Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə56/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   52   53   54   55   56   57   58   59   ...   69

231 
 
sıxıldı. Ağ Diş büzüşüb, az qala titrəyirdi, amma özünü ələ 
aldı.  Əlin  ona  toxunmasından  əzab  çəkirdi,  bu  əl  onun 
instinktini  zorlayırdı.  Bircə  günün  içində  insan  əlindən 
aldığı  ağrıları  ömrü  boyu  unuda  bilmirdi.  Lakin  Allahın 
hökmü beləydi və o, hər şeyi etdi ki, canavar balasını öz 
hökmünə tabe etsin. 
Əl  qalxıb-enir,  canavar  balasını  tumarlayır,  sığal 
çəkirdi. Beləcə bir neçə dəfə qalxıb-endi və əl qalxan kimi 
Ağ Dişin tükləri də dimdik olurdu. Hər dəfə əl enəndə Ağ 
Dişin qulaqları büzüşür, o, yüngülcə mırıldanırdı. Ağ Diş 
Allahı  xəbərdar  etmək  məqsədilə  mırıldanır,  hər  an 
zərbəyə  cavab  verməyə  hazır  olduğunu  bildirirdi.  Kim 
bilir, Allahın həqiqi niyyətləri nə vaxt məlum olacaqdı?! 
Onun mülayim, zərif səsi hər an dəyişə, qəzəbli qışqırtı ilə 
əvəzlənə  bilərdi,  bu  zərif  və  sığal  çəkən  barmaqlar  isə 
yumula bilərdi, məngənə kimi sıxılıb Ağ Dişə göz açmağa 
aman verməzdi. 
Lakin Allahın sözləri, danışığı hələlik mülayim idi. Əli 
də qalxıb- enir, Ağ Dişin tüklərini sığallayırdı. Bu sığalda 
heç  bir  pis  niyyət  yox  idi.  İnstinkt  belə  hərəkətin 
əleyhinəydi, o hər cür rəftarı sıxma-boğmaya salırdı. Hər 
halda Ağ Diş fiziki ağrılar görmədi. Əksinə, bu sığallar ona 
ləzzət verməyə başladı. Tədricən Allahın əli onun qulaq-
larına  tərəf  yaxınlaşır,  ehtiyatla  onların  dibini  qaşıyırdı. 
downloaded from KitabYurdu.org


232 
 
Xoş  duyğular,  hisslər  daha  da  artır,  çoxalırdı.  Bununla 
belə, qorxu hissi də Ağ Dişdən əl çəkmirdi. O, yenə təşvişə 
düşür,  nəsə  bir  şey  olacağını  düşünür,  gah  iztirab 
çəkəcəyini, gah da həzz alacağım gözləyirdi. Bu, hisslərin 
hansının üstün gələcəyindən asılı idi. 
- Eh, lənət şeytana! 
Mətt birdən dilləndi. O, əlində çirkab su ilə dolu ləyən 
komadan çıxdı və suyu qar üstünə atmaq istəyəndə Uidon 
Skottun Ağ Dişi sığalladığını gördü. Ağ Diş onun səsini 
eşidən kimi geriyə sıçrayıb qəzəblə mırıldadı. 
Mətt öz sahibinə baxdı və etirazla başını buladı: 
-  Üzr istəyirəm, mister, - dedi. - Siz qurd ürəyi yemisiz, 
nədir? 
Uidon  Skott  gülümsədi.  Qalib  gəlmiş  adamlar  kimi 
durub Ağ Dişin 
üstünə  əyildi.  O,  canavar  balasını  nəvazişlə  dilə  tutdu, 
sonra əlini yavaş-yavaş uzadıb onun başım tumarladı. Ağ 
Diş  bu  sığala  təmkinlə  dözürdü,  amma  şəhvətlə  baxırdı, 
özü də onu sığallayan adama yox, komanın qapısı ağzında 
duran Məttə baxırdı. 
Kayur donquldandı. 
— Mister  Skott  siz  birinci  dərəcəli  mühəndis  olsanız 
da,  bəlkə  də,  həyatınızın  yarısını  itirmisiniz,  gərək  uşaq 
vaxtı evdən qaçıb sirkə gedəydiniz. 
downloaded from KitabYurdu.org


233 
 
Ağ Diş mırıldadı, Məttin səsini eşidib qeyzləndi, amma 
bu dəfə geri sıçramadı... 
Və  bu,  əvvəlki  həyatın,  böyük  nifrətin  sonu,  yeni 
həyatın başlanğıcı idi. Ağ Diş üçün yeni, məğlubedilməz, 
gözəl həyat başlanmışdı. Bu işdən ötrü Uidon Skott hədsiz 
dözüm və əmək sərf etdi. Ağ Diş isə instinktin hökmünə 
üstün gələrək öz təcrübəsinin ziddinə getmədi, həyatın ona 
öyrətdiyi hər şeydən imtina etməli oldu. 
K.eçmiş  bütün  yeniliyə  təkcə  mane  olmurdu,  onun 
öyrəndiyi  indiki  yeni  həyatı  həm  də  inkar  edirdi.  Sözün 
qısası.  Ağ  Dişdən  onu  əhatə  edən  mühitdən  nəhayətsiz 
dərəcədə  baş  çıxarmaq  məharəti  tələb  olunurdu.  Bu, 
Göyçək  Smitin  hökmünə  könüllü  tabe  olmaqdan,  şimal 
cəngəlliklərindən gəlib ona boyun əyməkdən asan deyildi. 
O  vaxt  Ağ  Diş  olsa-olsa  küçük  idi,  hələ  bərkiməmişdi, 
həyatı qəbul edə bilmirdi. İndi hər şey başqa cür idi. Ötən 
günlər Ağ Dişə həddindən artıq sərt dərs vermişdi, əvvəlki 
həyat  onu  sərt,  amansız  etmişdi,  onu  yırtıcı,  döyüşkən 
canavara çevirmişdi, bu canavar heç kəsi sevmirdi və heç 
kəsin  məhəbbətini qazanmamışdı. Yenidən  doğulmaq  isə 
çətin idi  -  gərək  öz daxilində bütöv bir  dönüş, dəyişiklik 
edəydi,  bütün  köhnə  adətlərindən,  vərdişlərindən  əl 
çəkəydi; indi ondan bu tələb olunurdu. Artıq gənclik illəri 
arxada qalmışdı. Çeviklik getmişdi, yumşaq dərisi bərki- 
downloaded from KitabYurdu.org


234 
 
yib  qartımış,  dəmir  kimi  düyünlənmişdi,  dartılmırdı, 
vərdişlər  isə  həmişəlik  özünü  aparmaq  qaydalarını  və 
tələbatını müəyyən etmişdilər. 
Hər  halda,  yeni  şəraitə  düşmüş  Ağ  Diş  yenə  ona  öz 
bildiyi  kimi  uyğunlaşmağa  başladı.  Şərait  ondakı 
amansızlığı  yumşaldıb  yatırmış,  ona  daha  bir  real  forma 
vermişdi.  Lap  dəqiq  desək,  hər  şey  Uidon  Skottdan 
asılıydı.  O,  Ağ  Dişin  lap  dərin  hisslərini  dindirmişdi, 
canavar balasının mürgüləmiş və oğurlanıb məhv edilmiş 
ən xırda, zərif hisslərini öz nəvazişi gücünə oyatmışdı. Ağ 
Diş  sevginin  nə  demək  olduğunu  anlamışdı.  Sevgi  onun 
təəşşüq  hissini  əlindən  almışdı  -  allahlarla  ünsiyyətdə  bu 
hiss onun ən ilıq, ən məhrəm hissi sayılırdı. 
Əlbəttə,  məhəbbət  bu  günün  işi  deyil.  Təəşşüq 
hissindən doğulmuş məhəbbət tədricən inkişaf edirdi. Yeni 
Allahı  Ağ  Dişin  xoşuna  gəlirdi,  canavar  balası  ondan 
qaçmırdı.  O,  indi  azad  gəzib-dolanırdı.  Yeni  Allahının 
yanında  yaşamaq  Göyçək  Smitin  qəfəsində  can  çürüt-
məkdən  qat-qat  yaxşıydı.  Bundan  başqa,  Ağ  Diş  tanrısız 
keçinə bilmirdi. İnsanın hökmünü başı üstündə hiss etmək 
onun  üçün  ehtiyaca  çevrilmişdi.  İnsandan  asılı  olmaq 
möhürü  ona  lap  əvvəldən,  şimal  cəngəllikləri  ilə 
vidalaşdığı gündən vurulmuşdu. Həmin gün Qrey Biverin 
ayaqlarına  sürünmüş,  ona  itaətkarlıq  göstərmişdi.  Bu 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə