Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə34/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   30   31   32   33   34   35   36   37   ...   69

139 
 
düşərgəni,  daxmaları,  tonqalların  alovunu  yenidən 
görürdü. Qadınların cingiltili səsi, kişilərin qışqırığı, itlərin 
hürüşməsi  qulaqlarında  cingildədi.  Ağ  Diş  acmışdı. 
Adamların ona tulladığı ət parçalarını, balıqları xatırladı. 
Amma indi onun ətrafını ölü sükut bürümüşdü. Bu sakitlik 
yemək vəd etmirdi. Bu sakitlikdən təhlükə yağırdı. 
Köləlik  Ağ  Dişi  ərköyün  etmişdi.  Adamlardan  asılı 
olması onu sanki yarımcan hala salmışdı. O, bütün gücünü 
sərf  edə  bilmirdi.  Özünə  yemək  arayıb  tapmağın  yolunu 
unutmuşdu.  Onun  gözünə,  canına  zülmət  çökmüşdü.  Ağ 
Dişin gömıə və hissetmə duyğusu düşərgənin səs-küyünə, 
fəaliyyətinə,  səslərin  və  rəngli  şəkillərin  fasiləsiz  dəyiş-
məsinə  alışmış,  amma  əsl  yırtıcıya  xas  olan  fəaliyyətini 
dayandırmışdı. Bu səssiz-səmirsiz meşədə görüb duymağa 
bir  şey  yox  idi.  Heç  olmasa,  balaca  bir  xışıltı,  yaxud 
hərəkət  baş  verəydi!  Təbiətin  bu  ölü  sükutunda  və 
durğunluğunda sanki dəhşətli bir təhlükə gizlənmişdi. 
Birdən  o  səksəndi.  Gözləri  qarşısında  əzəmətli, 
yöndəmsiz  bir  şey  canlandı.  Səmadan  boylanan  ayın 
işığında yerə hündür ağac kölgəsi uzandı. Ağ Diş yavaşdan 
dişlərini  şaqqıldadıb  toxtadı.  Lakin  kölgənin  hardasa 
gizlənmiş xəta gətirəcəyini xatırlayıb sərvaxt dayandı. Ge-
cənin  şaxtasına  bürünmüş  hündür  ağac  onun  başının 
üstündə bərkdən xırçıldadı. Ağ Diş dəhşətlə vəngildədi və 
downloaded from KitabYurdu.org


140 
 
düşərgəyə san götürüldü. O, içində insana dəfedilməz bir 
ehtiyac  duymuşdu.  İnsan  onu  bütün  təhlükələrdən, 
dəhşətlərdən  qoruyurdu.  Onun  bumunda  da  tonqalların 
tüstüsündən gələn iy qalmışdı. Qulaqlarında insan səsləri, 
qadın  çığırtılan  cingildəyirdi.  O,  meşədən  çıxıb  ayın 
işıqlandırdığı talaya, kölgələrin düşə bilmədiyi yerə gəldi. 
Burada tanış düşərgəni görə bilmədi. Adamlar düşərgədən 
çıxıb getmişdilər. O bunu unutmuşdu. 
Ağ  Diş  quruyub  qalmışdı.  Hara  qaçaydı?  O,  kədərli-
kədərli  boşalmış  düşərgəni  hərləndi.  Allahların  atıb 
getdikləri zibillikləri, cır-cın- dırları iylədi. Bax, indi onu, 
hətta  əsəbiləşən  hindu  qadının  tulladığı  daş  belə 
sevindirərdi. İndi Qrey Biverin ağır əli də, kötəklər də ona 
şirin gələrdi. Lip-lipi, qorxaq it sürüsünü də Ağ Diş indi 
vəcdlə qarşılayardı. 
O, Qrey Biverin komasının olduğu əvvəlki yerə gəldi. 
Tən  ortada  oturub  ağzını  göyə  tutdu,  cəhəngini  açdı. 
Boğazı tutulmuşdu. Tənhalıq, qorxu hissi, anası Kitçinin 
həsrəti və bir də ötən günlərin əziyyətləri, qarşıdan gələn 
müsibətlər və iztirablar - bütün bunlar onun uzun, kədərli 
ulartısından  duyulurdu.  Bu,  Ağ  Dişin  sinəsindən  acı-acı 
qopan ilk canavar ulartısı idi. 
Səhərin  təmiz  havası  onun  bütün  qorxu-hürküsünü 
yuyub apardı. Amma tənhalıq hissi daha da artmışdı. Bir 
downloaded from KitabYurdu.org


141 
 
az  əvvəl  həyatın  coşub-  daşdığı  bu  didərgin  düşərgənin 
görkəmi onun gözlərindəki həsrəti artırmışdı. Ağ Diş çox 
götür-qoy  etmədi.  Meşəyə  tərəf  dönüb  çay  sahili  boyu 
qaçdı. O, bütün günü qaçdı. Bir dəqiqə belə dincini almadı. 
Elə  bil  qaçmaq  əbədi  olaraq  onun  boyuna  biçilmişdi. 
Möhkəm bədəni yorğunluq bilmirdi. Yorğunluq gəlsə də, 
əcdadlarından  ona  miras  qalmış  dözüm  və  mətanət  onu 
daha irəli qaçmağa məcbur edirdi. 
Ağ  Diş  əyri-üyrü  sahillərin  arası  ilə  axan  çayın 
töküldüyü  yerdə  təpələrə  çıxıb  hərləndi.  Makkenziyə 
tökülən kiçik və böyük çayları üzüb keçdi. Bu vaxt tez-tez, 
sahilə  yaxın  yerdə,  ensiz  buz  laylarının  üstü  ilə  qaçmaq 
lazım  gəlirdi.  Bəzən  nazik  buz  parçaları  sınırdı.  Ağ  Diş 
buzlu suya  düşür, dəfələrlə ölümlə  təkbətək qalırdı.  Ona 
elə  gəlirdi  ki,  indicə  allahların  izinə  düşəcək,  sahilə 
çıxacaqdır. 
Ağ Dişdə müdriklik əlaməti vardı. Buna görə o, bir çox 
həmcinslərini ötüb keçmişdi. Amma  Makkenzi  çayının  o 
biri sahili haqqında düşünmək ağlına belə gəlmirdi. Bəlkə 
də allahlar o biri sahildə idi? Bunu düşünə bilmirdi. Bəlkə 
də  sonralar  belə  səyahətlər  onu  təcrübəli  edəcəkdi?  İz 
axtarıb  tapmaqda  ona  kömək  edəcəkdi?  Yetkinlik  onu 
gələcəkdə  gözləyirdi.  Hələlik  isə  o,  Makkenzi  çayının 
yalnız bir sahili boyu kor-koranə qaçırdı. 
downloaded from KitabYurdu.org


142 
 
Ağ  Diş  bütün  gecəni  qaçdı.  Qaranlıqda  kələ-kötür 
yerlərə,  daşlara  ilişəndə  sürətini  azaldırdı.  Bütün  bu 
maneələr  onun  irəli  getmək  əzmini  qıra  bilmirdi.  İkinci 
günün  yarısında  onun  dəmir  əzələləri  gücdən  düşdü.  İki 
gün idi ki, dilinə heç nə dəymirdi. Aclıq onu taqətdən sal-
mışdı.  Addımbaşı  buzlu  suya  düşməsi  də  özünü 
göstərmişdi.  Tərtəmiz  dərisi  tamamilə  palçığa  batmış, 
pəncələri qanamışdı. O, əvvəl yüngülcə, sonra isə daha çox 
axsamağa  başladı.  Hava  tutuldu.  Sulu  qar  yağmağa 
başladı.  Qar  dənəcikləri  onun  pəncələrinə  yapışır,  ətrafı 
örtərək  yerin  kələ-kötürlüyünü  gizlədirdi.  Qar  onsuz  da 
üzücü olan yolu bir az da çətinləşdirmişdi. 
Bu gecə Qrey Biver Makkenzi çayının uzaq sahilində 
düşərgə  salmağı  qərara  aldı.  Burdan  ov  məskəninə  yol 
vardı.  Lakin  qaranlıq  düşməmişdən  bir  az  əvvəl  Qrey 
Biverin arvadı Klu-kuç yaxın sahilə su içməyə gələn bir 
sığın gördü. Əgər Mitsah çovğuna düşüb yolu azmasaydı, 
yaxud  sığın  sahilə  gəlməsəydi,  Klu-kuç  da  onu  görə 
bilməyəcəkdi.  Qrey  Biver  bir  güllə  ilə  sığını  vurub  yerə 
sərdi.  Və  bundan  sonrakı  hadisələr  tamamilə  başqa  cür 
oldu.  Yaxşı  ki,  Qrey  Biver  Makkenzi  çayının  yaxın 
sahilində  düşərgə  salmışdı.  Yoxsa  Ağ  Diş  yandan  ötüb 
keçəcək, ya da məhv olacaqdı. Ola bilsin ki, öz cinsindən 
olan  vəhşi  canavarlara  qoşulacaqdı.  Bəlkə  də  ömrünün 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə