Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə54/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   50   51   52   53   54   55   56   57   ...   69

222 
 
Motl çiyinlərini çəkdi. 
Risk yaxşı şeydi! 
Yazıq! Hor şeydən çox, o, insan nəvazişinə möhtaedır, 
-  Skottun  itə  yazığı  gəldi,  o,  komaya  girdi,  ət  gətirib  Ağ 
Dişə atdı. Ağ Diş kənara sıçradı və inamsızlıqla uzaqdan 
əl tikəsinə baxdı. 
Birdən Mətt qışqırdı: 
Dayan, Meyeə! 
(iee  idi.  Meyeə  ətin  üstünə  cıımdu,  qamarlayıb 
götürəndə Ağ Diş sürətlə şığıdı, onun ayaqlarından vurub 
yıxdı. Motl irəli cumdu. Ağ Diş artıq öz işini görmüşdü. 
Meyeə  zorla  qalxdı.  Boğazından  axan  qan  qarın  üstünü 
qızartdı. 
Skott tələsik söylədi: 
l leyif Meyeədən, amma əeəb oldu onunçün! 
Mətt  təpiklə  Ağ  Dişi  vurmaq  istədi.  Lakin  canavar 
balası  bir-neçə  sıçrayış  etdi,  dişlərini  şaqqıldatdı,  çığırtı 
qopdu. Ağ Diş hiddətlə ulayıb geri çəkildi, Mətt isə əyilib 
dişlənmiş ayağına baxdı. 
Dişlədi  axır  ki...  dedi  və  cırılmış  şalvarını  və  alt 
paltarını göstərdi. Orada qan dairəsi vardı. 
Skott səsini yavaşıdıb dedi: 
Sənə dedim axı, bunun xeyri yoxdu. Bu itdən ötri'ı çox 
yanırdın. İt mənim do başımdan çıxmır. Nə olar, başqa yol 
downloaded from KitabYurdu.org


223 
 
yoxdur. 
Bu  sözlərdən  sonra  o,  tapançasını  çıxartdı,  güllə  dolu 
barabanı hərlədi. 
Qulaq asın, mister Skotl, Mətt yalvardı. Bu itin başına 
Allah  bilir  nələr  gəlib.  Axı  birdən-birə  onu  ram  elmək 
olmaz. Ona vaxt verin... 
Meyeə bir bax, Skott dedi. 
Kayur çolaq olmuş ilə baxdı. İt qan içində qarııı üstünə 
sərilmişdi və görünür son nəfəsi gcdib-gəliıdi. 
Əcəb  oldu  onunçün.  Mister  Skotl,  siz  özünüz  belə 
dediniz. Özgə tikəsinə göz dikənin axırı faciəli olar. Belə 
də  gözləmək  olardı.  Bircə  qəpiyim  də  olsa,  yeməyini 
döyüşsüz özgəsinə verən itə qıymaram. 
Özünüzə  bir  baxın,  Mətt.  İtlərlə  məsələ  aydındı, 
qurtarmaq lazımdı. 
- Mənə də əcəb oldu, - deyə Mətt köksünü ötürdü. - Axı 
onu niyə vurdum? Siz özünüz dediniz ki, o, düzgün hərəkət 
edir. Demək, onu vurmaq lazım deyildi. 
- Gəlsənə,  bu  iti  güllələyək,  savab  iş  görərik,  -  deyə 
Skott təkid etdi. - Onsuz da onu əhliləşdirən deyilik! 
-  Mister  Skott,  gəl  bu  yazığa  vaxt  verək.  Qoy  görək 
özünü necə aparır. Bizim olunca it nələr çəkib, nələr gəlib 
başına,  bir  Allah  bilir.  Gəlin  sınaqdan  keçirək.  Əgər 
etimadı doğrultmasa, mən özüm onu güllələyəcəyəm. 
downloaded from KitabYurdu.org


224 
 
-  Elə  mən  də  onu  öldürmək  istəmirəm,  -  deyə,  Skott 
tapançasını  yerə  qoydu.  -  Qoy  gəzsin,  baxaq  görək, 
xoşluqla  onu  ram  edə  biləcə-  yikmi?  Bu  saat  bir  də 
yoxlayım. 
O,  Ağ  Dişə  yaxınlaşdı  və  onunla  mülayim-mülayim, 
astadan danışmağa başladı. 
Mətt dedi: 
-  Dəyənək götürün, hər ehtimala qarşı! 
Skott  dəyənək  götürmədi  və  Ağ  Dişin  etibarını 
qazanmaq  məqsədilə  onu  dilə  tutmağa  başladı.  Ağ  Diş 
təklənmişdi.  O,  bu  Allahın  itini  yırtmışdı,  dostunu  da 
dişləmişdi. Onu ən ağır cəzadan başqa nə gözləyə bilərdi? 
Hər  halda  o,  barışığa  girmədi.  Tükləri  dimdik  qalxdı, 
bədəni  gərildi,  hər  şeyə  hazır  dayandı.  Sonra  dişlərini 
qıcadıb  diqqətlə  ona  tərəf  gələn  Skotta  baxdı.  Skottun 
əlində  heç  nə  yox  idi  və  Ağ  Diş  onu  özünə  lap  yaxın 
buraxdı. Allahın əli onun başı üstünə endi. Ağ Diş büzüşüb 
torpağa  qısıldı.  Bax,  təhlükə  də,  satqınlıq  da  elə  burada 
gizlənmişdi.  Allah  əllərinin  məğlubedilməz  hökmranlığı 
ona yaxşı bəlli idi. Buna baxmayaraq tükünə toxunmağa 
dözə bilmirdi. O, daha qəzəblə mınldadı, lap yerə qısıldı. 
Əl  isə  aşağı  enirdi.  Canavar  balası  bu  əli  dişləmək 
istəmirdi,  təhlükəyə  mətanətlə  dözürdü.  O,  hələ  ki, 
instinktlə  mübarizə  apara  bilirdi  -  həyatın  ac  ehtirasıyla 
downloaded from KitabYurdu.org


225 
 
mübarizə apara bilirdi. 
Skott  əmin  idi  ki,  bir  şey  olsa,  əlini  tez  çəkə  biləcək. 
Amma bu gün ona bir şey  məlum oldu: Ağ Diş qıvrılan 
ilan kimi sürətlə və dəqiq sıçrayıb sanca bilir. 
Skott bu qəfil hücumdan çığırdı və sol əli ilə dişlənmiş 
sağ əlini tutdu. Mətt ucadan söydü və onun yanma qaçdı. 
Ağ  Diş  geri  süründü  və  tüklərini  pırpızlaşdırıb  dişlərini 
şaqqıldatdı,  hədələyici  baxışlarla  adamları  süzdü.  Yəqin 
ki,  onu  indi  daha  dəhşətli  kötəklər  gözləyirdi.  Göyçək 
Smitin kötəklərindən də dəhşətli kötəklər. 
Skott birdən qışqırdı: 
-  Dayan, nə edirsən? 
Mətt  artıq  komaya  cumub  tüfəngini  götürmüş  və 
astanada durmuşdu. O, yavaş-yavaş, arxayınca dilləndi: 
-  Söz  vermişdim,  yerinə  yetirməliyəm.  Dedim  iti 
güllələyəcəyəm, demək güllələyəcəyəm... 
-  Yox, əl saxla. 
-  Dedim ki, güllələyəcəyəm, vəssalam! Baxarsız! 
İndi Skott Ağ Dişi müdafiə edirdi. 
-  Özün  dedin  ki,  qoy  yoxlayaq,  vaxt  verək.  Axı  biz 
təzəcə başlamışıq. Birdəfəlik olmaz axı. Gör bir, bax ona! 
Onlara  baxan  Ağ  Diş  elə  qəzəblə  mırıldayırdı  ki, 
damarda  qan  donurdu.  O,  Skotta  yox,  kayura 
hiddətlənmişdi. 
downloaded from KitabYurdu.org


226 
 
Mətt ucadan dilləndi: 
-  Hə, nə deyirsiz? 
Skott tələsik cavab verdi: 
-  Bir  gör,  necə  başa  düşür!  Bicin  biridi,  tüfəngi  də 
bizdən yaxşı tanıyır. Belə ağıllı iti saxlamağa dəyər. Silahı 
qoy yerinə. 
-  Yaxşı.  Gözləyək  də...  -  Deyə  Mətt  silahı  kötüklərə 
dayadı. - Siz Allah, bir ona baxın. 
Ağ Diş sakitləşib mırıltısını kəsdi. 
-  Bir də götür tüfəngi, baxaq görək nə edir. 
Mətt  silahı  götürdü.  Ağ  Diş  yenə  mınldadı.  Mətt 
tüfəngdən aralanan kimi Ağ Diş dişlərini gizlətdi. 
-  Hə, bir dəfə də elə. Çox maraqlıdı, vallah. 
Məti  silahı  götürüb  yavaş-yavaş  çiyninə  qaldırdı.  Ağ 
Diş  dərhal  mırıldadı,  Tüfəng  yuxarı  qalxdıqca  onun 
mırıltısı da güclənirdi. Mətt lüləni ona tərəf döndərməmiş 
Ağ Diş kənara sıçrayıb komanın dalında gizləndi. Mətt ağ 
qarı nişan almışdı - itin durduğu yer boş idi. 
Kayur  yavaş-yavaş  silahı  endirdi,  dönüb  öz  sahibinə 
baxdı. 
-  Düz  deyirsiz,  mister  Skott!  İt  çox  ağıllıdı.  Onu 
öldürmək olmaz, heyifdi... 
 
 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə