 
idi. Düşərgədə bir-birinin ardınca yeni-yeni hadisələr baş 
downloaded from KitabYurdu.org


130 
 
verirdi.  Allahlar  günü-gündən  qəribə  işlər  görür,  onların 
əməllərinin  sayı  getdikcə  çoxalırdı.  Ağ  Diş  üçün  bütün 
bunlar  maraqlı  idi.  Axı,  o,  Qrey  Biverlə  ümumi  dil 
tapmışdı.  Canavar  balasından  sözsüz  itaətkarlıq  tələb 
olunurdu. Ağ Diş də bu hökmə tabe olub, canını adamların 
qəzəbindən və kötəklərindən qurtarmışdı. 
Qrey Biver canavar balasına bəzən ət atırdı və o, yeyib 
qurtarma- yınca o biri itləri yaxın buraxmırdı. Belə ətin heç 
misli yox idi. Onun üçün bu bir tikə ət qadınların tulladığı 
yüz kilo ətdən qiymətli idi. 
Qrey  Biver  heç  vaxt  Ağ  Dişi  oxşamır,  ona  sığal 
çəkmirdi. Bəlkə də Ağ Dişi mütəəssir edən bu idi. Bəlkə 
elə ona təsir edən insanın möhkəm yumruqları, onun ədalət 
və əzəməti idi? Bununla belə, canavar balasının içində onu 
tərs  və  sərt  sahibinə  bağlayan  bir  tel  yaranmışdı.  Azğın 
qüvvələr  isə  qırsaqqız  olub  ondan  yapışmış,  Ağ  Dişi 
xəlvətcə əsarət ipi ilə sarımışdılar. Bu qüvvələr çox dəqiq 
işləyirdi,  dəyənək  və  yumruq  qədər  qorxulu  və  amansız 
idilər.  Hələ  qədim  zamanlardan  canavarları  insanın 
qaladığı tonqala çəkən instinkt onlarda çox tez inkişaf edir. 
Ağ Dişdə də belə bir instinkt oyanmışdı. Burda həyat onu 
sıxsa  da,  əzablı,  məşəqqətli  görünsə  də,  qiymətli  idi, 
doğma  idi.  O,  düşərgənin  acılı-şirinli  həyatına  alışmışdı. 
Təkcə Kiççini unuda bilmirdi. Anasının həsrətini çəkirdi. 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə