Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə26/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   22   23   24   25   26   27   28   29   ...   69

107 
 
açılmış  itlərə  mırıldadı,  dişlərini  qıcırtdı.  İtlər  canavar 
balasının üstünə düşmüşdülər. Balaca vəhşi onların qarnını 
dişləyir, ayaqlarını cırırdı. Öz bədənində də diş yerləri az 
deyildi.  Qulaqbatırıcı  hürüşmə  səsi  içindən  Kiççinin 
nəriltisi  eşidildi.  Adamların  qışqırıqlarını,  dəyənək 
zərbələrini  və  itlərin  zingiltisini  eşidən  Kiççi  balasına 
kömək etmək istəyirdi. 
Bir azdan canavar balası durdu. O, adamların itləri daş 
və dəyənəklə qovduğunu gördü. Adamlar onu itlərin yırtıcı 
köpək  dişlərindən  müdafiə  edirdilər.  Bu  itlər  o  qədər  də 
canavarlara bənzəmirdi. Canavar balası adamların itləri nə 
üçün cəzalandırdığını başa düşmürdü. Ancaq mücərrəd də 
olsa, insanın ədalətli hərəkətini anladı. İnsanı qanun yazan 
və  onun  icra  edilməsinə  nəzarət  edən  əzəmətli  bir  varlıq 
kimi qəbul etdi. 
Ağ  Diş  bu  tədbirləri  bəyəndi.  Adamlar  başqa  canlı 
varlıqlar  kimi  dişləmir,  cırmaqlamırdılar.  Bu  adamlar 
cansız əşyaları silah yerinə işlədirdilər. Daşlar, dəyənəklər 
və digər cansız əşyalar da onların hökmünə tabe olurdu. Bu 
qəribə  varlıqlar  daş  və  dəyənəkdən  istifadə  edib,  itləri 
vurur, əşyaları canlı kimi havada yelləyirdilər. 
Ağ  Dişə  elə  gəlirdi  ki,  hökm  sürən  ağalıq  qeyri-adi, 
ilahi  bir  qüvvədir.  Bu  hakimiyyət  bütün  ağıl  və  idrakın 
sərhədlərini keçmişdi. Canavar balası  allahların varlığına 
downloaded from KitabYurdu.org


108 
 
şübhə  edə  bilməzdi.  Ən  yaxşı  halda,  o,  hiss  edirdi  ki, 
həyatda dərkedilməz şeylər də var. Adamlar ona itaətkarlıq 
öyrətmişdi və o, allahların qəzəbindən qorxurdu. Bu vahi-
mə  eynilə  göyün  üzündə,  yaxud  dağın  zirvəsində  çaxan 
şimşəkdən yaranmış və bunu Allahın görünməsi kimi başa 
düşən insanın təşvişi və həyəcanı kımiydi. 
Budur,  axırıncı  iti  də  qovdular.  Vəlvələ,  hay-küy 
sovuşdu.  Ağ  Diş  yaralarını  yalamağa  başladı.  O,  it 
sürüsünə  qoşulmuşdu  və  amansız  sürü  ilə  tanış  olduğu 
barədə düşünürdü. İndiyə kimi ona elə gəlmişdi ki, bütün 
nəsli,  əcdadı  təkgözdən,  anasından  və  özündən  ibarətdir. 
Lakin  birdən  məlum  olmuşdu  ki,  demə,  onun  cinsinə 
mənsub  başqa  varlıqlar  da  mövcuddur.  Beyninin  lap 
dərinliklərində  bəlkə  də  onun  paxıllığını  çəkən,  üstünə 
azğın  bir  hiddətlə  cuman  həmkarlarına  qarşı  nifrət  hissi 
oyandı. Ağ Diş bir də ona görə hiddətlənmişdi ki, anasını 
bağlamışdılar.  Canavar  balası  indiyədək  telə,  yaxud  zor 
barədə  heç  nə  bilmirdi.  Bəs  o,  azadlığı,  arxayın  gəzib-
hərlənməyi, qaçmağı, uzanıb- durmağı nə vaxt və kimdən 
öyrənmişdi? Əlbəttə, əcdadlarından, amma o, bu həqiqəti 
qana bilməzdi. 
Ana  canavarın  hərəkətləri  çubuğun  uzunluğu  ilə 
məhdudlaşırdı.  Canavar  balası  da  anasının  yanındaydı. 
Çünki o, hələ ki, anasız keçinə bilmirdi. 
downloaded from KitabYurdu.org


109 
 
Bütün bunlar canavar balasının xoşuna gəlmirdi. Ona 
görə  ki,  adamlar  yola  düşəndə  kimsə  Kiççini  dalınca 
dartdı. Kiççinin ardınca isə Ağ Diş gəlirdi. O, baş verən 
hadisələrdən  yaman  təşvişə  düşmüşdü.  Bu  təşviş, 
narahatlıq  onu  insanın  qoyduğu  qayda-qanuna  qarşı 
çıxmağa məcbur etdi. 
İnsan  karvanı  çay  vadisi  boyunca  üzüaşağı  endi.  Bu 
yerlərdə Ağ Diş vaxtilə sərbəst həyat sürmüşdü. Adamlar 
gəlib  düz  çayın  töküldüyü  Makkenziyə  çatdılar.  Sahildə 
dar,  uzun  qayıqlar  durmuşdu.  Balıq  qurutmaq  üçün 
məhəccərlər yerə atılmışdı. Hindular burda düşərgə saldı-
lar. Ağ Diş ətrafa heyrətlə göz gəzdirdi. İnsanın əzəməti, 
gücü və böyüklüyü dəqiqəbaşı artırdı. Canavar balası əmin 
olmuşdu  ki,  yırtıcı  itlərin  hökmdarı  məhz  insandır.  Bu, 
tamamilə zorakılıq hakimiyyəti idi! 
Ağ  Diş  insanların  cansız  varlıqlar  üzərindəki 
hakimiyyətinə  heyrət  etdi.  İnsan  külli-aləmin  rəngini, 
simasını  dəyişməyə  qadirdir.  Bu,  lap  möcüzə  idi  və  Ağ 
Dişi  daha  çox  heyrətləndirdi.  Budur,  adamlar  daxmalar 
üçün  şüvüllər  düzəltdilər.  Əlbəttə,  burda  elə  bir  maraqlı 
şey yox idi. Amma bunu daş, dəyənək atan həmin adamlar 
edirdilər. Şüvüllər qalın kətan parçalar və dərilərlə örtüldü. 
Komacıqlar  bir-birinin  dalınca  düzəlib  hazır  oldu.  Bunu 
görən  Ağ  Diş  əməlli-başlı  karıxdı,  özünü  itirdi.  Onu  hər 
downloaded from KitabYurdu.org


110 
 
şeydən  əvvəl  təəccübləndirən  bu  idi  ki,  hindu  komaları 
həddindən  artıq  iri  idi  və  sürətlə  çoxalırdı.  Elə  bil  onlar 
canlı  idi,  demək  olar  ki,  bütün  gözəgəlimli  yerləri 
tutmuşdular.  Ağ  Diş  komalardan  qorxmağa  başladı. 
Hündür,  uca  komalar  daha  məşum  görünürdülər.  Çox 
keçmədi ki, o, komalara da alışdı, qadınların, uşaqların tez- 
tez  bu  komacıqlara  girib-çıxdığını  görür  və  duyurdu  ki, 
bunlar heç bir xətər gətirmirlər. İtlər də içəri girməyə can 
atırdılar,  amma  adamlar  onları  söyüb  qovur,  daşa 
basırdılar. 
Günün  axırında  Ağ  Diş  anasından  aralanıb  xəlvətcə 
yaxındakı  daxmaya  tərəf  süründü.  Hər  şeyi  öyrənmək 
ehtirası  onu  bu  yola  təhrik  edirdi.  O,  həyatı  öyrənmək 
istəyirdi. Hərəkət etmək, təcrübə qazanmaq həvəsindəydi. 
O,  sürünüb  daxmanın  lap  bir-iki  addımlığına  çatdı, 
ehtiyatla, qorxa-qorxa irəli yeridi. Bugünkü hadisələr ona 
çox şeyi öyrətmişdi: naməlum şey özünü qəflətən yetirir. 
Nəhayət, Ağ Dişin bumu kətan parçaya toxundu. Ona 
elə gəldi ki, bu saat nəsə baş verəcək, amma heç nə olmadı. 
Bu qorxunc əşyanı, insan qoxusu verən bu dərini iyləməyə 
başladı.  Sonra  dişləri  arasına  alıb  yüngülcə  özünə  tərəf 
dartdı. Dəri divar yırğalandı. Bu, canavar balasının xoşuna 
gəldi  və  dərini  daha  bərkdən  dartmağa  başladı.  Bu  dəfə 
divar bərk yırğalandı. Komanın içindəki hindu qadınlardan 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə