Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə58/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   54   55   56   57   58   59   60   61   ...   69

239 
 
düşmüşdü  ki,  sahibinin  itlərinə  toxunmaq  olmaz.  Amma 
onun  əsl  xasiyyəti  özünü  göstərirdi.  İtlər  yeni  başçının 
gücünə bələd olmuşdular. Buna görə, itlər Ağ Dişdən yan 
qaçırdılar. Ağ Diş xılın içinə girən kimi itlər ona yol verir
itaət edirdilər. 
O,  Məttədə  belə  öyrəşdi.  Uidon  Skott  Ağ  Dişi  nadir 
hallarda  yedirirdi.  Bu  iş  Məttə  tapşırılmışdı.  Ağ  Dişə 
məlum  idi  ki,  yeyəcəyi  xörək  öz  sahibinin,  Məttə  itin 
qayğısını  çəkməyi  tapşıran  sahibinin  çörəyidi.  Kayur  bir 
dəfə Ağ Dişi başqa itlərlə birgə kirşəyə qoşmaq istədi. Baş 
tutmadı. Yalnız Uidon Skott işə qarışandan sonra Ağ Diş 
tabe  oldu.  Skott  xaltanı  onun  başına  keçirib  qoşquya 
bağladı və özü də kirşədə oturdu. Ağ Diş başa düşdü ki, 
onun sahibi başqa itləri idarə edən kayu- run onu da idarə 
etməyini istəyir. 
Makkenziyə gedən kirşələrdən fərqli olaraq, Klondayk 
kirşələrinin  ayaqlan  olur.  Qoşqunun  xüsusiyyəti  burada 
tamam ayn cürdür. İtlər bir- birinə yelpikvan bağlanmırlar. 
Burada,  KJondaykda,  başçı  həqiqətən  başçıdır.  Birinci 
yerdə  ən  ağıllı,  başa  düşən,  güclü  iti  —  bütün  xılın 
qorxduğu və qulaq asdığı iti bağlayırlar. Ağ Diş də tezliklə 
bu yerin sahibi oldu. Bu yeri Ağ Diş özü seçmişdi, Mətt 
söyməkdən çəkinməyib, ilk yoxlamadan sonra Ağ Dişin bu 
yerə layiq olmasmı təsdiq etdi. Bütün günü qoşquda qaçan 
downloaded from KitabYurdu.org


240 
 
Ağ Diş gecələr sahibinin mülkünü qorumağı da 
212 
yaddan  çıxarmırdı.  Beləliklə  o,  Skotta  sədaqətlə,  itaətlə 
qulluq  edirdi.  Buna  görə  də  Ağ  Diş  qoşqudakı  itlərin 
hamısından qiymətliydi. 
Bir dəfə hətta Mətt dilləndi: 
-  Mister  Skott,  sizə  deyim  ki,  bu  itə  yüz  əlli  dollar 
verməyiniz lap əla oldu. Göyçək Smiti yaman həriflədiniz. 
Hələ ağzına da bir yumruq ilişdirdiniz... 
Boz  gözləri  yenə  qəzəblə  parıldayan  Skott  hirslə 
donquldandı: “Əclafdı o!” 
Yazda  Ağ  Dişə  böyük  kədər  üz  verdi,  onun  sahibi 
xəborsiz-ətər-  siz,  qəflətən  yoxa  çıxmışdı.  Dəqiq  desək, 
xəbərdarlıq  edilmişdi,  amma  Ağ  Dişin  bunu  xəbərdarlıq 
kimi başa düşmək təcrübəsi yox idi. O öz şeylərini yığıb 
çamadana  qoyan  adamdan  nə  gözləyə  bilərdi  axı?  Son- 
ralar  ona  məlum  oldu  ki,  adamın  yır-yığış  edib  şeyləri 
çamadana qoyması onun səfərə çıxmasını bildirir. Amma 
o  vaxt  Ağ  Dişdə  bir  damcı  da  şübhə  yeri  qalmamışdı. 
Həmişəki  kimi  həmin  gecə  Ağ  Diş  sahibinin  yolunu 
gözlədi. Gecə yarı külək qalxdı. Ağ Diş komanın arxasında 
soyuqdan  daldalandı,  tanış  addım  səslərini  eşitmək 
arzusuyla  burada  uzanıb  mürgü  vurdu.  Amma  gecədən 
xeyli keçmiş onu narahatlıq bürüdü və komanın dalından 
downloaded from KitabYurdu.org


241 
 
çıxıb gözləməyə başladı. 
Skott gəlib çıxmadı. Səhər qapı açıldı və Mətt artırmada 
göründü.  Ağ  Diş  həsrətlə,  intizarla  kayura  baxdı,  sanki 
bununla  soruşmaq  istəyirdi  ki,  hanı  Skott?  Günlər  bir-
birini əvəz edirdi, Skottdan isə xəbər- ətər yox idi. Ağ Diş, 
xəstəlik nə olduğunu bilməyən Ağ Diş xəstələndi. O, çox 
xarab olmuşdu. Axırda Mətt onu komaya gətirdi. Bundan 
başqa, Mətt öz sahibinə məktub yazıb Ağ Diş haqqında bir 
neçə  kəlmə  bildirdi.  Yukon  çayı  sahilindəki  Sirkl 
şəhərində Skott oxudu: 
“Lənətə gəlmiş canavar işləməkdən boyun qaçırır. Heç 
nə yemir, lap üzülüb. İtlər onunla yola getmir. Sizin hara 
getdiyinizi  bilmək  istəyir.  Mən  isə  onu  dilə  tutmağı 
bacarmıram. Qorxuram ki, ölsün...” 
Mətt  hər  şeyi  düz  yazmışdı.  Ağ  Diş  darıxırdı, 
qəribsəmişdi. Heç nə  yemirdi. Ona hücum edəndə o, əks 
həmlə  etmirdi.  Komadakı  peçin  yanında  uzanmışdı, 
yeməyə həvəsi ölmüşdü. Məttə və dünyada hər şeyə qarşı 
marağı ölmüşdü. Mətt onunla nəvazişlə danışmağa çalışır-
dısa  da,  ona  heç  nə  təsir  etmir,  tutqun  gözlərini  ona 
tuşlayır,  sonra  başını  yenə  qabaq  pəncələrinin  üstünə 
uzadırdı. 
Lakin  bir  dəfə  gecə  vaxtı  Mətt  oturub  dodaqlarını 
tərpədərək  pıçıltıyla,  kəkələyə-kəkələyə  nəsə  dua 
downloaded from KitabYurdu.org


242 
 
oxuyurdu. Birdən Ağ Dişin xəfif zingiltisi diqqəti cəlb etdi. 
Ağ  Diş  yerindən  durub  qulaqlarını  şəklədi,  qapıya 
boylanaraq diqqət kəsildi. Bir az sonra Mətt addım səsləri 
eşitdi.  Qapı  açıldı  və  Uidon  Skott  içəri  girdi.  Onlar 
görüşdülər. Skott ətrafa boylanıb soruşdu: 
-  Bəs canavar hanı? 
Canavar  peçin  böyründə  durmuşdu.  O,  qabağa 
qaçmadı,  başqa  itlər  kimi  özünü  sahibinin  əl-ayağına 
sürtmədi. Eləcə durub vəcdlə öz Allahına baxdı. 
Mətt çımxırdı: 
-  Lənət  şeytana!  Onun  quyruğunu  bulamasma  bax 
bir! 
Skott otağın ortasına gəlib Ağ Dişi yanına çağırdı. Ağ 
Diş  onun  üstünə  yüyürmədi,  amma  çağırışa  dərhal  əməl 
elədi.  Hərəkətlərində  utancaqlıq  vardı,  gözlərindən  isə 
nəsə təzə, anlaşılmaz bir ifadə oxunurdu: gözlərində dərin 
sevgi hissi alovlanırdı. 
Mətt dedi: 
-  Siz  gedəndən  sonra  mənə  heç  vaxt  bu  cür 
baxmayıb... 
Lakin  Skott  heç  nə  eşitmirdi.  O,  Ağ  Dişin  qabağında 
dizləri üstə oturub onu oxşayırdı, qulağının dibini qaşıyır, 
sinəsini,  belini  tumarla-  yırdı,  yüngülcə  qıdıqlayırdı.  Ağ 
Diş astadan mırıldayır, əvvəlki günlərə nisbətən indi onun 
downloaded from KitabYurdu.org


243 
 
mırıltılarında daha yumşaq əlamətlər aydınca duyulurdu. 
Bu  hələ  harasıydı!  Zahirə  çıxmağa  can  atan  dərin 
məhəbbət hissini bildirməyə sevinc necə kömək edərmiş! 
Ağ  Diş  boynunu  uzadıb  başını  öz  sahibinin  qolu  altına 
saldı.  Beləcə  özünü  gizlədib  mırıltısını  kəsdi,  sahibmə 
daha çox sığındı. 
Hər iki adam bir-birinə baxdı. Skottun gözləri doldu. 
Mətt heyrət içində qışqırdı: 
-  Demədim sizə, hə?.. 
Az sonra Mətt özünə gəlib əlavə etdi: 
-  Mən bilirdim ki, bu, canavar deyil. Xalis itdir. Ona 
bax, ona bax! 
Sahibinin  sevgisinə  öyrəşən  Ağ  Diş  Skottun 
qayıtmasıyla özünə 
gəldi.  Komada  daha  iki  gecə  qalıb  artırmaya  çıxdı.  İtlər 
onun şan-şöhrətini artıq unutmuşdular. Elə bilirdilər ki. Ağ 
Diş  zəifləyərək  vecsiz  itə  çevrilib.  Odur  ki,  Ağ  Diş 
artırmada  görünən  kimi  hər  tərəfdən  onun  üstünə 
cumdular. 
-  Ay  səni,  zibil!  -  deyə  Mətt  özündən  razı  halda 
donquldandı və bu mənzərəni qapının ağzından izləməyə 
başladı. 
- Onların nazı  ilə  oynama. Hə, canavar, göstər görüm 
zorunu. Tez elə!!! 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə