Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə22/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   18   19   20   21   22   23   24   25   ...   69

90 
 
qalxmış  ilan  başına  baxdı.  Ana  gəlinciyin  qəzəbli 
çığırtısından sonra canavar balasının tükləri dimdik qalxdı. 
O  nəril-  dədi.  Amma  ana  gəlincik  daha  da  yaxın  gəlirdi. 
Birdən  qəfil  sıçrayış  baş  verdi.  Canavarın  təcrübəsiz 
gözləri  bu  sıçrayışı  izləməyə  qadir  deyildi.  Zərif  sarı 
cəmdək  bir  saniyənin  içində  onun  gözündən  yayınmışdı. 
Gəlincik  canavar  balasının  boğazına  dolanıb  onu 
möhkəmcə dişlədi. 
Canavar  vəngildəyir,  müqavimət  göstərirdi.  O,  çox 
cavandı. Və bu, onun dünya ilə, ətraf mühitlə ilk görüşü 
idi.  Buna  görə  də  nəriltisi  zingilti  ile  əvəz  olunurdu.  O, 
vuruşa  bilmirdi,  gəlinciyin  dişlərindən  qopub  qaçmağa 
çalışırdı.  Ana  gəlincikdə  də  az  yox  idi.  Düşməni 
buraxmırdı  ki,  buraxmırdı.  O,  canavarın  boynundan 
sallanıb,  dişləri  ilə  onun  damarlarını  axtarırdı.  Gəlincik 
qanı xoşlayır, boğazdan qan sormağı sevirdi. 
Boz canavar balasını ölüm gözləyirdi və əgər kolların 
arasından  ana  canavar  şığımasaydı,  yəqin  ki,  canavar 
balası  haqqındakı  hekayətə  burda  da  nöqtə  qoyulardı. 
Gəlincik bala canavarı buraxıb ana canavara san tullandı. 
Amma  özü  vəhşi  canavarın  cənginə  keçdi.  Ana  canavar 
qırmanc kimi başını yellətdi, gəlinciyin dişləri töküldü, O, 
havada  çırpındı.  Ana  canavar  amansız  idi.  Elə  göydəcə 
gəlinciyi  qamarladı.  Gəlincik  onun  iti  dişləri  arasında 
downloaded from KitabYurdu.org


91 
 
xıncım-xmcım oldu. 
Ana  şəfqəti  canavar  balası  üçün  ən  böyük  mükafat 
olmuşdu.  Ana  oğlundan  da  çox  sevinirdi.  O  öz  balasını 
bumu ilə yüngülcə itələyir, sonra yaralarını yalayırdı. Bir 
azdan ana-bala qan soran gəlinciyin cəmdəyini bölüşdürüb 
yedilər və mağaraya qayıdıb yatdılar. 
 
OV QANUNU 
Canavar balası sürətlə böyüyürdü. İki gün dincəldikdən 
sonra  yenə  səyahətə  çıxdı.  Bu  dəfəki  səyahəti  zamanı 
həmin ana gəlinciyin balasma rast gəldi. Canavar balası bu 
cumbulu  gəlinciyi  də  parçalayıb  yedi.  O,  artıq  fəndgir 
olmuşdu.  Yorulanda  mağaranın  yolunu  tapıb  ora  gedir, 
uzanıb yatırdı. Beləcə, o, hər gün gəzintiyə çıxırdı, hər dəfə 
də daha uzaq-uzaq yerləri gəzib dolaşırdı. 
Canavar  balası  öz  gücünü  və  zəif  cəhətlərini  ölçüb-
biçməyə  başlamışdı.  Artıq  harda,  necə  cəsurluq 
göstərməyi, nə  vaxt ehtiyatla hərəkət  etməyi  öyrənmişdi. 
Təcrübə  öz  sözünü  demişdi:  gərək  həmişə  ehtiyatını 
saxlayasan.  Öz  gücünə  güvənmək,  hiddət  və  ehtiras  əmr 
edəndə, əlbəttə, müstəsna hallara yol vermək olar. Qalan 
bütün hallarda ehtiyatı eldən vermək olmazdı. Kəkliklərlə 
qarşılaşanda  canavar  balası  xalis  şeytana  dönmüşdü.  Bir 
dəfə  küknar  ağaclarının  qurumuş  kötükləri  arasında 
downloaded from KitabYurdu.org


92 
 
sincaba rast gəldi. O, sincabın çığırtısına hiddətlənib uladı. 
Quşların yalnız bu növü onun bumunu möhkəmcə dimdik- 
ləmişdi  və  bu,  həmişə  onu  qəzəbləndirir,  özündən 
çıxarırdı. 
Lakin hərdən elə olurdu ki, canavar balası quşlan heç 
vecinə  almırdı.  Bu,  çox  vaxt  başqa  vəhşilər  tərəfindən 
hücum təhlükəsi olanda baş verirdi. Axı, həmin vəhşilər də 
onun  kimi  şikar  axtarırdılar.  Canavar  balası  qanalı  da 
unutmamışdı.  Qartalın  otların  üstünə  düşən  kölgəsini 
görən kimi o dəqiqə kolluğun içinə girib gizlənirdi. Onun 
yerişi  düzəlmişdi.  Daha  ayaqları  dolaşmırdı.  Canavar 
balası  anasının  yüngül,  səssiz  yerişlərini,  ildırım  sürətini 
götürmüşdü. Yeddi kəklik balası və cumbulu gəlincikdən 
sonra elə bil ov sandan bəxti bağlanmışdı. Qa- marladığı 
ov bunlardan ibarət olmuşdu. Vəssalam. Lakin öldürmək, 
parçalamaq  ehtirası  günbəgün  artırdı.  Onun  gəlişini 
çığırtısı ilə meşənin bütün sakinlərinə bildirən sincabı necə 
olur-olsun  cənginə  keçirməyə  çalışırdı.  Amma  sincab  da 
sincab  idi.  Quş  yüngüllüyü  ilə  ağaclara  dırmaşırdı. 
Canavar  balası  xəlvətcə  ona  tərəf  sürünüb,  onu  qəflətən 
yerdə qamarlamalı idi. 
Bala öz anasına böyük hörmət bəsləyirdi. Ana canavar 
isə  cənginə  ət  keçirən  kimi  oğlunun  payını  da  gətirməyi 
unutmurdu.  Axı,  o,  heç  nədən  qorxmurdu,  güclü  idi. 
downloaded from KitabYurdu.org


93 
 
Canavar balası hardan biləydi ki, bu qorxmazlıq təcrübə ilə 
gücün  məhsuludur.  Ona  elə  gəlirdi  ki,  anasını  qorxmaz 
edən yalnız gücdür, qüvvətdir. Bəli, anası onun üçün güc- 
qüvvət rəmzi idi. O, böyüyə-böyüyə bu gücü daha çox hiss 
etməyə  başladı.  Bu  güc  anasının  cəza  tədbirlərində  — 
dişləklərində,  burun  zərbələrində  getdikcə  şiddətlənirdi. 
Bu  cəzalar  anaya  hörməti  təhrik  edirdi.  Canavar  balası 
böyüdükcə  ana  canavarın  da  rəftarı  sərtləşirdi.  Ana 
oğlundan itaətkarlıq tələb edirdi. 
Aclıq yenə  də başlandı. Sanki elə indi canavar balası 
aclığın  əsl  məşəqqətini  dərk  etdi.  Ov  axtarmaqdan  anası 
tamam  əriyib  çöpə  dönmüşdü.  Vaxtının  çoxunu  uğursuz 
ovda  keçirən  ana  canavar  mağaraya  çox  gec-gec  gəlirdi. 
Bu dəfə aclıq uzun sürmədi, amma yaman şiddətli keçdi. 
Canavar balası bir damcı da olsun ana südü əmə bilmirdi, 
yemək  də  yox  idi.  Əvvəllər  belə  deyildi.  Canavar  balası 
ova  çıxanda sadəcə olaraq  əylənirdi.  İndi  isə  ova  yaman 
girişmişdi.  Ancaq  girinə  bir  şey  keçirə  bilmirdi.  Bu  da 
vardı ki, bütün bu uğursuzluqlar da canavar balasına çox 
şey öyrədirdi. O, inkişaf edirdi. Əvvəlcə böyük bir cəhdlə 
vəhşi  sincabın  hərəkətlərini  öyrəndi.  Sincabı  qəflətən  ələ 
keçirməyə  can  atdı.  Canavar  balası  səhra  siçanlarını  da 
yaddan  çıxarmırdı,  onların  izinə  düşüb  yuvalarını  qazır, 
sonra  yeyirdi.  İndi  o,  ağacdələnlər  və  başqa  quşlar 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə