Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə57/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   53   54   55   56   57   58   59   60   ...   69

235 
 
pozulmaz  möhür  ikinci  dəfə  ona  aclıqdan  sonra  şimal 
cəngəlliklərindən 
qayıdanda 
və 
Qrey 
Biverin 
qəsəbəsindəki balıq iyini duyanda yenidən vurulmuşdu. 
Ağ Diş yeni sahibinin yanında qaldı, çünki o, allahsız 
keçinə bilməzdi. Çünki Skott Göyçək Smitdən yaxşıydı. O 
öz  yeni  Allahına  sədaqət  göstərmək  naminə  təsərrüfat 
şeylərini qorumağı boynuna götürdü. O, komanın ətrafında 
hərlənirdi.  Belə  hallarda  qoşqu  itləri  yatardı  və  Uidon 
Skottun gecikmiş qonağı gələndə Ağ Dişlə qarşılaşar, ev 
sahibi  gəlib  çıxana  qədər  özünü  dəyənəklə  Ağ  Dişdən 
qoruyardı. 
Tezliklə  Ağ  Diş  oğruları  təmiz  adamlardan  ayırıb 
seçməyi  öyrəndi.  Başa  düşdü  ki,  gələn  adamın 
hərəkətlərindən və özünü aparmasından çox şey asılıdır. O 
adam  ki  möhkəm  addımlarla  düz  qapıya  tərəf  gəlirdi, 
həmin  adama  toxunmurdu.  Bununla  belə,  ta  qapı  açılıb 
gələn  qonaq  ev  sahibi  tərəfindən  qarşılanmayınca  onu 
gözdən qoymurdu. Amma kim ki, yavaş addımlarla, dolayı 
yolla,  gözə  görünməmək  üçün  oğrun-oğrun  gəlirdi, 
vəssalam. Ağ Diş ona aman verməzdi və həmin adam isə 
dabanına tüpürüb gözdən itənəcən qaçardı. 
Uidon  Skott  bütün  olub-keçənlərə  sonsuz  dözüm  və 
mətanət  göstərdiyinə  görə  Ağ  Dişi  mükafatlandırmağı 
qərara  almışdı.  Daha  doğrusu,  insanın  onun  qarşısındakı 
downloaded from KitabYurdu.org


236 
 
günahını  yumaq  istəyirdi.  Bu,  Skottun  prinsipi  idi,  onun 
vicdanının  səsiydi.  O  hiss  edirdi  ki,  insanlar  Ağ  Dişə 
borclu qalıblar, bu borcu qaytarmaq lazımdı. Buna görə də 
o, Ağ Dişə daha çox nəvaziş göstərməyə çalışırdı. O özünə 
öhdəlik götürərək hər gün Ağ Dişi sığallayır, onu nəvazişli 
sözlərlə  oxşayırdı.  İlk  günlər  bu  nəvaziş  Ağ  Dişi 
cinləndirir, şübhələndirirdi. Lakin tədricən canavar balası 
bu nəvazişdən həzz almağa başladı. Amma bir vərdişindən 
Ağ Diş heç cür əl çəkə bilmirdi; insanın əli ona toxunan 
kimi  mırıldamağa  başlayırdı  və  Skott  çıxıb  gedənə  kimi 
səsini kəsmirdi. Lakin bu mırıltılarda təzə ahənglər əmələ 
gəlmişdi. Əlbəttə, yad adam bunu duya bilməzdi. Onunçün 
Ağ  Dişin  mırıltısı  ibtidai  vəhşinin  nəriltisiydi  və  bu 
nəriltidən  insanın  damarlarındakı  qan  da  donurdu.  Ağ 
Dişin anasıyla birgə mağarada yaşadıqları vaxt, hiddət və 
qəzəbin  ilk  ehtirasları  doğulduğu  günlərdən  indiyəcən 
onun boğazından çıxan mırıltı yoğunlaşmışdı və daha o öz 
hisslərini başqa cür ifadə edə bilmirdi. Buna baxmayaraq, 
Skottun həssas qulağı bu azğın nərədə yeni ahənglər ayırd 
etmişdi. Bu ahənglər yalnız Skotta pıçıldayırdı ki, it həzz 
alır. 
Günlər ötürdü. Təəşşüqdən doğulan sevgi gündən-günə 
güclənir, möhkəmlənirdi. Ağ Diş bu sevgini şüursuz surət 
olsa  da  hiss  etməyə  başladı.  Məhəbbət  özünü,  öz 
downloaded from KitabYurdu.org


237 
 
boşluğunu  doldurmaqda  ona  kömək  edirdi.  Məhəbbət 
onun  mənəvi  tələbatına  çevrilmişdi.  O,  özüylə  həyəcan, 
ağrı  gətirmişdi;  bu  həyəcan  və  ağrılar  yeni  Allahın 
sığalından sonra azalırdı. 
Bu anlarda o sevgi sevinc gətirir, tükənməz bir sevinclə 
Ağ  Dişin  bütün  vücudunu  lərzəyə  salırdı.  Allah  durub 
gedən kimi ağrılar, həyəcanlar başlayır və Ağ Dişin içində 
yenə boşluq yaranırdı. Bu boşluq sanki aclıq ehtirasından 
doğurdu və bu ehtirası söndürmək tələb olunurdu. 
Ağ Diş yavaş-yavaş özünə gəlirdi. Yaşının ahıl çağma, 
həyatın verdiyi amansızlıq dərsinə baxmayaraq, Ağ Dişin 
xasiyyətində  günbəgün  yeni  əlamətlər  yaranırdı.  Onun 
içində  qeyri-adi  hisslər,  oyanışlar  baş  qaldırmışdı.  İndi 
özünü  tamam  başqa  cür  aparırdı.  Hər  şeydən  əvvəl.  Ağ 
Dişin narahatlıqdan və ağrıdan zəhləsi gedir, hər vasitəylə 
onlardan gen durmağa çalışırdı. İndi hər şey başqa cür idi
yeni Allahın xətrinə o, hər narahatlığa və ağrıya dözürdü. 
Məsələn, səhərlər yemək axtarmaq əvəzinə, yaxud xəlvət 
bir  guşədə  uzanmaq  əvəzinə  o,  Skottun  gəlişini 
gözləyərkən  saatlarla  soyuq  artırmada  dayanırdı.  Gecə 
yarıdan keçəndə Skott evə qayıdardı, bu vaxt Ağ Diş qar 
içində  eşilmiş  ilıq  yuvasından  çıxar,  sahibini  qarşılardı. 
Bütün  bunlar  yalnız  xoş  söz.  mehriban  nəvazişdən 
ötrüydü.  O,  hətta  yeməyi  unudardı.  Yemək  yadına  da 
downloaded from KitabYurdu.org


238 
 
düşməzdi. Onun üçün Allahın yanında olmaq hər şey idi, 
bütün  həyatının  mənasıydı.  Təki  öz  allahından  xoş  söz 
eşitsin, nəvaziş duysun və onunla birlikdə addımlasın. 
İtaət  öz  yerini sevgiyə  vermişdi.  Məhəbbət  Ağ  Dişdə 
elə  dərin  hisslər  yaratmışdı  ki,  itaət  heç  vaxt  bunu  edə 
bilməzdi.  Ağ  Diş  sevgiyə  sevgiylə  cavab  verirdi.  O, 
Allaha, təmiz, müqəddəs allaha rast gəlmişdi və bu allahın 
yanında günəşdən işıq udan bitki kimi çiçək açmışdı. Ağ 
Diş öz hisslərini izhar edə bilmirdi. O, artıq cavan deyildi 
və  bunun  üçün  çox  ağırlaşmışdı.  Uzun  müddət  tənha 
gəzməsi  onu  dözümlü  və  qaşqabaqlı  eləmişdi.  Onun 
qaraqabaq  təbiəti  çoxillik  təcrübəsinin  nəticəsiydi. 
Hürməyi  bacarmırdı  və  öz  sahibini,  allahını  hürməklə 
salamlamağı  öyrənə  bilmirdi.  Ağ  Diş  heç  vaxt  sahibinin 
gözünə  girməz,  özünü  şirin  salmaq,  məhəbbətinin  izharı 
üçün  atılıb  düşməzdi.  Heç  vaxt  sahibinin  qabağına 
yüyürməzdi,  bir  kənarda  durub  gözlərdi.  Amma  həmişə, 
hər  an  gözləyirdi.  Onun  sevgisi  lal-kar  idi,  bu  sevgini 
ürəyində, canında məftunluqla gəzdirirdi. Ağ Dişin səmimi 
hisslərini  yalnız  sahibinin  hər  bir  hərəkətini  izləyən 
gözlərindən oxumaq olardı. Skott ona baxıb danışanda Ağ 
Diş  sıxılar,  bütün  vücudunu  çulğamış  sevgi hissini ifadə 
etməyi bacarmazdı. 
Ağ  Diş  yeni  həyata  alışmağa  başlamışdı.  O,  başa 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə