Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə21/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   17   18   19   20   21   22   23   24   ...   69

86 
 
Canavar  balası  kolların  içində  gizlənmişdi.  Yavaş-
yavaş özünə gəlib, qorxa-qorxa ətrafa boylandı. Talanın o 
tərəfində  uçurulmuş  yuvadan  ana  kəklik  qınldadı.  Ağır 
itkinin  kədərindən  o,  səmada  şığıyan  qartalı  unutmuşdu. 
Amma canavar balası hər şeyi görürdü və bu, ona yaxşıca 
dərs  oldu,  ehtiyatlanmağa  başladı.  O,  qartalın  daş  kimi 
aşağı  düşməsini,  yerin  lap  üstü  ilə  necə  şığıdığını, 
qanadlarının otlara toxunduğunu gördü. Qartal caynaqları 
kəkliyə sancıldı, quş ölümcül yaradan cikkildəyib o yan-
bu yana vurnuxdu. Ancaq qartal onu caynağına alıb apardı. 
Canavar  balası  sığınacaqdan  uzun  müddət  çıxmadı. 
İndi o, çox şey öyrənmişdi: canlı varlıqlar ətdir, onlar dadlı 
və  ləzzətli  olur.  Amma  iri  canlı  varlıqlardan  xəta  gəlir. 
Xırdalarını  yemək  lazımdır.  Məsələn,  kəklik  balalarım. 
Ancaq yaxşısı budur irilərinə, elə ana kəklik kimilə- rinə 
baş  qoşmayasan.  Bəli,  canavar  balasının  xudbinliyi,  axır 
ki, sınmışdı. Bu vaxt onun könlündən ana kəkliklə yenidən 
tutuşmaq  meyli  keçdi.  Heyif  ki,  qartal  onu  aparmışdı. 
Bəlkə hələ qabaqda başqa kəkliklər də olacaq? Axtarmaq 
lazımdır. 
Canavar balası sahil boyu ilə yola düşdü. O, heç vaxt su 
görməmişdi.  Çay  dümdüz,  hamar  görünürdü.  Canavar 
balası  cəsarətlə  irəli  yeridi  və  birdən  suyun  içinə,  düz  o 
naməlum  şeyin  qucağına  düşdü.  Qorxub  vəngildədi.  Su 
downloaded from KitabYurdu.org


87 
 
bumbuz idi. Canavar balasının nəfəsi daraldı. Həmişə hava 
udmağa öyrəşən vəhşinin ağzından indi su fışqırdı. Ölüm 
onun boğazından yapışmışdı. Düzdür, o, ölümün nə demək 
olduğunu  bilmirdi.  Amma  şimal  çöllüyünün  bütün 
sakinləri  kimi  o  da  ölümdən  qorxurdu.  Ölüm  canavar 
balası üçün dünyanın ən dəhşətli ağrısını təcəssüm edirdi. 
Sanki  ölümün  içində  həmin  naməlum  şeyin  varlığı  giz-
lənmişdi.  Və  o,  elə  bütün  dəhşətlərin  yaradıcısı  idi.  Bu, 
islaholunmaz bəla idi və canavar balası bu bəlanı tam dərk 
etməsə də, ondan yaman qorxurdu. 
Balaca vəhşi suyun üzünə çıxdı, dərindən nəfəs aldı. Bu 
dəfə  o,  suyun  dibinə  baş  vurmadı.  Pəncələri  ilə  suyu 
şappıldatmağa  başladı.  Sanki  bu  işə  əvvəlcədən  vərdiş 
etmişdi. Sonra üzdü. Yaxındakı sahilə hələ bir neçə metr 
qalmışdı.  Amma  canavar  balası  yaxın  sahili  görmürdü. 
Çünki arxası ona tərəf idi. O, dərhal uzaq sahilə tərəf can 
atmağa başladı. Çay elə canavar balasının düşdüyü yerdən 
böyük bir körfəzə tökülürdü. 
Çayın tən ortasında balaca vəhşini axar apardı. Sonra 
köndələn dayanmış daş təpəciklərinin yanına çıxdı. Burada 
çayın məcrası daralırdı. Üzmək çətin idi. Bu vaxt sakit axar 
su  birdən-birə  coşmağa  başladı.  Bala  canavar  gah  suyun 
üzünə çıxır, gah da batırdı. Su onu fırladıb daşlara çırpırdı. 
Hər  dəfə  daşlara  dəyən  canavar  balasından  dəhşətli 
downloaded from KitabYurdu.org


88 
 
vengilti qopurdu. 
Çay  astanasının  aşağısında  canavar  balası  burulğana 
düşdü. Burulğan onu yüngülco götürüb sahilə yaxın dayaz 
yerə atdı. Canavar balası iməkləyib, güclə sudan çıxdı və 
uzandı. Onun ətraf mühitlə tanışlığı davam edirdi. Axı su, 
canlı deyildi, amma hərəkət edirdi. Bundan başqa su, ilk 
baxışdan  bərk  görünmüşdü.  Lap  torpağa  oxşayırdı.  Əsl 
həqiqətdə  isə  su  möhkəm  deyildi.  Canavar  balası  bu 
qənaətə gəldi ki, sən demə, şeylər göründüyü kimi olmur. 
Onun  içindəki  naməlum  şeyin  qorxusu  reallıqla 
toqquşduqdan  sonra  daha  da  gücləndi.  Bütün 
əcdadlarından qalan şübhə kimi bu gündən onun da içində 
şeylərin  zahiri  görünüşünə  inamsızlıq  kök  salacaqdı.  O, 
hər  şeyə  şübhə  ilə  baxacaqdı.  Şeylərin  həqiqətdə  necə 
olduqlarını tanımaq üçün əvvəlcə onlan yoxlayacaqdı. 
Həmin  gün  canavar  balasının  başına  daha  bir  macəra 
gəldi.  Anası  onun  yadına  düşdü.  Və  birdən  dəhşətlə  hiss 
etdi  ki,  dünyanın  bütün  şeylərindən  daha  çox  ona  ana 
lazımdır!  Çünki  bütün  başına  gələn  macəralar  onu 
bezdirmişdi.  Canı  heydən  düşmüş,  beyni  yorulmuşdu. 
Yaşadığı bu müddət ərzində bugünkü kimi heç vaxt onun 
beyni  yorulmamışdı.  Buna  görə  də  yatmaq  istədi. 
Cansıxıcı  bir  tənhalıqla,  yazıq  bir  görkəmlə  mağaranı  - 
anasını axtarmağa getdi. 
downloaded from KitabYurdu.org


89 
 
Kolların  arasından  ötən  canavar  balası  birdən 
qulaqbatırıcı,  quduz  bir  çığırtı  eşitdi.  Nəsə  sarı  bir  şey 
gözlərinə  dəydi.  Sonra  kolların  arasında  çırpınan  bir 
gəlincik  gördü.  Gəlincik  xırda  idi.  O,  canavar  balasını 
qorxutmadı. Amma bundan sonra ayaqlarının altında daha 
bir canlı varlıq gördü, lap cumbuluydu. Bu, gəlincik balası 
idi. O da canavar ba lası kimi evdən qaçmışdı. Cumbulu 
gəlincik otluğun içində gizlənmə istədi. Canavar balası onu 
arxası üstə çevirdi. Gəlincik cibbildədi. Sə». qığıldadı. Elə 
bu an canavar balasının gözünə yenə sarı bir ləkə dəydi. 
Quduz bir çığırtı eşitdi və hardansa ona həmlə edildi. Bu, 
ana gəlinciyin iti dişləriydi, onun boğazından tutmuşdu. 
Canavar vəngildəyib geri çəkilən kimi ana gəlincik öz 
balasını götürüb kolların arasında gizləndi. Dişdək ağrısı 
hələ  getməmişdi.  Amma  təhqir  olunmaq  ağrısı  onu  daha 
çox incidirdi. Canavar oturub yavaşca dişlərini şaqqıldatdı. 
Ana  gəlincik  lap  balaca  idi,  amma  yaman  möhkəm 
dişləmişdi! Ağrıdırdı. Canavar balası bu xırda gəlinciyin 
şimal cəngəlliyində ən qorxunc və quduz vəhşilərdən bin 
olduğunu hələ bilmirdi. Amma tezliklə biləcəkdi. 
Ana  gəlincik  yenə  göründü.  Canavar  balası  dişlərini 
qıcıdırdı.  Gə  lincik  canavarın  üstünə  tullanmadı.  Çünki 
indi balası təhlükəsiz yer dəydi. O, ehtiyatla yaxınlaşırdı. 
Canavar  balası  gəlinciyin  zərif,  ilan  dərisinə  və  hündürə 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə