Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə18/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   14   15   16   17   18   19   20   21   ...   69

74 
 
nərildəmirdi.  O  uzaq,  işıqlı  divara  tərəf  sürünmək  də 
yaddan  çıxmışdı.  Onlar  yatırdılar  və  içərilərində  təzəcə 
qızmağa başlayan həyat yavaş-yavaş sönürdü. 
Təkgöz  bütün  rahatlığını  itirmişdi.  O,  fərəhsiz  və 
cansıxıcı yuvada indi az yatırdı. Hər yeri axtarırdı. Bir gün 
ana canavar da balalarını mağarada qoyub ov dalınca getdi. 
Əvvəllər təkgöz hindu qəsəbəsinə tez- tez baş çəkir, oradan 
cələyə  düşmüş  dovşanları  oğurlayıb  gətirirdi.  Lakin  qar 
əriyən  kimi  çayların  donu  açıldı,  hindular  harasa  çıxıb 
getdilər və bu yemək mənbəyi də əldən çıxdı. 
Boz  canavar balası  azca  ətə-qana gələn  kimi  yenə  də 
uzaq,  ağ  divarla  maraqlanmağa  başladı.  Mağaradakı 
sakinlər  xeyli  azalmışdı.  Onun  bircə  bacısı  qalmışdı.  O 
birilər  yoxa  çıxmışdılar.  Bacısının  tərpənməyə  belə  heyi 
yox idi. Boz canavar balasının xırda bədəni yavaş- yavaş 
şişirdi. Amma bütün günü yatan bacısı üçün yeməyə heç 
nə  yox  idi.  Və  onun  içindəki  həyat  qığılcımı  da  yavaş-
yavaş sönürdü. 
Gün gəldi, təkgöz də mağara ağzında daha görünmədi. 
Onun həmişə yatdığı yer boş qalmışdı. Bu hadisə şiddətli 
aclığın  ikinci  mərhələsində  baş  verdi.  Ana  canavar 
təkgözün  yuvaya  qayıtmaması  səbəbini bilirdi. Bu haqda 
boz balasına danışa bilməzdi ki... 
Çayın  sol  qolu  boyunca  ova  gedən  ana  canavar 
downloaded from KitabYurdu.org


75 
 
tekgözün  dünənki  izinə  düşdü.  Burada  vaşaq  yaşayırdı. 
Ərinin izlərinin qurtardığı yerdə ana canavar təkgözü, daha 
doğrusu, ondan qalan sür-sümüyü tapdı. Ətrafdakı hər şey 
bir  az  bundan  qabaqkı  döyüşü  xatırladırdı.  Yəqin  ki, 
döyüşdə  qələbə  qazanan  vaşaq  öz  yuvasına  qayıtmışdı. 
Ana  canavar  axtarıb  bu  yuvanı  tapdı.  Vaşaq  orda  idi. 
Canavar içəri girməyə cürət etmədi. 
Ana  canavar  bir  daha  çayın  sol  qolu  boyu  gəzmədi. 
Yuvada  vaşa-  ğın  balaları  var  idi.  Və  o  bilirdi  ki,  vaşaq 
dəhşətli  vəhşidir,  quzğun  kimi  boğuşmağı  var.  Əlbəttə, 
ağaca dırmaşa bilən vaşağa üç-dörd canavarın zorla gücü 
çatardı. Lakin hünərin var, onunla təkbətək vuruş. Ya da 
vay o günə ki, vaşaq yuvasında balalarını qoyub gələ... 
Şimal  da  yaman  şimaldır.  Amma  analıq da  analıqdır. 
Heç bir qüvvə analıq hissinin qarşısını ala bilməz və elə bir 
gün  yetişə  bilər  ki,  ana  canavar  boz  balasının  yaşaması 
naminə  cürətlənib  çayın  sol  qolu  boyunda  olan  yuvaya 
soxular; azğın vaşaqla döyüşə! 

DÜNYANIN DİVARI 
Ana canavar mağaram tərk edib, ova çıxanda artıq bala 
canavar  üçün  qanun  gücdən  düşmüşdü.  Bu  qanun  ona 
yuvadan  çıxmağı  qadağan  edirdi.  Bu  qanunu  ona  anası 
öyrətmişdi.  Bu  qanunu  gah  bumu  ilə,  gah  da  pəncəsi  ilə 
downloaded from KitabYurdu.org


76 
 
balasını  çəkib  dartan,  övladında  qorxu  instinkti  yaradan 
ana canavar onun bədəninə yeritmişdi. Mağarada keçirdiyi 
bu  qısa  vaxt  ərzində  boz  canavar  balası  heç  nədən 
qorxmadı. Amma, axır ki, qorxunun nə demək olduğunu 
anladı.  Bu  qorxu  ona  həyatdan  köçüb  getmiş  minlərlə 
əcdadından keçmişdi. Bu, bəlkə də təkgözdən, anasından 
qalmış  miras  idi.  Ata-anası  da  öz  əcdadlarından 
götürmüşdülər.  Bu  qorxu  şimal  cəngəlliklərinin  əbədi 
mirası idi. 
Və  hələ  heç  bir  vəhşi  ondan  öz  yaxasını  qurtara 
bilməmişdi. 
Beləliklə,  boz  canavar  balası  qorxunun  nə  demək 
olduğunu  başa  düşməsə  də,  onu  tanıyırdı.  Görünür,  o, 
qorxunu 
həyatın 
qarşıya  çıxardığı  çətinliklərdən, 
maneələrdən  biri  kimi  başa  düşürdü.  Bu  maneələrin 
mövcud olmasına əmin idi. O, aclıq keçirmişdi və bu aclıq 
şəhvətini  söndürmək  üçün  heç  nə  edə  bilməmişdi.  Çox 
vaxt  isə  müxtəlif  maneələrə  rast  gəlirdi.  Bu  sədlər 
mağaranın daş divarları idi, anasının 
ona ilişdirdiyi kəskin, möhkəm zərbələr idi, şiddətli aclıq 
hissi  idi.  Bütün  bunlar  onda  belə  bir  inam  oyatmışdı: 
həyatda  çoxlu  qadağalar  və  məhdudiyyətlər  var.  Onlar 
qanundur. Onlara tabe olmaq - ağrılı zərbələrdən, hər hansı 
həyat çətinliklərindən azad olmaq deməkdir. 
downloaded from KitabYurdu.org


77 
 
Əlbəttə,  boz  canavar  balası  bütün  bu  şeylər  haqqında 
insan  kimi  düşünə  bilməzdi.  O,  ətraf  aləmi  iki  cürə 
təsəvvür edirdi: ağrı verən və ağrı verməyən. Çalışırdı ki, 
ağrı  verən  bütün  şeylərdən  uzaq  qaçsın,  qadağa  və 
məhdudiyyətlərdən gen gəzsin. Yalnız həyatın bəxş etdiyi 
sevinclərdən, mükafatlardan həzz alsın. 
Elə buna görə də anasının öyrətdiyi qanuna itaət edirdi. 
Qorxu qanununa tabe olan boz canavar balası mağaranın 
çıxış yolundan xeyli aralı durmuşdu. 
Bu  çıxış  yolu  onunçün  hələ  də  işıqlı,  ağ  divar  olaraq 
qalırdı. Anası olmayanda bütün günü yatardı. Duranda isə 
sakit-sakit xırda səslər çıxarardı. 
Bir  dəfə  yuxudan  duranda  o,  ağ  divarın  yanında  yad 
səslər eşitdi. Bu səsin sahibi vəhşi porsuq idi. Amma bala 
canavar  mağaradan  gələn  qoxunu  ehtiyatla  iyləyən 
porsuğu görə bilmirdi. Bircə şey bəlli idi. Səslər ona yad 
idi, naməlum və qorxunc səslər idi. Axı, qorxunu yaradan 
əsas amillərdən biri də naməlum səslər idi! Boz canavar 
balasının  tükləri  dimdik  qalxdı.  Lakin  səsini  çıxarmadı, 
Tüklərini 
pırpızlaşdır-  mağı  hardan  və  kimdən 
öyrənmişdi?  Əvvəllər  onda  belə  əlamətlər  yox  idi. 
Beləliklə, anlaşılmaz qorxu hissi onu bürüdü. Bu qorxuya 
daha  bir  instinkt  -  gizlənmək  istəyi  əlavə  olundu.  Boz 
canavar  balası  dəhşət  içində  səssizcə  uzanmışdı.  O, 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə