Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə33/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   29   30   31   32   33   34   35   36   ...   69

135 
 
Çünki  cavan  itlər  hər  dəqiqə  Ağ  Dişin  cənginə  keçə 
bilərdilər. Buna görə də Lip-lipdən savayı itlərin heç biri 
tək qalmağa cürət etmirdi. Ağ Dişə qalib gəlmək üçün it 
xılının  ümumi  birliyi  lazım  gəlirdi.  Çay  kənarına  tənha 
gedən  küçük  öz  ölümünə,  ya  şikəstliyinə  qol  çəkmiş 
olurdu. Onda bütün düşərgəni qulaqbatırıcı zingilti bürü-
yərdi.  Belə  vaxtlarda  canavar  balası  pusquda  durmağı, 
qəflətən rəqibin üstünə şığımağı üstün tutardı. 
Ağ Diş itlərdən intiqam almağı unutmamışdı. İtlər də 
həmişəlik  yadda  saxlamışdılar  ki,  tək  gəzmək  olmaz. 
Bununla  belə.  Ağ  Diş  onları  yenə  tək-tək  ələ  keçirirdi. 
Bütün  xıl  ilə  hücum  edən  itlər  bəzən  onu  o  qədər  təqib 
edirdilər  ki,  özləri  yorulub  əldən  düşürdülər.  Ağ  Dişin 
sürətli qaçışı dadına çatırdı. İtlər yalnız paxıllıq edirdilər. 
Vay  o  itin  halına  ki,  başı  qaçmağa  qarışıb  xılı  arxada 
qoyaydı. Həmin it öz ölümünə qol çəkmiş olurdu. Ağ Diş 
qəfildən  dönüb  onun  üstünə  şığıyırdı.  Belə  hallar  tez-tez 
baş verirdi. Çünki təqibdən həyəcanlanmış və coşmuş itlər 
dünyada hər şeyi unudardı. Ağ Diş isə həmişə soyuqqanlı 
idi.  O,  sürətlə  geri  dönür,  xıldan  aralanmış  cəsarətli 
təqibçisinin üstünə cumurdu. 
Cavan  itlərdə  oynaşmağa  anlaşılmaz  bir  ehtiyac  hissi 
olur.  Məhz  belə  bir  ehtiyac  hissi  Ağ  Dişin  bütün 
düşmənlərini  çulğamışdı.  Onlar  canavar  balası  ilə 
downloaded from KitabYurdu.org


136 
 
müharibəni  əyləncəli  oyuna  çevirmişdilər.  Ağ  Dişi  təqib 
etmək  onlar  üçün  sevimli  məşğuliyyət  idi.  Amma  bu 
əyləncə zarafat ola bilməzdi. Bu əyləncənin sonu təhlükəli 
ölümdən xəbər verirdi. 
Anasının  qayıdacağı  ümidi  ilə  yaşayan  Ağ  Diş  də 
həmin günlər riskə getmir, tez-tez it xılını öz dalınca çəkir, 
yaxındakı  meşəyə  aparırdı.  İtlər  onu  meşədə  tuta 
bilmirdilər. Çünki Ağ Diş səssiz-səmirsiz qaçır, ağacların 
arasından  sivişib  keçirdi.  O,  itlərin  hürüşmə  səsindən 
onların  hansı  məsafədə  olduqlarını  bilirdi.  Vaxtilə  onun 
ata-anası da belə etmişdi. Axı, başqa itlərdən fərqli olaraq 
o,  şimal  cəngəlliyi  məktəbini  qurtarmışdı:  şimalın  bütün 
sirlərinə,  xəlvət  yerlərinə  yaxşı  bələd  idi.  Bəzən  Ağ  Diş 
fənd işlədirdi, çayı üzüb keçir, izlərini suda itirirdi. Sonra 
sakitcə meşə yamaclarının birində uzanıb dincini alır, 
onun izini itirmiş düşmənlərinin hürüşməsinə qulaq asırdı. 
Ağ  Diş  adamların  və  itlərin  nifrət  və  qəzəbini  qazana-
qazana birtərəfli inkişaf edirdi. Belə məşəqqətli həyat onun 
içindəki  bütün  xeyirxah  hissləri,  mərhəmətli  duyğuları 
öldürmüşdü. Nəvaziş və mərhəmət ona yad idi. Onu idarə 
edən,  ona  hökm  verən  qanun  bundan  ibarət  idi:  güclüyə 
tabe  ol,  zəifi  məhv  et!  Qrey  Biver  allahdır.  Demək  o, 
güclüdür.  Buna  görə  də  Ağ  Diş  ona  itaət  edir.  Lakin 
canavar  balasından  cavan  və  boyca  balaca  olan  itlər 
downloaded from KitabYurdu.org


137 
 
zəiflərdir. Onları məhv etmək lazımdır. 
Ağ  Dişdə  başqa  keyfiyyətlər  də  əmələ  gəlmişdi.  Bu 
keyfiyyətlər onun həyatını tez-tez təhlükədən xilas edirdi. 
Canavar balasının arıq, elastik bədənindəki polad əzələləri 
sanki rezin kim dartılıb-gərilirdi. Oğurluq etməkdə, fənd 
işlətməkdə ona çatan olmazdı. O, ildırım sürəti ilə qaçırdı. 
Davada amansız idi, mətanətli idi. Qəsəbə itlərindən qat- 
qat ağıllı idi! Qəzəbinin sonu yox idi. Belə də olmalıydı. 
Əks  təqdirdə,  bu  üzücü,  məşəqqətli,  kinli-küdurətli 
həyatda sağ qala bilm 'di. 
 
ALLAHLARIN DALINCA 
Payız gəlmiş, günlər qısalmış, havalar soyumuşdu. Belə 
günlərin  birində  təsadüfən  azadlığa  çıxmaq  girəvəsi 
yarandı. 
Bir  neçə  gün  idi  ki,  düşərgədə  qarmaqarışıqlıq 
yaranmışdı. Hindular  yay komalarını sökür, payız ovuna 
tədarük  görürdülər.  Ağ  Diş  onları  diqqətlə  izləyirdi. 
Komalar  sökülüb  qurtardı.  Yüklər  qayıqlara  yığılanda  o, 
hər  şeyi  başa  düşdü.  Qayıqlar  bir-birinin  ardınca  yavaş- 
yavaş  sahildə  aralandılar.  Onlardan  bəzisi  uzaqlaşıb 
gözdən itdi. 
Ağ Diş burada qalmağı qərara aldı. Fürsət düşən kimi 
düşərgədən çıxıb meşəyə götürüldü. O, buz kimi çayı üzüb 
downloaded from KitabYurdu.org


138 
 
keçərək  izlərini  itirdi.  Meşənin  lap  qalın  yerinə  soxulub 
gözləməyə  başladı.  Vaxt  ötürdü.  Bu  müddət  ərzində  bir 
neçə dəfə yatıb durdu. Bir dəfə də yatdı. Və yuxu- daykən 
onu  Qrey  Biverin  səsi  oyatdı.  Sonra  başqa  səslər  də 
eşitməyə başladı. Deyəsən, Qrey Biverin arvadının və oğlu 
Mitsahın səsləri idi. 
Ağ Diş qorxudan əsməyə başladı. Öz adını eşidən kimi 
titrədi. Amma yerindən tərpənmədi. Buna baxmayaraq, öz 
allahının  harayına  hay  vermək  üçün  içində  nəsə  oyandı. 
Amma tezliklə səslər uzaqlaşdı. Ağ Diş kolluğun arasından 
çıxdı. Azad olduğu üçün özünü rahat hiss etdi. 
Qaranlıq düşmüşdü. Ağ Diş arxayın-arxayın ağacların 
arasında  hərlənirdi.  Birdən  tənhalıq  hissi  onu  bürüdü. 
Oturub  həyəcanla  meşənin  sakitliyinə  qulaq  asdı.  Səs-
səmir  gəlmirdi.  Hər  yerdə  hərəkətsizlik  vardı.  Bu,  onu 
şübhələndirdi.  Naməlum  təhlükə  elə  bil  indicə  onun 
başının  üstünü  alacaqdı.  O,  hündür  ağacların  məşum 
kölgəsinə baxdı. Bu sıx və qalın meşədə məşum kölgələr 
arxasında düşmən gizlənə bilərdi. 
Onu  üşütmə  tutdu.  Həmişə  qızındığı  daxma  divarları 
yanındakı od bu meşəlikdə yox idi. O, pəncələrini bir-bir 
qaldırıb  qoyurdu.  Sonra  ayaqlarını  öz  tüklü  quyruğu  ilə 
örtdü.  Bu  vaxt  gözlərinə  nəsə  göründü.  Qəribə  də  olsa, 
onun gözləri qarşısında tanış şəkillər canlanırdı. O, bütün 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə