Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə2/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   2   3   4   5   6   7   8   9   ...   69


 
çayın sahilində düşərgə saldılar. Kirşədəki tabutu götürüb 
ondan  oturacaq  və  stol  kimi  istifadə  etdilər.  Tonqalm 
başına  yığışan  itlər  hərdən  mırıldanır,  hürür,  lakin 
qaranlığa cummaq meyli göstərmirdilər. 
-  Henri,  deyəsən,  itlərin  oddan  xoşları  gəlir,  -  Bili 
dilləndi. 
Buz  parçalan  ilə  dolu  qəhvədanı  ocağın  üstündən 
asmağa  əyilmiş  Henri  başını  tərpətdi.  Sonra  tabutun 
üstündə oturub yeməyə başladı. Dedi: 
-  Canlarından qorxurlar, görmürsən? Bilirlər ki, burada 
onları yedizdirəcəklər, amma orada özləri kiminsə girinə 
keçə bilərlər. İti aldatmaq çətindir. 
Bili başını yellədi: 
-  Bəlkə də... bilmək olmaz! 
Henri maraqla dostunu süzdü: 
-  İtlərin ağlına şübhə etdiyini birinci dəfədi görürəm... 
Bili paxlanı ağzında çeynəyə-çeynəyə dedi: 
-  Bəs  görmədin  ki,  mən  onlara  yemək  verəndə  necə 
mırıldanırdılar? 
-  Düzdür,  həmişəkindən  fərqli  olaraq  bu  dəfə  çox 
mırıldanırdılar, - Henri təsdiq etdi. 
-  Henri, neçə itimiz var? 
-  Altı... 
-  Bura bax, elə mən də deyirəm ki, altı dənədir, - deyə 
downloaded from KitabYurdu.org



 
Bili onun sözünə qüvvət verdi. - Torbadan altı dənə balıq 
götürmüşdüm,  hərəsinə  birini  atdım.  Amma  birinə  yenə 
çatmadı... 
-  Yəqin səhv vermisən. Düz saymamısan... 
-  Bizim cəmi altı itimiz var, - Bili laqeyd-laqeyd təkrar 
etdi. - Mən də altı dənə balıq götürdüm, Təkqulağa balıq 
çatmayıb. Kisədən bir balıq da götürdüm... 
-  Axı cəmi altı itimiz var, - Henri təkid etdi. 
-  Mən  demirəm  ki,  hamısını  itlər  yeyib.  Hər  halda, 
yeddinci balığı kimsə qamarlayıb... 
Henri yeməyini saxlayıb tonqaldan o tərəfə boylandı və 
itləri saydı. 
-  Orda cəmi-cümlətanı altı it var, - dedi. 
-  Yeddincisi qaçdı, mən gördüm, - deyə Bili təmkinlə 
dilləndi. - İtlər yeddi dənə idi. 
Henri dostunu mərhəmətlə süzdü: 
-  Kaş həmin yerə tez gedib çataydıq... 
-  Bunu necə başa düşək? 
-  Necə  istəyirsən.  Elə  bil  daşıdığımız  bu  yüklər  səni 
əsəbiləşdirir.  Tamam  başqalaşmısan.  Allah  bilir  gözünə 
nələr görünür... 
Bili ciddiləşdi: 
-  Mən də elə bu haqda düşünürdüm, - dedi. - Həmin it 
qaçanda, o saat qarm üstündəki ləpirlərinə baxdım. Sonra 
downloaded from KitabYurdu.org



 
itləri  saydım.  Bax,  görürsən,  odur  ləpirlər.  Baxmaq 
istəyirsən? Gəl göstərim. 
Henri heç nə deməyib yeməyinə davam etdi. Soyanın 
üstündən isti qəhvə içdi, ağzını əlinin dalıyla silib dedi: 
-  Demək, sənin fikrincə... 
Uzun,  həsrətli  ulartı  onu  danışmağa  qoymadı.  Henri 
susdu, diqqətlə qulaq asdı, sonra qaranlığa sarı barmağını 
uzadıb sözünə davam etdi: 
-  Deyirsən  qonağın  səsi  ordan  gəlir?  Bili  başını 
tərpətdi. 
-  Daha sənə heç sözüm yoxdu. Eşitmədin itlər necə səs 
çıxartdılar? 
Ulartı  uzun-uzadı  eşidildi,  lap  uzaqdan  isə  cavab 
vəngiltisi  gəldi.  Sükunət  xırda  cəhənnəm  yuvasına 
dönmüşdü.  Hər  tərəfdən  ulartı  səsi  gəlirdi.  İtlər  qorxub 
tonqala yaxınlaşdılar. Az qala onların tükləri od tutacaqdı. 
Bili çubuğu tonqala uzadıb qəlyanını yandırdı. 
-  Görürəm, sən lap əldən düşmüsən, - Henri dedi. Billi 
dalğın- dalğın qəlyanı sümürdü: 
-  Henri,  bilirsən,  vallah  o,  bizim  hər  ikimizdən 
xoşbəxtdir,  -  deyə  oturduqları  tabutu  barmağı  ilə 
taqqıldatdı. - Deyirəm, biz öləndə, heç olmasa üstümüzü 
daşla,  çınqılla  örtsünlər.  Yoxsa  cəsədlərimizi  itlər 
dağıdar... 
downloaded from KitabYurdu.org



 
-  Axı bizim  kimimiz  var?  Nə  bir qohumumuz var, nə 
də  pulumuz...  Eh,  çətin  bizi  belə  uzaq  yerdə  tapıb 
basdırsınlar. 
-  Henri, mən bir şeyi heç cür başa düşə bilmirəm: axı, 
bu adama nə düşmüşdü ki, gəlib çıxsın dünyanın axırına - 
Allahın, Tanrının xəbərsiz olduğu bu yerlərə? Nə var, nə 
var, qızıl axtarır. Mağıl öz evində lord idi, ya da buna oxşar 
bir adam; nə yemək, nə də isti paltar dərdi çəkirdi. 
-  Hə,  demə  day.  Yəqin  ki,  evdə  oturub  qalsaydı, 
qocalana qədər yaşayardı, - Henri təsdiq etdi. 
Dostu ağzını açmaq istədi, amma danışmadı. Əlini hər 
tərəfdən  divar  kimi  onları  bürümüş  qaranlığa  uzatdı. 
Zülmət  içində  heç  bir  kölgə  görmək  mümkün  deyildi: 
yalnız gözlər işıldayırdı. 
Henri  səssizcə  ikinci,  üçüncü  cüt  gözləri  də  göstərdi. 
Yanar  gözlərin  halqası  yavaş-yavaş  onların  düşərgəsinə 
sarı gəlirdi, hərdənbir bu işıldayan gözlər yerlərini dəyişir, 
yenidən görünmək üçün tez-tez itirdilər. 
İtlər  daha  çox  narahat  olmuşdular,  birdən  qorxub 
hürkdülər, bir- birlərinə sığınıb lap tonqala yaxınlaşdılar, 
adamların  ayaqlarına  tərəf  sürünərək  dayandılar.  Bu 
basabasda itlərdən biri düz tonqalın üstünə düşdü və ondan 
dəhşətli  zingilti  qopdu,  ətrafı  yanıq  tük  iyi  bürüdü.  Göz 
“halqası” ani olaraq dayandı və bir az geri çəkildi. Amma 
downloaded from KitabYurdu.org


10 
 
itlər  sakitləşən  kimi  işıldayan  gözlər  əvvəlki  yerlərində 
göründülər. 
-  Bədbəxtlikdən, patronumuz da azdı, Henri! 
Qəlyanını çəkib qurtarandan sonra Bili dostuna yatacaq 
hazırladı - yeməkdən qabaq qarın üstünə döşədiyi küknar 
ağaclarının  üstünə  adyal  saldı.  Henri  ufuldadı,  mokasin 
ayaqqabılarının ipini aça-aça soruşdu: 
-  Neçə patronun qalıb? 
-  Üç, - Bili dedi. - Amma gərək üç yüz olaydı. Ax, mən 
onlara göstərərdim! 
Acıqla yumruğunu düyümləyib işıldayan gözlərə tərəf 
yellətdi,  sonra  öz  mokasinlərini  ocağın  böyründə 
sahmaniadı. 
-  Bu şaxtalar nə vaxt qurtaracaq? - Bili soruşdu. - İkinci 
həftədir ki, əlli dərəcədir. Eh, axı mənim nə ölümüm vardı 
burda, Henri? 
-  Mən belə səyahətə nifrət edirəm, lap zəhləmi töküb. 
Vallah, bu mənim xörəyim deyildi. Bircə çıxıb getsəydik, 
canımız qurtarardı. İndi 
Mək-Qerri  fortunun  isti  sobası  yanında  əyləşib  nə  kart 
vurardım  səninlə!..  Canım  üçün,  buna  hər  şeyimi 
verərdim... 
Henri  nəsə  mızıldadı  və  yerini  rahladı.  O,  artıq 
mürgüləyirdi, birdən dostunun səsinə ayıldı. 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə