Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə60/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   56   57   58   59   60   61   62   63   ...   69

249 
 
başa düşə bilmirəm. 
Skott qəmli-qəmli başını yelləyib: 
-  Elə mən özüm də başa düşmürəm, — dedi. 
Səhərisi  gün  Ağ  Diş  açıq  qapıdan  boylanıb  sahibinin 
yola  hazırlaşdığını,  pal-paltarını  həmin  lənətə  gəlmiş 
çamadana yığdığını gördü. Sahibiylə kayur komaya girib-
çıxırdılar və komanın sakit həyatı pozulmuşdu. Ağ Dişdə 
daha  heç  bir  şübhə  yeri  qalmadı.  O,  çoxdan  bu  kədəri 
duymuşdu, indi isə məlum olmuşdu ki, ona bədbəxtlik üz 
verəcək.  Allah  yenə  aradan  çıxmağa  hazırlaşırdı.  Birinci 
dəfə  aradan  çıxanda  onu  özüylə  aparmamışdı,  yəqin  bu 
dəfə də belə edəcəkdi. 
Bu gecə Ağ Diş lap canavar kimi ulamağa başladı. O, 
ağzını  göyə,  ulduzlara  tutub  ulayırdı,  uşaqlıqda  olduğu 
kimi öz kədərini beləcə onlara bildirirdi. Bir dəfə də belə 
ulamışdı.  O  vaxt  şimal  cəngəlliyindən  qaçıb  düşərgəyə 
gələndə  Qrey  Biverin  daxmasının  yerində  bir  yığın  zibil 
görmüşdü. Onda da beləcə ulamışdı. 
Komada təzəcə yatmaq istəyirdilər. Mətt dilləndi: 
-  O, yenə heç nə yemir... 
Uidon Skott nəsə donquldandı və adyalı başına çəkdi. 
-  Keçən dəfə xiffətdən üzülmüşdü, bu dəfə, yəqin ki, 
öləcək... 
O  biri  çarpayıda  uzanan  Skott  adyalın  altından 
downloaded from KitabYurdu.org


250 
 
çımxırdı: 
-  Bəsdi  çərənlədin!  Qoca  arvadlar  kimi  elə  hey 
deyinirsən! 
-  Tamamilə düzdür, - deyə kayur cavab verdi. Skottun 
ürəyinə damdı ki, kayur ona altdan-altdan gülür. 
Ertəsi  gün  Ağ  Dişin  narahatlığı  və  təşvişi  daha  da 
artmışdı.  O  öz  sahibini  dabanbasma  izləyirdi.  Skott 
komaya  girəndə  Ağ  Diş  artırmaya  cumdu.  O,  qapının 
arasından  ortaya  tökülmüş  şeyləri  gördü.  Çamadandan 
başqa, bir yeşik və iki böyük çanta da vardı. Mətt sahibinin 
adyalını və dəri paltarlarını kətan torbaya yığırdı. Ağ Diş 
bunu görüb dişlərini qıcırtmağa başladı. 
Tezliklə  komaya  iki  hindu  gəldi.  Ağ  Diş  onları  da 
diqqətlə izləməyə başladı. Hindular şeyləri çiyinlərinə alıb 
Məttin dalınca təpədən aşağı düşdülər. Mətt çamadanı və 
kətan  torbanı  götürmüşdü.  Bir  azdan  Mətt  qayıtdı.  Skott 
artırmaya çıxıb Ağ Dişi komaya çağırdı. 
-  Ay səni, yazıqcığaz! - deyə Skott nəvazişlə itə baxdı, 
sonra onun qulağının dibini qıdıqladı, belini sığalladı. - Hə, 
dostum, gedirəm. Səni belə uzaq yola apara bilmərəm. Di 
sağ  ol,  salamat  qal,  gəl  vidalaşaq.  Hə,  mırılda  görüm, 
mırılda... 
218 
Ağ  Dişdən  səs  çıxmadı.  Bunun  əvəzində  o,  sahibinə 
downloaded from KitabYurdu.org


251 
 
kədərli,  incik  bir  baxışla  nəzər  saldı,  başını  onun 
qoltuğunda gizlətdi. 
- Vaxtdı,  mister!  Fit  verildi,  -  deyə  Mətt  sahibini 
səslədi. Yukon çayından gəminin fiti eşidilirdi. 
-  Bəsdi  vidalaşdınız!  Qabaq  qapıları  bağlamağı 
unutmayın. Mən dal qapıdan çıxacağam! Tələsin! 
Hər iki qapı eyni vaxtda örtüldü və Mətt komanın o biri 
böyründən  çıxana  kimi  Skott  artırmada  gözlədi.  Qapı 
arxasından yavaşdan zingilti eşidildi, bu, ağlamaq səsinə 
oxşayırdı.  Sonra  Ağ  Diş  bumunu  qapının  astanasına 
dürtərək havanı dərindən sinəsinə çəkməyə başladı. 
- Ondan muğayat ol, Mətt! - deyə Skott dərəni enəndə 
tapşırdı. - Mənə onun haqqında yaz. 
-  Hökmən,  -  deyə  kayur  cavab  verdi.  -  Dayanın!.. 
Eşidirsiniz?.. 
Skott ayaq saxladı. Ağ Diş ulayırdı. O, sahibinin meyiti 
üstündə 
ulayan itlər kimi ulayırdı. Bu ulartıda dərin kədər vardı. Bu 
ulartı  gah  qəlbi  göynədən  iniltiyə  dönür,  gah  fəryad 
qoparır, gah da əvvəlki məhzunluqla təzədən başlayırdı. 
“Avrora”  gəmisi  bu  il  ilk  dəfə  Klondaykdan  yola 
düşürdü. Göyərtəsi sərnişinlə doluydu. Qızıl axtarmaqdan 
gələn  bu  adamlardan  bəzilərinin  bəxti  gətirmişdi. 
Bəzilərini  isə  “Qızıl  yürüşü”  var-yoxdan  çıxarıb  məyus 
downloaded from KitabYurdu.org


252 
 
etmişdi.  Bu  adamların  hamısı  vaxtilə  bu  yerlərə  can  at-
dıqları  kimi,  eləcə  də  burdan  çıxıb  gedirdilər.  Taxta 
körpünün  üstündə  duran  Skott  Məttlə  vidalaşdı.  Kayur 
sahilə  düşmək  istəyirdi  ki,  birdən  gözləri  Göyərtənin 
içində nəyəsə sataşdı. O, əlini Skotta uzatmamış boylandı. 
Ağ Diş onlardan bir neçə addım aralı oturmuşdu, həsrətlə 
öz  sahibinə  baxırdı.  Mətt  astadan  söydü.  Skott  heç  nə 
anlamadı, itə tərəf qanrıldı. 
-  Siz qabaq tərəfdən qapını bağlamışdınız? 
Skott başını tərpətdi və: 
-  Bəs dal qapını necə? - deyə soruşdu. 
-  Əlbəttə, bağlamışdım, - Mətt hirsləndi. 
Ağ  Diş  büzüşüb  qulaqlarını  şəklədi,  amma  yaxın 
gəlməyib kənarda oturdu. 
-  Çarəm nədi? Gərək özümlə aparım... 
Mətt Ağ Dişə tərəf addımladı. İt kənara sıçradı. Kayur 
onun dalınca yüyürdü, amma Ağ Diş sərnişinlərin ayaqları 
arasından  sivişib  keçdi.  Canavar  balası  o  yan-bu  yana 
qaçır, göyərtəni dolaşır, kayur 
,<=5^, 219 
onu tuta bilmirdi. Skott çağıran kimi Ağ Diş itaətlə ona sarı 
gəldi. Kayur gileyləndi: 
-  Onu  nə  qədər  yedirtmişəm!  Gör  heç  mənə  yaxın 
gəlir?! Siz onu yedirtmisiniz ki?! Pah atonnan, hardan bildi 
downloaded from KitabYurdu.org


253 
 
ki, sahib sizsiniz?! 
Ağ Dişə sığal çəkən Skott birdən əyilib onun ağzındakı 
təzə kəsikləri və gözləri arasındakı dərin yaraları göstərdi. 
Mətt əli ilə itin qarnını yoxladı. 
-  Ay səni, pəncərəni yaddan çıxarmışıq. Baxın, qamı 
da kəsik- kəsik olub. Yəqin ki, pəncərəni sındırıb qaçıb. 
Uidon Skott eşitmirdi. Nəsə fikirləşdi. “Avrora” gəmisi 
axırıncı tltini fışıldatdı. Sərnişinləri ötürənlər tələm-tələsik 
sahilə endilər. Mətt dəsmalını çıxarıb Ağ Dişin yaralarını 
sarımaq istədi. Skott onun əlindən tutub dedi: 
-  Salamat  qal,  Mətt!  Əlvida.  Görünür  sənə  canavar 
haqqında məktub yazmaq lazım gəlməyəcək. Mən... 
-  Necə? - kayur qışqırdı. - Yəni götürürsünüz onu?.. 
-  Elədir  ki, var... Dəsmalını  qoy  cibinə. Özüm  onun 
haqqında sənə yazaram... 
Mətt taxta körpünün üstündə dayandı. 
-  Oranın  havasına  dözə  bilməyəcək!  İstidə  itin 
tüklərini qırxın haa!.. 
Taxta  trapı  göyərtəyə  çəkdilər.  “Avrora”  sahildən 
aralandı. Uidon 
Skott əlini yelləyib Məttlə sağollaşdı, sonra üzünü yanında 
duran Ağ Dişə çevirdi. 
-  Hə,  indi  nə  qədər  xətrindi  mınlda!  Mırılda  dedim 
sənə, əclaf! 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə