Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə41/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   37   38   39   40   41   42   43   44   ...   69

167 
 
Dişi özünə çəkməsəydi, yəqin ki, şimal cəngəlliyi onu əsl 
canavar  edəcəkdi.  Allahlar  ona  tamam  başqa  bir  dünya 
bəxş  etdilər.  Canavar  cinsindən  olan  Ağ  Diş  it  olmuşdu. 
Hər halda, o, canavar deyildi, it idi. Beləcə ətraf mühitin 
təsiri ilə Ağ Dişin yarandığı elastiki material müəyyən bir 
şəkil almışdı. Bu, mütləq belə olmalı idi. Ağ Diş get-gedə 
daha sərt, zalım olur, öz həmcinslərindən gen qaçırdı. İtlər 
bu qərara gəlmişdilər ki, Ağ Dişlə düşmənçilik etməsinlər, 
Qrey  Biver  isə  Ağ  Dişi  gündən-günə  daha  çox 
qiymətləndirirdi.  Lakin  yetkinlik  çağı  Ağ  Dişin  zəif  bir 
cəhətini  hələ  də  ört-basdır  etməmişdi:  ona  məsxərə  ilə 
güləndə  dözə  bilmirdi.  İnsanın  kinayəli  gülüşü  Ağ  Dişi 
hiddətləndirirdi.  Əlbəttə,  adamlar  öz  aralarında  gülüşə 
bilərdilər. O, buna heç əhəmiyyət də verməzdi. Amma ona 
lağ  edib  gülən  adama  nifrətlə,  həqarətlə  baxırdı.  İtin 
ləyaqəti,  təmkini  coşub  həddini  aşmışdı.  Həqarətli  gülüş 
onu  bərk  acıq-  landınrdı.  Bu  vaxt  Ağ  Diş  xalis  şeytana 
dönürdü.  Belə  anlarda  onun  cənginə  keçən  küçüyün  işi 
bitməliydi. O, Qrey  Biverin də acıqlı olmasına bələd idi. 
Qrey  Biverin  cəzalan  şiddətli  olurdu.  Onun  cəza  qanun- 
lan Ağ Dişə bəlliydi. Qrey Biverə dəyənəklə ağlı kömək 
edirdi. Amma itlərin boş çöllüyə cumub can qurtarmaqdan 
savayı əlacı yox idi. Onlar hiddətlənmiş Ağ Dişi görəndə 
tez aradan çıxırdılar... 
downloaded from KitabYurdu.org


168 
 
Ağ Dişin üç yaşı tamam olmuşdu. Bu vaxt Makkenzi 
çayının sahilində yaşayan hindu düşərgəsinə aclıq düşdü. 
Onlar yayda balıq tuta bilməmişdilər. Qışda isə marallar öz 
həmişəki  məskənlərindən  qaçıb  getmişdilər.  Sığın 
dəstələri  nadir  hallarda  görünürdü. Dovşanlar  isə, demək 
olar  ki,  qeybə  çəkilmişdilər.  Meşənin  vəhşi  heyvanları 
məhv olmuşdu. Vəhşilər aclıqdan zəifləyib əldən düşmüş, 
bir-birlərini yeməyə başlamışdılar. Bu dəhşətli fəlakətdən 
yalnız güclülər salamat çıxırdı. 
Ağ  Dişin  allahları  ovçuluqla  məşğul  olurdular.  Aclıq 
düşəndən  sonra  qocalar  və  zəiflər  bir-bir  ölməyə 
başladılar. Düşərgədə vay- 
şivən  qopmuşdu.  Qadınlar  və  uşaqlar  öz  paylarını,  son 
tikələrini  arıq-  layıb  çöpə  dönmüş  ovçulara  verirdilər. 
Çünki ovçular bütün günü meşədə qurd-quş axtarırdılar. 
Aclıq  allahları  pis  günə  salmışdı.  Onlar  maral 
dərisindən 
düzəltdikləri 
mokasin 
ayaqqabılarını, 
əlcəklərini  yeyirdilər.  İtlər  qoşqu  qayışlarına,  qamçılara 
daraşıb  aclıq  ehtiraslarını  söndürürdülər.  Bu,  hələ  harası 
idi? İtlər bir-birinin ətini yeyir, allahlar da itləri yeyirdilər. 
Sağ  qalan  itlər  bütün  bunları  görür,  təşvişə  düşürdülər. 
Onları da belə bir  acınacaqlı  aqibət gözləyirdi.  Ağıllı  və 
cəsarətli itlər insanın qaladığı tonqalı birdəfəlik tərk edib 
qaçır, meşəyə pənah aparırdılar; burada isə onları ya ölüm, 
downloaded from KitabYurdu.org


169 
 
ya da yırtıcı canavar cəhəngi gözləyirdi. 
Belə acınacaqlı günlərin birində Ağ Diş də meşəyə tərəf 
qaçdı.  O,  başqa  itlərə  nisbətən  həyatdan  daha  çox  baş 
çıxarırdı. Keçmiş həyat məktəbi ona yaxşı dərs vermişdi. 
Xüsusilə  xırda  vəhşilərin  izinə  ustalıqla  düşə  bilirdi.  Ağ 
Diş ehtiyatla sincabların hər bir hərəkətini saatlarla izləyir, 
onların ağacdan yerə düşəcəyi fürsəti əldən vermirdi. Belə 
hallarda o, müstəsna dözüm nümayiş etdirirdi. Əlbəttə, bu 
dözüm  onu  üzən, aclıqla  heç  cür  uyuşmurdu. Ağ  Diş isə 
tələsmirdi. Bütün imkanlarını ölçüb-biçəndən sonra dəqiq 
və  düzgün  hərəkət  etməyə  çalışırdı.  Yoxsa  sincab  yenə 
ağaca dırmaşıb əldən çıxa bilərdi. Sincab sürətlə qaçsa da, 
pusquda  duran  Ağ  Diş  güllə  kimi  onun  üstünə  sıçrayıb 
qamarlayırdı. 
Adətən sincab ovu uğurla başa çatırdı. Amma Ağ Diş 
doyunca  yeyə  bilmirdi.  Çünki  sincablar  nadir  hallarda 
görünürdü.  Buna  görə  də  canavar  daha  xırda  quşları 
tutmağa məcbur olurdu. Aclıq onu üzürdü. O, siçovulları 
yuvalarından qazıb çıxarır, özü kimi ac olan gəlinciklə də 
döyüşə girməkdən çəkinmirdi. 
Şiddətli  aclıq  Ağ  Dişi  amansız  caynaqları  ilə  sıxmaq 
istəyəndə  o,  yenidən,  xəlvət-xəlvət  allahların  qaladığı 
tonqala yaxınlaşdı. Ancaq lap yaxma getmədi. O, allahlarla 
bir  daha  görüşməkdən  qaçırdı.  Meşədə  hərlənir,  cələyə 
downloaded from KitabYurdu.org


170 
 
düşmüş  tək-tük  quşları  oğurlayırdı.  Bir  dəfə  isə  Qrey 
Biverin qurduğu tələyə düşmüş dovşanı qamarladı. Sonra 
ovunu götürüb ləhləyə-ləhləyə qaçdı. Bu vaxt Qrey Biver 
meşədə  gəzirdi.  Zəiflikdən  güclə  özünü  saxlamış  hindu 
dincini  almaq  üçün  oturmuşdu.  Birdən  Ağ  Diş  yorulub 
əldən düşmüş, ayaq üstə güclə tab gətirən cavan canavara 
rast gəldi. Ağ diş ac olmasaydı, əlbəttə, ondan yan keçərdi. 
Bəlkə də ona qoşulub qaçardı. Amma bu dəfə o, canavarı 
qovub 
öldürdü,  sonra  da  onu  yedi.  Görünür,  tale  Ağ  Dişin 
tərəfində idi. Çünki hər dəfə aclıq şiddətlənəndə, o, təzə ov 
qamarlayırdı.  Hətta  gücdən  taqətdən  düşdüyü  günlərdə 
belə,  xoşbəxtlik  ondan  üz  döndərmirdi.  Bir  dəfə  Ağ  Diş 
vaşaq  ətindən  iki  gün  doyunca  yedi.  Sonra  canavar 
sürüsünə  rast  gəldi.  Sonra  uzun,  amansız  təqib  başlandı. 
Ağ Diş canavarlardan daha möhkəm və güclü idi. 
Buna  görə  də  onlardan  canını  qurtara  bildi.  O,  nəinki 
qaçırdı,  böyük  dövrə  vururdu və  geri qayıdanda  yorulub 
taqətdən düşmüş canavarlardan birinin üstünə şığıyırdı. 
Tezliklə  Ağ  Diş  bu  yerlərlə  vidalaşıb  öz  keçmiş 
yurduna  tərəf  yola  düşdü.  O,  doğma  mağaranı  axtarıb 
tapdı.  Kiççini  burada  gördü.  Kiççi  də  allahların  qonaq 
sevməyən tonqallarını tərk edib gəlmişdi. Balalamaq vaxtı 
o,  mağaraya  dönmüşdü.  Ağ  Diş  mağaraya  gələndə 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə