Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə50/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   46   47   48   49   50   51   52   53   ...   69

203 
 
dişlərini və dırnaqlarını da işə salmışdı. 
Beləliklə, vaşaqla döyüşdən sonra boğuşmalar qurtardı. 
Ağ Diş rəqibsiz qaldı, Heç kəs onun yanına buraxmaq üçün 
layiqli  rəqib  tapa  bilmirdi.  O,  baharacan  qəfəsdə  qaldı. 
Baharda  Dousona  Tim  Kinnən  adlı  birisi  gəldi. 
Qumarbazın biriydi. Tim özüylə buldoq iti gətirmişdi. Bu 
itlə  Ağ  Dişin  döyüşü,  şübhəsiz  ki,  olacaqdı.  Şəhər 
sakinlərinin bəziləri üçün qarşıdakı boğuşma  bütün həftə 
ərzində söhbətin əsl mövzusuna çevrilmişdi... 

CAYNAQLI ÖLÜM 
Göyçək  Smit  itin  zəncirini  açıb,  geri  çəkildi.  Ağ  Diş 
ömründə  ilk  dəfə  olaraq  döyüşə  dərhal  başlamadı.  O, 
qulaqlarını  şəkləyərək  quruyub  qalmışdı  və  qarşısında 
duran  bu  qəribə  məxluqa  maraqla  baxırdı.  Belə  it 
görməmişdi. Tim Kinnən itini qabağa itələyib dedi: 
-  Hə tut onu! 
Buldoq  çox  zırpıydı,  ləngər  vururdu.  O,  dairənin 
ortasında səmtir- ləyərək gözlərini qırpdı, sonra Ağ Dişin 
qabağında dayandı. Tamaşa edənlər qışqırırdılar: 
— Tut  onu,  Çerok!  Necə  lazımdı,  dərsini  ver  onun, 
Çerok! Hə, di başla! 
Görünür,  Çerokun  boğuşmağa  heç  həvəsi  yox  idi.  O, 
başını  döndərib  qışqıran  adamlara  baxdı  və  yumşaq-
downloaded from KitabYurdu.org


204 
 
yumşaq  quyruğunun  ucunu  buladı.  Çerok  Ağ  Dişdən 
qorxmurdu.  Sadəcə  boğuşmağa  tənbəllik  edirdi.  Bundan 
başqa  o,  qarşısında  durmuş  itlə  döyüşə  girmək  lazım 
olduğunu  bilmirdi.  Çerok  rəqiblərlə  görüşməyə  adət 
etmişdi,  yanına  əsl  döyüşkən,  davakar  it  gətirəcəklərini 
gözləyirdi. 
Tim Kinnən meydana girdi və buldoqun üstünə əyilib 
tüklərini  əks  tərəfə  sığallamağa  başladı,  sonra  onu 
yüngülcə 
qabağa  itələdi.  Bu  hərəkətlər  Çeroku 
qızışdırmalıydı. Çerok nəinki qızışdı, hətta cin atma mindi. 
Alçaqdan boğuq mırıltı eşidildi. Timin  əl hərəkətləri itin 
mırıltısına  səbəb  olurdu.  O,  Çeroku  qabağa  itələyəndə  it 
mırıldandı, sonra susdu. Ə! onu yenə dəydi və dəyən kimi 
it  yenə  mırıldanmağa  başladı.  Timin  itin  tüklərinə  sığal 
çəkən  hər  hərəkəti  yüngül  təkanla  qurtarırdı.  Elə  bil  itin 
boğazından çıxan mırıltıya da zorla təkan verirdilər. 
Ağ  Diş  bütün  bunlara  etinasız  qala  bilməzdi.  Onun 
belindəki  və  başındakı  tüklər  dimdik  qalxmışdı.  Tim 
Kinnən axırıncı dəfə Çeroku qabağa itələyib geri çəkildi. 
Bir  neçə  addım  ixtiyarsız  irəli  qaçan  buldoq  dayandı  və 
əyri pəncələrini cəld ata-ata meydançanın ortasına cumdu. 
Elə  bu  an  Ağ  Diş  onun  üstünə  şığıdı.  Tamaşaçılar 
həyəcanla qışqırdılar. Ağ Diş pişik cəldliyi ilə bir sıçrayışa 
özü  ilə  rəqibi  arasındakı  məsafəni  qət  etdi  və  bir  göz 
downloaded from KitabYurdu.org


205 
 
qırpımında  pişik  kimi  rəqibini  dişlə-  riylə  cırıb  kənara 
tulladı. 
Buldoqun yoğun boynunda, lap qulağının dibində qan 
göründü.  Çerok  bunu  hiss  etmədi,  heç  zingildəmədi  də. 
Dönüb  Ağ  Dişin  dalınca  qaçdı.  Ağ  Dişin  cəldliyi  və 
Çerokun  inadı  tamaşa  edənlərin  ehtiraslarını  qızışdırdı. 
Adamlar  mərc  gəldilər,  məzənnəni  qaldırdılar.  Ağ  Diş 
buldoqun üstünə  bir dəfə, iki dəfə tullandı, rəqibini  yenə 
dişləriylə  didib  geri  sıçradı.  Amma  bu  rəqib  arxayın-
arxayın  onu  qovurdu.  Çerokun  hərəkətlərində  nəsə  bir 
məqsəd  vardı  və  bu  məqsəddən  onu  heç  nə  döndərə 
bilməzdi.  Onun  bütün  hərəkətləri,  bütün  yerişləri  də  bu 
məqsədlə  bağlıydı.  O,  Ağ  Dişi  çaşdırmışdı.  Ağ  Diş  hələ 
beləsinə rast gəlməmişdi. Çerokun tükləri tamam qısaydı. 
Xırda bir cırmaqdan onun bədənindən qan çıxırdı. Bəs hanı 
onun davaya mane olan yumşaq tükləri? Canavarın dişləri 
onun zərif bədəninə asanca batıb-çıxırdı və buldoq heç cür 
müdafiə oluna bilmirdi. Bəs niyə zingildəmir buldoq? Niyə 
bütün başqa itlər kimi hürmür? Boğuq mırıltıları saymasaq 
buldoq bütün dişləklərə sakitcə dözürdü və elə hey rəqibini 
qovurdu. 
Çerok  zəif  deyildi.  O,  dönüb  qaça  bilirdi,  meydanı 
fırlana bilirdi. Amma Ağ Dişə çata bilmirdi, tuta bilmirdi. 
Çerok da karıxıb qalmışdı. O da belə it görməmişdi. Ağ 
downloaded from KitabYurdu.org


206 
 
Diş  onu  yaxına  buraxmırdı.  Amma  hər  iki  it  bir-biriylə 
tutaşmaq niyyətindəydi. Ağ Diş hələlik məsafə saxlayırdı, 
dala-qabağa  tullanaraq  özünü  qoruyurdu.  Hətta  Çeroku 
dişləyəndən sonra dərhal geri sıçrayır, çənələrini sıxırdı. 
Ağ Diş heç cür rəqibinin boğazından yapışa bilmirdi. 
Buldoq  həddindən  artıq  cantıraq  idi.  Bundan  başqa,  irəli 
çıxmış  dişləri  onu  yaxşı  qoruyurdu.  Ağ  Diş  onun  üstünə 
atılır, sonra geri çəkilirdi. Bu hərəkətləri elə dəqiq və cəld 
edirdi  ki,  özünə  xətər  dəymirdi.  Amma  Çerokun 
bədənindəki yaralar getdikcə çoxalırdı. Onun sinəsi və başı 
artıq hər iki tərəfdən cırıq-cırıq olmuşdu. Qanı axırdı, buna 
baxmayaraq,  Çerokun  heç  vecinə  deyildi.  O,  inadla  Ağ 
Dişi qovurdu və bütün bu müddət ərzində yalnız bircə dəfə 
dayanmışdı.  Onda  da  anlaşılmaz  nəzərlərlə  adamlara 
baxmış,  sonra  isə  kəsik  quyruğunu  bulaya-bulaya 
bildirmək  istəmişdi  ki,  baxın,  mən  döyüşü  davam 
etdirməyə həmişə hazıram. 
Arada Ağ Diş Çerokun üstünə sıçrayıb onsuz da tikə-
tikə  olmuş  qulağını  təzədən  yırtdı,  sonra  cəld  kənara 
sıçradı. Çerok hirslənib yeni təqibə başladı. Meydançanın 
içində  qaçan  Ağ  Diş  isə  buldoqun  boğazından  karlı  bir 
dişdəm götürmək istəyirdi. Buldoq az qala Ağ Dişi cənginə 
keçirəcəkdi,  Ağ  Diş  vaxtında  əks  tərəfə  tullanmasaydı, 
yəqin  ki,  xətərsiz  olmayacaqdı.  Bu,  tamaşa  edənlərin 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə