AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 0,58 Mb.

səhifə1/23
tarix19.10.2018
ölçüsü0,58 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   23


 

AXİRƏT ALƏMİNƏ 

SƏYAHƏT 

 

 



 

 

 

 

 

 

 

 

Müəllif  

AYƏTULLAH QUÇANİ 

 

Tərcümə edən 

HACI ARZU 

 


   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

RƏHMAN VƏ RƏHİM  

ALLAHIN ADI İLƏ 

 

 

 

Texnika  əsrində,  maşınlaşmış  həyatın  keşməkeşlərində  insanın 

canından  qəflət  və  mürgünü  çıxarmağa  yönəlmiş  xatırlatmaların 

zəruriliyi  tamamilə  aydındır.  İnsanların  öz  maddi  həyatlarını 

qurmağa  çalışdıqları,  adətən  öz  vücudlarının  mənəvi  yanğısını 

düşünmədikləri  bir  dövranda  (əslində  çoxları  bu  yanğını  dərk 

etmirlər) bir adam tapılsa ki, başqa birinin dərdini ona səmimi şəkildə 

bildirib dərmanını da bəyan etsin, həmin özündən xəbərsiz xəstə o 

adama sığınar, öz itkisini o adamda axtarar, onun himayəsində azca 

da olsa, sakitləşər və öz ruhunu, canını çirkinliklərdən təmizləyər. 

Mərhum  Nəcəfi  Quçani  Ağa  öz  xəstəsini  tanıyan,  onun  dərdini 

anlayan həkim kimi əlinə qələm götürmüş, könül titrədən, göz yaşları 

axıdan  bir  nüsxə  (resept)  yazmışdır.  Amma  bu  ağrı  və  kədərin 

arxasında  bir  dünya  mehribanlıq  və  xeyirxah  uzaqgörənlik 

gizlənmişdir. 



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  

Bu  kitabdakı  hekayət  bir  insan  haqqındadır  ki,  maddi  və  mənəvi 

dərd-ələmli  torpaq  dünyasına  “get”  deyib  başqa  bir  dünyaya 

pərvazlanıb. Bu şəxsin başqa ölülərdən fərqi onun danışan dilidir. Bu 

dil ölümdən sonra açılmış və bizim də gözlərimizə ölümdən sonrakı 

aləmlərdən bacalar açmışdır. 

Yazıçı  bu  kitabda  gördüklərini,  eşitdiklərini,  vücudu  ilə  hiss 

etdiklərini  özünə  hekayət  edir.  O,  burada  özündən  bir  şey  ixtira 

etməmiş,  uydurmamış,  yanlışlığa  getməmişdir  ki,  Allah  eləməmiş, 

özü  yolunu  aza  və  müsahibini  də  sapdıra.  Əksinə,  bu  cərəyanların 

fikir  bünövrəsini  zəngin  İslam  mədənəyyətinin  əsasları,  Qurani 

Kərim  ayələri,  mötəbər  rəvayətlər  bütün  əsər  boyu  izləyir.  İsmət, 

günahsızlıq  yalnız  Peyğəmbər  (s.ə.v.v)  və  onun  pak  ailəsinə  layiq 

olduğundan, sair insanlar səhv və xətasız deyildir. Bu kitabın da bəzi 

sətirlərində  müəyyən  mətləblər  nəzərə  çarpırdı  ki,  müəllifin  şəxsi 

zövq  və  səliqəsindən  doğur.  Dəqiq  oxucu,  elmi  təhlil  və  onların 

sübutu  məqsədində  olmamalıdır.  Çünki  hətta  dəqiq  və  dəlilli  bir 

insan  da  həqiqətlərin  bəyanı  və  əqidənin  izharı  üçün  öz  şəxsi 

səliqəsinə  əsaslanmış  mətləblərin  bəyanına  məcburdur.  Bununla 

belə,  iddia  etmək  olar  ki,  ümumi  qaydadan  istisna  olmayan  bu 

kitabda  oxucunun  yanılmasına,  çaşmasına  səbəb  olacaq  mətləblər 

gözə  dəymir.  Lətif  və  könüloxşayan  tərzdə  həqiqətlərin  bəyanına 

sadiqanə baş vurmuş müəllifin mütaliə olunmaq dəyəri vardır. 

Bu  kitabı  bütün  həqiqət  axtaranlara,  həyatını  yaxşılıqlar  ağuşu, 

insaniyyətin  təravətli  çəmənzarı  etmək  istəyən  etiqadlı  insanlara 

təqdim  edirik.  Ümid  edirik  ki,  bu  yaxşılıq  ağaclarının  fidanlarının 

əkinində azca da olmuş olsa, bizim də rolumuz olacaqdır. 

 

 



 


   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

Qarşınızdakı  kitab  rəbbani  alim,  ilahi  həkim,  zinətli  arif  höccətül-

İslam Ağa Seyyid Məhəmməd Həsən Nəcəfinin (Nəcəfi Quçani kimi 

məşhurdur)  qələmindən  çıxmış  bir  əsərdir.  İzaha  ehtiyaclı 

mətləblərdə  Əhməd  Tədəyyün  və  Məhəmmədrza  Ətai  Quçaninin 

qeydlərindən istifadə olunmuşdur. 

Mərhum Nəcəfi Quçani Ağa hicri-qəməri tarixi ilə 1295-ci ildə Quçan 

ətrafında  gözəl  və  səfalı  Xosrəviyyə  kəndində  anadan  olmuşdur. 

Ömrünün  ilk  illərini  başa  vurub  məktəbə  getmişdir.  Atası  onun 

təlim-tərbiyəsində  fövqəl-adə  ciddilik  göstərmiş,  batini  meylinin 

əksinə olaraq onun dərs, bəhs və təhsilinə cəhd etmişdir. 

Elm  və  biliyin  hələ  şirinliyini  dadmamış,  onun  səmərəsindən 

bəhrələnməmiş  bu  xam  uşaq  on  üç  yaşında  ikən  Quçana  gedir, 

qohumlarının evində qalır. Quçanda təhsil çətinlikləri ustadın şəxsi 

işlərinin yerinə yetirilməsi əziyyətləri ilə daha da artır. Müqəddimat 





Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   23


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə