Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə19/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   15   16   17   18   19   20   21   22   ...   69

78 
 
hərəkətsiz  idi.  Elə  bil  daşa  dönmüşdü.  Evə  qayıdan  ana 
canavar porsuğun izlərini görüb uladı, mağaraya cumdu və 
qeyri-adi  acgözlüklə  balasını  yalamağa  başladı.  Canavar 
balasına  məlum  oldu  ki,  onun  canı  sən  demə,  böyük  bir 
təhlükədən qurtarmışdır. 
Canavar  balasında  başqa  bir  daxili  qüvvə  də  baş 
qaldırmışdı. Ən başlıcası bu idi ki, böyüyürdü. İnstinkt və 
qanun ondan itaət etməyi tələb edirdi, yaş isə tabe olmağa 
qoymurdu. Anası və qorxu onu ağ divardan uzaq olmağa 
məcbur  edirdilər.  Amma  yaşı  coşqun  həyatdan  xəbər 
verirdi və bu həyat üçün əbədi işığa can atmaq qanun idi. 
Axı, həyatın bu hökmünün qarşısına heç bir sədd çəkmək 
olmazdı. Bu hökm boz canavarda hər gün, hər saat, hər tikə 
ət  yeyəndən  sonra  daha  böyük  ehtirasla  alışıb  yanırdı. 
Nəhayət, həyatın görünməz dalğası 
129 
qorxu və itaətkarlığı vurub kənara tulladı. Gözəl günlərin 
birində  boz  canavar  balası  inamsız,  qətiyyətsiz,  kövrək 
addımlarla  mağaranın  çıxış  yoluna  üz  qoydu.  Başqa 
divarların əksinə olaraq, onun hər gün gördüyü bu divar elə 
bil rezin kimi uzanıb gedirdi. Boz canavar balası öz balaca, 
zəif  bumunu  qabağa  verib  gözlədi.  Elə  bil  indicə  burnu 
nəsə  möhkəm  bir  şeyə  dəyəcəkdi. Amma  divar işıq kimi 
apaydın  idi.  Ondan  keçmək  olardı.  Boz  canavar  balası 
downloaded from KitabYurdu.org


79 
 
divardan keçdi və həmin işığın nədən ibarət olduğunu öz 
gözləri ilə gördü. Bu, onu çaşdırmışdı. Axı o, nəyəsə tərəf 
sürünmüşdü.  Lakin  işıq  daha  da  gur  saçmağa,  aydınlaş-
mağa  başladı.  Qorxu  canavar  balasını  geriyə  çəkir, 
içindəki  qızışan  həyat  irəli  getməyə  səsləyirdi.  Bu  da 
mağaranın  çölü!  Canavar  qəflətən  geri  çəkildi.  Gur  işıq 
onun  gözlərini  qamaşdırdı,  qəfil  açıqlıq  isə  başını 
gicəlləndirdi. Gözləri azca işığa alışanda şeylər arasındakı 
məsafə yavaş-yavaş yerinə gəldi. Əvvəlcə divar lap uzağa 
qaçdı. O qədər qaçdı ki, gözdən itdi. Canavar yenə də bu 
divara baxdı. O, daha da uzaqlaşdı və başqa cür göründü. 
Divar  əlvanlaşmışdı,  ağaclar,  qıjıldayan  çaylar, 
ağacların  arxasından  ucalan  dağlar  və  onlardan  da 
yüksəkdə səma görünürdü. 
Boz  canavar  balasını  vahimə  basdı.  Naməlum  şeylər 
daha  da  çoxalmışdı.  O,  mağaranın  ağzında  oturub, 
qarşısında  açılan  dünyanı  seyr  etməyə  başladı.  Aman 
Allah,  necə  də  dəhşətliydi!  Bütün  naməlum  əşyalar  ona 
düşmən  kimi  görünürdü.  Belindəki  tüklər  dimdik 
qalxmışdı:  dişlərini  şaqqıldadıb  qorxunc,  qəzəbli  nərilti 
çıxarmağa  çalışırdı.  Qorxuya  düşmüş  bu  balaca  vəhşi 
qəzəbli baxışlarıyla bütün dünyaya meydan oxuyurdu. 
Hər  şey  yaxşı  qurtardı.  Boz  canavar  balası  maraqla 
baxırdı.  Bu  maraq  ona  nərildəməyi,  qorxunu  da 
downloaded from KitabYurdu.org


80 
 
unutdurmuşdu.  İçində  çağlayan  həyat  hələlik  qorxuya 
qalib gəlmişdi. Qorxu maraqla əvəz olunmuşdu. Canavar 
qabağındakı əşyaları ayırd etməyə çalışdı: çayın görünən 
hissəsi,  günəşdən  düşən  şüa,  yamaclarda  quruyan 
küknarlar  və  enişlik,  mağaranın  düz  üstündə  dik  yamac 
vardı. Mağaranın ağzında isə özü oturmuşdu. 
Canavar  balası  bu  vaxta  kimi  hamar  yerdə  yaşamışdı, 
yıxılmamışdı  və  onun  nə  demək  olduğunu  da  bilmirdi. 
Bəli, o, büdrəməyi, onun gətirdiyi yaraların mənasını başa 
düşmürdü. Buna görə də cəsarətlə irəli yeridi. Birdən dal 
ayaqları mağaranın girəcəyindəki xəndəyə düşdü və o, başı 
üstə  aşağı  yumbalandı.  Bumu  yerə  dəyib  ağrıdı, 
vəngildədi. 
Təzədən təpəsi üstə yamacla diyirləndi. Onu dəhşətli qorxu 
bürüdü.  Naməlum  hiss,  axır  ki,  onu  qucağına  alıb  əsir 
eləmişdi, ona dəhşətli işgəncə verməyə hazırlaşırdı. İçində 
qaynayan  həyat  yenə  də  qorxu  ilə  ovəz  olundu,  canavar 
balası hürkmiiş küçüklər kimi zingildədi. 
Naməlum  şey  onu  hədələyirdi:  hələlik  məlum  deyildi 
nə  ilə,  amma  hədələyirdi.  Canavar  balası  uzun-uzadı 
zingildədi.  Bu  naməlum  şey  o  qədər  dəhşətli  idi  ki,  onu 
tamam  əsir-yesir  eləmişdi.  Susmaq  heç  nəyə  kömək 
etmirdi. Bundan başqa, onu qorxu yox, dəhşət çulğamışdı. 
Yamac dik yuxarı qalxırdı, aşağısını ot basmışdı. Buna 
downloaded from KitabYurdu.org


81 
 
görə də diyirlənən canavar balası dayandı, qüssəli-qüssəli 
zingildədi,  sonra  dişlərini  möhkəmcə  şaqqıldatdı.  Bunun 
dalınca böyür-bədənini basmış palçığı yalamağa başladı. 
Canavar balası oturdu və elə bil Yerdən Marsa düşmüş 
adam kimi ətrafa diqqətlə göz gəzdirdi. Bu balaca canavar 
dünyanın  divarını  yırtıb  çıxmışdı.  Naməlum  şey  onu  öz 
qucağından  buraxmışdı  və  o,  salamat  qalmışdı.  Amma 
Marsa  çıxmış  adam,  yəqin  ki,  bala  canavarın  Yerdə 
gördüklərindən  daha  az  şey  görərdi.  Tanımaza-bilməzə, 
bilik-  siz-filansız  canavar  balası  birdən-birə  ona  tamam 
yad olan bir aləmin tədqiqatçısı rolunu oynadı. 
Dəhşətli  naməlum  şey  onu  rahat  buraxmışdı  və  o,  bu 
naməlum şeyin bütün ağrılarını unutmuşdu. Balaca vəhşi 
ətrafdakı  hər  şeyə  böyük  maraq  göstərirdi,  ayaqları 
altındakı  otlara,  bir  az  kənardakı  kollara,  küknar 
ağaclarının  qurumuş  gövdələrinə,  talanın  ətrafındakı 
ağaclarla əhatə olunmuş kötüklərə diqqətlə baxırdı. Elə bu 
vaxt  küknar  ağacları  dalından  bir  sincab  qaçdı.  Bala 
canavarı dəhşət götürdü. O, yerə yıxılıb zingildədi. Lakin 
sincab ondan da bərk qorxmuşdu və cəld ağaca dırmaşdı, 
təhlükəsiz  bir  yerdə  dayanıb  əsəbi  tərzdə  çıqqılda-  mağa 
başladı. 
Bu, canavar balasını cürətləndirdi. Bundan sonra onun 
qarşısına çıxan ağacdələn də onu qorxutdu. Amma canavar 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə