Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə35/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   31   32   33   34   35   36   37   38   ...   69

143 
 
axınna kimi elə canavar olacaqdı... 
Gecə  idi.  Güclü  qar  yağırdı.  Ağ  Diş  səndirləyə-
səndirləyə. yavaşdan zingildəyərək təzə izə düşdü. Ağ Diş 
izin  təzə  olduğunu  dərhal  bildi.  O,  səbirsizliklə  dişlərini 
şaqqıldatdı, sonra dönüb meşəyə sarı cumdu. Qulaqlarına 
tanış  səslər  dəydi.  Birdən  tonqalın  alovunu,  biş-  düşlə 
məşğul  olan  Klu-kuçu  və  kötüyün  üstündə  oturub 
qurudulmuş donuz piyi yeyən Qrey Biveri gördü. Adamlar 
təzə ət yeyirdilər! 
Ağ  Diş  ona  divan  tutulacağını  gözləyirdi.  Bu  barədə 
düşünəndə  tükləri  dimdik  qalxdı.  Sonra  oğrun-oğrun, 
xəlvətcə irəli yeridi. O, nifrət etdiyi kötəklərdən qorxurdu. 
Bilirdi ki, Qrey Biver onu mütləq kötəkləyəcək. Nə olsun? 
Tonqalın oduna ki qızınacaq, allahların ki mərhəmətindən 
pay umacaq?! Üstəlik it xılı ilə də görüşəcəkdi. Düzdür, bu 
itlər  ona  düşmən  idilər.  Amma  Ağ  Dişdə  onlarla 
ünsiyyətdə olmaq ehtiyacı alışıb yanırdı. 
Ağ  Diş  sürünə-sürünə  tonqala  yaxınlaşdı.  Qrey  Biver 
onu  gördü,  yeməyini  saxladı.  Canavar  balası  daha 
yavaşdan  süründü.  Təhqir  olunmaq  və  itaətkarlıq 
göstərmək onun üçün ağır idi. Bu, onu insanın qarşısında 
baş əyməyə məcbur etmişdi. O. düz Qrey Biverin yanına 
süründü. Nəhayət, öz allahının ayaqları altına uzandı. Bu 
gündən, bax elə bu andan bütün qəlbi ilə, canı ilə könüllü 
downloaded from KitabYurdu.org


144 
 
olaraq öz sahibinə təslim oldu. Ağ Diş öz arzusuyla insanın 
qaladığı tonqala sarı sürünmüşdü. O, başı üstündə qüdrətli 
insanın hökmünə bir daha əl verdi. Ağ Diş titrəyirdi, sanki 
bu saat onu cəzalandıracaqdılar. Başı üstündən əl qalxdı. 
Ağ  Diş  tamamilə  büzüşmüşdü.  Yumruq  zərbəsini  qəbul 
etməyə hazırlaşdı. Amma bu dəfə zərbə olmadı. 
Canavar  balası  oğrun-oğrun  yuxarı  boylandı.  Qrey 
Biver qurudulmuş donuz piyini iki yerə böldü. Ağ Dişə piy 
uzatdı.  Canavar  balası  şübhə  içində,  ehtiyatla  ona 
uzadılmış piy tikəsini iylədi, sonra özünə sarı çəkdi. Qrey 
Biver  əmr  etdi  ki,  Ağ  Dişə  ət  versinlər  və  Ağ  Diş  öz  əl 
payını  yeyib  qurtarana  kimi  sahibi  başqa  itləri  onun 
həndəvərinə  buraxmadı.  Ağ  Diş  razılıqla,  məmnun-
məmnun Qrey Biverin ayaqları altına uzandı. Sonra yuxulu 
gözlərini  oyaraq  tonqalın  isti  alovuna  baxdı.  O,  hüznlü, 
zülmət  meşəyə  əlvida  demişdi.  Bir  daha  o  meşəni 
görməyəcəyinə əmin idi. O, həmişə düşərgədə, allahların 
yanında  olacaqdı.  O,  canını,  bütün  varlığını  allahlara 
tapşırmışdı və indi onların hökmüylə yaşayırdı... 
SAZİŞ 
Dekabrın  ortalarında  Qrey  Biver  arvadı  və  oğlu  ilə 
birlikdə Makkenzi çayının yuxarısına yola düşdü. Biverin 
kirşəsini  qonşulardan  borc  aldığı,  yaxud  dəyiş-düyüşlə 
əldə  etdiyi  itlər  dartırdı.  O  biri  kir-  şəyə  cavan  itlər 
downloaded from KitabYurdu.org


145 
 
qoşulmuşdu. Onu Mit-sah sürürdü. Kirşələr və qoşqu daha 
çox oyuncağı xatırladırdı. 
Mit-sah əsl kişi işi gördüyünə sevinirdi. O, itləri idarə 
etməyi,  qoşquya  bağlamağı  öyrənmişdi.  İtlər  də  qoşquya 
alışmışdılar.  Mit-  sahın  kirşəsi  təxminən  iki  yüz  funt 
ağırlığında ərzaq və ev əşyaları ilə yüklənmişdi. 
Ağ Diş qoşqu itlərini əvvəllər də görmüşdü. Buna göro 
də  onu  ilk  dəfə  kirşəyə  qoşanda  müqavimət  göstərmədi. 
Canavar  balasının  boynuna  mamırla  sarınmış  xalta 
geydirdilər.  Xaltadan  qayışa  iki  kəndir  bağlanmışdı. 
Boyun  qayışları  itlərin  sinəsi  altından  və  beli  üstündən 
aşırılmışdır. Bu qayışlara uzun kəndir bağlayıb onları kirşə 
ilə birləşdirmişdilər. 
Qoşquda  cəmi  yeddi  it  vardı.  İtlər  doqquz-on  aylıq 
idilər. Təkcə Ağ Diş səkkiz ayın içində idi. İtlərin hərəsi 
bir  kəndirə  bağlanmışdı.  Kəndirlər  eyni  ölçüdə  deyildi. 
Onların  uzunluğu  və  qısalığı  itlərin  yekəliyi,  gövdəsinin 
uzunluğu  ilə  ölçülürdü.  Buna  baxmayaraq,  itlər  kirşənin 
qozlasmdakı  dairədə  birləşmişdilər.  Qozla  yuxarı 
qalxmışdı. 
dərisi  tamamilə  palçığa  batmış,  pəncələri  qanamışdı.  O, 
əvvəl  yüngülcə,  sonra  isə  daha  çox  axsamağa  başladı. 
Hava tutuldu. Sulu qar yağmağa başladı. Qar dənəcikləri 
onun  pəncələrinə  yapışır,  ətrafı  örtərək  yerin  kələ-
downloaded from KitabYurdu.org


146 
 
kötürlüyünü gizlədirdi. Qar onsuz da üzücü olan yolu bir 
az da çətinləşdirmişdi. 
Bu gecə Qrey Biver Makkenzi çayının uzaq sahilində 
düşərgə  salmağı  qərara  aldı.  Burdan  ov  məskəninə  yol 
vardı.  Lakin  qaranlıq  düşməmişdən  bir  az  əvvəl  Qrey 
Biverin arvadı Klu-kuç yaxın sahilə su içməyə gələn bir 
sığın gördü. Əgər Mitsah çovğuna düşüb yolu azmasaydı, 
yaxud  sığın  sahilə  gəlməsəydi,  Klu-kuç  da  onu  görə 
bilməyəcəkdi.  Qrey  Biver  bir  güllə  ilə  sığını  vurub  yerə 
sərdi.  Və  bundan  sonrakı  hadisələr  tamamilə  başqa  cür 
oldu.  Yaxşı  ki,  Qrey  Biver  Makkenzi  çayının  yaxın 
sahilində  düşərgə  salmışdı.  Yoxsa  Ağ  Diş  yandan  ötüb 
keçəcək, ya da məhv olacaqdı. Ola bilsin ki, öz cinsindən 
olan  vəhşi  canavarlara  qoşulacaqdı.  Bəlkə  də  ömrünün 
axırına kimi elə canavar olacaqdı... 
Gecə  idi.  Güclü  qar  yağırdı.  Ağ  Diş  səndirləyə-
səndirləyə, yavaşdan zingildəyərək təzə izə düşdü. Ağ Diş 
izin  təzə  olduğunu  dərhal  bildi.  O,  səbirsizliklə  dişlərini 
şaqqıldatdı, sonra dönüb meşəyə sarı cumdu. Qulaqlarına 
tanış  səslər  dəydi.  Birdən  tonqalın  alovunu,  biş-  düşlə 
məşğul  olan  Klu-kuçu  və  kötüyün  üstündə  oturub 
qurudulmuş donuz piyi yeyən Qrey Biveri gördü. Adamlar 
təzə ət yeyirdilər! 
Ağ  Diş  ona  divan  tutulacağını  gözləyirdi.  Bu  barədə 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə