Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə36/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   32   33   34   35   36   37   38   39   ...   69

147 
 
düşünəndə  tükləri  dimdik  qalxdı.  Sonra  oğrun-oğrun, 
xəlvətcə irəli yeridi. O, nifrət etdiyi kötəklərdən qorxurdu. 
Bilirdi ki, Qrey Biver onu mütləq kötəkləyəcək. Nə olsun? 
Tonqalın oduna ki qızınacaq, allahların ki mərhəmətindən 
pay umacaq?! Üstəlik it xılı ilə də görüşəcəkdi. Düzdür, bu 
itlər  ona  düşmən  idilər.  Amma  Ağ  Dişdə  onlarla 
ünsiyyətdə olmaq ehtiyacı alışıb yanırdı. 
Ağ  Diş  sürünə-sürünə  tonqala  yaxınlaşdı.  Qrey  Biver 
onu  gördü,  yeməyini  saxladı.  Canavar  balası  daha 
yavaşdan  süründü.  Təhqir  olunmaq  və  itaətkarlıq 
göstərmək onun üçün ağır idi. Bu, onu insanm qarşısında 
baş əyməyə məcbur etmişdi. O, düz Qrey Biverin yanına 
süründü. Nəhayət, öz allahının ayaqları altına uzandı. Bu 
gündən, bax elə bu andan bütün qəlbi ilə, canı ilə könüllü 
olaraq öz sahibinə təslim oldu. Ağ Diş öz arzusuyla insanın 
qaladığı tonqala sarı sürünmüşdü. O, başı üstündə qüdrətli 
insanın hökmünə bir daha əl verdi. Ağ Diş titrəyirdi, sanki 
bu saat onu cəzalandıracaqdılar. Başı üstündən əl qalxdı. 
Ağ  Diş  tamamilə  büzüşmüşdü.  Yumruq  zərbəsini  qəbul 
etməyə hazırlaşdı. Amma bu dəfə zərbə olmadı. 
Canavar  balası  oğrun-oğrun  yuxarı  boylandı.  Qrey 
Biver qurudulmuş donuz piyini iki yerə böldü. Ağ Dişə piy 
uzatdı.  Canavar  balası  şübhə  içində,  ehtiyatla  ona 
uzadılmış piy tikəsini iylədi, sonra özünə sarı çəkdi. Qrey 
downloaded from KitabYurdu.org


148 
 
Biver  əmr  etdi  ki.  Ağ  Dişə  ət  versinlər  və  Ağ  Diş  öz  ət 
payını  yeyib  qurtarana  kimi  sahibi  başqa  itləri  onun 
həndəvərinə  buraxmadı.  Ağ  Diş  razılıqla,  məmnun-
məmnun Qrey Biverin ayaqları altına uzandı. Sonra yuxulu 
gözlərini  oyaraq  tonqalın  isti  alovuna  baxdı.  O,  hüznlü, 
zülmət  meşəyə  əlvida  demişdi.  Bir  daha  o  meşəni 
görməyəcəyinə əmin idi. O, həmişə düşərgədə, allahların 
yanında  olacaqdı.  O,  canını,  bütün  varlığını  allahlara 
tapşırmışdı və indi onların hökmüylə yaşayırdı... 
SAZİŞ 
Dekabrın  ortalarında  Qrey  Biver  arvadı  və  oğlu  ilə 
birlikdə Makkenzi çayının yuxarısına yola düşdü. Biverin 
kirşəsini  qonşulardan  borc  aldığı,  yaxud  dəyiş-düyüşlə 
əldə  etdiyi  itlər  dartırdı.  O  biri  kir-  şəyə  cavan  itlər 
qoşulmuşdu. Onu Mit-sah sürürdü. Kirşələr və qoşqu daha 
çox oyuncağı xatırladırdı. 
Mit-sah əsl kişi işi gördüyünə sevinirdi. O, itləri idarə 
etməyi,  qoşquya  bağlamağı  öyrənmişdi.  İtlər  də  qoşquya 
alışmışdılar.  Mit-  sahın  kirşəsi  təxminən  iki  yüz  funt 
ağırlığında ərzaq və ev əşyaları ilə yüklənmişdi. 
Ağ Diş qoşqu itlərini əvvəllər də görmüşdü. Buna görə 
də  onu  ilk  dəfə  kirşəyə  qoşanda  müqavimət  göstərmədi. 
Canavar  balasının  boynuna  mamırla  sarınmış  xalta 
geydirdilər.  Xaltadan  qayışa  iki  kəndir  bağlanmışdı. 
downloaded from KitabYurdu.org


149 
 
Boyun  qayışları  itlərin  sinəsi  altından  və  beli  üstündən 
aşırılmışdır. Bu qayışlara uzun kəndir bağlayıb onları kirşə 
ilə birləşdirmişdilər. 
Qoşquda  cəmi  yeddi  it  vardı.  İtlər  doqquz-on  aylıq 
idilər. Təkcə Ağ Diş səkkiz ayın içində idi. İtlərin hərəsi 
bir  kəndirə  bağlanmışdı.  Kəndirlər  eyni  ölçüdə  deyildi. 
Onların  uzunluğu  və  qısalığı  itlərin  yekəliyi,  gövdəsinin 
uzunluğu  ilə  ölçülürdü.  Buna  baxmayaraq,  itlər  kirşənin 
qozlasındakı  dairədə  birləşmişdilər.  Qozla  yuxarı 
qalxmışdı. 
Yumşaq  qarın  içinə  çox  oturmasın  deyə,  tozağacı 
qabığından  qayrılmış  kirşə  yarımdairə  şəkiindəydi.  Elə 
buna görə kirşəyə yığılmış yüklərin ağırlığı o qədər də hiss 
olunmurdu.  Tarazlığı  saxlamaq  üçün  itləri  kir-  şənin 
qozlasma  yelpikvan  bağlamışdılar.  Beləliklə,  qaçarkən 
itlərdən heç biri bir-birinə mane olmurdu. 
Yelpikvan  qoşqunun  bir  üstün  cəhəti  də  vardı. 
Kəndirlərin  müxtəlif  uzunluqda  olması  arxada  qaçan 
itlərin qabaqdakılarla boğuşmasına mane olurdu. Boğuşma 
yalnız gödək kəndiri olan itlə baş verirdi. Hücum edən it 
rəqibi  ilə  burun-buruna  dəyirdi.  Bu  vaxt  sahibkar  qamçı 
zərbələrini işə salırdı. Qoşqunun ən böyük üstünlüyü bir də 
bunda  idi  ki,  qabaqdakı  itlərə  hücum  etmək  istəyən 
arxadakıların boynuna çubuq bağlanmışdı və bu çubuqlar 
downloaded from KitabYurdu.org


150 
 
hücumun  qarşısını  alırdı.  Belə  kirşənin  və  itlərin  sürəti 
birə-on artırdı. 
Daldakı itlər heç vaxt qabaqdakıları ötüb keçə bilmirdi. 
Qoşquda  hamı  bərk  qaçırdı.  Biri  o  birindən  asılı  idi. 
Beləcə,  insan  öz  əməlləri  ilə  heyvanlar  üzərində  öz 
hakimiyyətini möhkəmlətmişdi. 
Ağıllı və fəndgir olmasında Qrey Biverə çəkmişdi. O, 
Lip-lipin  Ağ  Dişə  göz  verib  işıq  vermədiyini  çoxdan 
duymuşdu.  Hələ  o  vaxt  Lip-  lipin  sahibi  başqasıydı.  Bir 
dəfə Mit-sah ona xəlvətcə daş atmağa cürət etmişdi. İndi 
Lip-lip Mit-saha məxsus idi. Ötən günlərin əvəzini çıxmaq 
üçün Mit-sah onu  ən uzun kəndirlə bağladı. Bu o demək 
idi ki, Lip-lip qoşqunun başçısıdır. Sanki ona böyük etimad 
göstərmişdilər.  Əsl  həqiqətdə  isə  burada  bir  hiylə 
gizlənmişdi.  Davakar  itlər  Lip-lipi  sürüdə  incitməyə 
başlamışdılar.  İndi  bütün  sürünün  Lip-lipdən  zəhləsi 
gedirdi. 
Kəndiri uzun olan Lip-lip lap qabaqda qaçırdı və itlərə 
elə gəlirdi ki, Lip-lip sürüdən qorxub qaçır. İtlər onun dal 
ayaqlarını  və  quyruğunu  görürdülər.  Bu,  o  qədər  də 
təhlükəli  deyildi.  Bundan  başqa,  qabaqda  qaçan  itə 
arxadan baxan heyvanlarda belə bir təsəvvür yaranmışdır 
ki, o, yalnız xıldan qaçır. Buna görə də xıl qabaqda qaçan 
iti nəyin bahasına olursa-olsun qovub tutmağa çalışırdı. 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə