Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə55/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   51   52   53   54   55   56   57   58   ...   69

227 
 
MƏHƏBBƏT DƏRSİ 
Uidon  Skottun  yaxınlaşdığını  görən  Ağ  Diş  tüklərini 
qabardıb  mırıldadı.  Bununla  demək  istəyirdi  ki,  cəzaya 
dözməyəcək. Skottun dişlənmiş əli bintlə bağlanmışdı və o 
hadisədən  bir  neçə  gün  keçmişdi.  Ağ  Diş  yadında 
saxlamışdı ki, allahlar bəzən cəzanı təxirə salırlar, indi o 
öz əməlinə görə cəzalanacağını gözləyirdi. Başqa cür ola 
da  bilməzdi.  O,  naşükürlük  edərək  müqəddəs  sayılan 
Allahın  üzünə  qayıtmışdı,  toxunulmaz  Allahı,  özü  də  ağ 
dərili  Allahı  dişləmişdi.  Allahlarla  uzun  müddət 
münasibəti,  oturub-durmasından  qazandığı  təcrübəyə 
əsasən bilirdi ki, onu ən ağır cəza tədbiri gözləyir. 
Allah  onun  lap  qabağında  oturdu.  Bu  o  qədər  də 
təhlükəli  deyildi. Adətən  cəza  verəndə  allahlar  ayaq  üstə 
olurlar. Bundan başqa, bu Allahın  əlində nə dəyənək, nə 
qamçı, nə də silah vardı. Ağ Diş özü azadlığa buraxılmışdı. 
Ona  nə  zəncir,  nə  dəyənəkli  qayış  bağlanmışdı.  Allah 
ayağa durana qədər Ağ Diş götürülüb qaça bilərdi. İndi isə 
gözləmək lazım idi. Görək axırı nə olacaq... 
Allah  tamamilə  sakit-sakit  oturmuşdu.  Heç  ayağa 
durmağa  cəhd  də  göstərmirdi.  Ağ  Dişin  qəzəbli  mırıltısı 
yavaş-yavaş  zingiltiylə  əvəz  olundu  və  sonra  zingilti  də 
kəsildi.  Elə  bu  vaxt  Allah  danışmağa  başladı.  Ağ  Dişin 
peysərindəki tüklər dimdik qalxdı, mırıldandı. Lakin Allah 
downloaded from KitabYurdu.org


228 
 
yenə  sakit-sakit  danışmağa  başladı. Heç  bir  qəfil  hərəkət 
etmədən canavar balasını dilə tutmağa başladı. 
Ağ  Diş  də  onun  səsinin  ahənginə  uyğun  olaraq 
mırıldanmağa başladı, sözlərlə mırıltı arasında qəribə bir 
ritm  yarandı.  Lakin  insanın  səsi  kəsilmək  bilmirdi.  Hələ 
heç  kəs  Ağ  Dişlə  bu  adam  kimi  danışmamışdı.  Yumşaq, 
sakitləşdirici səsdə bir zəriflik vardı və bu zəriflik Ağ Dişin 
içində  nəsə  ilıq  bir  şey  oyadırdı.  O, instinktinin  əleyhinə 
çıxaraq  qeyri-  ixtiyari  öz  yeni  Allahına  inam  duymağa 
başlamışdı. Ağ Dişin içində öz təhlükəsiz həyatına inam 
hissi  baş  qaldırmışdı  -  insanlarla  qarşılıqlı  münasibətdə 
olduğu müddətdə bu inamı heç vaxt hiss etməmişdi. 
Allah çox danışdı, sonra durub getdi. O, komanın qapısı 
ağzında dayananda Ağ Diş şübhəli nəzərlərlə ona baxdı. 
Onun  əlində  nə  dəyənək,  nə  silah,  nə  də  qamçı  vardı. 
Sağlam  əlini  arxasında  gizlətməmişdi.  O,  gəlib  yenə  Ağ 
Dişin  bir-iki  addımlığında  oturdu  və  ona  ət  uzatdı. 
Qulaqlarını  şəkləyən  Ağ  Diş  şübhəylə  ət  tikəsinə  baxdı, 
eyni zamanda gözlərini allahdan da çəkməli - hər dəqiqə 
təhlükə gözləyən sərvaxtlığını itirmədi. Amma cəza tədbiri 
hələ də təxirə salınırdı. Allah hələlik yalnız ona ət, yemək 
verirdi. Ət də ki, qətiyyən qorxulu deyildi. Ağ Diş isə hələ 
də  şübhə  edir,  ona  uzadılmış  ət  tikəsini  götürmürdü. 
Skottun  əli  isə  lap  onun  bumunun  yanındaydı.  Allahlar 
downloaded from KitabYurdu.org


229 
 
müdrik olurlar. Kim bilir, ilk baxışdan xətərsiz görünən bu 
bir  tikə  ət  parçasında  hansı  məkr  gizlənmişdir?  Öz 
təcrübəsindən  Ağ  Diş  yaxşı  bilirdi  ki,  (bu,  əsasən 
qadınlarla  bağlıydı)  ət  və  cəza  tamamilə  ayrı-ayrı  şey- 
lərdir və onlar hardasa bir-biıiylə gizlinco əlaqəlidirlər. Bu 
əlaqə yaxşı şey vəd etmirdi. 
Nəhayət,  Allah  əti  düz  Ağ  Dişin  ayaqlarının  altına, 
qarın  üstünə  tulladı.  Canavar  balası  gözlərini  Allahdan 
çəkmədən əti iylədi. Heç bir hadisə baş vermədi. Ağ Diş 
əti götürüb yedi. Allah daha bir ət parçası uzatdı. Bu dəfə 
də canavar balası onun əlindən əti almadı, Allah yenə qarın 
üstünə  tulladı.  Beləcə  bu  əməliyyat  bir  neçə  dəfə  təkrar 
olundu. Axır ki, bir dəfə Allah əti qarın üstünə atmaqdan 
imtina etdi və əlində saxlayıb inadla Ağ Dişə təklif etdi. 
Ət dadiıydı. Ağ Diş isə acından ölürdü. O, yavaş-yavaş, 
ehtiyatla insanın lap yanına gəldi və əti onun əlindən aldı. 
Ağ Diş Skottan gözünü çəkmirdi, boynunu uzadıb sinəsini 
qısdı,  peysərindəki  tüklər  qabardı,  boğazından  mırıltı 
səsləri çıxdı, elə bil insandan çəkinirdi və bununla demək 
istəyirdi ki, zarafat etmək yersizdir. Ağ Diş əti yedi və ona 
heç nə olmadı. Beləliklə tədricən o, bütün ət parçasını yedi. 
Deməli, cəza təxirə salınmışdı. 
Ağ Diş üz-gözünü yalayıb duraraq bundan sonra nə baş 
verəcəyini  gözlədi.  Allah  danışırdı.  Onun  səsində 
downloaded from KitabYurdu.org


230 
 
mərhəmət, nəvaziş vardı. Ağ Diş isə bu hisslərdən uzaq idi. 
Bu  hisslər  ona  qəribə  görünürdü.  İnsan  nəvazişi  onun 
bütün 
vücudunu 
görünməz, 
bilinməz 
duyğularla 
çulğaınışdı. O, qəribə bir rahatlıq hiss edirdi. Varlığında, 
bütün  daxilində  nəsə  bir  ehtiyac,  tələbat  ödənirdi,  nəsə, 
hansı  bir  boşluqsa  dolurdu.  Sonra  yenə  onda  instinkt 
oyandı,  ötən  günlərin  təcrübəsi  ona  yenə  təhlükədən 
qorunmağı  yada  saldı.  Allahlar  kələkbazdı;  öz 
məqsədlərinə  çatmaq  üçün  hansı  yolu  seçəcəklərini 
qabaqcadan bilmək, tapmaq çətindir. 
Bu  belədir!  Məkrli  əl  onun  başının  üstünə  uzanır. 
Amma  Allah  yenə  danışır.  Onun  səsində  yumşaqlıq  var, 
nəvaziş var. Əldə gizlənən təhlükəyə baxmayaraq səs inam 
oyadır.  Səsin  bütün  zərifliyinə  baxmayaraq,  əl  qorxu, 
təhlükə vəd edir. Bir-birinə zidd duyğular, hisslər Ağ Dişin 
içində oyanmışdı və mübarizə aparırdılar. Elə bil bu saat 
düşmən qüvvələri onu parça-parça edib öldürməyə hazırdı. 
Ancaq  öldürə  bilməyəcəkdilər.  Çünki  Ağ  Diş  onların 
qarşısını almaq üçün ağlasığmaz güc sərf edəcəkdi. 
Ağ Diş özüylə barışdı: o mırıldayıb qulaqlarını şəklədi, 
amma Skottu dişləmədi, ondan qaçmadı. Əl aşağı endi. Əl 
ilə  Ağ  Dişin  başı  arasında  məsafə  lap  qısalmışdı.  Budur, 
axır ki, Allahın əli onun dimdik qalxmış tüklərinə toxundu. 
Ağ  Diş  yerə  qısıldı.  Əl  də  onun  dalınca,  daha  möhkəm 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə