Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə49/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   45   46   47   48   49   50   51   52   ...   69

199 
 
O  gündən  Ağ  Diş  hasarın  ətrafına  adamların 
yığışmasını səbirsizliklə gözləyirdi. Adamların yığışması 
davadan  xəbər  verirdi,  dava  isə  indi  onun  üçün  öz 
varlığının nəyə qadir olduğunu göstərməyə yeganə vasitə 
idi. Qıfıl altında oturan Ağ Diş zəhər tuluğuna dönmüşdü, 
acığından  dəlilik  edir  və  sahibi  hasardan  içəri  it  salanda 
hiddətini soyudurdu. Görünür, Göyçək Smit də Ağ Dişin 
gücünə bələd idi. Çünki Ağ Diş belə döyüşlərdən həmişə 
qalib çıxırdı. Bir dəfə onun yanına bir- birinin dalınca üç it 
buraxdılar. Bir neçə gündən sonra isə təzəcə tutulmuş yaşlı 
bir  canavar  saldılar.  Üçüncü  dəfə  isə  o,  iki  itlə  birdən 
boğuşmalı oldu. Bu bütün döyüşlərdən ən amansızı idi. O, 
hər  iki  rəqibini  öldürsə  də,  özü  döyüşün  sonunda  zorla 
nəfəs alırdı. 
Payızda  ilk  qar  düşdü.  Çayın  üstündə  buz  layları 
göründü. Göyçək Smit özü və Ağ Diş üçün gəmiyə bilet 
aldı və Yukon çayı ilə Dousona üzdü. Ağ Dişin şöhrəti hər 
yanı  dolaşırdı.  O,  “döyüşkən  canavar”  adıyla 
məşhurlaşmışdı,  buna  görə  də  göyərtədə  onun  qəfəsi 
yanında həmişə çoxlu adam yığışırdı. O, mırıldayır, tamaşa 
edənlərin üstünə cumur, yaxud da sakitcə oturub soyuq bir 
ədavətlə, kinlə adamlara baxırdı. Bu adamlar görəsən onun 
nifrətini qazanmışdılarım? Görən bu adamlar onun nifrətli 
baxışlarına layiq idilərmi? Ağ Diş özünə heç vaxt belə sual 
downloaded from KitabYurdu.org


200 
 
verməzdi. O, nifrətdən başqa hiss tanımırdı və bütün varlı- 
ğıyla  bu  mənfur  hissə  bağlanmışdı.  Həyat  cəhənnəm 
əzabıydı. İnsanın əlinə düşmüş hər hansı bir yırtıcı vəhşi 
kimi  o  da  bağlı  qala  bilmirdi.  Ancaq  nə  etmək  olardı? 
Əsarətə dözməliydi. 
Avaralar  Ağ  Dişdən  göz  çəkmir,  qəfəsə  çubuq 
dürtürdülər:  o  mırıldayır,  onlar  isə  gülürdülər.  İtə  əsl 
işgəncə verirdilər. O yerdə ki heyvan ya öləcəkdi, ya da 
barışmalıydı. Ağ Diş şəraitə görə hərəkət edir, yaşayırdı, 
öz qürurunu sındırmadan yaşayırdı. Ola bilsin ki, Göyçək 
Smit kimi şeytanlar, axır ki. Ağ Dişin qürurunu sındırsın, 
amma hələ ki, onun bütün cəhdləri nəticə vermirdi. 
Əgər Göyçək Smit allahın bəlasıydısa, Ağ Diş ondan da 
betər  idi  və  hər  iki  şeytan  bir-biriylə  müharibə  edirdi. 
Əvvəllər  Ağ  Diş  insana,  əlində  dəyənək  tutan  adama 
itaətkarlıq göstərirdi. İndi o, daha bu ağılın yiyəsi deyildi. 
O.  Göyçək  Smiti  görən  kimi  azğınlaşıb  özündən  çıxırdı. 
Onlar tutaşanda Göyçək Smit dəyənəyə əl atır, iti qəfəsin 
küncünə  tullayırdı.  Yenə  də  Ağ  Diş  mırıldanır,  dişlərini 
şaqqıldadırdı.  Onu  qorxutmaq,  toxtatmaq  mümkün 
deyildi. Göyçək Smit istədiyi qədər Ağ Dişi döyə bilərdi, 
onsuz  da  Ağ  Diş  boyun  əyən  deyildi.  Sahibi  onu  döyüb 
yorulandan sonra qəfəsdən çıxan kimi, onun dalınca ulartı 
eşidilir,  ya  da  Ağ  Diş  qəfəsin  məhəccərlərinə  cumur  və 
downloaded from KitabYurdu.org


201 
 
kinli bir əsəblə ulayırdı. 
Gəmi  Dousona  gəlib  çatdı.  Ağ  Dişi  qəfəslə  birlikdə 
sahilə qoydular. Amma Dousonda da o, qəfəsdən çıxmadı, 
bütün günü ətrafına avara adamlar yığışdı. Elə bil Göyçək 
Smit öz döyüşkən canavarını sərgiyə qoymuşdu. Adamlar 
Ağ  Dişə  baxmaq  üçün  ona  əlli  sent  verirdilər.  Ağ  Dişin 
rahatlığı  yox  idi.  Yatanda  durğuzurdular,  adamlar  da 
vəhşiydilər. 
Ağ Diş mübarizəsinə davam edirdi. Onun rəqibləri isə 
o dünyalıq olurdu. O, heç vaxt məğlub olmurdu. Döyüşdə 
bərkimişdi. Uşaqlıqdan döyüşə-döyüşə böyümüşdü. Onun 
Lip-liplə və it xılıyla olan boğuşmaları hədər getməmişdi. 
O, möhkəm idi, buna görə də yaşayırdı, nəfəs alırdı. Heç 
bir  rəqib  onu  parçalaya  bilmirdi.  Öz  əcdadlarının  - 
canavarların  qanını  hələ  də  gəzdirən  bəzi  itlər  döyüşə 
başlayanda  sevimli  fəndlərindən  istifadə  edirdilər.  Onlar 
qəflətən  sıçrayıb  rəqibə  ya  qabaqdan,  ya  da  böyürdən 
hücum  edir,  bununla  da  çiyinlərinə  zərbə  vuraraq  onu 
arxası üstə yıxmaq istəyirdilər. Laykalar, qoşqu və qaban 
itləri  bu  fəndləri  neçə  dəfə  işlətmişdilər. Amma  Ağ  Dişə 
bata  bilmirdilər.  Ağ  Diş  müvazinətini  heç  vaxt  itirmirdi. 
Adamlar  bu  barədə  bir-  biriylə  danışır,  hər  dəfə  onun 
məğlub  olacağına  ümid  edir,  amma  Ağ  diş  onların 
ümidlərini puça çıxarırdı. 
downloaded from KitabYurdu.org


202 
 
Ağ Dişə onun misilsiz cəldliyi kömək edirdi. Rəqibinə 
üstün  gəlməkdə  məhz  cəldlik  kara  gəlirdi.  Ən  təcrübəli 
rəqibi  belə  Ağ  Diş  kimisinə  rast  düşməmişdi.  Ağ  Dişin 
gözlənilməz  hücumları  daha  təhlükəliydi.  Bütün  itlər 
boğuşmaq  ərəfəsində  eyni  mərasimi  keçirlər:  dişlərini 
qıcırdır,  pırpızlaşır  və  mınldayırlar.  Ağ  Dişin  dalaşdığı 
bütün  itlər  isə  ayağından  vurulur,  özlərinə  gəlməmiş 
parçalanıb ölürdülər. Bu, elə sürətlə baş verirdi ki, bəzən 
Ağ Dişi tutub saxlayır, döyüşə birinci başlamaq üçün o biri 
itə şərait yaradırdılar. 
Amma Ağ Dişin ən üstün cəhəti təcrübəsiydi. Ağ Dişin 
döyüşdən  yaxşı  başı  çıxırdı.  O,  rəqiblərindən  daha  çox 
dava görmüş, boğuşmuşdu. O, hər hansı bir hücumu dəf 
edə  bilirdi.  Onun  şəxsi  mübarizə  üsulları  müxtəlif  və 
zəngin idi, heç bir əlavəyə ehtiyacı olmurdu. 
Vaxt  ötürdü.  Boğuşmalar  yavaş-yavaş  azalırdı.  İt 
boğuşduranlar artıq Ağ Dişə layiq rəqib tapmaqda çətinlik 
çəkir,  ümidlərini  itirirdilər.  Göyçək  Smit  isə  Ağ  Dişi 
canavarlarla  döyüşdürməyə  girişmişdi.  Yalnız  bu 
məqsədlə hindular tələ qurub canavar tuturdular. Ağ Dişin 
canavarla  döyüşü  isə  xeyli  tamaşaçı  yığırdı.  Günlərin 
birində  yaşlı  vaşaq  gətirdilər.  Bu  dəfə  də  Ağ  Diş 
mübarizədən  salamat  çıxdı.  Sürət  və  çeviklikdə  vaşaq 
ondan  geridə  qalmırdı.  O,  dəhşətli  miyoltusu  ilə  birgə 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə