Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə27/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   23   24   25   26   27   28   29   30   ...   69

111 
 
qışqırıq  qopdu.  Ağ  Diş  cəld  özünü  Kiççiyə  yetirdi.  Bu 
hadisədən  sonra  Ağ  Diş  hündür  daxmalardan  bir  daha 
qorxmadı.  Beşcə  dəqiqə  keçməmiş  canavar  balası  yenə 
anasından  uzaqlaşdı.  Ana  canavar  torpağa  basdırılmış 
ağaca  bağlanmışdı.  Buna  görə  də  balasının  dalınca  gedə 
bilmirdi. Bu vaxt canavar balasının yanına bir küçük gəldi. 
Ağ Diş sonralar biləcəkdi ki, ondan qat-qat böyiik olan bu 
itin  adı  Lip-lipdir.  Lip-lip  döyüşkən,  təcrübəli  itdi,  öz 
həmkarları arasında yaxşı ad-san qazanmışdı. 
Ağ  Diş  Lip-lipi  öz  cinsi  kimi  qarşıladı.  Çünki  onun 
görkəmi  qorxulu  deyildi.  Canavar  balası  ondan  pis  bir 
niyyət  də  gözləmirdi.  Elə  buna  görə  də  Lip-lipə 
mehribanlıq  göstərmək  istədi.  Amma  Lip-lip  tüklərini 
qabardıb özünü qısdı. Ağ Diş də eynilə bu cür hərəkət etdi. 
Sonra tüklərini pırpızlaşdırıb hiddətlə mırıldadı. Küçüklər 
bir-birinin  başına  fırlanmağa  başladılar.  Xeyli  beləcə 
davam etdi və bu cür oyun Ağ Dişin xoşuna gəldi. Birdən 
Lip-lip  sürətlə  sıçradı.  Canavar  balasını  dişləri  ilə  tutub 
dartdı.  Vaxtilə  canavar  balası  vaşaqla  döyüş  zamanı  elə 
həmin  yerdən  ağır  yara  almışdı.  Yara  düz  sümüyə 
dirənmişdi, çox incidirdi. Ağ Diş gözlənilməz hücumdan 
və  dəhşətli  ağrıdan  vəngil-  dədi.  Sonra  dərhal  rəqibinin 
üstünə şığıyıb ondan bir dişdəm götürdü. Lip-lip də bicin 
biriydi. Nahaq yerə hindu qəsəbəsində doğulmamışdı ki!.. 
downloaded from KitabYurdu.org


112 
 
O,  küçüklərlə  dalaşa-dalaşa  böyümüşdü.  Canavar  balası 
Lip-lipin  kəskin  dişdəklərindən  canını  qurtarmaq  üçün 
vəngildəyə-vəngildəyə  anasının  yanına  qaçdı,  Bu,  Ağ 
Dişin Lip-liplə ilk döyüşü idi. Belə boğuşmalar hələ çox 
olacaqdı.  Çünki  onlar  ilk  görüşdən  bir-birinə  düşmən 
kəsilmişdilər. Onları vuruşduran da bu hiss idi. 
Kiççi öz balasını nəvazişlə yalamağa başladı. Ağ Diş də 
az aşın duzu deyildi, bumunu hər yerə soxurdu. Az sonra 
o, yenə  kəşlıyyata  çıxdı. Bu dəfə  Qrey  Biverə  rast  gəldi. 
Qrey  Biver  çömbələn  oturub  böyründə  yerə  səpələnmiş 
quru mamır və çör-çöplə əlləşirdi. Ağ Diş ona yaxınlaşıb 
tamaşa etməyə başladı. Qrey Biver qəribə səslər çıxarırdı 
və  bu  səsdə  ədavət  duyulmurdu.  Hər  halda.  Ağ  Diş  belə 
başa düşürdü. Buna görə də o, Qrey Biverə lap yaxın gəldi. 
Qadınlar, uşaqlar çör-çöp yığıb Qrey Biverə gətirdilər. 
Görünür, nəsə maraqlı bir şey olacaqdı. Ağ Dişin marağı 
artdı. Qarşısındakı varlığın qəddar insan olduğunu unudub 
Biverin  lap  bir  addımlığına  gəldi.  Birdən  Qrey  Biverin 
əlinin altından, oduncaqların, mamırların içindən dumana 
oxşar  nəsə  qəribə  bir  şey  çıxdı.  Sonra  bu  şeyin  içindən 
burula-burula  bir  qızartı  qalxdı.  Onun  rəngi  günəş  kimi 
qızıla  çalırdı.  Ağ  Diş  od-alovun  mövcud  olduğunu 
bilmirdi. Amma bu od onu özünə çəkirdi. Vaxtilə südəmər 
çağlarında gün işığı da onu beləcə özünə çəkmişdi. Sonra 
downloaded from KitabYurdu.org


113 
 
canavar  balası  dilini  çıxarıb  bumunu  oda  toxundurdu. 
Birdən  elə  bil  onu  cərəyan  vurdu.  Mamırların  və  odların 
arasında gizlənmiş, sonra burula-burula qalxan naməlum 
qırmızı  şey  onun  burnuna,  dilinə  dəymişdi.  O, 
qorxusundan  kənara  sıçradı.  Vəngildədi.  Bunu  eşidən 
Kiççi nərilti ilə irəli cumdu. Amma o, ağaca bağlanmışdı. 
Oğluna  kömək  edə  bilmədiyindən  qeyzlə  nərildəyirdi. 
Qrey Biver isə gülə-gülə, əlini-əlinə çırpa-çırpa baş vermiş 
hadisəni hamıya söylədi. Adamlar qəşş edib güldülər. Ağ 
Diş  hələ  də  dal  ayaqlan  üstə  çömbəlib  vəngildəyirdi.  O, 
qüdrətli allahlar arasında cılız və yalqız görünürdü. 
Canavar balası ömründə belə ağrı hiss etməmişdi. Onun 
yanan  yerləri bərk incidirdi. Qrey Biverin  əlinin altından 
qalxan,  günəşin  qızılı  rənginə  çalan  daha  bir  canlı  varlıq 
onun  bumunu  və  dilini  yandırmışdı.  Canavar  balası 
dişlərini  şaqqıldadır,  qıcıdır  və  hər  vəngiltidən  sonra 
adamların ona şaqqanaqla güldüyünü eşidirdi. O, bumunu 
yalamaq  istədi.  Amma  yanmış  yara  yerləri  bir-birinə 
sürtülüb  daha  möhkəm  ağrıdı.  Birdən  hiddətlənib 
zingildəməyə başladı. Sonra özü do pərt oldu. Adamların 
nəyə güldüklərini başa düşmüşdü. 
Heyvanlar gülüşü necə başa düşürlər? İnsanın hərdən 
heyvanlara güldüyünü hardan bilərlər? Əlbəttə, bunu dəqiq 
demək  olmur.  Amma  Ağ  Diş  adamların  ona  rişxəndlə 
downloaded from KitabYurdu.org


114 
 
güldüyünü  görüb  pərt  olmuşdu  və  bu  gülüşün  mənasını, 
yəqin  ki,  anlamışdı.  Canavar  balası  geriyə  dönüb 
götürüldü.  Elə  çoxu  buna  görə  -  bu  gülüşə  görə  qaçdı. 
Çünki  bu  acı  qəhqəhələr  alovdan  oddan  da  dərinə 
yerimişdi. Ona güclü yaralar vurmuşdu. Ağ Diş anasının 
zəncirləndiyini  görüb  hirsləndi.  Sonra  onun  üstünə 
yüyürüb  yerə  qısıldı.  Ana  dünyada  yeganə  varlıq  idi  ki, 
oğluna gülmürdü. 
Qaş qaralmışdı. Ağ Diş bir daha anasından aralanmadı. 
Bumu və dili hələ də incidirdi. Amma ona əzab verən ayrı 
bir hiss də vardı. Bu, daha güclü hiss idi. O, xiffət çəkirdi. 
Özündə  nəsə  bir  boşluq  hiss  etmişdi.  Bu  boşluğu  yalnız 
onun mağaradakı sakit və rahat həyatı doldura bilərdi. O, 
çayların sahilində vaxtilə gəzib dolandığı o rahat dünyanın 
həsrətindəydi. Burdakı həyat isə onu üzürdü. Burda çoxlu 
insan vardı - kişilər, qadınlar, uşaqlar vardı. Bu adamların 
hay-küyləri  onu  hövsələdən  çıxarırdı.  İtlər  isə  yorulmaq 
bilmirdilər: boğuşur, hürür, mırıldanırdılar. Onun  əvvəlki 
sakit  və  tənha  həyatına  son  qoyulmuşdu.  Burda  həyat 
qaynayır,  hətta  havanın  özündən  belə  həyat  iyi  gəlirdi. 
Onun böyür-başında həyat fasiləsiz fırlanırdı, vızıldayırdı, 
civildəşirdi.  Və  hər  təzə  səs  onu  qəzəbləndirir,  həyəcana 
gətirirdi. Buna görə də o, həmişə gərgin vəziyyətdə idi. 
Ağ Diş komalar arasında gəzişən, gah görünən, gah da 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə