AxiRƏt aləMİNƏ SƏyahəT



Yüklə 1,51 Mb.
Pdf görüntüsü
səhifə6/23
tarix19.10.2018
ölçüsü1,51 Mb.
#74951
1   2   3   4   5   6   7   8   9   ...   23

   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  17 

Ağzı  bağlı  qutuları  gördüm.  Bəzisinin  üstündə  “filan  mənzilin 

ehtiyatı”, bəzisində “filan mənzilin xətər və çətinliyi” yazılmışdı. 

Müəyyən  mənzillərə  aid  qovluqlar  yerində  açılmalı  və  məqsədi 

bilinməli idi. 

Soruşdum… Bu qutu nədir? Dedi… Çirkin və gözəl əməllərinin baş 

verdiyi ömür saatları, günləri, gecələridir. O vaxtlar ötdükdən sonra 

sədəf tək ağzı çırtladı və əməlləri mıncıq tək boynunda saxladı. İndi 

isə ağzı bağlı qutu surətində gəlib. 

Dedim… Boynumdan asılan nədir? 

Dedi…  Əməl  naməndir.  İşin  sonunda,  hesab  günü  xərcin,  gəlirin 

hesabı təsnif olunacaq. Bu dünyada hələ ki, gərəyin deyil. 

“Biz hər insanın əməl naməsini boynundan asar və Qiyamət günü bu 

namə açıq şəkildə qarşısına qoyular.”

11

 

 



CÜMƏ AXŞAMI AİLƏ İLƏ GÖRÜŞ 

 

Hadi dedi… Sənin səfər ehtiyatını az görürəm. Bir neçə cümə burada 



dayanmalısan. Ola bilsin ki, qürur evindən (dünyadan) dostların bir 

şey  göndərsinlər.  Peyğəmbər  (s.ə.v.v)  buyurmuşdur…  “Səfərdə 

ehtiyat  nə  qədər  çox  olarsa,  bir  o  qədər  yaxşıdır.”  Mən  sənin  üçün 

dünya  soltanından  sənəd,  icazə  gətirmək  üçün  getməliyəm.  Həftə 

arası bir xəbər olmasa, cümə axşamı ailənin yanına get, bəlkə, rəhmət, 

bağışlanmaq tələbinlə səni yada salsınlar. 

Hadi getdi və mən gözləməyə başladım. Amma yerim yaxşı idi. Otaq 

əlvan,  gözəl  naxışlı  xalçalarla  döşənmişdi.  Cümə  axşamı  yetişdi, 

amma bir xəbər olmadı. Hadinin sifarişinə əsasən quş tək mənzilimə 

getdim. Bir ağacın budağına qondum və bir yerə yığışmış arvadım, 

övladlarım, yaxın dostlarımın söhbətlərinə qulaq asmağa başladım. 

Mənim  üçün  xeyir  istəyirdilər.  Aş,  plov  süfrəsi  açmışdılar. 

Rovzəxanları  vardı,  “Fatihə”  oxuyurdular.  Amma  mən  gördüm  ki, 

onların  işlərinin  mənim  halıma  faydası  yoxdur.  Çünki  onların 

əməlləri  öz  abırlarına,  adlarına  görə  idi.  Buna  görə  də  doyurmaq 

                                                 

11“İsra” surəsi, ayə 13. 



   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  18 

üçün bir dənə də ac adam dəvət etməmişdilər. Çağrılmış adamların 

da  məqsədi  mənim  üçün  rəhmət  diləmək,  Hüseyn  ibni  Əliyə  (ə) 

ağlamaq  deyil,  yalnız  yemək  və  başqa  şəxsi  məqsədlər  idi!  Onlara 

olunan  xidmətdə  qüsur  tapılsaydı  ölünü  də,  dirini  də  söyərdilər. 

Əgər  ailəm  və  qohumlarım  ağlayırdılarsa,  fəqət  özləri  üçün 

ağlıyırdılar ki, niyə qəyyumsuz, başsız qalıblar, bundan sonra onların 

yaşayış xərcini kim ödəyəcək. Dünya fikrinə elə qərq olublar ki, nə 

mənim  ölməyimi,  nə  də  öz  axirətlərini  yada  salırlar.  Guya  bu  kasa 

təkcə  mənim  başımda  sınıb  və  onlar  üçün  olmayacaq.  Guya,  Allah 

(nəuzu  billah)  mənim  ölümümlə  onlara  zülm  edib  ki,  bu  işlər 

meydana çıxıb. 

Mən ümidsiz halda qəbiristana, öz mənzilimə qayıtdım. 

 

ZİYARƏTLƏRİMİN MÜKAFATI 

 

Ailədən  gördüyüm  vəfasızlığa  görə  az  qaldım  onlara  qarğış  edəm, 



amma...  öz-özümə  dedim  ki,  bir  dərd  onlara  bəsdir,  dərd  dərd 

üstündən olmasın. Qəbrin çatından daxil oldum. Gördüm Hadi gəlib, 

alma  dolu  səbəti  hücrənin  ortasına  qoyub.  Soruşdum  ki,  bu 

haradandır? 

Hadi  dedi…  Bir  kəs  buradan  keçirdi,  gəlib  “Fatihə”  oxudu.  Allah 

rəhmət etsin, vaxtında gətirdi. 

Gördüm  Hadi  özü  hücrəni  bəzəməklə  məşğuldur,  mis,  qızıl  və 

gümüş  oturacaqlar  düzəldir  və  tavandan  günəş  tək  şəfəq  saçan 

qəndil asır. 

Dedim…  Axı  biz  yol  üstəyik,  bu  hücrəni  nə  üçün  bu  sayaq 

bəzəyirsən? 

Dedi… Eşitmişəm ki, qəbirlərin ziyarətinə getdiyin İmam övladları 

və  onların  ataları,  gecə  namazında  adını  çəkdiyin,  qəbirləri  üstə 

“Fatihə” oxuduğun alimlər sənin axirətə gəlişindən xəbərdar olublar. 

Sənin haqqını ödəmək üçün görüşünə gələcəklər. 

Dedim… Nə gözəl tovfiq və səadət! Ailə, qohumlarımdan üz vermiş 

qəm-qüssə  unuduldu.  Bundan  min  dəfələrlə  xoş  xəbər  qazandım. 

Mən və bu qabiliyyət?! Mən və bu səadət?! 




   

AXİRƏT ALƏMİNƏ SƏYAHƏT 



www.rizvan.net - 

İslam Maarifi Jurnalı

  19 

Dedim… Hadi, hücrə kiçikdir. 

Dedi… Düzdür, kiçikdir, amma onların gəlişi ilə genişlənəcək. 

Birdən onlar daxil oldular. Necə nurlu surətlər, nə cəlal və əzəmət! 

Hər kəs öz mərtəbəsində əyləşdi. Hamıdan irəli Əbülfəzl (ə) və Əli 

Əkbər  (ə).  Hər  ikisi  böyük  bir  taxtda  oturdular.  Lakin  onlar  döyüş 

paltarında  idilər.  Mən  bir  zərrə  zəhmətsiz,  inadsız,  düşmənsiz 

aləmdə belə bir paltara təəccüb etdim. 

Mən,  Hadi  və  onlarla  gələnlər  ayaq  üstə  durub  onların  camal  və 

cəlalında məhv olmuşduq. Nəzərimi cəlal sahiblərinə dikmişdim. 

Əbülfəzl (ə.s) Hadidən soruşdu ki, atamdan keçid sənədi almısanmı? 

Ərz  etdi,  bəli.  Bu  ayəni  buyurdu…  “Ey  cin  və  insan  tayfası!  Əgər 

göylərin və yerin ətrafından kənara çıxa bilərsinizsə, çıxın. Siz yalnız 

(Allahın əta etdiyi) qüdrət və qüvvətlə çıxa bilərsiniz.”

12

 

Sonra lütf edib mənə buyurdu… Vilayət sultanı atam, həmin sənəd 



isə sənin nicatındır. Müjdə olsun sənə, doğru yolu tutmaqda! 

Mən  şövq  və  təşəkkürdən  torpağı  öpdüm,  ayağa  qalxdım,  belə  bir 

görüşdən duyduğum sevincdən göz yaşlarım axdı. Yanımda durmuş 

Həbib ibni Məzahir pıçıltıyla dedi… Qarşıdakı yolun çətinliklərindən 

keçəcəyindən  məyus  olma.  Çünki  bu  əzəmət  sahibləri  və  onların 

məsum ataları səni unutmamışlar. Onların gəlişi atalarının işarəsi ilə 

olub. Onların şiələr və dostlara yardımı yalnız işin sonunda olacaq. 

İndiki görüş isə yalnız sənin arxayınlığın, şadlığın üçün idi. Zeynəb 

(ə.s)  da  sənə  salam  göndərdi.  Buyurub  ki,  sənin  qardaşımın 

ziyarətinə  piyada  getməyini,  bu  ziyarətin  çətinliklərini,  aclığını, 

susuzluğunu, yol boyu axıtdığın göz yaşlarını unutmarıq. 

Dedim…  Mənim  və  Allahın  salamı,  rəhməti  və  bərəkəti  sənə  və  o 

Həzrətə olsun! 

Soruşdum  ki,  burada  ki  döyüş  yoxdur,  bəs  nə  üçün  ağalar  döyüş 

paltarındadırlar? 

Gördüm  Həbibin  rəngi  dəyişdi,  gözləri  yaşla  doldu  və  dedi… 

Kərbəlada bu iki nəfərin əzm və iradəsi elə bir həddə idi ki, təklikdə 

qoşun  dəryasını  tar-mar  edib  Cəhənnəmə  vasil  edə  bilərdilər.  İlahi 

                                                 

12“Ər-Rəhman” surəsi, ayə 33. 




Yüklə 1,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə