Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə59/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   55   56   57   58   59   60   61   62   ...   69

244 
 
Ağ  Dişin  belə  təsəlliyə  ehtiyacı  yox  idi.  Sevimli 
sahibinin  qayıdıb  gəlməsi  kifayət  etmişdi.  Damarlarında 
yenidən ecazkar, coşqun həyat qaynamağa başlamışdı. O 
döyüşürdü  və  öz  sevincinin  yeganə  ifadəsini  döyüşdə 
tapmışdı. 
Döyüşün  sonu  aydın  idi:  itlər  qaçıb  pərən-pərən 
düşdülər.  Onlar  komaya  qayıdanda  artıq  qaranlıq 
düşmüşdü və sıxıla-sıxıla Ağ Dişə öz itaətlərini bildirdilər. 
Başı ilə sahibinə sığınmağı öyrənən Ağ Diş tez-tez öz 
hisslərini  bu  yolla  bildirirdi.  Bu,  hədd  idi  və  bu  həddi 
aşmırdı. O hər şeydən çox öz başını qoruyurdu və başına 
toxunanda  dözə  bilmirdi.  Bəli,  şimal  cəngəlliyi  onu  belə 
öyrətmişdi: quyuya düşməkdən qorx! Hər şeydən - ağrı və 
xətər  gətirən  hər  şeydən  qorx!  İnstinkt  ondan  sərbəstlik 
tələb edirdi. İndi isə başını sahibinin qoltuğuna soxan Ağ 
Diş  özü  könüllü  olaraq  tamam  köməksiz  vəziyyətdə  idi. 
Bununla sahibinə olan sonsuz inamını, hədsiz itaətkarlığını 
bildirirdi.  Sanki  bununla  demək  istəyirdi:  “Sənin 
əlindəyəm. Nə istəyirsən mənimlə edə bilərsən”. 
Bir  gün  evə  qayıdan  Skott  bütün  gecəni  Məttlə  kart 
oynadı. Mətt sayırdı: 
-  On beş-iki, on beş-dörd, bu da iki... 
Elə bu vaxt bayırdan çığırtı və boğuşma səsləri gəldi. 
Onlar  ani  olaraq  bir-birlərinə  baxıb  cəld  qalxdılar.  Mətt 
downloaded from KitabYurdu.org


245 
 
dedi: 
-  Canavardı...Kimisə parçalayır. 
Dəhşətli  inilti  səsləri  onları  qapıya  cummağa  məcbur 
etdi. Artırmaya çıxan Skott qışqırdı: 
-  Fənəri yandır, bəri tut! 
Mətt  əlində  lampa  onun  dalına  düşdü,  lampa  işığında 
onlar arxası üstə qarın içinə sərələnmiş bir adam gördülər. 
O,  sifətini  və  sinəsini  əlləriylə  örtmüşdü.  Ağ  Dişdən 
qorunmağa  çalışırdı.  Bu,  ona  kömək  etmişdi.  Ağ  Dişin 
qəzəbi  aşıb-daşırdı,  yad  adamın  boğazından  yapışmaq 
istəyirdi.  Yad  adamın  geydiyi  gödəkcənin  qolları,  göy 
köynəyi  ilə  birgə  alt  köynəyi  də  yırtıq-yırtıq  olmuşdu, 
dişlənmiş əlləri qanlı idi. 
Skott  və  Kayur  bütün  bunları  bircə  anda  nəzərdən 
keçirtdilər.  Skott  Ağ  Dişin  boynundan  yapışıb  onu  geri 
çəkdi.  Ağ  Diş  mırıltıyla  irəli  cumdu,  amma  sahibini 
dişləmədi və onun sərt qışqırtısından sonra sakit oldu. 
Mətt yaralanmış adama kömək clodi. O, ayağa qalxdı 
və  elini  sifətindən  çəkdi.  Göyçək  Smit  idi.  Kayur  pərt 
halda geri çəkildi. İşıqdan gözləri qamaşan Göyçək Smit 
üziinü  çevirdi.  Ağ  Dişi  görən  kimi  üz-  gözü  dehşətden-
əyildi. 
Bu  vaxt  kayur  qar  üstündə  nəsə  olduğunu  gördü.  O, 
lampasını  yaxınlaşdırıb  çəkməsinin  ucuyla  yerə  düşmüş 
downloaded from KitabYurdu.org


246 
 
polad zənciri və yoğun dəyənəyi tərpətdi. 
Uidon Skott başını tərpətdi. Onlar dinib-danışmadılar. 
Kayur Göyçək Smitin çiynindən tutub üzünü geri çevirdi. 
I  lər  şey  aydın  idi.  Göyçək  Smit  var  gücü  ilə  qaçmağa 
başladı. 
Skott Ağ Dişi tumarlayıb dedi: 
-  Səni  aparmaq  istəyirdi,  hə?  Sən  də  razı  olmadın? 
Mə. deməli bu cavan oğlan yanıldı... 
-  Yazıq  elə  bildi  ki.  bu  cəhənnəm  onun  üst-başına 
tökülüb, deyə Mətt güldü. 
Ağ  Diş  isə  mırıldayırdı.  Az  sonra  qabarmış  tükləri 
yatdı...  və  bu  hiddətli  mırıltı  içində  az  qala  itib-batan 
səsinin zərif ahəngi daha aydııı eşidilməyə başladı. 
Beşinci hiss 
ƏHLİLƏŞMİŞ CANAVAR I 
UZAQ SƏYAHƏT 
Nəsə  olacağını  Ağ  Diş  qabaqcadan  duymuşdu. 
Yaxınlaşan hadisənin xəbəri hansı gözəgörünməz yollasa 
gəlib  ona  çatmışdı.  Günah  allahların  özündə  oldu,  özləri 
Ağ  Dişi  şübhələndirmişdilər.  Canavar  balası  duyuq 
düşmüşdü.  Əlbəttə,  bu.  allahların  ağlına  gəlmirdi,  amma 
onların  niyyəti  artıq  itə  bəlli  idi.  Ağ  Diş  komanın 
artırmasına çıxmır, içəri girmirdi. Bilirdi ki, adamlar nəsə 
etmək istəyirlər. 
downloaded from KitabYurdu.org


247 
 
Şam yeməyi vaxtı kayur dedi: 
- Eşidirsiniz? Bu nə səsdir? 
Skott  qulaq  verdi.  Qapı  arxasından  astadan  ağlamağı 
xatırladan həyəcanlı zingilti səsi gəldi. Sonra aydın oldu 
ki, Ağ Diş qapını iyləyir və bununla arxayın olmaq istəyir 
ki, onun sahibi evdədir, keçən dəfəki kimi heç yerə gizlicə 
getməyib. 
Kayur dilləndi: 
-  Nəsə hiss edib deyəsən... 
Uidon  Skott  Məttə  yalvarıcı  nəzərlərlə  baxdı,  lakin 
dediyi sözlər gözlərinin ifadəsi ilə uyuşmadı. 
-  Kaliforniyaya canavar aparacağam?.. 
-  Mən  də  elə  onu  deyirdim.  Canavar  hara. 
Kaliforniyaya getdi hara? 
Amma  bu  sözlər  Skottun  ürəyinə  yatmadı.  Ona  elə 
gəlirdi ki, Mətt onu məzəmmət edir. Dedi: 
Ağ dərili adamların itləri onunla yola getməyəcək. O, 
hamısını  parçalayacaq.  Pullarımı  ancaq  cərimə  verməyə 
sərf etsəm də, polis onu məndən alacaq, onunla öz bildiyi 
kimi haqq-hesab çəkəcək. 
Vallah, o yırtıcının biridi... deyə kayur təsdiq etdi. 
Skott  şübhəli-şübhəli  onu  süzdü.  Sonra  qətiyyətlə 
bildirdi: 
Bu, mümkün deyil! 
downloaded from KitabYurdu.org


248 
 
Əlbəttə, mister, mümkün olan iş deyil, Mətt razılaşdı. 
— Gərək ona baxmağa da ayrıca adam tapasız... 
Skottun bütün tərəddüdləri yox oldu. O, sevinclə başını 
yellədi.  Ətrafı  bürümüş  sakitlikdə  Ağ  Dişin  zingiltisi 
eşidilirdi.  O,  qapını  iyləyir,  az  qala,  ağlamsınırdı.  Mətt 
dedi: 
-  O, sizə yaman öyrəşib, mister! 
Skott birdən coşdu: 
-  Mətt, bəsdi çərənlədin! Özüm bilərəm! 
-  Mən bir söz demirəm ki. Ancaq... 
-  Nə ancaq, ancaq?! 
-  Ancaq,  -  kayur  pıçıldadı,  sonra  birdən  hirslə  əlavə 
etdi.  -  Özünüzdən  niyə  çıxırsınız?  Sizə  baxan  deyər  ki, 
doğrudan da, başınızı itir— misiniz... 
Uidon Skott bir an özüylə vuruşdu, sonra lap yumşaq 
tərzdə dedi: 
-  Düz deyirsən, Mətt! Heç özüm də bilmirəm nə edim. 
Bədbəxtlik  də  burasındadır...  Yox,  əşi,  iti  özümlə 
götürmək lap səfehlik olar. 
-  Sizinlə  tamamilə  razıyam,  -  deyə  Mətt  təsdiq  etdi, 
amma onun sözləri bu dəfə də sahibinin ürəyincə olmadı. 
Sonra elə bil heç nə olmayıbmış kimi Mətt sözünə davam 
etdi: 
-  Axı  sizin  getməyinizi  o,  haradan  bilir?  Bax,  bunu 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə