119
olunması onu amansız yırtıcıya çevirmişdi. Canavar bala-
sında mərhəmətdən, şuxluqdan əsər-əlamət belə
qalmamışdı. O, yaşıdları ilə gəzib dolanmır, oynamırdı.
Lip-lip buna yol vermirdi. Ağ Diş küçüklərin yanma gələn
kimi Lip-lip şuluq salıb onu qovurdu.
Tezliklə canavar balasında olan uşaqlıq əlamətlərinin
hamısı keçib getdi. O, yaşından xeyli iri görünürdü. Onun
küçük şıltaqlıqlarını məhv edib öldürmüşdülər. O, tənha
bir köşəyə çəkilib yalqız-yalqız böyüyür, inkişaf edirdi. Ağ
Dişdə hiyləgərlik əmələ gəlmişdi. Buna səbəb bütün günü
boş-boş gəzməsiydi. Vaxtını boş-boşuna keçirənlər bəzən
hiyləgərliyə əl atır. Ağ Diş də belə idi. İtlərə yemək
paylanan zaman ona nə ət, nə də balıq çatırdı. Buna görə
də oğurluq etməyə məcbur olurdu. O, mahir oğru idi. Öz
qayğısını özü çəkirdi. Yemək əldə etməyi elə məharətlə
öyrənmişdi ki, heç kəs buna şəkk etmirdi. Lakin Ağ Diş ən
çox hindu qadınlarını zinhara gətirmişdi. O, əsl bəlaydı.
Bütün qəsəbəni ələk-vələk etdiyindən onun cikini—bikini
də bilirdi. Həmişə şəraitə uyğun hərəkət edirdi. Ağ Diş
lənətə gəlmiş düşməninin gözünə görünməmək üçün hər
vasitə ilə ondan qaçmağa çalışırdı.
Canavarın da, itlərin də öz Allahları olur. Amma onların
Allahı gözo görünəndir, tonqal qalayır və bu odun istisinə
heyvanlar qızınır. Allahlar boş səhralıqda ev qurur, ov edir,
downloaded from KitabYurdu.org
120
öz məqsədlərinə çatmağa çalışırlar. Onların hər birinin
həyatda öz mövqeyi var. Onlar tutduqları mövqeləri
möhkəmlətməyə çalışırlar, öz qanun-qaydalarına əməl
edirlər. Belə allahların köləsi olmaq asandır. Hünərin var,
onlara tabe olma! Bu allahlardan yaxanı qurtara bilməzsən.
Budur, həmin allahlardan biri dayanıb, ucaboydur, əlində
də dəyənək tutub; əzəmətlidir, qəzəblidir, mərhəmətlidir.
Sanki onun içində sirr var. qüdrət gizlənib, onun bədəni
ətdəndir və bu əti parçalayıb didəndə qan axır. Bu ət dadma
görə başqa ətlərdən heç də pis deyil.
Ağ Diş hər şeyi beləcə anlamışdı. O, insanı Allah hesab
etmişdi: hər şeyə qadir Allah! Canavar balası qadir
allahlara tabe olmuşdu, onların köləsi idi. Onun anası da.
Ağ Diş də insana əyilmişdi və adamlar onu haylayanda
dərhal gedir, qovanda qaçırdı. Adamlar onu hədələyib
vurmaq istəyəndə isə yerə qısılırdı. Çünki insan zorlu idi,
hər əməlinin arxasında zorakılıq vardı. İnsanın zoru daşlı,
dəyənəkliydi, yumruq- luydu. Bu zorun zərbələri dəhşətli
ağrılar verirdi.
Bütün itlər kimi Ağ Diş də adamlarınkı oldu. Canavar
balası insanın hökmü altında yaşamalıydı. İndən belə insan
onun canını da ala bilərdi, onu ayaqları altına salıb əzə də
bilərdi. Ancaq insan həm də rəhmli idi. Ağ Diş bütün bu
dərsləri unutmadı. Qıılaqlarında sırğa edib yadda saxladı.
downloaded from KitabYurdu.org
121
Bu dərslər ona baha başa gəlmişdi. Çünki addımbaşı rast
gəldiyi hər şeyə etiraz etmişdi. Öz təbiətinə yad olan
əmrlərə müqavimət göstərmişdi. Bununla belə o, xəbərsiz-
ətərsiz bu cansıxıcı və xoşagəlməz təzə həyatın ləzzətini də
dadmağa başlamışdı.
Onun taleyi yad əllərdə idi və indi özünün sağ qalması
üçün məsuliyyət daşımırdı. Canavar balasına cavabdeh
insan idi. Bu, Ağ Dişin yeganə təsəllisiydi. Axı, özgəyə
arxalanmaq tənha qalmaqdan asandır.
Lakin bütün bunlar birdən-birə mümkün deyildi. Axı,
bir günün içində bütün qəlbini, canını insana tabe etmək
olmazdı! Ağ Diş öz əcdadlarının ona miras qoyduqları
vərdişlərdən əl çəkmək istəmir, şimal çöllərini unuda
bilmirdi. Bəzən o, meşə kənarına çıxıb dayanır, uzaqdan
onu səsləyən hansı harayasa qulaq verirdi. Adətən belə
“səyahətdən” qayıdanda dilxor olur, həyəcanlanır, kədərli-
kədərli astaca zingildəyirdi. Sonra Kiççinin yanında
uzanıb yumşaq, sulanmış dili ilə anasının çənəsini
yalayırdı.
Ağ Diş düşərgədə hindu həyatına alışdı. Ət, balıq
paylanan zaman böyük itlərin özlərini ədalətsiz və xəsis
apardığını da gördü. O, bir çox şeyləri də özü üçün
aydınlaşdırdı: kişilər ədalətlidir, uşaqlar amansızdırlar,
qadınlar isə xeyirxah məxluqlardır; qadınlar heç olmasa,
downloaded from KitabYurdu.org
122
bir tikə ət və ya sümük atırlar.
Küçüklərin anaları ilə bir-iki dəfə tutaşandan sonra Ağ
Dişə bu da aydın oldu ki, davakar itlərə baş qoşmaq lazım
deyil. Onlardan nə qədər uzaq olsan, o qədər yaxşıdır.
Amma onun həyatını göy əskiyə bükən hamıdan çox Lip-
lip idi. Lip-lip Ağ Dişdən böyük idi, güclü idi. Ağ Diş
onunla davaya girməkdən çəkinməsə də, hər dəfə məğlub
olurdu. Belə rəqib onun xörəyi deyildi. Ağ Diş anasından
bir balaca aralanan kimi, davakar Lip-lip də o saat onun
başının üstünü kəsirdi. O, canavar balasını addımbaaddım
izləyirdi. Gah ona hürür, gah da sataşırdı. Adamlar bir
balaca aralananda, yaxud başları qarışanda Lip- lip dərhal
onunla boğuşmağa başlayırdı. Lip-lip bu boğuşmadan həzz
alırdı. Çünki həmişə qalib çıxırdı. Amma it küçüyünə həzz
verən şeylər canavar balasına iztirab gətirirdi.
Bununla belə, Ağ Dişi qorxutmaq asan iş deyildi.
Dəfələrlə məğlub olsa da, dinc durmur, boyun əymirdi.
Axır ki, ədavət hissi özünü göstərdi. Lip-liplə olan daimi
çəkişmələr Ağ Dişi sərt və qəddar etdi. Daim təqib
olunması onu amansız yırtıcıya çevirmişdi. Canavar bala-
sında mərhəmətdən, şuxluqdan əsər-əlamət belə
qalmamışdı. O, yaşıdları ilə gəzib dolanmır, oynamırdı.
Lip-lip buna yol vermirdi. Ağ Diş küçüklərin yanına gələn
kimi Lip-lip şuluq salıb onu qovurdu.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |