Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə23/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
1   ...   19   20   21   22   23   24   25   26   ...   69

94 
 
haqqında o qədər təzə şeylər bilirdi ki... 
Elə  bir  gün  gəldi  ki,  canavar  balası  torpağın  üstünə 
düşən  qartal  kölgəsindən  daha  qorxmadı.  O,  yekəlmişdi. 
Güclü  və  təcrübəli  olmuşdu.  Özünə  inanırdı.  Bundan 
başqa, aclıq onu amansız etmişdi. İndi o, düzəndə oturub 
qartalın  ona  tərəf  enməsini  gözləyirdi,  yuxarıda,  mavi 
səmada,  onun  başı  üstündə  ov  uçurdu.  Və  o,  bu  ovu 
həsrətlə  süzürdü!  Qartal  döyüşə  girmirdi.  Canavar  balası 
isə  cəngəlliyə  girib  aclıq  və  qüssədən  yazıq-yazıq 
zingildədi. 
Nəhayət, aclıq qurtardı. Ana evə yemək gətirdi. Bu ət 
əvvəlki ətlərdən deyildi. Bu, vaşaq balasının əti idi və ətin 
hamısını  oğlu  üçün  gətirmişdi.  Ana  canavar  vaşaq 
balalarının  hamısını  təpişdirmiş,  qarnını  doydurmuşdu. 
Balasından xəbərsiz ana qorxulu bir iş görmüşdü. Canavar 
balası bircə şeyi bilirdi. Yumşaq dərili cavan vaşaq - ətdir. 
O, əti ləzzətlə yedi. Qamı tox olan canavar balası anası ilə 
yanaşı yuxuya getdi. Birdən anasının nəriltisi onu oyatdı. 
Canavar  balası  ömründə  belə  dəhşətli  səs  eşitməmişdi. 
Bəlkə də anası ömründə birinci dəfə idi ki, belə dəhşətli səs 
çıxarırdı. Əlbəttə, səbəb vardı və bu səbəbi anadan savayı 
heç kəs bilmirdi. Vaşaq balalarım məhv edib yeyən cəzasız 
qalmır. 
Mağaranın  içinə  düşən  günəş  şüalarının  işığında 
downloaded from KitabYurdu.org


95 
 
canavar  balası  ana  vaşağı  gördü.  Ana  vaşaq  mağarının 
ağzında  oturmuşdu.  Canavar  balası  irəli  cummaq  istədi. 
Amma  anası  onu  geri  itələdi,  O,  nərə  çəkib,  anasının 
yanında durdu. Mağaranın giriş yolu  dar idi. Vaşaq içəri 
keçə  bilmirdi.  Buna  görə  də  ana  vaşaq  mağaranın  içinə 
tərəf süründü. Ana canavar rəqibin üstünə şığıdı, onu altına 
basdı. Bu əlbəyaxadan bala canavar duruxmuşdu. Yalnız 
nərilti, fınxırtı və qulaqbatırıcı vəngilti səsləri eşidirdi. İki 
vəhşi boğuşurdu. Vaşaq canavarı dişləri ilə, caynaqlan ilə 
yırtırdı. Ana canavar isə yalnız dişlərini işə salmışdı. 
Bunu  görən  canavar  balası  da  vaşağm  üstünə  cumdu. 
Quduz bir nərə çəkib onun dal ayaqlarından yapışdı. Bütün 
bədəninin  ağırlığını  vaşağın  üstünə  saldı.  O,  bununla 
vaşağın  hərəkətlərinə  mane  olur,  anasına  kömək  edirdi. 
Mübarizə dəhşətli bir mənzərə almışdı. Boğuşan vəhşilər 
bala  canavarın  üstünə  çıxmışdılar.  O,  isə  dişləyirdi.  Bu 
vaxt  ana  vəhşilər  aralandılar.  Vaşaq  qüvvətli  pəncəsi  ilə 
canavar  balasına  zərbə  endirdi.  Canavar  balasının  çiyni 
sümüklərinə kimi cırıldı, o, divarın dibinə düşdü. Boğuşan 
vəhşilərin  nəriltisinə  məzlum  bir  səs  də  qarışdı:  canavar 
balası ağlayırdı. 
Döyüş  uzun  çəkdi.  Bu  müddətdə  canavar  balası  da 
zarıltısını  kəsib  cürətlənmişdi.  O,  döyüşün  axırına  yaxın 
yenə  vaşağın  dal  ayaqlarından  yapışdı.  Qəzəblə 
downloaded from KitabYurdu.org


96 
 
nərildəməyə başladı. 
Vaşaq  öldü.  Elə  ana  canavar  da  aldığı  dəhşətli 
yaralardan yarımcan olmuşdu. Ana balasının yaralı çiynini 
yalamaq  istədi.  Amma  çoxlu  qan  itirmiş,  heydən 
düşmüşdü.  O,  bütün  günü  və  gecəni  öldürülmüş  düş-
məninin yanında uzanıb hərəkətsiz qaldı. 
Bir  həftədən  sonra  su  içmək  üçün  ana  canavar 
mağaradan çıxdı. Ayaqlarını güclə dartırdı. Bütün bədəni 
ağrıyırdı. Vaşağı yeyib qurtardılar. Ana canavarın yaraları 
sağaldı.  O,  yenidən  ova  çıxa  bilərdi.  Amma  canavar 
balasının çiyni hələ də incidirdi. O, uzun müddət axsaya-
axsaya  gəzdi.  İndi  canavar  balası  özünə  daha  çox 
güvənirdi.  O,  bir  şeyi  dəqiq  müəyyənləşdirmişdi:  həyat 
çox  sərtdir.  Canavar  balası  dəhşətli  bir  döyüşdə  iştirak 
etmiş, düşmən bədəninə diş vurmuş, özü isə salamat qal-
mışdı.  Bu  onu  ürəkləndirmişdi.  Vəhşi  balasının  içində 
əvvəllər  olmayan  lovğalıq  əmələ  gəlmişdi.  Daha  xırda 
vəhşilərdən  qorxmurdu.  Ancaq  naməlum  bir  hiss  bütün 
dəhşətləri və sirləri ilə ondan əl çəkmirdi. 
Artıq  ana-bala  ova  birgə  çıxırdılar.  Canavar  balası 
anasının quşları necə tutmasını dəfələrlə görmüşdü. Özü də 
ondan  geri qalmırdı.  Beləliklə,  dumanlı  da  olsa,  canavar 
balası  ov  qanununa  yiyələnmişdi.  Ona  elə  gəlirdi  ki, 
həyatda  iki  nəsil  mövcuddur.  Bunlardan  birincisi,  öz 
downloaded from KitabYurdu.org


97 
 
nəslidir, o biri isə özgədir. Birincilərə, əlbəttə, anası ilə özü 
aiddir.  İkincilərə  isə,  hərəkətdə  olan,  bütün  yerdə  qalan 
varlıqlar. Əlbəttə, ikincilərin də hamısı bir deyil. Onlar da 
iki yerə ayrılır: xırda vəhşilər və məzlumlar. Elə vəhşilər 
var  ki,  onları  canavar  nəslindən  olan  vəhşilər  yeyir. 
Düşmənlər  də  mövcuddur.  Onlar  da  canavar  nəslindən 
olanları parçalayıb yeyir, yaxud da  əksinə, özləri onların 
cənginə  keçirlər.  Dünyanın  bütün  canlıları  iki  yerə 
bölünürlər: yeyənlər və yeyilənlər. Qanun isə belə deyirdi: 
ye,  yeməsən  sənin  özünü  yeyəcəklər!  Əlbəttə,  canavar 
balası bu qanunu tam və dəqiq anlamırdı. Və bundan nəticə 
çıxarmağa  da  çalışmırdı.  Qanun haqqında  düşünməsə  də 
qanunun hökmü ilə yaşayırdı. 
Bu  qanunun  hökmünü  hər  yerdə,  hər  an  duyurdu.  O, 
kəklik balalarını yemişdi. Qartal da ana kəkliyi yedi. Hələ 
üstəlik  onu  da  yemək  istəyirdi.  Sonralar,  canavar  balası 
böyüdükcə  qartalı  qamarlamaq  istəyirdi.  Sonra  balaca 
vaşağı yedi. Ana vaşaq öldürülməsəydi, bəlkə də canavar 
balasının özünü yeyəcəkdi. Beləcə, yehaye dünyası idi və 
canavar balasını əhatə edən canlılar bu qanunun hökmü ilə 
hərəkət  edir,  yaşayırdılar,  O  da  bu  qanunun  xırda  bir 
hissəciyi  idi.  O,  yırtıcıydı,  ət  yeyirdi.  Bəzən  bu  “ətlər” 
ondan qaçır, göyə uçur, ağaclara dırmaşır, qumun içində 
gizlənir,  yaxud  da  çəkinmədən  onunla  döyüşə  girirdilər. 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə